Qanunvericilik › Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin müəyyən edilməsi haqqında (Vergilər Nazirliyi, 22.04.2014) › Tam mətn

Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin müəyyən edilməsi haqqında (Vergilər Nazirliyi, 22.04.2014)

Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin müəyyən edilməsi haqqında (Vergilər Nazirliyi, 22.04.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASININ VERGİLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin müəyyən edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Vergilər Nazirliyi (bundan sonra Nazirlik) tərəfindən Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədilə göstərilməsi Nazirliyə həvalə edilmiş 57 növ elektron xidmətdən 2012-ci ildən istifadəyə verilmiş 51 növü üzrə inzibati reqlamentlər Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli və 07.10.2013-cü il tarixli 1317050000005500 nömrəli Qərarları ilə təsdiq edilmiş və "Hüquqi Aktların Dövlət Reyestri"ndə elektron variantda dərc edilmişdir.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 52 nömrəli və 19 mart 2014-cü il tarixli 86 nömrəli Qərarları ilə daha 3 növdə, "Vergi partnyorluğu Sazişi"nin bağlanılması üçün ərizələrin qəbulu", "Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış"ın təqdim edilməsi" və "Azərbaycan Respublikasında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi" elektron xidmətləri əlavə edilmişdir.

Vergilər Nazirliyi tərəfindən həmin elektron xidmətlərin göstərilməsinə başlanılması ilə əlaqədar müvafiq inzibati reqlamentlərin layihələri hazırlanaraq, elektron xidmətlər reyestrinin operatoru funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmışdır.

Yuxarıda qeyd edilən normativ hüquqi aktların icrası məqsədilə "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 20-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"nin 17-ci və Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2006-cı il tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi"nin 17-1-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası

1. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən göstərilən aşağıdakı elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin:

1.1. "Vergi partnyorluğu Sazişi"nin bağlanılması üçün ərizələrin qəbulu" elektron xidməti üzrə inzibati reqlament (1 nömrəli əlavə).

1.2. "Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış"ın təqdim edilməsi" elektron xidməti üzrə inzibati reqlament (2 nömrəli əlavə).

1.3. "Azərbaycan Respublikasında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi" elektron xidməti üzrə inzibati reqlament (3 nömrəli əlavə).

2. Hüquq baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Samirə Musayevaya tapşırılsın ki, bu Qərarın və qərarla təsdiq edilmiş inzibati reqlamentlərin Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Elçin Məmmədova tapşırılsın ki, inzibati reqlamentlərin Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Analitik-informasiya şöbəsinin rəisi, vergi xidməti müşaviri Mehti Mirsəlimova tapşırılsın ki, inzibati reqlamentlərin mahiyyəti, o cümlədən göstərilən elektron xidmətlər barədə məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin etsin.

5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinin və bölmələrinin rəhbərlərinə tapşırılsın ki, vergi orqanı əməkdaşları tərəfindən inzibati reqlamentlərin tələblərinə əməl edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsinlər.

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 22.04.2014-cü il tarixli 1417050000002400 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı: “Vergi partnyorluğu Sazişi”nin bağlanılması üçün ərizələrin qəbulu

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyiciləri tərəfindən “Vergi partnyorluğu Sazişi”nin bağlanması üçün ərizələrin elektron formada tərtib edilərək vergi orqanına təqdim edilməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.49-cu, 15.1.15-1-ci və 23.1.15-2-ci maddələri, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli Fərmanının 3.1-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi partnyorluğu Sazişinin forması”nın və “Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları”nın təsdiq edilməsi barədə 19 iyul 2013-cü il tarixli 190 nömrəli Qəzrarı, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.58-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemində emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: “Vergi partnyorluğu Sazişi”nin bağlanması üçün ərizə elektron formada tərtib edilərək İnternet Vergi İdarəsi vasitəsilə elektron formada təqdim edilir və bu barədə vergi ödəyicisinə Bildiriş verilir.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) almış şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: https://www.e-taxes.gov.az/, http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.taxes.gov.az

- https://www.e-taxes.gov.az

- http://www.e-gov.az

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

- “Vergi partnyorluğu Sazişi”nin bağlanması üçün ərizə.

Xidmətin təqdim edildiyi elektron ünvandan ərizədə olan məlumatlar interaktiv şəkildə istifadəçi tərəfindən sistemə daxil edilir.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını tərtib etmək və təsdiq etmək imkanı yaranır.

Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

3.2.1. Sorğunun formalaşdırılması: “Vergi partnyorluğu Sazişi”nin bağlanması üçün ərizənin vergi orqanına təqdim edilməsi İnternet Vergi İdarəsi portalının “Onlayn Kargüzarlıq” bölümü üzərindən aparılır. Bu məqsədlə “Yeni müraciət” düyməsi sıxılır və açılan pəncərədə

Ø “Kimə” siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi

Ø “Müraciətin növü” siyahısından - Ərizə

Ø “Sənədin növü” siyahısından - “Vergi partnyorluğu Sazişi”nin bağlanması üçün ərizə seçilir və

Ø “Qəbul” düyməsi sıxılır.

Ø Açılmış Ərizə formasında “Ərizənin təyinatı” bölməsində ərizənin doldurulma səbəbi “X” işarəsi ilə işarələnir.

Ø “Vergi ödəyicisi haqqında məlumat” bölməsində telefon nömrəsi və ya elektron ünvan barədə məlumat sistemə daxil edilir.

Ø “Ərizənin məzmunu” bölməsində ərizənin təyinatına uyğun olaraq tarixlər qeyd edilir.

Ø Sonda ərizəyə əlavə olunan sənədlərin sayı qeyd olunur.

Ø Gücləndirilmiş elektron imza vasitəsi ilə sistemə daxil olmuş vergi ödəyiciləri hazırlanmış ərizəni göndərmək üçün “İmzala və göndər” düyməsini sıxır. İstifadəçi kodu, parol, şifrə vasitəsilə sistemə daxil olmuş vergi ödəyiciləri isə “Qəbul” düyməsini sıxır.

3.2.2. Sorğunun qəbulu: “Vergi partnyorluğu Sazişi”nin bağlanması üçün ərizə sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi əks olunmuş Bildiriş verilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): “Vergi partnyorluğu Sazişi”nin bağlanması üçün ərizənin qəbulundan aşağıdakı hallarda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir:

- İstifadəçi kodu, parol və ya şifrə səhv olarsa;

3.3.2. Sorğunun qəbulu: İmtina üçün əsas olmadıqda “Vergi partnyorluğu Sazişi”nin bağlanması üçün ərizə qəbul edilir.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

“Vergi partnyorluğu Sazişi”nin bağlanması üçün ərizə İnternet Vergi İdarəsinə daxil olmaqla elektron formada tərtib edilərək təqdim edilir.

- İstifadəçi adı, şifrə və parola görə vergi ödəyicisinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

- Gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - akkreditə edilmiş sertifikat mərkəzi;

- Ərizənin icraya qəbul edilməsi barədə vergi ödəyicisinə Bildirişin göndərilməsi, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

- “Vergi partnyorluğu Sazişi”nin bağlanması (prosesin sonu) üzrə məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Xidmətin yerinə yetirilməsi nəticəsində vergi ödəyicisinə "Vergi partnyorluğu Sazişi"nin bağlanması üçün ərizəsinin qəbul edilməsi barədə "Bildiriş" təqdim edilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.

3.5.2. nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 22.04.2014-cü il tarixli 1417050000002400 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı: “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ın təqdim edilməsi.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyiciləri tərəfindən “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ın elektron formada tərtib edilərək vergi orqanına təqdim edilməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 151-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.59-cu bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemində emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” elektron formada tərtib edilərək İnternet Vergi İdarəsi portalı vasitəsilə elektron formada təqdim edilir və bu barədə vergi ödəyicisinə Bildiriş verilir.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) almış şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: https://www.e-taxes.gov.az/, http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.taxes.gov.az

- https://www.e-taxes.gov.az

- http://www.e-gov.az

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

- “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”.

Xidmətin təqdim edildiyi elektron ünvandan Arayışda olan məlumatlar interaktiv şəkildə istifadəçi tərəfindən sistemə daxil edilir.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan Arayış formasını tərtib etmək və təsdiq etmək imkanı yaranır.

Arayış iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

3.2.1. Sorğunun formalaşdırılması: “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ın vergi orqanına təqdim edilməsi İnternet Vergi İdarəsi portalının “Onlayn Kargüzarlıq” bölümü üzərindən aparılır. Bu məqsədlə “Yeni müraciət” düyməsi sıxılır və açılan pəncərədən

Ø “Kimə” siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi

Ø “Müraciətin növü” siyahısından – “Cari vergi ödəmələrinin hesablanması barədə Arayış” seçilir

Ø Açılmış “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” formasına məlumatlar daxil edilir

Ø “İrəli” düyməsi sıxılır və daxil edilmiş məlumatlara uyğun hazırlanmış arayış ekranda görünür

Ø Gücləndirilmiş elektron imza vasitəsi ilə sistemə daxil olmuş vergi ödəyiciləri hazırlanmış Arayışı göndərmək üçün “İmzala və göndər” düyməsini sıxır. İstifadəçi kodu, parol, şifrə vasitəsilə sistemə daxil olmuş vergi ödəyiciləri isə “Qəbul” düyməsini sıxır.

Ø Arayış göndərildikdən sonra Azərbaycan Respublikasının Vergilər Nazirliyinin AVİS Kargüzarlıq altsistemində yeni nömrə ilə “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ın qeydiyyata alınması barədə Bildiriş ekrana çıxır.

Ø Arayış rüb bitdikdən sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq növbəti ayın 1-dən 15-dək göndərilə bilər.

3.2.2. Sorğunun qəbulu: “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və istifadəçiyə 16 rəqəmli qeydiyyat nömrəsi əks olunmuş Bildiriş verilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ın qəbulundan aşağıdakı hallarda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir:

- İstifadəçi kodu, parol və ya şifrə səhv olarsa;

- Arayışın göndərilməsi tarixi rüb bitdikdən sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq növbəti ayın 1-dən 15-dək olan tarix aralığından fərqli olarsa.

3.3.2. Sorğunun qəbulu: İmtina üçün əsas olmadıqda “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” qəbul edilir.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

“Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” İnternet Vergi İdarəsi portalına daxil olmaqla elektron formada tərtib edilərək təqdim edilir.

- İstifadəçi adı, şifrə və parola görə vergi ödəyicisinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

- Gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - akkreditə edilmiş sertifikat mərkəzi;

- Arayışın icraya qəbul edilməsi barədə vergi ödəyicisinə Bildirişin göndərilməsi, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Xidmətin yerinə yetirilməsi nəticəsində vergi ödəyicisinə “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ın qəbul edilməsi barədə "Bildiriş" təqdim edilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.

3.5.2.nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 22.04.2014-cü il tarixli 1417050000002400 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı: Azərbaycan Respublikasında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət kommersiya hüquqi şəxsin ləğv edilməsi zamanı Azərbaycan Respublikasında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə onun ləğvi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin elektron qaydada qəbulunu və dərcolunması faktını təsdiq edən sənədin verilməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 820-IVQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli 62 nömrəli Fərmanının 3.1-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.58-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Azərbaycan Respublikasında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır. Dərcolunma faktını təsdiq edən sənəd “Vergilər” qəzetində kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumat dərc edildiyi gün kommersiya hüquqi şəxsin elektron qutusuna ötürülür.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Kommersiya hüquqi şəxsin ləğvi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı edilən müraciətlər qəbul olunur və onların dərcolunma faktını təsdiq edən sənədlər verilir.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Kommersiya hüquqi şəxslər

2.4. Elektron xidmətin təqdim olunma yeri: https://www.e-taxes.gov.az/ http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.taxes.gov.az

- https://www.e-taxes.gov.az

- http://www.e-gov.az

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün hər hansı bir sənədin elektron formada təqdim edilməsi tələb olunmur.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətin istifadəçilərinin gücləndirilmiş elektron imzası olmalıdır.

3.2.1. Sorğunun formalaşdırılması:

Müraciət edən şəxs İnternet Vergi İdarəsi portalı vasitəsilə “Onlayn kargüzarlıq” bölümü üzərindən gücləndirilmiş elektron imzanı daxil etməklə “Yeni müraciət” düyməsini sıxır və siyahıdan “Vergilər” qəzetinə müraciətin göndərilməsi (H\ş ləğv edilməsi barədə)” adlı sənəd növünü seçır. Açılan ekranda şəxs VÖEN-i, kommersiya hüquqi şəxsin ləğv edilməsi barədə qərarın tarixini, kreditorların tələblərinin bildirilməli olduğu tam ünvanı və kreditorların tələblərinin irəli sürülməsi müddəti barədə məlumatları müvafiq xanalara daxil edir və “İrəli” düyməsini sıxır.“İrəli” düyməsi sıxıldıqdan sonra proqram tərəfindən avtomatik hazırlanan mətn ekrana çıxır. Müraciət edən şəxs mətn ilə tanış olduqdan sonra məlumatı “İmzala və göndər” düyməsini sıxmaqla təsdiqləyir.

3.2.2. Sorğunun qəbulu: Məlumat təsdiqləndikdən sonra onun dərc olunması ilə bağlı müraciətin qəbulu barədə “Bildiriş” ekrana çıxır, eyni zamanda kommersiya hüquqi şəxsin elektron qutusuna göndərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): İstifadəçi sorğunun formalaşdırılması üçün bu reqlamentin 3.2-ci yarımbəndində nəzərdə tutulmuş məlumatları səhv daxil etdikdə sorğu qəbul edilmir. Səhv məlumatın daxil edilməsi istifadəçinin yenidən sorğu verməsinə mane olmur.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın qəbul edilməsi və dərcolunması faktı barədə “Bildiriş”in təqdim edilməsi, məsul şəxs – Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzinin əməkdaşı.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

Kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın hazırlanması və onun qəbul olunması:

Müraciət edən şəxs İnternet Vergi İdarəsi portalı vasitəsilə “Onlayn kargüzarlıq” bölümü üzərindən gücləndirilmiş elektron imzanı daxil etməklə “Yeni müraciət” düyməsini sıxır və siyahıdan “Vergilər” qəzetinə müraciətin göndərilməsi (H\ş ləğv edilməsi barədə)” adlı sənəd növünü seçir. Açılan ekranda şəxs VÖEN-i, kommersiya hüquqi şəxsin ləğv edilməsi barədə qərarın tarixini, kreditorların tələblərinin bildirilməli olduğu tam ünvanı və kreditorların tələblərinin irəli sürülməsi müddəti barədə məlumatları müvafiq xanalara daxil edir və “İrəli” düyməsini sıxır. “İrəli” düyməsi sıxıldıqdan sonra proqram tərəfindən avtomatik hazırlanan mətn ekrana çıxır. Müraciət edən şəxs mətn ilə tanış olduqdan sonra məlumatı “İmzala və göndər” düyməsini sıxmaqla təsdiqləyir. Məlumat təsdiqləndikdən sonra onun dərc olunması ilə bağlı müraciətin qəbulu barədə “Bildiriş” ekrana çıxır, eyni zamanda kommersiya hüquqi şəxsin elektron qutusuna göndərilir.

Kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərcolunma faktını təsdiq edən sənədin verilməsi:

Kommersiya hüquqi şəxsin ləğv edilməsi və kreditor tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumat “Vergilər” qəzetində dərc edildiyi gün qəzetin əməkdaşı qəzetin tarixini və nömrəsini müvafiq xanalara daxil edib “Qəbul” düyməsini sıxır. “Qəbul” düyməsi sıxıldıqda kommersiya hüquqi şəxsin elektron qutusuna məlumatın dərcolunma faktını təsdiq edən “Bildiriş” göndərilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Elektron xidmətin göstərilməsi zamanı məlumatın qəbul edilməsi real vaxt rejimində informasiya sistemində məlumatların emalı müddətindən asılı olaraq aparılır və müraciət edən şəxsə məlumatın qəbul edilməsinə dair “Bildiriş” verilir. Məlumatın dərcolunma faktını təsdiq edən “Bildiriş” isə şəxsə məlumat “Vergilər” qəzetində dərc edildiyi gün təqdim olunur.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.

3.5.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

1. 31 iyul 2017-ci il tarixli 1717050000016900 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201707316900, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 avqust 2017-ci il)

2. 6 oktyabr 2017-ci il tarixli 1717050000021100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710061100, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 oktyabr 2017-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver