Qanunvericilik › “Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin dəniz nəqliyyatı sahəsində göstərdiyi xidmətlərə görə haqqın məbləğləri”nin təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 17.07.2025) › Tam mətn

“Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin dəniz nəqliyyatı sahəsində göstərdiyi xidmətlərə görə haqqın məbləğləri”nin təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 17.07.2025)

“Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin dəniz nəqliyyatı sahəsində göstərdiyi xidmətlərə görə haqqın məbləğləri”nin təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 17.07.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1066-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 2 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.7-ci yarımbəndini və 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

1. “Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin dəniz nəqliyyatı sahəsində göstərdiyi xidmətlərə görə haqqın məbləğləri” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

rəqəmsal inkişaf və nəqliyyat naziri

Gəminin (kiçikhəcmli gəmi istisna olmaqla) tikintisi, konstruksiyasında dəyişikliklər, dəniz limanının (o cümlədən yükaşırma terminalının, yanalma körpüsünün) və dəniz əməliyyatları bazasının inşası və yenidən qurulması ilə bağlı layihələrin, dəniz limanlarının (onun hidrotexniki qurğularının) və dəniz əməliyyatları bazasının fəaliyyətə başlamağa hazırlıq səviyyəsinin qiymətləndirilməsi

Gəminin (kiçikhəcmli gəmi istisna olmaqla) tikintisi ilə bağlı layihələrin qiymətləndirilməsi

Ümumi tutumu 500 gross ton və daha az olan gəmilər üçün

Ümumi tutumu 501 gross tondan 3000 gross tonadək olan gəmilər üçün

Ümumi tutumu 3001 gross tondan 10000 gross tonadək olan gəmilər üçün

Ümumi tutumu 10001 gross tondan 20000 gross tonadək olan gəmilər üçün

Ümumi tutumu 20001 gross tondan 50000 gross tonadək olan gəmilər üçün

Ümumi tutumu 50001 gross ton və daha çox olan gəmilər üçün

Gəminin (kiçikhəcmli gəmi istisna olmaqla) konstruksiyasında dəyişikliklər ilə bağlı layihələrin qiymətləndirilməsi

Gəminin (kiçikhəcmli gəmi istisna olmaqla) konstruksiyasında nəzərdə tutulan dəyişikliklərdə quraşdırılan avadanlığın çəkisi boş gəminin su basımının 1%-ni keçmədikdə

Gəminin (kiçikhəcmli gəmi istisna olmaqla) konstruksiyasında nəzərdə tutulan dəyişikliklərdə quraşdırılan avadanlığın çəkisi boş gəminin su basımının 1%-ni keçdikdə

Dəniz limanının inşası və yenidən qurulması ilə bağlı layihələrin qiymətləndirilməsi

o cümlədən yükaşırma terminalının və yanalma körpüsünün inşası və yenidən qurulması ilə bağlı layihələrinin qiymətləndirilməsi

Dəniz əməliyyatları bazasının inşası və yenidən qurulması ilə bağlı layihələrin qiymətləndirilməsi

Dəniz limanlarının (onun hidrotexniki qurğularının) fəaliyyətə başlamağa hazırlıq səviyyəsinin qiymətləndirilməsi

Dəniz əməliyyatları bazasının fəaliyyətə başlamağa hazırlıq səviyyəsinin qiymətləndirilməsi

Gəmilərin (kiçikhəcmli gəmi istisna olmaqla) beynəlxalq konvensiyaların tələblərinə uyğun illik, həmçinin gəmi sahibinin təşəbbüsü ilə aralıq müayinəsinin həyata keçirilməsi

Gəmilərin (kiçikhəcmli gəmi istisna olmaqla) beynəlxalq konvensiyaların tələblərinə uyğun illik müayinəsi

Ümumi tutumu 500 gross ton və daha az olan gəmilər üçün

Ümumi tutumu 501 gross tondan 3000 gross tonadək olan gəmilər üçün

Ümumi tutumu 3001 gross tondan 10000 gross tonadək olan gəmilər üçün

Ümumi tutumu 10001 gross tondan 20000 gross tonadək olan gəmilər üçün

Ümumi tutumu 20001 gross tondan 50000 gross tonadək olan gəmilər üçün

Ümumi tutumu 50001 gross ton və daha çox olan gəmilər üçün

Gəmi (kiçikhəcmli gəmi istisna olmaqla) sahibinin təşəbbüsü ilə gəminin aralıq müayinəsinin həyata keçirilməsi

Ümumi tutumu 500 gross ton və daha az olan gəmilər üçün

Ümumi tutumu 501 gross tondan 3000 gross tonadək olan gəmilər üçün

Ümumi tutumu 3001 gross tondan 10000 gross tonadək olan gəmilər üçün

Ümumi tutumu 10001 gross tondan 20000 gross tonadək olan gəmilər üçün

Ümumi tutumu 20001 gross tondan 50000 gross tonadək olan gəmilər üçün

Ümumi tutumu 50001 gross ton və daha çox olan gəmilər üçün

Dəniz limanının və ya dənizçilik şirkətinin beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunun, limanın, onun infrastruktur obyektlərinin mühafizə planlarının adekvatlığının, aidiyyəti digər planların və (və ya) təlimatların qiymətləndirilməsi

Dəniz limanının “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluğunun qiymətləndirilməsi

Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluğunun qiymətləndirilməsi

Dəniz limanının, onun infrastruktur obyektlərinin mühafizə planlarının adekvatlığının qiymətləndirilməsi

Gəmi tullantılarının idarə edilməsi planının qiymətləndirilməsi

Aidiyyəti digər planların və (və ya) təlimatların qiymətləndirilməsi

Gəmiyə dəniz mobil identifikasiya və ya peyk rabitə stansiyası nömrələrinin verilməsi

Gəmiyə dəniz mobil identifikasiya nömrəsinin verilməsi

Gəmi peyk rabitə stansiyası nömrəsinin verilməsi

Gəmi heyəti üzvlərinə sertifikatların (diplomların) verilməsi, həmçinin etibarlılıq müddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəz edilməsi üçün beş dəfə ödənişsiz təşkil edilən imtahanlardan sonra təkrar imtahanlarda iştiraka buraxılma

Sahilboyu üzgüçülükdə istismar olunan və qross tonnajı (ümumi tutumu) 500-dən az olan gəmilərdə kapitanın növbə köməkçisi

Sahilboyu üzgüçülükdə istismar olunan və qross tonnajı (ümumi tutumu) 500-dən az olan gəmilərdə kapitan

Qross tonnajı (ümumi tutumu) 500 və çox olan gəmilərdə kapitanın növbə köməkçisi

Qross tonnajı (ümumi tutumu) 500-dən 3000-ə qədər olan gəmilərdə kapitanın baş köməkçisi

Qross tonnajı (ümumi tutumu) 500-dən 3000-ə qədər olan gəmilərdə kapitan

Qross tonnajı (ümumi tutumu) 3000 və çox olan gəmilərdə kapitanın baş köməkçisi

Qross tonnajı (ümumi tutumu) 3000 və çox olan gəmilərdə kapitan

Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan az olan gəmilərdə növbə mexaniki

Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan az olan gəmilərdə baş mexanik

Baş mühərriklərinin ümumi gücü 750 kVt və daha çox olan gəmilərdə növbə mexaniki

Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan 3000 kVt-a qədər olan gəmilərdə ikinci mexanik

Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan 3000 kVt-a qədər olan gəmilərdə baş mexanik

Baş mühərriklərinin ümumi gücü 3000 kVt və daha çox olan gəmilərdə ikinci mexanik

Baş mühərriklərinin ümumi gücü 3000 kVt və daha çox olan gəmilərdə baş mexanik

Baş mühərriklərinin ümumi gücü 750 kVt və daha az olan gəmilərdə gəmi elektrik mexaniki

Baş mühərriklərinin ümumi gücü 750 kVt və daha çox olan gəmilərdə gəmi elektrik mexaniki

Qlobal dəniz fəlakət və əmniyyətli rabitə sisteminin məhdud rayon operatoru

Qlobal dəniz fəlakət və əmniyyətli rabitə sisteminin ümumi rayon operatoru

2-ci dərəcəli gəmi radioelektroniki

1-ci dərəcəli gəmi radioelektroniki

Kapitanın yanğın təhlükəsizliyi üzrə köməkçisi

Kapitanın sərnişin üzrə köməkçisi

İxtisaslaşmış motorçu

Stüard (bufetçi, xidmətçi, sərnişin gəmilərində bort baxıcısı, ofisiant, növbətçi v.s.)

1. Dəniz limanının inşası və yenidən qurulması ilə bağlı layihələrin qiymətləndirilməsi zamanı bu Cədvəlin 1.3-cü bəndində və 1.3.1-ci yarımbəndində qeyd edilən xidmət haqları topanılaraq xidmət haqqının ümumi məbləği hesablanır. Mövcud dəniz limanlarında yükaşırma terminallarının və yanalma körpülərinin inşası və yenidən qurulması ilə bağlı layihələrin qiymətləndirilməsi zamanı yalnız bu Cədvəlin 1.3.1-ci yarımbəndində qeyd edilən xidmət haqqı məbləği tətbiq edilir.

2. Gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun illik, həmçinin gəmi sahibinin təşəbbüsü ilə aralıq müayinəsinin həyata keçirilməsi zamanı bu Cədvəlin 2-ci hissəsində qeyd edilən xidmət haqlarına müayinə predmeti olan gəminin yaşından asılı olaraq aşağıdakı əmsallar tətbiq edilərək xidmət haqqının ümumi məbləği hesablanır:

2.1. 1-5 yaş – 1 əmsal;

2.2. 6-10 yaş – 1,2 əmsal;

2.3. 11-20 yaş – 1,4 əmsal;

2.4. 21 yaş və daha yuxarı – 2 əmsal.

3. Bu Cədvəlin 2-ci hissəsində qeyd edilən xidmətlər “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin, “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun həyata keçirilən müayinələri, həmçinin dövlət liman və bayraq nəzarəti çərçivəsində həyata keçirilən yoxlamalardan sonra gəmi sahibinin təşəbbüsü ilə həyata keçirilən müayinələri də əhatə edir.

4. Bu Cədvəlin 1.1-ci, 1.2-ci, 3.2-ci bəndlərində və 2-ci hissəsində qeyd olunan xidmətlər Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirildikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin həmin xidmətlərin göstərilməsinə cəlb edilmiş əməkdaşlarına “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin normaları üzrə hesablanmış məbləğ xidmət haqlarına əlavə olaraq xidmət istifadəçiləri tərəfindən ödənilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver