Qanunvericilik › Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7-1

Maddə 7-1. Vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadəsinin elektron qaydada təşkili

Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7-1.1. Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması üçün təşəbbüs qrupunun sədri tərəfindən bu Qanunun 5.1-ci və 5.2-ci maddələrində qeyd edilən sənədlərin və məlumatların Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi, habelə layihənin dəstəklənməsi üçün vətəndaşların imzalarının toplanılması qanunvericilik təşəbbüsü hüququndan istifadə, dövlət informasiya sistemlərinin və ehtiyatlarının fəaliyyəti, eləcə də elektron imza və elektron sənəd sahələrində yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq EHİS üzərindən həyata keçirilə bilər.

7-1.2. Bu Qanunun 5.6-cı maddəsində qeyd edilən sənədlər, habelə bu Qanunun 7.2-ci, 7.6-cı və 7.10-cu maddələrində qeyd edilən yazılı arayış, protokol və qərarlar Mərkəzi Seçki Komissiyası tərəfindən qanunvericilik təşəbbüsü hüququndan istifadə, dövlət informasiya sistemlərinin və ehtiyatlarının fəaliyyəti, eləcə də elektron imza və elektron sənəd sahələrində yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq təşəbbüs qrupu sədrinin EHİS-dəki elektron kabinetində yerləşdirilir və təşəbbüs qrupunun sədri bu barədə elektron poçt və ya SMS vasitəsilə məlumatlandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver