Qanunvericilik › Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş bir sıra sənəd formalarının və qaydaların təsdiq edilməsi haqqında (Vergilər Nazirliyi, 27.01.2017) › Tam mətn

Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş bir sıra sənəd formalarının və qaydaların təsdiq edilməsi haqqında (Vergilər Nazirliyi, 27.01.2017)

Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş bir sıra sənəd formalarının və qaydaların təsdiq edilməsi haqqında (Vergilər Nazirliyi, 27.01.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanı ilə verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası

1. “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).

3. “Nəzarət olunan əməliyyatlar barədə arayış” forması və onun tərtib edilmə qaydası təsdiq edilsin (3 nömrəli əlavə).

5. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90.3-3-cü maddəsinə əsasən təqdim edilən aylıq məlumat” forması təsdiq edilsin (5 nömrəli əlavə).

6. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90.3-4-cü maddəsinə əsasən təqdim edilən aylıq məlumat” forması təsdiq edilsin (6 nömrəli əlavə).

7. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

8. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinə tapşırılsın ki, bu Qərarla təsdiq edilmiş normativ hüquqi aktların Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

9. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Vergilər nazirinin birinci müavini,

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000006200 nömrəli Qərarı ilə təsdiq edilmişdir

1.1. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 14-1-ci maddəsinin tətbiqinin təmin edilməsi üçün transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydalarını müəyyənləşdirir.

1.2. Transfer qiymətlərinin tətbiqi nəticəsində yaranmış fərq mənfəət (gəlir) vergisinin məqsədləri üçün istifadə edilir.

1.3. Qeyri-rezident şəxslərin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlər üzrə mənfəətin (gəlirin) müəyyən edilməsi və həmin qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə münasibətdə vergilərin hesablanması Vergi Məcəlləsinin 14-1-ci maddəsinə və bu Qaydalara əsasən müəyyənləşdirilir.

2.0. Bu Qaydalarda transfer qiymətlərinin tətbiqi sahəsində istifadə olunan anlayışlar, əgər bu Qaydalarda digər məna nəzərdə tutulmamışdırsa, Vergi Məcəlləsində, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Transmilli şirkətlər və vergi orqanları üçün Transfer qiymətləndirmə Qaydaları”nda (həmin Qaydaların Azərbaycan dilinə tərcümə edilmiş mətninin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilməsi təmin edilir) qəbul edilmiş mənada tətbiq edilir. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. Nəzarət olunan əməliyyat – aşağıdakı şəxslər arasında həyata keçirilən əməliyyatlar:

2.0.1.1. Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər, habelə həmin rezidentin başqa dövlətlərdə (ərazilərdə) yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi arasında;

2.0.1.2. Qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, həmin qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs arasında;

2.0.1.3 Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında;

2.0.1.4. bu Qaydaların 2.0.1.1 - 2.0.1.3-cü yarımbəndlərində göstərilən hallar istisna olmaqla, Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə qeyri-rezident şəxslər arasında, bu şərtlə ki:

1. şəxslər beynəlxalq əmtəə birjalarında ticarət olunan məhsullar üzrə əməliyyat aparmış olsunlar və (və ya);

2. Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin vergi ili ərzində ümumi gəlirləri 30 milyon manatdan çox və hər bir qeyri-rezident şəxslə apardığı əməliyyatların həcminin ümumi gəlirlərdə (xərclərdə) xüsusi çəkisi 30 faizdən artıq olsun.

2.0.2. Nəzarət olunmayan əməliyyat – bu Qaydaların 2.0.1-ci yarımbəndinin əhatə dairəsinə daxil olmayan əməliyyat;

2.0.3. Müqayisə edilən əməliyyat - müstəqil tərəflər arasında nəzarət olunan əməliyyatla eyni və ya oxşar şərtlər daxilində həyata keçirilən və müqayisəli təhlil nəticəsində seçilən əməliyyat;

2.0.4. Transfer qiyməti - nəzarət olunan əməliyyatlar üzrə malların (işlərin, xidmətlərin) Vergi Məcəlləsinə və bu Qaydalara müvafiq qaydada müəyyən edilən qiyməti;

2.0.5. Müqayisəli təhlil – nəzarət olunan əməliyyatla müqayisə edilə bilən nəzarət olunmayan əməliyyatın seçilməsi prosesi;

2.0.6. Təkrar satış marjası – mal göndərənlərə ödənilmiş alış qiyməti ilə sonrakı (təkrar) satış qiyməti arasındakı fərq (tətbiq olunmuş əlavələr daxil olmaqla);

2.0.7. Gəlir marjası – malların (işlərin, xidmətlərin) istehsalı ilə bağlı çəkilmiş faktiki xərclərin üzərinə istehsalçı tərəfindən əlavə edilən gəlir marjası;

2.0.8.1. əldə edilən mənfəətin ümumi gəlirdə, ümumi xərclərdə və ya aktivlərin ümumi dəyərində xüsusi çəkisi;

2.0.8.2. eyni müəssisə qrupunun üzvü olan müəssisələr arasında aparılan əməliyyatdan hər bir tərəfin əldə etdiyi mənfəətin qrupun məcmu mənfəətində xüsusi çəkisi;

2.0.8.3. Bu Qaydaların 2.0.8.1-ci və 2.0.8.2-ci yarımbəndlərində göstərilən hallardan başqa vergi orqanı və vergi ödəyicisi arasında razılaşdırılmış və əsaslandırılmış qaydada müəyyən edilən xüsusi çəki.

2.0.9. Kvartillərarası məqbul interval - bütün müqayisə edilən əməliyyatlardan seçilmiş müvafiq göstəricilərin (qiymət, marja və ya xüsusi çəki) aşağı kvartilinin medianı ilə yuxarı kvartilinin medianı arasındakı intervaldır. Transfer qiyməti kvartillərarası məqbul intervaldan kənarda olarsa, bu zaman vergi həmin intervalın medianından istifadə edilməklə hesablanır;

2.0.9-1. Aşağı kvartil - verilənlər bazasının aşağı yarısının medianı;

2.0.9-2. Yuxarı kvartil - verilənlər bazasının yuxarı yarısının medianı;

2.0.10. Müəssisə qrupu – bir müəssisənin baş ofisi, onun hansı dövlətdə yerləşməsindən asılı olmayaraq filialları, nümayəndəlikləri, törəmə və ya asılı müəssisələri və digər bölmələrinin məcmusu;

2.0.11. Qrupdaxili maliyyələşdirmə - eyni müəssisə qrupuna daxil olan şəxslər arasında faiz ödənişlərinin edilməsinə səbəb olan borclar və kreditlər, o cümlədən bank zəmanəti;

2.0.12. Test edilən tərəf (müəssisə) - transfer qiymət metodunun ən etibarlı şəkildə tətbiq oluna biləcəyi və müqayisə üçün ən etibarlı məlumatların əldə ediləcəyi, yəni nəzarət olunan əməliyyatda mürəkkəblik baxımından ən sadə funksiyaları həyata keçirən tərəf.

Vergi ödəyicisi tərəfindən nəzarət olunan əməliyyatlar çərçivəsində təqdim edilən və ya alınan malların (işlərin, xidmətlərin) qiymətləri müqayisə edilən nəzarət olunmayan əməliyyatlar üzrə qiymətlərə uyğun olmadığı halda, vergi ödəyicisi və vergi orqanı həmin əməliyyatdan vergini transfer qiymətləri əsas götürülməklə yenidən hesablayır.

4.1. Transfer qiymətinin müəyyən edilməsi məqsədi ilə nəzarət olunan əməliyyatla müqayisə edilən nəzarət olunmayan əməliyyatların seçilməsi müqayisəli təhlil əsasında aparılır.

4.2. Müqayisə edilən nəzarət olunmayan əməliyyat qismində həm nəzarət olunan əməliyyatın tərəfi olan şəxsin özünün müstəqil şəxslərlə apardığı oxşar əməliyyatlar, həm də müstəqil şəxslər arasında aparılan oxşar əməliyyatlar istifadə edilə bilər.

4.3. Müqayisə edilən oxşar əməliyyatların seçilməsi zamanı onların nəzarət olunan əməliyyatla eyni dövrdə həyata keçirilməsi və aşağıdakı göstəricilərin eyni və ya oxşar olması əsas götürülməlidir:

4.3.1. Əməliyyatın predmeti olan malların (işlərin, xidmətlərin) növü, mənşə ölkəsi, keyfiyyəti və digər istehlak göstəriciləri və s.;

4.3.2. Müqavilə şərtləri, o cümlədən təqdim edilən malların miqdarı, işlərin, xidmətlərin həcmi, müqavilə üzrə öhdəliklərin icra olunması müddətləri, çatdırılma şərtləri, ödəniş şərtləri;

4.3.3. Əməliyyatın tərəfləri olan şəxslərin hər birinin əməliyyatla bağlı həyata keçirdikləri funksiyalar və daşıdığı risklər;

4.3.4. Vergi ödəyicisinin əməliyyat zamanı istifadə etdiyi mülkiyyətində olan və ya cəlb edilmiş maddi və qeyri-maddi aktivlər və hüquqlar;

4.3.5. Əməliyyatın tərəfləri olan şəxslərin fəaliyyət göstərdikləri iqtisadi şərait, o cümlədən, bazarların coğrafi yerləşməsi, bazarda eynicinsli və ya oxşar malların (işlərin, xidmətlərin) mövcudluğu;

4.3.6. Marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, mövcud malların (işlərin, xidmətlərin) yeni bazarlara çıxarılması, mövcud mal növlərinin təkmilləşdirilmiş versiyalarının bazara çıxarılması və digər bu kimi hallar.

4.4. Nəzarət olunan əməliyyat qeyri-maddi aktivlər üzrə hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi ilə bağlı olduqda, onunla müqayisə edilə bilən əməliyyatın seçilməsi üçün müqayisəli təhlil həyata keçirilən zaman bu Qaydaların 4.3-cü bəndində nəzərdə tutulanlardan əlavə olaraq, aşağıdakı göstəricilər müqayisə edilir:

4.4.1. mülkiyyətə verilən və ya güzəşt edilən patent, ticarət markası, lisenziya və ya digər qeyri-maddi aktivin onu əldə edən şəxsə verəcəyi üstünlük;

4.4.2. mülkiyyətə verilən və ya güzəşt edilən qeyri-maddi aktiv üzrə hüquqların istifadəsi, təkrar təqdim edilməsi ilə bağlı hər hansı coğrafi məhdudiyyət və ya qadağa;

4.4.3. qeyri-maddi aktivdən istifadə hüququnun müstəsna və ya qeyri-müstəsna olması;

4.4.4. qeyri-maddi aktivdən istifadə hüququnu əldə edən şəxsin onu təkmilləşdirmək və ya dəyişdirmək səlahiyyətlərinin olması.

4.5. Nəzarət olunan əməliyyat qrupdaxili maliyyələşdirmə ilə bağlı olduqda, onunla müqayisə edilə bilən əməliyyatın seçilməsi üçün müqayisəli təhlil həyata keçirilən zaman bu Qaydaların 4.3-cü bəndində nəzərdə tutulanlardan əlavə olaraq, aşağıdakı göstəricilər müqayisə edilir:

4.5.1. Borc və ya kredit əməliyyatları mövcud olduqda, borcalan tərəfin və ya öhdəliklərinə zəmanət verilən tərəfin kredit tarixçəsi və ödəmə qabiliyyəti;

4.5.2. Təminatın növü və bazar dəyəri;

4.5.3. Kredit və ya borcun verilməsi müddəti;

4.5.4. Kredit və ya borcun valyutası;

4.5.5. Faiz dərəcəsi və onun müəyyən edilməsi proseduru;

4.5.6. Faiz dərəcəsinin müəyyənləşdirilməsinə təsir edən digər amillər.

5.1. Transfer qiymətlərinin müəyyən edilməsi üçün aşağıdakı üsullarından istifadə edilir:

5.1.1. Qiymətlərin müqayisəsi üsulu - nəzarət olunan əməliyyat çərçivəsində təqdim edilən və ya alınan malın (işin, xidmətin) qiymətinin nəzarət olunmayan əməliyyat çərçivəsində formalaşan qiymətlə müqayisə edilərək, transfer qiymətinin müəyyən edilməsidir. (Misal 1 əlavə olunur)

5.1.2. Sonrakı (təkrar) satış qiyməti üsulu - sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir (Misal 2 əlavə olunur).

5.1.3. Dəyərin toplanması üsulu - nəzarət olunan əməliyyatlar çərçivəsində təqdim olunan malların (işlərin, xidmətlərin) qiymətinin onların istehsalı ilə bağlı çəkilmiş faktiki xərclərin üzərinə əlavə edilən gəlir marjasının nəzarət olunmayan əməliyyatlar üzrə gəlir marjası ilə müqayisə edilərək, transfer qiymətinin müəyyən edilməsidir. (Misal 3 əlavə olunur )

5.1.4. Rentabellilik üsulu – nəzarət olunan əməliyyatlar çərçivəsində əməliyyatın tərəfi olan şəxsin əldə etdiyi mənfəətin onun ümumi xərclərində, gəlirlərində və ya aktivlərinin ümumi dəyərində xüsusi çəkisi müqayisə edilə bilən nəzarət olunmayan əməliyyat çərçivəsində tətbiq olunan xüsusi çəki ilə müqayisə edilərək, transfer qiymətinin müəyyən edilməsidir (Misal 4 əlavə olunur).

5.1.5. Mənfəətin bölgüsü üsulu - Vergi Məcəlləsinin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında əməliyyatlar aparıldığı zaman tərəflərdən hər birinin həmin əməliyyatlardan əldə etdiyi mənfəətin həmin şəxslər arasında Vergi Məcəlləsinin 14-1-ci maddəsinə və bu Qaydalara əsasən bölüşdürülməsidir (Misal 5 əlavə olunur).

5.2. Transfer qiymətinin müəyyən edilməsi üçün mümkün olduğu bütün hallarda bu Qaydaların 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş qiymətlərin müqayisəsi üsulu tətbiq edilməlidir.

5.3. Qiymətlərin müqayisəsi üsulu ilə transfer qiymətinin müəyyən edilməsi mümkün olmadıqda, habelə, bu üsulun tətbiqi üçün müqayisə oluna bilən əməliyyatlar yaxud həmin əməliyyatlar üzrə qiymətlər haqqında mənbəyi bəlli olan məlumatlar olmadıqda, digər üsullardan istifadə edilir.

5.4. Digər üsullar seçilərkən, nəzarət olunan əməliyyatın xarakteri, əməliyyatın tərəfləri olan şəxslərin xüsusiyyətləri və digər göstəricilər əsas götürülməklə, müəyyənləşdirilmiş müqayisə edilən nəzarət olunmayan əməliyyat barədə məlumatlar hansı üsulun tətbiqinə daha çox imkan verirsə, həmin üsuldan istifadə edilir. Əgər əldə edilmiş məlumatlar həm bu Qaydaların 5.1.2-ci və ya 5.1.3-cü yarımbəndlərində nəzərdə tutulmuş üsullardan birinin, həm də bu Qaydaların 5.1.4-cü və ya 5.1.5-ci yarımbəndlərindəki üsullarından birinin tətbiqinə imkan verirsə, transfer qiymətinin müəyyənləşdirilməsi zamanı bu Qaydaların 5.1.2-ci və ya 5.1.3-cü yarımbəndlərindəki üsullardan biri seçilməlidir.

6.1. Transfer qiymətinin müəyyən edilməsi üçün müqayisəli təhlil bu Qaydaların 4.2-ci bəndində göstərilən oxşar əməliyyatlar, habelə 8-ci hissəsində göstərilən mənbələrdə olan məlumatlara əsasən aparılmalıdır.

6.2. Müqayisəli təhlil nəticəsində müqayisə edilə bilən yalnız bir əməliyyat tapılarsa, transfer qiyməti həmin əməliyyatın müvafiq göstəriciləri əsasında hesablanır.

6.3. Müqayisə edilə bilən bir neçə əməliyyat olduğu halda, transfer qiyməti bütün müqayisə edilən əməliyyatların seçilmiş müvafiq göstəricilərinin (qiymət, marja və ya xüsusi çəki) kvartillərarası məqbul intervalının tapılması yolu ilə hesablanır (Misal 1-5 əlavə olunur).

6.4. Nəzarət olunan əməliyyatlar üzrə qiymət (marja və ya xüsusi çəki) nəzarət olunmayan əməliyyatlar üzrə transfer qiymətinə (marjaya və ya xüsusi çəkiyə) uyğundursa, yaxud müəyyən edilmiş interval daxilindədirsə, vergilər faktiki qiymət əsas götürülməklə hesablanır.

6.5. Nəzarət olunan əməliyyatlar zamanı:

6.5.1. Əgər nəzarət olunan əməliyyat vergi ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlıdırsa və əməliyyat zamanı təsbit edilmiş qiymət müəyyənləşdirilmiş transfer qiymətindən və ya intervaldan aşağıdırsa, vergilər transfer qiyməti ilə, yuxarıdırsa faktiki satış qiyməti ilə hesablanır.

6.5.2. Əgər nəzarət olunan əməliyyat vergi ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) alınması ilə bağlıdırsa və əməliyyat zamanı təsbit edilmiş qiymət müəyyənləşdirilmiş transfer qiymətindən və ya intervaldan aşağı olduqda vergilər faktiki alış qiyməti, yuxarı olduqda isə transfer qiyməti ilə hesablanır.

6.6. Müəssisənin yoxlanılan dövrdəki müvafiq göstəriciləri nəzarət olunmayan əməliyyatlar üzrə seçilən müəssisələrin yoxlanılan dövr və əvvəlki iki ilin orta göstəriciləri ilə müqayisə edilir. Bu halda müqayisə zamanı nəzarət olunmayan əməliyyatlar üzrə seçilən müəssisələrin illər üzrə fərqlənməsinə yol verilmir.

7.1 Vergi ödəyicisinin vergi ili ərzində apardığı nəzarət olunan əməliyyatların ümumi dəyəri Vergi Məcəlləsinin 16.1.4-cü maddəsinə əsasən müəyyən edilmiş həddən artıq olduqda, həmin vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara dair məlumat Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000006200 nömrəli Qərarı ilə müəyyən edilən formada “Nəzarət olunan əməliyyatlar haqqında Arayış” və onun əlavəsi müvafiq qaydada doldurularaq vergi orqanına təqdim edilməlidir.

7.2 Vergi ödəyicisinin vergi ili ərzində apardığı nəzarət olunan əməliyyatların ümumi dəyəri Vergi Məcəlləsinin 16.1.4-cü maddəsində nəzərdə tutulan halların olmaması səbəbindən Arayış təqdim edilmədiyi halda, vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı həmin tədbirlərin əhatə etdiyi hesabat dövrlərində həyata keçirilmiş nəzarət olunan əməliyyatların qiymətləri bu Qaydalara əsasən müəyyənləşdirilməlidir.

7.3. Vergi ödəyicisi transfer qiymətini özü müəyyənləşdirdiyi hallarda bu Qaydaların 7.4-cü bəndində nəzərdə tutulmuş sənədlər vergi orqanına təqdim edilir.

7.4. Vergi Məcəlləsinin 16.1.4-1-ci maddəsinə müvafiq olaraq vergi ödəyicisi vergi orqanının tələbi ilə aşağıdakı məlumatları vergi orqanına təqdim etməlidir:

7.4.1. Müəssisə qrupu haqqında:

7.4.1.1.Müəssisə qrupunun tərkibi;

7.4.1.2. Müəssisə qrupunun fəaliyyət istiqamətləri, əhatə etdiyi coğrafi məkan və əsas gəlir mənbələri;

7.4.1.3. Müəssisə qrupunun qeyri-maddi aktivlərinin siyahısı, qeyri-maddi aktivlərlə bağlı həmin qrup daxilində xərclərin bölüşdürülməsinə dair razılaşmalar və müvafiq sahə üzrə həmin qrupun transfer qiymət siyasəti;

7.4.1.4. Azərbaycan Respublikasında yoxlanılan müəssisənin müəssisə qrupuna daxil olan və nəzarət olunan əməliyyatlar apardığı müəssisələrin yoxlanılan dövr və ondan əvvəlki iki il üzrə maliyyə hesabatları;

7.4.1.5. Müəssisə qrupuna daxil olan müəssisələrin hər birinin qısa funksional təhlili (həyata keçirdiyi funksiyalar, daşıdığı risklər və istifadə etdiyi aktivlər);

7.4.1.6. Müəssisə qrupuna daxil olan müəssisələr arasında bağlanan maliyyə sazişləri ilə bağlı transfer qiymət siyasəti;

7.4.1.7. Müəssisə qrupunun fəaliyyət göstərdiyi sahə üzrə biznes strategiyası;

7.4.1.8. Müəssisə qrupu daxilində xərclərin bölüşdürülməsi ilə bağlı sənədlər.

7.4.2. Yoxlanılan müəssisə haqqında:

7.4.2.1. Müəssisənin yoxlanılan dövr və yoxlanılan dövrdən əvvəlki iki il üzrə maliyyə hesabatları;

7.4.2.2. Müəssisənin yoxlanılan dövrdə və ya son iki ildə baş ofis tərəfindən aparılan struktur dəyişiklikləri, bu dəyişikliyin müəssisəyə təsiri, qeyri-maddi aktivlərin təqdim edilməsi və bu əməliyyatların yoxlanılan müəssisəyə təsirlərinə dair məlumat;

7.4.2.3. Müəssisənin strukturu və hər struktur üzrə işçilərin sayı;

7.4.2.4. Müəssisənin yerli bazarda əsas rəqibləri;

7.4.2.5. Biznes restrukturizasiyası ilə bağlı sənədlər.

7.4.3. Nəzarət olunan əməliyyatlar barədə:

7.4.3.1. nəzarət olunan əməliyyatlar haqqında məlumat (biznes fəaliyyəti, müəssisə qrupunun maliyyə fəaliyyətləri, xərclərin bölüşdürülməsinə dair razılaşmalar və transfer qiymətinin müəyyən edilməsinə təsir göstərən digər məlumatlar);

7.4.3.2. nəzarət olunan əməliyyatların hər bir kateqoriyası üzrə xərclər;

7.4.3.3. nəzarət olunan əməliyyatların hər bir kateqoriyası ilə əlaqədar olaraq vergi ödəyicisinin təfsilatlı funksional təhlili, yəni icra olunmuş funksiyalar, istifadə edilmiş aktivlər (o cümlədən qeyri-maddi aktivlər) və yaranmış risklər, o cümlədən yoxlanılan dövr və yoxlanılan dövrdən əvvəlki iki illə müqayisədə baş vermiş dəyişikliklər barədə arayış;

7.4.3.4. vergi ödəyicisinin sənədləşdirilmiş nəzarət olunan əməliyyatın qiymətinə birbaşa və ya dolayısı ilə təsir göstərən digər nəzarət olunan əməliyyatlarının müəyyən edilməsi və onların təsviri;

7.4.3.5. əməliyyat kateqoriyası ilə əlaqədar ən münasib transfer qiymətləri üsulu olmasının qeyd edilməsi və bu üsulun seçilməsinin əsaslandırılması;

7.4.3.6. test edilən tərəf (müəssisə) kimi seçilmiş əlaqəli müəssisənin qeyd edilməsi və bu seçimin izahı;

7.4.3.7. seçilmiş müqayisə edilə bilən nəzarət olunmayan əməliyyatların siyahısı və təsviri, mümkün olduqda transfer qiymətlərinin müqayisəli təhlilində istinad edilmiş müstəqil müəssisələrlə bağlı maliyyə indikatorlarına dair məlumat, o cümlədən müqayisə edilə bilən axtarış metodologiyası;

7.4.3.8. müqayisəlilik məqsədilə edilən düzəlişlərin və bu düzəlişlərin test edilən tərəflər (müəssisələr), müqayisə edilən bilən, nəzarət olunmayan əməliyyatlar və ya hər ikisi ilə bağlı aparıldığının göstərilməsi;

7.4.3.9. nəzarət olunan əməliyyatların seçilmiş transfer qiymətləri üsulu əsasında qol uzunluğu prinsipinə uyğun olaraq aparıldığını təsdiqləyən halların təsviri;

7.4.3.10. transfer qiymətləri metodologiyasının tətbiqi ilə bağlı istifadə edilmiş maliyyə məlumatlarının icmalı.

8.1. Transfer qiymətləri müəyyən edilərkən aşağıdakı məlumat bazalarından istifadə edilir:

8.1.1. yerli və beynəlxalq birja kotirovkaları;

8.1.2. gömrük orqanının apardığı xarici ticarət statistikası;

8.1.3. mənbəyi bəlli olan məlumat mənbələrində yerləşdirilmiş hesabat məlumatları;

8.1.4. vergi orqanın qoşulduğu ixtisaslaşmış beynəlxalq agentliklərin məlumat bazaları;

8.1.5. mallara, işlərə və xidmətlərə, habelə onların yerli və beynəlxalq bazarlarda təsbit edilmiş qiymətlərinə dair mənbəyi bəlli olan digər məlumat mənbələri.

8.2. Vergi orqanları və vergi ödəyicisi tərəfindən müxtəlif malların, işlərin və ya xidmətlərin transfer qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə bu Qaydaların 8.1-ci bəndində nəzərdə tutulan məlumat bazalarından əlavə, müxtəlif ölkələrin dövlət və özəl şirkətləri haqqında maliyyə və statistik məlumatların müqayisəli təhlil, həmin ölkələrin bazar təhlili və maliyyə sahəsində müqayisə edilə bilən əməliyyatların seçilməsi imkanı verən digər mötəbər informasiya bazalarından istifadə edilə bilər.

8.3. Vergi orqanları transfer qiymətlərinin müəyyən edilməsi üçün müqayisə edilə bilən əməliyyatların tapılması məqsədi ilə ixtisaslaşmış beynəlxalq agentliklərin məlumat bazalarına qoşulduğu zaman, bu barədə vergi ödəyicilərinin məlumatlandırılması üçün zəruri tədbirləri görür.

9.1. Vergi ödəyicisi hər hansı nəzarət olunan əməliyyat aparılmazdan əvvəl transfer qiymətlərinin üsulunun əvvəlcədən razılaşdırılması üçün müvafiq müqavilə ilə birlikdə əməliyyatın bütün təfsilatları barədə məlumatları təqdim etməklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilən ərizə ilə vergi orqanına müraciət edə bilər.

9.2. Bu Qaydaların 9.1-ci bəndində nəzərdə tutulmuş müraciət həyata keçiriləcək nəzarət olunan əməliyyatın başlanmasına ən azı üç (3) ay qalmış təqdim edilməlidir.

9.3. Transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması ilə bağlı müraciətə vergi orqanı tərəfindən 30 gün ərzində baxılır. Daxil olmuş müraciətin araşdırılması üçün əlavə vaxt tələb olunduğu halda səbəbi əsaslandırılmaqla vergi orqanının müraciətə baxılma müddətini hər dəfə 30 gün olmaqla iki dəfə uzatmaq hüququ var. Bu halda müraciət edən şəxsə icra müddətinin uzadıldığı tarixdən gec olmayaraq məlumat verilməlidir. İmtina üçün bu Qaydaların 9.3-4-cü bəndində göstərilən əsaslar olmadıqda transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması barədə vergi ödəyicisinə məktub göndərilir. Vergi orqanının transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması barədə məktubunun qüvvədə olma müddəti 3 ildir.

9.3-1. Vergi orqanı tərəfindən verilən transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması barədə məktub vergi ödəyicisi tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş və vergi yoxlaması ilə əhatə olunmamış eyni əməliyyatlara münasibətdə də tətbiq edilə bilər.

9.3-2. Vergi orqanı ilə razılaşdırılmış transfer qiymətlərinin üsulu vergi orqanı tərəfindən başlamış və davam edən vergi yoxlaması ilə əhatə olunan əvvəlki dövrlərdə həyata keçirilmiş eyni əməliyyatlara tətbiq oluna bilməz.

9.3-3. Vergi orqanı ilə razılaşdırılmış transfer qiymətlərinin üsulunun tətbiqi vergi ödəyicisi üçün məcburi xarakter daşımır. Vergi orqanı ilə razılaşdırılmış transfer qiymətləri üsulunun tətbiqi nəticəsində müəyyənləşdirilmiş qiymət (marja, xüsusi çəki) müqayisə olunan nəzarət olunmayan əməliyyatların qiymətlərindən (marjalar, xüsusi çəki) fərqlənməməlidir.

9.3-4. Aşağıdakı hallarda vergi orqanı tərəfindən transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılmasından imtina edilir:

9.3-4.1. ərizədə və ona əlavə olunmuş sənədlərdə təhrif edilmiş məlumatlar olduqda;

9.3-4.2. ərizədə qeyd olunan əməliyyat üzrə bu Qaydalara uyğun olaraq transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılmasına dair vergi orqanının məktubu olduqda;

9.3-4.3. ərizədə qeyd olunan əməliyyat artıq baş tutmuş olduqda və ya tərəflər arasında müvafiq əməliyyatlara dair məhkəmə mübahisəsi olduqda;

9.3-4.4. vergi orqanı tərəfindən barəsində qəbul edilməsi üçün müraciət edilmiş əməliyyat üzrə vergi ödəyicisinin vergidən yayınma sxemi yaratmaqla vergi üstünlüyü əldə etmək məqsədinin olması müəyyən edildikdə.

9.4. Transfer qiymətlərinin vergi orqanı ilə razılaşdırılmış üsulundan istifadə etməklə vergi ödəyicisi tərəfindən müəyyənləşdirilmiş transfer qiyməti yalnız vergitutma məqsədləri üçün gəlirin və xərclərin müəyyənləşdirilməsində istifadə edilir və müvafiq bəyannamə (mənfəət, gəlir və ya sadələşdirilmiş) təqdim edilərkən nəzarət olunan əməliyyatdan vergi həmin qiymətlə hesablanır. Əməliyyatın faktiki qiyməti əməliyyat tərəfləri arasında müstəqil razılaşdırıla bilər.

9.5. Bu Qaydaların 9.4-cü bəndinə əsasən vergi ödəyicisi müvafiq bəyannaməni transfer qiymətlərini tətbiq edərək təqdim edirsə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000006200 nömrəli Qərarı ilə müəyyən edilən formada “Nəzarət olunan əməliyyatlar barədə Arayış” vergi orqanına təqdim edilərkən həmin Arayışın “Nəzarət olunan əməliyyatlar üzrə tətbiq edilən transfer qiymətləndirilməsi haqqında məlumat” hissəsi də doldurulmalı və vergi orqanına elektron qaydada təqdim edilməlidir. Eyni zamanda, dəyişiklik bəyannamənin müvafiq sətrində nəzərə alınmalıdır.

9.6. Vergi orqanı tərəfindən transfer qiymətləri üsullarının əvvəlcədən razılaşdırılması çərçivəsində əməliyyatın xarakterindən asılı olaraq düsturlar və gəlirin bölüşdürülməsində istifadə edilən indikatorlar da razılaşdırılır.

10.1. Vergi ödəyicisi faktiki müqavilə qiyməti tətbiq edilən əməliyyatlardan vergini bu Qaydalara əsasən müstəqil şəkildə müəyyənləşdirdiyi transfer qiyməti əsasında hesablaya, bəyan edə və ödəyə bilər. Bu halda transfer qiymətinin müəyyənləşdirilməsi üçün müvafiq üsul seçilərkən bu Qaydaların 5.2-5.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərə əməl edilməlidir.

10.2. Vergi ödəyicisi transfer qiymətlərini müstəqil şəkildə müəyyən etdiyi halda həmin qiymətin bu Qaydaların tələblərinə uyğunluğunun yoxlanılması üçün tələb olunan bütün sənədləri, o cümlədən, nəzarət olunan əməliyyatın təfərrüatları və şərtləri, hesablama məlumatlarını, müqayisə üçün seçilmiş əməliyyatlar, həmin əməliyyatların və tətbiq edilmiş üsulun seçilmə səbəbi və əsaslandırılması haqqında məlumatları və təsdiqedici sənədləri də vergi orqanına təqdim etməlidir.

10.3. Bu Qaydaların 10.1-ci və 10.2-ci bəndlərinə əsasən vergi ödəyicisi vergini transfer qiyməti əsasında hesablayırsa, “Nəzarət olunan əməliyyatlar haqqında Arayış”ın “Nəzarət olunan əməliyyatlar üzrə tətbiq edilən transfer qiymətləndirilməsi haqqında məlumat” adlı 3-cü bölməsi də doldurulmalıdır. Vergi ödəyicisi nəzarət olunan əməliyyatdan vergini faktiki müqavilə qiymətinə korrektə edilmədən hesablayaraq, bəyan edirsə həmin bölmə doldurulmur.

10.4. Vergi orqanı vergi ödəyicisinin müstəqil şəkildə müəyyən etdiyi transfer qiyməti ilə razılaşdığı təqdirdə nəzarət olunan əməliyyat üzrə vergi həmin qiymət əsas götürülməklə hesablanır.

10.5. Vergi ödəyicisinin təqdim etdiyi sübutlar kifayət etmədiyi üçün vergi orqanı transfer qiymətinin başqa üsuldan və ya başqa müqayisə oluna bilən əməliyyatlardan istifadə edilməklə hesablanmalı olduğu qənaətinə gəldiyi halda, vergini öz araşdırmaları əsasında müəyyən etdiyi transfer qiyməti əsas götürülməklə hesablayır.

11.1. Vergi ödəyicisi vergi orqanı tərəfindən müəyyənləşdirilmiş transfer qiyməti ilə razılaşmadığı halda transfer qiymətinin fərqli qaydada müəyyənləşdirilməli olması barədə vergi orqanına sübutlar təqdim edə bilər.

11.2. Vergi orqanı vergi ödəyicisinin təqdim etdiyi sübutların müəyyənləşdirilmiş transfer qiymətinin dəyişdirilməsi üçün kifayət etmədiyi barədə əsaslandırılmış qənaətə gəldiyi halda vergilər vergi orqanı tərəfindən müəyyənləşdirilmiş transfer qiyməti əsas götürülməklə hesablanır və ödənilir.

11.3. Bu Qaydaların 11.2-ci bəndinin müddəaları vergi ödəyicisinin qanunvericilikdə nəzərdə tutulmuş inzibati qaydada şikayət və məhkəməyə müraciət etmək hüquqlarını məhdudlaşdırmır.

12.1. Nəzarət olunan əməliyyatda transfer qiymətinin müəyyənləşdirilməsi və tətbiqi nəticəsində vergi ödəyicisinin vergitutma bazası dəyişikliklərə məruz qalarsa və bunun nəticəsində həmin əməliyyatdan mənfəətə münasibətdə həm Azərbaycan Respublikasında, həm də əməliyyatın digər tərəfi olan şəxsin dövlətində ikiqat vergitutma halının yarana biləcəyi halda vergi ödəyicisinin və ya əməliyyatın tərəfi olan digər şəxsin müraciəti əsasında vergi orqanı digər dövlətdə nəzərə alınması məqsədi ilə Azərbaycan Respublikasında əməliyyat nəticəsində ödənilmiş vergilər barədə məlumatı izahlı şəkildə müraciət edən şəxsə təqdim edə bilər.

12.2. Digər dövlətin səlahiyyətli orqanı Azərbaycan Respublikasının vergi orqanının gəldiyi nəticə və hesabladığı vergilərlə razılaşmadığı təqdirdə qarşılıqlı razılaşma proseduru həmin dövlətlə Azərbaycan Respublikası arasında qüvvədə olan ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilənin müddəaları əsasında aparılır.

12.3. Digər dövlətlə Azərbaycan Respublikası arasında qüvvədə olan ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə mövcud olmadığı halda Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə müəyyənləşdirilmiş transfer qiyməti və hesablanmış vergi ilə bağlı həmin digər dövlətin vergi orqanının mövqeyi nəzərə alınmır.

Qiymətlərin müqayisəsi üsulu:

A ölkəsində yerləşən Parent Co (Azərbaycan) şirkəti özünün B ölkəsində yerləşən törəmə şirkəti olan Subsidiary Co şirkətinə bir ədədinin qiyməti 50 000 AZN olmaqla, ümumi dəyəri 700 000 AZN olan 14 ədəd avadanlıq satır.

Oxşar əməliyyatlara və müvafiq məlumat mənbələrindən əldə olunan məlumatlara əsasən təqdim edilən malın qiyməti aşağıdakı hallar əsas götürməklə müqayisə edilir və transfer qiyməti müəyyən edilir:

Müqayisə edilə bilən nəzarət olunmayan əməliyyatlar zamanı təqdim edilən avadanlığın qiyməti:

· Parent Co və İndependent Co (C ölkəsi) arasındakı qiymət - 55 000 AZN

· İndependent Co (Azərbaycan) və Subsidiary Co (B ölkəsi) arasındakı qiymət - 62 000 AZN

· İndependent Co (Azərbaycan) və İndependent Co (F ölkəsi) arasındakı qiymət - 66 000 AZN

· İndependent Co (D ölkəsi) və İndependent Co (E ölkəsi) arasındakı qiymət - 70 000 AZN

Kvartillərarası intervalın tapılması:

Kvartillərarası interval düsturu: Q1 = (n+1)x0.25 və Q3=(n+1)x0.75

Q1 = aşağı kvartil medianı;

Q3 = yuxarı kvartil medianı;

n- təqdim edilən göstəricilərin sayı.

Q1 (aşağı kvartil medianı) = (n+1)*0.25 = (4+1)*0.25=1.25 = (55 000+62 000)/2 =58 500

Q2 (median) = (n+1) *0.5 = 5*0.5= 2.5 = (62 000+66 000)/2 =64 000

Q3 (yuxarı kvartil medianı) = (n+1)*0.75 = (4+1)*0.75= 3.75 =68 000

Kvartillərarası interval düsturunun tətbiqi ilə kvartillərarası hesablanma prosesi aşağıdakı kimidir:

1. Müəyyənləşdirilmiş nəzarət olunmayan əməliyyatların göstəriciləri aşağı göstəricidən yuxarı göstəriciyə ardıcıllıqla düzülür;

2. Aşağı göstəricidən yuxarı göstəriciyə ardıcıllıqla düzülmüş nəzarət olunmayan əməliyyatların göstəriciləri sıra sayı ilə nömrələnir. Məsələn: nəzarət olunmayan göstəricilər – 55 000, 62 000, 66 000, 70 000 -dirsə, bu, müvafiq olaraq 1, 2, 3, 4 kimi işarələnir;

3. Aşağı şkaladan yuxarı şkalaya ardıcıllıqla düzülmüş və sıra sayı ilə işarələnmiş nəzarət olunmayan əməliyyatlar aşağı kvartil medianı (Q1) və yuxarı kvartil medianı (Q3) hesablanaraq, kvartilarası mövqe müəyyənləşdirilir. Məsələn: nəzarət olunmayan əməliyyat göstəriciləri – 55 000, 62 000, 66 000, 70 000 -dirsə və müvafiq olaraq 55 000-ni 1, 62 000-ni 2, 66 000-ni 3, 70 000-ni 4 sıra sayı ilə qiymətləndirdikdə, Q1=(4+1)x0.25=1.25, Q3=(4+1)x0.75=3.75 olur. Bu isə o deməkdir ki, Q1 (1.25) –in mövqeyi 55 000 və 62 000, Q3 (3.75)-in mövqeyi 66 000 və 70 000 arasındadır.

4. Düsturun tətbiqi ilə müəyyənləşdirilmiş mövqe kəsr ədədi ilə alınırsa, bu zaman hesablanmış mövqeyə düşən iki ümumi risk dərəcəsini toplayaraq ikiyə bölmək lazımdır. Məsələn: Q1=(55 000+62 000)/2=58 500(aşağı kvartil median), Q3=(66 000+70 000)/2=68 000 (yuxarı kvartil median).

5. Nəticədə kvartillərarası interval Q1(58 500) – Q3(68 000) arasında dəyişir. Göstərilən hal üzrə satış qiyməti (50 000 AZN) müəyyən olunan kvartillərarası intervalının (58 500 – 68 000 AZN) aşağı həddindən də az olduğundan, transfer qiyməti kimi – Q2 (median) = (62 000 + 66 000)/2 = 64 000 AZN götürülür və vergilər yenidən hesablanır.

Sonrakı (təkrar) satış qiyməti üsulu:

Subsidiary Co (Azərbaycan) şirkəti ana müəssisəsi olan Parent Co şirkətindən malı alır və sonradan müstəqil tərəflərə satır.

2015-ci il ərzində Subsidiary Co şirkəti hər birinin qiyməti 800 AZN olmaqla 1000 ədəd, ümumi dəyəri isə 800 000 AZN olan mobil telefon almışdır.

Mobil telefonun qiymətinə alış qiyməti (750 AZN) və idxal xərcləri (gömrük, nəqliyyat və digər xərclər – 50 AZN) daxildir.

Sonradan həmin mobil telefonlar hər birinin qiyməti 1 000 AZN-dən satılmışdır.

Bu halda ən uyğun metod təkrar satış marjası üsulu ola bilər (qiymətlərin müqayisəsi üsulunun tətbiqi mümkün olmadığı halda).

Oxşar əməliyyatlara və müvafiq məlumat mənbələrindən əldə olunan məlumatlara əsasən müəyyən edilir ki, müqayisə oluna bilən 4 şirkətdə həmin mallar üzrə təkrar satış marjası Kvartillərarası məqbul interval (28% + 29% + 31 % + 32%) arasındadır. Kvartillərarası məqbul interval 1-ci misalda göstərilən qaydada hesablanmışdır.

Transfer qiymətinın hesablanması üçün Kvartillərarası məqbul intervalın marjası – 30 % (28% + 29% + 31 % + 32% ) təkrar satış marjası kimi qəbul edilir.

Transfer qiyməti aşağıdakı kimi hesablanır:

yenidən satış qiyməti – (yenidən satış qiyməti*təkrar satış marjası –idxal xərcləri)

Bu halda mobil telefonlar üçün transfer qiyməti aşağıdakı kimi olmalıdır:

650(1000 – 50 -(1000*30%))

Dəyərin toplanması üsulu:

Parent Co (Azərbaycan) şirkəti asılı olan Subsidiary Co şirkətinin sifarişləri əsasında elektrik stansiyası üçün avadanlıq istehsal edir. Parent Co şirkəti üçün məhsulun satış riski və digər risklər Subsidiary Co şirkətinə nisbətən aşağıdır.

Avadanlığın istehsal xərcləri 700 000 AZN, satış qiyməti 805 000 AZN olmuşdur.

Parent Co şirkəti üçün əlavə gəlir marjası 15 faiz təşkil edir.

Bu halda ən uyğun metod dəyərin toplanması üsulu ola bilər (qiymətlərin müqayisəsi üsulunun tətbiqi mümkün olmadığı halda).

Oxşar əməliyyatlara və müvafiq məlumat mənbələrindən əldə olunan məlumatlara əsasən Parent Co şirkəti ilə eyni və ya oxşar məhsulların istehsalı və satışı ilə məşğul olan 3 şirkətdə əlavə gəlir marjası kvartillərarası intervalı 18 - 22 faiz arasında dəyişir.

Nəticədə, kvartillərarası intervalın medianı - 20 faiz (18 % + 20 % + 22%) əlavə gəlir marjası kimi qəbul edilir.

Transfer qiyməti aşağıdakı kimi hesablanır:

çəkilən xərc + gəlir marjası

Bu halda transfer qiyməti olmalıdır - 840 000 AZN ( 700 000 + (700 000 x 20%))

Parent Co (Azərbaycan) şirkəti özünün Subsidiary Co törəmə şirkətinə hər hansı xidməti 600 000 AZN təqdim edir, bu zaman 400 000 AZN xərc çəkir və 200 000 AZN mənfəət əldə edir.

Həmin əməliyyatdan əldə olunan 200 000 AZN mənfəətin ümumi xərclərdə xüsusi çəkisi 50 faiz təşkil edir.

Oxşar əməliyyatlara və müvafiq məlumat mənbələrindən əldə olunan məlumatlara əsasən, müəyyən edilir ki, müqayisə oluna bilən yalnız 1 şirkət var və həmin şirkətdə mənfəətin ümumi xərclərdəki xüsusi çəkisi 60 faiz təşkil edir.

Nəticədə transfer qiyməti 60 faizlik xüsusi çəki nəzərə alınmaqla hesablanır və mənfəət 240 000 AZN müəyyən edilərək vergi yenidən hesablanır.

Mənfəətin bölgüsü üsulu:

Parent Co şirkəti özünün Subsisiary Co (Azərbaycan) törəmə şirkəti ilə birgə üçüncü tərəfə 1 200 000 AZN müqabilində xidmət təqdim edir. Xidmətin təqdim edilməsi ilə bağlı 900 000 AZN məbləğində ümumi xərc çəkilir və ümumi mənfəət 300 000 AZN təşkil edir.

Bu mənfəətdən 120 000 AZN törəmə şirkətdə qalır, qalan hissəsi – 180 000 AZN isə baş ofisə köçürülür. Bu, müxtəlif səbəblərlə, məsələn, xidmətin baş ofisinin işçiləri tərəfindən göstərilməsi, törəmə şirkətin qeyri-maddi əmlakdan istifadə etməsi, daha az funksiya və ya risk daşıması və s. ilə əsaslandırıla bilər.

Həmin əməliyyatdan törəmə şirkətin payının ümumi mənfəətdə xüsusi çəkisi 40 faiz ( 120 000 / 300 000), baş ofisin payı isə 60 faiz təşkil edir.

Bu halda transfer qiymətləndirilməsi üzrə təhlillər aparılaraq müvafiq göstəricilər yenidən baxıla bilər.

Aparılan təhlillər nəticəsində müəssisə qrupunda mənfəətdəki xüsusi çəki 50/50 faiz şəklində bölünür.

Bu halda Azərbaycandakı törəmə şirkətin ümumi mənfəətdəki xüsusi çəkisi 40 faiz deyil, 50 faiz götürülür və nəticədə mənfəət vergisi 150 000 AZN-dən hesablanır.

Qeyd: Verilmiş formanın tərtib edilmə qaydalarını oxuyun.

Diqqət ! +, /, %, Z simvollardan istifadə etməyin, Böyük çap hərflərlə qara və ya göy diyircəkli qələmlə doldurun

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000006200 nömrəli Qərarı ilə təsdiq edilmişdir

Arayışın təqdim edildiyi vergi orqanının adı

Əsas fəaliyyət növünün kodu

Arayışın növü (müvafiq xanadan birində X göstərin)

Mənfəət (gəlir) vergisi bəyannaməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilir

Əvvəlki hesabat dövrləri üzrə dəqiqləşmənin aparılması zəruri olduğu hallarda səyyar vergi yoxlamasının başladığı günədək təqdim edilir

Vergi dövrü ərzində biznesin restrukturizasiyası baş verib?

Vergi dövrü ərzində Xərclərin bölüşdürülməsi üzrə Razılaşma (CCA) mövcuddur?

Müəssisə qrupu tərəfindən hər hansı ölkədə transfer qiymətlərinin əvvəlcədən müəyyənləşdirilməsi ilə bağlı müraciət olunub?

Satış əməliyyatları üzrə cəmi artırılmış gəlir

Alış əməliyyatları üzrə cəmi azaldılmış xərc

Çərçivənin həddindən kənara çıxmayın

_____________________________/___________/

Hüquqi şəxsin rəhbərinin S.A.A. İmza

Çərçivənin həddindən kənara çıxmayın

_____________________________/___________/

Baş mühasibin S.A.A. İmza

Arayışın tərtib edilmə tarixi

Vergi orqanı tərəfindən Arayışın qəbul edilməsi №-si və tarixi

Poçt ştempelinin vurulma tarixi

Qeyd: Verilmiş formanın tərtib edilmə qaydalarını oxuyun.

Diqqət ! +, /, %, Z simvollardan istifadə etməyin, Böyük çap hərflərlə qara və ya göy diyircəkli qələmlə doldurun

“Nəzarət olunan əməliyyatlar haqqında Arayış” və “Nəzarət olunan əməliyyatlar haqqında arayışa Əlavə” “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. “Nəzarət olunan əməliyyatlar haqqında Arayış” və “Nəzarət olunan əməliyyatlar haqqında arayışa Əlavə” Vergi Məcəlləsinin 16.1.4-cü maddəsinə müvafiq olaraq təqdim edilir.

Arayış aşağıdakı kimi tərtib edilir:

Arayışın əvvəlində göstərilən «Qeyd»dəki «verilmiş formanın tərtib edilməsi qaydalarını oxuyun» və « +, /, %, Z simvollarından istifadə etməyin, böyük çap hərflərlə qara və ya göy diyircəkli qələmlə doldurun» tövsiyələrə ciddi əməl olunmalıdır. Arayış doldurularkən qaralamalara və düzəlişlərə yol verilmir.

Təqdim olunmuş arayışda aparılan hesablamalardakı riyazi səhvlər vergi orqanı tərəfindən düzəldilir və kompüter proqramı vasitəsi ilə düzgün hesablanmış vergi məbləğləri birbaşa baza göstəricilərinə daxil edilir.

«Arayışın təqdim edildiyi vergi orqanının adı» sətrin xanalarında böyük çap hərfləri ilə hər xanada bir hərf yazmaqla qeydiyyatda olduğu vergi orqanının adı göstərilməlidir.

Arayış təqdim edildiyi vergi orqanının adı

Arayışın “Vergi ödəyicisi haqqında ümumi məlumat” adlanan 1 №-li Bölməsində vergi ödəyicisinin arayışın aid olduğu hesabat dövründə fəaliyyəti ilə bağlı ümumi məlumatlar əks olunur.

1-ci sətrində vergi ödəyicisinin VÖEN-i qeyd olunur.

· Misal: Vergi ödəyicisinin 1500315641 saylı VÖEN-i hər rəqəm ayrı xanada olmaqla bu qaydada yazılır:

2-ci sətirdə böyük çap hərfləri ilə ver­gi ödəyicisi fiziki şəxs olduğu halda, onun adı, soyadı və atasının adı, hüquqi şəxs olduqda isə onun tam hüquqi adı hər simvol ayrı xanada olmaqla qeyd olunur.

· Misal: Arayış “İnkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilərsə, müvafiq xanalarda vergi ödəyicisinin adı bu qaydada yazılır:

Vergi ödəyicisinin adı

3-cü sətirdə “Əsas fəaliyyət növünun kodu” hissəsində hər xanada bir simvol olmaqla vergi ödəyicisinin əsas fəaliyyət növünün statistik kodu, “adı” hissəsində isə böyük çap hərfləri ilə əsas fəaliyyət növünün adı yazılır:

· Misal: “İnkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti 567892 statistik kodu olan alqı-satqı fəaliyyəti ilə məşğul olur. Bu halda müvafiq xanalar aşağıdakı qay­dada doldurulur:

Əsas fəaliyyət növünün kodu

4-cü sətirdə təqdim olunan arayışın “Cari” və ya “Dəqiqləşdirilmiş” olmasından asılı olaraq müvafiq xanada “X” işarəsi qoyulur. Cari arayış təqvim ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq, Vergi Məcəlləsinin 74-cü maddəsinə əsasən arayışın verilməsi müddəti 3 ayadək uzadıldıqda isə həmin müddətdən gec olmayaraq vergi orqanına verilir. Vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına arayış verməlidir. Bu zaman hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Hüquqi şəxs ləğv edildikdə hüquqi şəxsin ləğv edilməsi haqqında qərarda göstərilən ləğv olunma tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi ləğv olunduqda və ləğv olunması haqqında qərarda ləğv olunma tarixi göstərilmədikdə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəliklərində (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixdən sonra 30 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) vergi orqanına arayışı verməyə borcludur.

· Misal: “İnkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti cari hesabat dövrü üçün arayış təqdim edirsə, müvafiq xanada işarə bu qaydada qoyulur:

Mənfəət (gəlir) vergisi bəyannaməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilir

Əvvəlki hesabat dövrləri üzrə dəqiqləşmənin aparılması zəruri olduğu hallarda səyyar vergi yoxlamasının başladığı günədək təqdim edilir

5-ci sətirdə arayışın aid olduğu hesabat ili hər xanada bir simvol olmaqla qeyd olunur.

6-cı sətirdə “Vergi dövrü ərzində biznesin restrukturizasiyası baş verib?” sualına cavab olaraq “BƏLİ” və ya “XEYR” xanalarından birinə “X” işarəsi qeyd olunur.

7-ci sətirdə “Vergi dövrü ərzində Xərclərin bölüşdürülməsi üzrə Razılaşma (CCA) mövcuddur?” sualına cavab olaraq “BƏLİ” və ya “XEYR” xanalarından birinə “X” işarəsi qeyd olunur.

8-ci sətirdə “Müəssisə qrupu tərəfindən hər hansı ölkədə transfer qiymətlərinin əvvəlcədən müəyyənləşdirilməsi ilə bağlı müraciət olunub?” sualına cavab olaraq “BƏLİ” və ya “XEYR” xanalarından birinə “X” işarəsi qeyd olunur. Bu sətirdə müəssisə qrupu dedikdə, bir müəssisənin baş ofisi, onun hansı dövlətdə yerləşməsindən asılı olmayaraq filialları, nümayəndəlikləri, törəmə və ya asılı müəssisələri və digər bölmələrinin məcmusu başa düşülür.

Misal: “İnkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-ci il üçün arayış təqdim edirsə vergi dövrü 5 №-li sətirdə aşağıdakı qaydada yazılır:

Bölmə 2. Nəzarət olunan əməliyyatlar barədə məlumat

Arayışın 2-ci bölməsinin nəzarət olunan əməliyyatlarda “Əməliyyatın tərəfi olan digər şəxs” sütununda arayışı təqdim edən vergi ödəyicisinin nəzarət olunan əməliyyat apardığı digər şəxs barədə məlumatların, eləcə də, həmin əməliyyatların hansı əsasla nəzarət olunan əməliyyat hesab edildiyi göstərilir. Həmin sütunun 2-ci “Nəzarət olunan əməliyyat hesab edilməsi üçün əsas (VM-in 14-1.2.1, 14-1.2.2, 14-1.2.3 və ya 14-1.2.4 maddəsi)” altsütununda aparılan əməliyyatın Vergi Məcəlləsində hansı maddəyə (maddələrə) əsasən nəzarət olunan əməliyyat hesab edilməsi Vergi Məcəlləsinin müvafiq maddəsinin (maddələrinin) nömrəsi göstərilməklə yazılır. Vergi Məcəlləsinin yalnız 14-1.2.3-cü maddəsi göstərilərsə, “Nəzarət olunan əməliyyatlar haqqında arayışa Əlavə” doldurulmur.

“Əməliyyatın tərəfi olan digər şəxs” sütununun 3-cü “Adı” altsütununda həmin digər şəxs fiziki şəxs olduğu halda, onun adı, soyadı və atasının adı, hüquqi şəxs olduqda isə, tam hüquqi adı qeyd olunur. Həmin sütunun alt sütunları olan “Rezidentlik ölkəsi”, “Qeydiyyat ölkəsi” və “VÖEN” hissələrində əməliyyat aparan digər şəxsin rezident və qeydiyyatda olduğu ölkələrin 3 hərfli kodu (ISO ALPHA-3 Code) və rezidentlik ölkəsindəki VÖEN nəzərdə tutulur.

· Misal: “İnkişaf MMC” rezidentlik və qeydiyyat ölkəsi Belçika olan İnternational Co şirkəti il Vergi Məcəlləsinin 14-1.2.1-ci maddəsinə əsasən nəzarət olunan əməliyyat həyata keçirir.

· Arayışın 2-ci bölməsinin 7-ci “Əməliyyatın predmeti olan malın (xidmətin) adı” sütununda göstərilən xidmətin adı və ya alınan/satılan malın adı yazılır.

· Arayışın 2-ci bölməsinin 8-ci, 9-cu və 10-cu sütunlarında “əməliyyatın” dövrü və ya konkret tarixi yazılır (Bu zaman bölmə 1-in 5-ci sətrində qeyd edilən ildən fərqli il yazıla bilməz):

· Arayışın 2-ci bölməsinin 11-ci sütununda “Əməliyyatın növü (alış/satış)” hissəsinə aparılan əməliyyatın növü qeyd olunur.

· Arayışın 2-ci bölməsinin “Müqavilə” sütununun 12-ci “Nömrəsi” altsütununa müqavilənin nömrəsi və 13-cü “Tarixi” altsütununda müqavilənin imzalandığı tarix yazılır.

· Arayışın 2-ci bölməsinin 14-cü sütununda “Mənşə ölkəsi” hissəsinə malın istehsal olunduğu ölkənin kodu və ya xidməti göstərən ölkənin kodu (ISO ALPHA-3 Code) yazılır.

· Arayışın 2-ci bölməsinin 15-ci sütununda “Çatdırılma şərtləri” hissəsinə müqavilə üzrə malın çatdırılma şərtləri İnkoterms standartına uyğun yazılır.

· Arayışın 2-ci bölməsinin 16-cı “İstehsalçı” sütununda əməliyyatın predmeti olan malı istehsal edən şirkətin adı yazılır. Məs: B şirkəti C müştərisinə A şirkətinin xidmətlərini təklif edə bilər. Burada əsas xidmət göstərən şirkət dedikdə A şirkəti nəzərdə tutulur.

· Arayışın 2-ci bölməsinin 17-ci “Əmtəə nişanı” sütununda malın əmtəə nişanı yazılır.

· Arayışın 2-ci bölməsinin 18-ci “Ölçü vahidi” sütununda malın ölçü vahidi (kq, ton, m³, ədəd, vaxt və.s.) yazılır.

· Arayışın 2-ci bölməsinin 19-cu “Həcm və ya miqdar” sütununda malın və xidmətin həcmi və ya miqdarı rəqəmlə ifadə olunur.

· Arayışın 2-ci bölməsinin 20-ci “Ödəniş valyutası” sütununda aparılan əməliyyat zamanı edilən ödənişlərin valyuta növü yazılır:

· Arayışın 2-ci bölməsinin 21-ci sütununda “Vahidin ödəniş valyutasında qiyməti (ƏDV, aksiz və gömrük rüsumları nəzərə alınmadan) valyutanın min vahidi ilə” hissəsinə əməliyyat predmeti olan məhsulun bir vahidinin ödəniş valyutasında qiyməti (ödəniş valyutasının min vahidi ilə).

· Arayışın 2-ci bölməsinin “Ümumi qiymət (ƏDV, aksiz və gömrük rüsumları nəzərə alınmadan)” hissəsinin 22-ci altsütununda əməliyyat predmeti olan məhsulun və ya xidmətin valyutanın min vahidi ilə ödəniş valyutasında və 23-cü altsütununda əməliyyat predmeti olan məhsulun və ya xidmətin AZN-lə(min vahid ilə) ümumi qiyməti yazılır.

Bölmə 3. Nəzarət olunan əməliyyatlar üzrə tətbiq edilən transfer qiymətləndirilməsi haqqında məlumat

· Arayışın 3-cü bölməsinin 2-ci Müqayisə edilən əməliyyatlar üzrə məlumat mənbəyi” sütununda “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi Qaydaları”nın 8-ci hissəsində nəzərdə tutulan və vergi ödəyicisi tərəfindən istifadə edilmiş məlumat mənbəyinin (mənbələrinin) adı qeyd edilir.

· Arayışın 3-cü bölməsinin “Müqayisə edilən dövr” hissəsinə müqayisə edilən əməliyyatın dövrü yazılır:

· Arayışın 3-cü bölməsinin 5-ci “Seçilmiş üsul” sütununda Vergi Məcəlləsinin 14-1-ci maddəsində və transfer qiymətinin müəyyənləşdirilməsi üçün vergi ödəyicisi tərəfindən istifadə olunan üsulun adı yazılır:

· Arayışın 3-cü bölməsinin 6-cı “Müqayisə edilən göstəricinin adı” sütununda müqayisə edilən göstəricinin adı, məs: qiymət, marja, xüsusi çəki göstəricilərindən birinin adı yazılır.

· Arayışın 3-cü bölməsinin 7-ci sütununda “Müəyyən edilən göstərici nəzərə alınmaqla, malın (işin, xidmətin) ümumi qiyməti (AZN min vahid ilə)” hissəsində müqayisə edilən göstərici nəzərə alınmaqla malın və ya xidmətin hesablanmış ümumi qiyməti AZN min vahid ilə yazılır:

· Arayışın 3-cü bölməsinin 8-ci sütununda “Malın (işin, xidmətin) faktiki ümumi qiyməti (AZN min vahid ilə)” malın işin və ya xidmətin müqavilə əsasında ümumi qiyməti və ya ümumi faktiki qiyməti min AZN vahidi ilə yazılır.

· Arayışın 3-cü bölməsinin 9-cu “Transfer qiyməti tətbiq edilməklə hesablanan (AZN min vahid ilə)” sütununda transfer qiyməti nəzərə almaqla hesablanan əlavə gəlir və azaldılan xərc AZN min vahidi ilə yazılır. Bu zaman transfer qiyməti nəzərə alınmaqla hesablanan ümumi transfer qiyməti ilə malın (işin, xidmətin) faktiki qiyməti arasında fərq tapılır.

Nəzarət olunan əməliyyatlar barədə arayışa Əlavənin 1-ci Bölməsinin 2-ci “VÖEN”, 3-cü “Şəxsin adı”, 4-cü “Ünvanı”, 5-ci “Qeydiyyat ölkəsinin kodu”, 6-cı “Rezidentlik ölkəsinin kodu” sütunlarında müvafiq olaraq Vergi Məcəlləsinin 14-1.2-ci və həmin Məcəllənin 18-ci maddəsinə əsasən müəyyən edilmiş şəxsin rezidentlik ölkəsindəki VÖEN -i, şəxs fiziki şəxs olduğu halda, onun adı, soyadı və atasının adı, hüquqi şəxs olduqda isə, onun tam hüquqi adı, ünvanı, rezident və qeydiyyatda olduğu ölkələrin 3 hərfli kodu (ISO ALPHA-3 Code) nəzərdə tutulur.

Qeydiyyat ölkəsinin kodu

Rezidentlik ölkəsinin kodu

John Doe 23, Brussel, Belçika

1-ci Bölmənin “Bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə” sütunun 7-ci (faizlə), 8-ci “Valyutanın növü” və 9-cu “Məbləğ” alt-sütunlarına iştirak payının faizi, iştirak payının valyuta ilə ifadəsi və məbləği yazılır.

1-ci Bölmənin 9- cu “Bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədirsə, tabeçilik və ya nəzarətin forması” sütununda tabeçilik və ya nəzarətin forması yazılır.

1-ci Bölmənin “Şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirsə, üçüncü şəxs barədə məlumat” hissəsinin 10-cu “Adı”, 11-ci “Ünvanı”, 12-ci “Qeydiyyat ölkəsi”, 13-cü “Rezidentlik ölkəsi” sütunlarında müvafiq olaraq üçüncü şəxsin adı (ver­gi ödəyicisi fiziki şəxs olduğu halda, onun adı, soyadı və atasının adı, hüquqi şəxs olduqda isə, onun tam hüquqi adı), ünvanı, rezident və qeydiyyatda olduğu ölkələrin 3 hərfli kodu (ISO ALPHA-3 Code) nəzərdə tutulur.

Şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirsə, üçüncü şəxs barədə məlumat

1-ci Bölmənin “Şəxslər üçüncü şəxsə birbaşa və ya dolayısı ilə birgə nəzarət edirlərsə, üçüncü şəxs barədə məlumat” hissəsinin 15-ci “Adı”, 16-cı “Ünvanı”, 17-ci “Qeydiyyat ölkəsi”, 18-ci “Rezidentlik ölkəsi” sütunlarında müvafiq olaraq Vergi Məcəlləsinin 18.2.4-cü maddəsinin məqsədləri baxımından üçüncü şəxsin adı (vergi ödəyicisi fiziki şəxs olduğu halda, onun adı, soyadı və atasının adı, hüquqi şəxs olduqda isə, onun tam hüquqi adı), ünvanı, rezident və qeydiyyatda olduğu ölkələrin 3 hərfli kodu (ISO ALPHA-3 Code) nəzərdə tutulur.

Şəxslər üçüncü şəxsə birbaşa və ya dolayısı ilə birgə nəzarət edirlərsə, üçüncü şəxs barədə məlumat

1-ci Bölmənin 18-ci “Vergi Məcəlləsinin 13.2.7-ci maddəsində göstərilən ailə üzvləri” sütununda Vergi Məcəlləsinin 13.2.7-ci maddəsində göstərilən ailə üzvlərindən biri yazılır.

1-ci Bölmənin “Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, habelə qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs barədə məlumat” hissəsinin 20-ci “Adı”, 21-ci “Ünvanı”, 22-ci “Qeydiyyat ölkəsi”, 23-cü “Rezidentlik ölkəsi” sütunlarında müvafiq olaraq daimi nümayəndəliyin baş ofisi olan qeyri- rezident və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsinin, habelə qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxsin adı (vergi ödəyicisi fiziki şəxs olduğu halda, onun adı, soyadı və atasının adı, hüquqi şəxs olduqda isə, onun tam hüquqi adı), ünvanı, rezident və qeydiyyatda olduğu ölkələrin 3 hərfli kodu (ISO ALPHA-3 Code) nəzərdə tutulur.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000006200 nömrəli Qərarı ilə təsdiq edilmişdir

QEYD: 1. Cədvəlin başlığındakı 1-ci boşluqda əmlakın "hərrac" və ya "elektron hərrac" vasitəsilə satılması, 2-ci və 3-cü boşluqda isə hərracı təşkil edən vergi ödəyicisinin (hərrac təşkilatı) müvafiq olaraq tam adı və VÖEN-i barədə məlumatlar daxil edilməlidir.

QEYD: 2. Əmlakın satılması üçün verilən sifarişlər barədə məlumatlar əmlakın satılıb-satılmamasından asılı olmayaraq daxil edilməlidir.

Aşağıdakı məlumatlar əlavə edilməlidir:

1. Hərracın keçirildiyi ünvan (ünvanlar):

2. Hərrac təşkilatının rəsmi internet saytının adı:

3. Elektron hərracın keçirildiyi internet saytının adı:

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000006200 nömrəli Qərarı ilə təsdiq edilmişdir

QEYD: 1. Cədvəlin başlığındakı 1-ci boşluqda əmlakın "ticarət şəbəkəsi" və ya "elektron ticarət şəbəkəsi"ndə satılması, 2-ci və 3-cü boşluqda isə ticarət şəbəkəsini çalışdıran vergi ödəyicisinin müvafiq olaraq tam adı və VÖEN-i barədə məlumatlar daxil edilməlidir. QEYD: 2. Əmlakın satılması üçün verilən sifarişlər barədə məlumatlar əmlakın satılıb-satılmamasından asılı olmayaraq daxil edilməlidir.

Aşağıdakı məlumatlar əlavə edilməlidir:

1. Satışın keçirildiyi ünvan (ünvanlar):

2. Ticarət şəbəkəsinin rəsmi internet saytının adı:

3. Elektron satışın keçirildiyi internet saytının adı:

1. 17 may 2019-cu il tarixli 1917050000009300 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905179300, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 iyun 2019-cu il)

2. 15 oktyabr 2019-cu il tarixli 1917050000014500 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201910154500, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 oktyabr 2019-cu il)

3. 20 iyul 2020-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007200004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2020-ci il)

4. 6 dekabr 2021-ci il tarixli 17 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202112060017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 dekabr 2021-ci il)

5. 10 may 2022-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202205100011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 may 2022-ci il)

6. 21 iyul 2022-ci il tarixli 17 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202207210017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 avqust 2022-ci il)

7. 6 iyun 2023-cü il tarixli 13 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306060013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2023-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver