Qanunvericilik › Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliynin, Dövlətdağtexnəzarət Komitəsinin, Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzarəti altında olan təşkilatlarda, İstehsalatlarda və obyektlərdəki hidrotexniki qurğuların təyinatından asılı olaraq təhlükəsizlik bəyannaməsinə olan tələblər və onların tərtib edilmə metodikası (Fövqəladə Hallar Nazirliyi, 07.07.2004) › Tam mətn

Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliynin, Dövlətdağtexnəzarət Komitəsinin, Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzarəti altında olan təşkilatlarda, İstehsalatlarda və obyektlərdəki hidrotexniki qurğuların təyinatından asılı olaraq təhlükəsizlik bəyannaməsinə olan tələblər və onların tərtib edilmə metodikası (Fövqəladə Hallar Nazirliyi, 07.07.2004)

Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliynin, Dövlətdağtexnəzarət Komitəsinin, Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzarəti altında olan təşkilatlarda, İstehsalatlarda və obyektlərdəki hidrotexniki qurğuların təyinatından asılı olaraq təhlükəsizlik bəyannaməsinə olan tələblər və onların tərtib edilmə metodikası (Fövqəladə Hallar Nazirliyi, 07.07.2004) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Nazir_______________F.Məmmədov

________________________T.Əliyev

1.1. Bu metodika “Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib olunma Qaydaları və forması”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 102 saylı 2003-cü il 11 avqust tarixli Qərarına əsasən hazırlanmışdır.

1.2. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib olunma Qaydaları və bu Metodika, normativ və metodiki sənədlər sistemində hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin reqlamentini nizamlayan əsas sənədidir.

1.3. Bu Metodika aşağıdakılar üçün məcburidir:

1.3.1. Hidrotexniki qurğuların mülkiyyətçiləri və ya istismarçı təşkilatlar,

1.3.2. Öz fəaliyyətini hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi, istismarı, yenidənqurulması, əsaslı təmiri, istismardan çıxarılması və ya onların konservasiyası üzrə həyata keçirən və ya hidrotexniki qurğuların bəyannaməsini hazırlayan, eləcə də sifarişçi və ekspertiza funksiyalarını yerinə yetirən təşkilatlar, hüquqi və fiziki şəxslər.

1.3.3. Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı, Dövlətdağmədəntexnəzarət Komitələrinin və digər İcra Hakimiyyəti Orqanlarının (İHO-nın) Mərkəzi aparatı və yerli təşkilatları.

2.1. Hidrotexniki qurğu - su anbarları, bəndlər, magistral sunəqledici kəmərlər, su elektrik stansiyaları, sutullayıcı, suburaxıcı, suqəbuledici, sudurulducu, suötürücü, su nasosxanaları, tunellər, kanallar, kollektorlar, səviyyəəlaqələndirici, sahilqoruyucu, sahilbərkidici, məcranizamlayıcı, balıqburaxan və balıqqoruyucu, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları (estakadalar, estakadayanı meydançalar, stasionar dəniz platformaları, limanlar, gəmiburaxan şlyüzlər), habelə yeraltı və yerüstü su ehtiyatlarından istifadə etmək və suyun zərərli təsirlərinin qarşısını almaq üçün istifadə olunan digər xüsusi mühəndis-texniki qurğular;

2.2. Hidrotexniki qurğunun təhlükəsizliyi - hidrotexniki qurğunun qəzaya uğraması və zədələnməsi nəticəsində yarana biləcək fəlakətlərdən və təhlükəli hadisələrdən insanların həyatının, sağlamlığının, əmlakının, ətraf mühitin və təsərrüfat obyektlərinin mühafizəsini təmin edən xüsusiyyətləri;

2.3. Hidrotexniki qurğunun təhlükəsizliyinin qiymətləndirilməsi - hidrotexniki qurğunun texniki vəziyyətinin və istismar heyətinin ixtisas dərəcəsinin ¨Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında¨ Qanunla və digər müvafiq normativ-hüquqi aktlarla müəyyən olunan norma və qaydalara uyğunluğunun müəyyənləşdirilməsi;

2.4. Hidrotexniki qurğunun təhlükəsizliyi meyarları - hidrlotexniki qurğunun davamlılığının və texniki vəziyyətinin, eləcə də istismar şərtlərinin qurğuda qəza baş verməsinin yol verilə bilən risk həddinə uyğun gələn kəmiyyət və keyfiyyət göstəricilərinin son həddi;

2.5. Hidrotexniki qurğunun təhlükəsizliyinin təmin olunması - hidrotexniki qurğuda qəza baş verməsinin qarşısının alınması üzrə kompleks tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi;

2.6. Hidrotexniki qurğunun təhlükəsizlik bəyannaməsi - hidrotexniki qurğunun təhlükəsizliyini əsaslandıran və təhlükəsizliyin təmin edilməsi tədbirlərini özündə əks etdirən rəsmi sənəd;

2.7. Hidrotexniki qurğunun mülkiyyətçisi - hidrotexniki qurğuya sahiblik etmək, onun barəsində sərəncam vermək və ondan istifadəyə icazə vermək hüququ olan hüquqi və ya fiziki şəxs;

2.8. Hidrotexniki qurğunun istismarçısı - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təsərrüfat, yaxud sahibkarlıq fəaliyyəti məqsədilə hidrotexniki qurğunu istismar edən hüquqi və ya fiziki şəxs;

2.9. Fövqəladə hal - hidrotexniki qurğuda baş verən qəza və zədələnmə nəticəsində müəyyən bir ərazidə insanların həyatına, sağlamlığına, əmlakına, ətraf mühitə və təsərrüfat obyektlərinə zərər dəyməsinə, habelə maddi itkilərə səbəb olan vəziyyət;

2.10. Hidrotexniki qurğuların ərazisi - Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ayrılmış torpaq sərhədləri hüdudlarındakı ərazidir.

3.1. Qəzanın baş verməsi fövqəladə vəziyyətin yaranmasına gətirib çıxara bilən, layihələndirilən, tikilən, istismara verilən, istismar olunan və istismardan çıxarılan, eləcədə yenidən qurulan, əsaslı təmir olunan və bərpa edilən, konservasiya olunan hidrotexniki qurğu- təhlükəsizlik bəyannaməsinin tərtib olunması zəruri olan, təhlükə potensiallı obyektdir.

3.2. İstismarda və tikilməkdə olan hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib olunmasından əvvəl, mülkiyyətçi və ya istismarçı təşkilat tərəfindən təşkil olunan və hidrotexniki qurğularda nəzarət orqanlarının mütləq iştirakı təmin olunan texniki müayinə aparılmalıdır.

Hidrotexniki qurğuların müayinəsi, subasma sahələrinin və təhlükəsizlik səviyyələrinin hesablanması, eləcə də qəza riskinin təyin edilməsi zamanı, qayda və normalarla müəyyən olunmuş tövsiyyələr, təlimatlar və üsullar rəhbər tutulmalıdır.

Təhlükəsizlik bəyannaməsinə daxildir:

Titul vərəqəsi təhlükəsizlik bəyannaməsinin birinci səhifəsidir.

Titul vərəqsinə aşağıdakı məlumatlar daxildir:

4.1.1 təhlükəsizlik bəyannaməsinin qeydiyyat nömrəsi;

4.1.2. təhlükəsizlik bəyannaməsinin təsdiq qrifi;

4.1.3. deklarasiya olunan hidrotexniki qurğunun adı;

4.1.4. təhlükəsizlik bəyannaməsinin tərtib olunma yeri və tarixi;

Şərhdə hidrotexniki qurğuların fəaliyyəti zamanı, əsas təhlükələr göstərilməklə, təhlükəsizlik bəyannaməsinin əsas bölmələri haqqında qısa məlumatlar əks olunur.

4.3. Bəyannaməni hazırlayanların siyahısı.

4.3.1. Hazırlayan təşkilatın adı, onun ünvanı, telefonu, faksı;

4.3.2. İcra edənin S.A.A. vəzifəsi, elmi dərəcəsi, elmi rütbəsi;

Mündəricatda təhlükəsizlik bəyannaməsinin elementlərinin başlanğıc səhifələri göstərilməklə bütün bölmələrin və əlavələrin adı göstərilir.

4.5. Ümumi məlumatlar.

4.5.1.Hidrotexniki qurğular haqqında ümumi məlumat.

4.5.1.1.Hidrotexniki qurğuları istismar edən təşkilat haqqında qısa məlumat:

4.5.1.1.1.hidrotexniki qurğuları istismar edən təşkilatın tam və qısa adı;

4.5.1.1.2.İcra Hakimiyyəti orqanının və yaxud yuxarı təşkilatın tam adı (əgər varsa);

4.5.1.1.3.təşkilatın (istehsalatın, obyektin) rəhbərinin vəzifəsi;

4.5.1.1.4.təşkilatın tam poçt ünvanı, telefonu, telefaksı, faksı, teletaypı, bank rekvizitləri;

4.5.1.1.5.qurğunun layihəsini yerinə yetirən layihə təşkilatının adı;

4.5.1.1.6.qurğunun tikintisini və avadanlıqların quraşdırılmasını yerinə yetirən tikinti-quraşdırma təşkilatlarının adı;

4.5.1.1.7.müvəqqəti və ya daimi istismara verilmə ili; dövlət qəbul komissiyasının təsdiq olunmuş aktlarının olması;

4.5.1.2.Hidrotexniki qurğuların təsviri və situasiya planı ilə onun yerləşdiyi yer:

4.5.1.2.1.hidrotexniki qurğuların tam və qısaldılmış adı və onun təyinatı;

4.5.1.2.2.hidrotexniki qurğuların təzyiq səthini əmələ gətirən tərkib, qurğuların təzyiq səthinin ümumi uzunluğu;

4.5.1.2.3.hidrotexniki kompleksin ölçüləri və ərazisinin sərhədləri;

4.5.1.2.4.hidrotexniki qurğuların yerləşdiyi rayonun topoqrafik göstəriciləri;

4.5.1.2.5.hidrotexniki qurğunun yerləşdiyi bölgədə təbii-iqlim şəraiti haqqında məlumatlar;

4.5.1.2.6. hidrotexniki qurğunun yerləşdiyi rayonun hidroloji, hidrogeoloji, mühəndis-geoloji və seismik şərtləri;

4.5.1.2.7. su yığımının sahəsi və həcmi;

4.5.1.2.8. hidrotexniki qurğuların, su rejiminin tədqiqinə görə, sel sularının, o cümlədən katostrofik halların nizamlanması;

4.5.1.2.9. hidrotexniki qurğunun (layihə üzrə) təzyiq səthini əmələ gətirən maksimal və faktiki suburaxma qabiliyyəti;

4.5.1.210. hidrotexniki qurğunun xarakteristikası: süxurlu (bənd), damba (sinifi, növü, uzunluğu, hündürlüyü, inşaat materiallalrı, drenaj, özülü); beton bənd (sinifi, növü, hündürlüyü, səthinin maililiyi, özülü);

4.5.1.2.11.təhlükəli və mühafizə zonalarının sayı və sərhədləri;

4.5.1.2.12.hidrodinamiki qəzanın baş verəcəyi halda subasma sahələrin sərhədləri;

4.5.1.2.13.təhlükəsizlik bəyannaməsinin tərtib olunması zəruri olan qurğuların hidrodinamiki qəza hadisəsi baş verdiyi zaman törəmə faktorların təsiri altındakı zonaya düşə biləcək obyekt və təşkilatların işçi heyətinin sayı haqqında məlumat;

4.5.1.2.14.hidrodinamik qəza hadisəsi baş verdiyi zaman törəmə faktorların təsiri altındakı zonaya düşən əraziyə bitişik sahədə əhalinin yerləşdirilməsi haqqında məlumat;

4.5.1.2.15.törəmə faktorlarıın təsiri altında ola bilən zonada adamların toplandığı yerlərin mövcudluğu (xəstəxana, uşaq bağçaları və körpələr evi, yaşayış binaları, stadionlar, kinoteatrlar, vağzallar, hava limanları və sair). Toplanmış adamların mümkün ola bilən sayı, onların göstərilən yerlərdə olma vaxtı;

4.5.1.2.16.hidronəqliyyat və sutəminatı sistemləri haqqında məlumat.

4.5.2.Hidrotexniki qurğuların etibarlı istismarının və təhlükəsizliyinin təmin edilməsi üzrə ümumi tədbirlər.

4.5.2.1.hidrotexniki qurğuların, onların istismarı sahəsindəki, normativ aktların tələblərinə uyğunluğu;

4.5.2.2.qurğuların parametrlərinin, təhlükəsizlik bəyannaməsinin hazırlandığı anda (vaxtda), onun layihəsinə uyğunluğu haqqında məlumatlar;

4.5.2.3.hidrotexniki qurğuların işinin təhlükəsizliyinin qiymətləndirilməsi meyarının olması haqqında məlumatlar;

4.5.2.4.qurğuların etibarlılığının və təhlükəsizliyinin yüksəldilməsi üzrə təşkilati-texniki tədbirlərin mövcudluğu və yerinə yetirilməsi haqqında məlumat;

4.5.2.5.ümumilikdə qurğuların etibarlığına və təhlükəsizliyinə təsir göstərə bilən qüsurun, zədələnmənin və qəza vəziyyətinin aradan qaldırılması üzrə təmir işlərinin yerinə yetirilməsi haqqında məlumat;

4.5.2.6.hidrotexniki qurğularda nasazlıq, korlanma, qəza hallarının baş verməsi səbəblərinin təhlil edilməsini nəzərə almaqla, qəzanın qarşısının alınması, eyni zamanda hidrotexniki qurğuların istismarının etibarlılığının və təhlükəsizliyinin yüksəldilməsi üzrə hazırlanmış tədbirlərin yerinə yetirilməsi haqqında məlumatlar;

4.5.2.7.hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi və istismarı ilə əlaqədar zəruri və qüvvədə olan xüsusi icazələrin siyahısı;

4.5.2.8.hidrotexniki qurğuların istismar etibarlığına və təhlükəsizliyinə nəzarət edən texniki nəzarət bölməsinin xarakteristikası, bölmənin hidrotexniki mütəxəssislərlə komplektləşdirilməsi;

4.5.2.9.müşahidə üçün hidrotexniki qurğuların nəzarət ölçü cihazları (NÖC) və ya nəzarət ölçü aparatları (NÖA) ilə təchizatı; NÖC (NÖA) sayının və nomenklaturasının layihə və normativ sənədlərin tələblərinə uyğunluğu; NÖC (NÖA) işləmə qabiliyyəti və texniki vəziyyəti haqqında məlumatlar;

4.5.2.10.hidrotexniki qurğuların təhlükəsizliyinə texniki nəzarət bölməsinin, işlərin tələb olunan reqlamentə uyğun təhlükəsiz aparılmasına dair xüsusi normativ sənədlərlə, qurğuların işinin və texniki vəziyyətinin qiymətləndirilməsi üzrə natur baxışların, müayinələrin və tədqiqatların keçirilməsi üçün metodik tövsiyyələrlə, qaydalarla və təlimatlarla təmin olunması;

4.5.2.11.hidrotexniki qurğuların istismarının, təhlükəsizliyinin və etibarlılığının yüksəldilməsinin təmin edilməsinin ən çətin məsələlərin həll olunmasının elmi-texniki təminatı (hansı təşkiatlar işə cəlb olunur, qurğuların təhlükəsizliyi məsələlərinin həll olunan və ya həll olunmayan suallarının siyahısı);

4.5.2.12.hidrotexniki qurğularda olan sənədlərin siyahısı (layihə, icra sənədləri, texniki pasportlar, axtarış materialları, texniki baxış və müşahidə məlumatları, aktlar, normativlər, təlimatlar və s.).

4.6.Hidrotexniki qurğunun təhlükəsizliyinin təhlili.

4.6.1. Hidrotexniki qurğuların istismarının etibarlığının və təhlükəsizliyinin texniki göstəriciləri:

4.6.1.1. hidrotexniki qurğuların diaqnostika edilən parametrləri haqqında məlumatlar;

4.6.1.1.1. hidrotexniki qurğuların texniki vəziyyətinin göstəricilərinin yol verilən hədlərinin və hidrotexniki qurğuların texniki vəziyyətinin qiymətləndirilməsi üçün onların kifayətediciliyi (kim tərəfindən və harada hazırlanıb və təsdiq olunub);

4.6.1.1.2. hidrotexniki qurğuların texniki vəziyyətinin qiymətləndirilməsi üzrə illik hesabatın olması:Hidrotexniki qurğuların arın (HTQ) nəzarət göstəricilərinin zaman kəsiyində sabitliyi, baş vermiş yerli zədələnmənin təhlükəlilik səviyyəsi və əlverişsiz proseslərin vəziyyətinə qiymət verməklə (əgər belə hallar varsa), illik hesabatların olması; hidrotexniki qurğulara yerində (naturada) keçirilən baxışın nəticələrinin qısa təhlili (axırıncı 5-10 illər üzrə);

4.6.1.2. hidrotexniki qurğuların etibarlılığını və təhlükəsizliyini təmin edən, yerinə yetirilmiş, işlər haqqında məlumatlar;

4.6.1.3. hidrotexniki qurğuların istismarının etibarlılığının və təhlükəsizliyinin elmi-tədqiqat, layihə və ekspert təşkilatlarının tədqiqatları və mütəxəssis eləcədə ekspert komissiyalarının qurğuların yoxlamaları ilə əsaslandırılmış qiymətləndirmələr (3-5 il ərzində) haqqında məlumatlar;

4.6.1.4. obyektin hidrotexniki qurğularının istismara etibarlılığı və təhlükəsizliyi haqqında ümumi rəy və nəticələr;

4.6.1.5. hidrotexniki qurğuların təhlükəsiz istismarı monitorinqinin aparılması haqqında məlumat;

4.6.2. Hidrodinamiki qəzaların riskinin, təhlükələrin baş vermə şəraitinin, təhlili, fövqəladə vəziyyətin əmələ gəlməsinin qiymətləndirilməsi və onların ssenarisinin inkişafının təsvir edilməsi:

4.6.2.1 deklarasiya olunan hidrotexniki qurğuların mümkün ola bilən qorxulu zədələnmələrinin törəmə səbəblərinin və xarakterinin müəyyən edilməsi (qurğuların konstruktiv xüsusiyyətləri və vəziyyətini, torpaq bəndini əhatə edən təbii-iqlim, geoloji və s. istismar və yerləşmə şəraiti, qurğuların istismarı və mexaniki vəziyyəti, onların texniki səviyyəsinə nəzarət, istismarçı heyətin ixtisası nəzərə alınaraq müəyyən edilir);

4.6.2.2. hidrotexniki qurğuların qəza riskinin və mümkün ola bilən fövqəladə halların yaranması səbəblərinin qiymətləndirilməsi;

4.6.2.2.1. hidrotexniki qurğuların qəza riskinin qiymətləndirilməsi üçün zəruri olan məlumatlar;

4.6.2.2.2. hidrotexniki qurğularda baş verə biləcək qəza halları təhlil edilərkən mümkün subasma zonaları sərhədlərinin müəyyən edilməsi (sənaye təşkilatlarının maye tullantıları anbarları üçün ətraf mühitə zərərli təsir edən əlavə sərhəd zonası);

4.6.2.2.3. həlak ola bilən və ya ziyan çəkə bilən əhalinin sayının qiymətləndirilməsi, eləcə də həyat fəaliyyətinin pozulması baş verə bilən əhalinin sayı (ikinci dağıdıcı faktorlar və ətraf mühitə ziyanlı təsirin mümkünlüyü nəzərə alınmaqla);

4.6.2.2.4. subasma ehtimalı olan zonalarda bina və tikililərin dağılma səviyyəsinin qiymətləndirilməsi (ikinci dağıdıcı faktorların təsiri nəzərə alınmaqla);

4.6.2.2.5. qəza nəticəsində fiziki və hüquqi şəxslərə dəyə bilən ziyanın həcminin qiymətləndirilməsi;

4.6.2.2.6. qəzanın baş verməsi və inkişafı ehtimalı nəzərə alınmaqla onun ssenarisinin təsviri;

4.6.2.2.7. hidrotexniki qurğuların hidrodinamiki qəza vəziyyətlərinin inkişafının qarşısının operativ alınması (yatırılması) üçün tədbirlər görülməsini nəzərə almaqla və almamaqla hidrotexniki qurğuların vəziyyətinin göstəriciləri;

4.6.2.2.8. hidrotexniki qurğularda qəza zamanı, onların başvermə ehtimalı göstərilməklə, təbii və texnogen xarakterli fövqəladə halların qüvvədə olan təsnifatına uyğun mümkün olan sinif ehtimalını göstərməklə, dərəcəsinin müəyyən olunması;

4.6.3.1. təhlükə və riskin təhlilinin əsas nəticələri;

4.6.3.1. hidrotexniki qurğuların qəza vəziyyətinin və digər qəza hallarının azaldılması üçün, o cümlədən çirkli axının yayılmasının qarşısının alınması ilə əlaqədar hazırlanmış tədbirlərin siyahısı.

4.7. Hidrotexniki qurğunun, təhlükəli zədələnmə və qəza vəziyyətlərinin lokallaşdırılmasına və ləğvinə hazır olmasının təmin olunması:

4.7.1. obyektdə olan lazımi ehtiyat materiallarının sayı (açıq karxana və torpaq tökmələri, sement, metal materiallarının anbarı və s.) avtonəqliyyat, torpaq-qazma texnikası (ekskavator, buldozer və s.), hidrotexniki qurğuların qorxulu zədələnmələrinin və qəza vəziyyətinin lokallaşdırılması üçün digər mexanizmlər;

4.7.2. qəza obyektlərində dambanın üstündən suların aşıb daşması qorxusu yarandığı zaman bütün suaşıran qurğuların və traktların açılması vəziyyəti və sayı, o cümlədən elektrik enerjisinin olmaması halları, ştatda olan mexanizmlərin, qaldırıcı kranların, bucurqadların iş qabiliyyətini itirməsi və digər hallar;

4.7.3. zərurət yarandıqda, hidrotexniki qurğularda qəza vəziyyəti zamanı, partlayıcı maddələrin tədbiq olunması qaydaları;

4.7.4. hidrotexniki qurğuların ərazisində və ətrafında yolların, körpülərin, keçidlərin və obyektlərin qəza çıxışlarının vəziyyəti;

4.7.5. obyektlərdə sualtı qurğu və avadanlıqların zədələnməsi hallarını aradan qaldırmaq üçün dalğıc vasitələrinin olması;

4.7.6. hidrotexniki qurğularda təhlükəli zədələnmənin və qəza vəziyyətinin qarşısının alınması məqsədilə obyektlərdə nümunəvi konstruktiv-texniki qərarların, eyni zamanda qəza vəziyyətinin aradan qaldırılması və ləğv edilməsi üçün lazım olan maddi-texniki vəsaitlərin olması;

4.7.7. hidrotexniki qurğularda qəzaların və qəzaqabağı vəziyyətlərin yarandığı hallarda, obyektlərdə istismarçı heyətin operativ fəaliyyət planının olması;

4.7.8. obyektlərdə, heyət üzvləri daxil olmaqla, əhalinin qüvvəli supüskürmə nəticəsində subasmanın yarana biləcəyi zonadan köçürülməsi üzrə məlumatlandırma və təxliyyə planı sistemlərinin olması;

4.7.9. texniki təhlükəsizlik, qəzadan mühafizə və qəza xilasedici xidmətlərinin təşkili haqqında məlumatlar;

4.7.10. hidrotexniki qurğular obyektində qorxulu zədələnmələrin və qəza hallarının yayılmasının qarşısının alınmasında və aradan qaldırılmasında rayonun aidiyyatı təşkilatları ilə razılaşdırılmış xüsusi bölmələrin iştirakı və region müəssisələrinin maddi-texniki vəsaitlərindən istifadə edilməsi haqqında birgə planların olması.

4.7.11. hidrotexniki qurğuların lokal və təhlükəli zədələnmələrinin və qəza hallarının aradan qaldırılması üçün obyektin hazırlığı haqqında ümumi rəy və nəticələr.

4.8. İctimaiyyətin məlumatlandırılması.

4.8.1. hidrotexniki qurğularda proqnozlaşdırılan və qurğularda yaranmış qəza hallarının vəziyyəti haqqında qurğuların yerləşdiyi ərazinin əhalisinin və yerli özünüidarəetmə təşkilatlarının məlumatlandırılması qaydası;

4.8.2. hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsində olan məlumatın əhaliyə təqdim olunma qaydası;

4.8.3. medianın cəlb olunması.

. Hidrotexniki qurğuların layihələndirilməsi üçün təhlükəsizlik bəyannaməsinə olan tələblər.

4.10.1.Hidrotexniki qurğuların layihələndirilməsi haqqında ümumi məlumatların təsvir edilməsi zamanı:

4.10.1.1.layihədə, hidrotexniki qurğuların tikinti sahəsi rayonunun seysmik axtarış, süxurların xassələri, təbii-iqlim və digər xarici təsirlər və şəraitlər barədə hesabatların istifadə olunması haqqında məlumatlar;

4.10.1.2. özüllərin əsas tikinti qazımalarının mühəndis-geoloji tədqiqatlarının nəticələrinin proqramlaşdırılmış və real mövcud faktorlarla müqayisədə mühəndis-geoloji şərtlərini müəyyən edən nəticələr, eləcədə lazım olan hallarda zəruri işçi sənədlərində düzəlişlərin edilməsi barədə tövsiyyələr haqqında məlumatlar;

4.10.1.3. mühəndis-hidroloji tədqiqatların nəticələri və onların əsasında qəbul olunmuş layihə və konstruktiv qərarlar haqqında məlumatlar;

4.10.1.4. əlavə kimi hidrotexniki qurğunun ümumi cizgi komplekti ilə birlikdə pasportu; situasiya planı, su anbarlarının planı, hidroqovşağın baş planı, təzyiq səthli qurğuların mühafizə dambalarının planları, kəsikləri, və s.

4.10.2. Ümumi təhlükəsizlik tədbirlərinin təsviri zamanı, hidrotexniki qəzaların nəticələri nəzərə alınmaqla, istehsalçı və texniki nəzarətçi heyətinin qəzaya qarşı qüvvələrin və qəza xilasetmə xidmətlərinin sayları əsaslandırılaraq əlavə edilir.

4.10.3. “Hidrotexniki qurğuların təhlükəsizliyinin təhlili” bölməsinin tərkibinə istismar dözümlülüyünün və təhlükəsizliyinin texniki göstəricilərinə əlavə olaraq daxildirlər:

4.10.3.1. hidrotexniki qurğuların layihə və texniki qərarlarının onların funksional təyinatına uyğunluğu haqqında məlumatlar;

4.10.3.2. aparılmış elmi tədqiqatların nəticələrinə əsasən hidrotexniki qurğuların layihə və texniki qərarlarının əsaslandırılması haqqında məlumatlar (komplektləşdirmə, davamlılıq, dayanıqlıq, byeflərin birləşdirilməsi, su ötürən qurğuların hidravlikası və s.);

4.10.3.3. hidrotexniki qurğuların inşa qaydası, inşa və tikinti prosesində vəsaitin xərclənməsi qaydaları;

4.10.3.4.hidrotexniki qurğuların davamlılığının, dayanıqlığının, möhkəmliliyinin, kipliyinin və uzunömürlüyünün hesablamaları əsasında, onların yolverilə bilən təhlükəsizlik göstəriciləri;

4.10.3.5. hidrotexniki qurğuların ayrı-ayrı növlərinin layihələrinin hazırlaması ilə əlaqədar normativ sənədlərin siyahısı, eləcə də qurğuların seysmik rayonlarda, sərt iqlim zonasında, çökmə, şişmə, qabarma və fiziki-mexaniki cəhətdən zəif xüsusiyyətlərə malik süxurları olan rayonlarda aparılacaq tikinti işlərinə əlavə tələblər;

4.10.3.6. layihə qərarlarının əsaslandırılması məqsədi ilə sınaq meydanlarında keçirilən nümunəvi eksperimental tədqiqatların və təcrübə işlərinin nəticələri;

4.10.3.7. “Tikinti Norma və Qaydaları”nın tələblərinin yerinə yetirilməsini təsdiq edən məlumatlar;

4.10.3.8. hidrotexniki qurğuların təmir və qəza işlərinin görülməsini, işçi heyətin köçürülməsini təmin edən bina və avadanlıqların səmərəli şəkildə yerləşdirilməsinin əsaslandırılması;

4.10.3.9. hidrodinamik qəzaların və fövqəladə halların yaranması zamanı tikinti konstruksiyalarına təsir göstərən faktorlar və onların davamlılığını nəzərə almaqla, seçilməsinin əsaslandırılması;

4.10.3.10. təhlükəsizlik monitorinqinin layihəsinin xarakteristikası;

4.10.3.11. hidrotexniki qurğuların tikintisi və istismarı dövrlərində qurğularda daşqın suların buraxılmasının təmin edilməsi üçün texniki qərarların əsaslandırılması;

4.10.3.12. hidrotexniki qurğuların iş keyfiyyətinin, davamlılığının və möhkəmliliyinin təmin edilməsinə yönəldilmiş texniki şərtlərin siyahısı;

4.10.3.13. hidrotexniki qurğuların təhlükəsizliyinin və etibarlığının yüksəldilməsi sahəsində ekspertlərin layihəyə verdikləri rəy və tövsiyyələrin uçotu haqqında məlumat;

4.10.3.14. layihələndirilmiş tikililərdə hidrotexniki qurğuların təmirə yararlılığının təhlili.

4.11. Tikilməkdə olan hidrotexniki qurğuların layihələndirilməsi üçün təhlükəsizlik bəyannaməsinə olan tələblər:

4.11.1. Hidrotexniki qurğular və onların yerləşdiyi ərazi təsvir edilərkən hidrotexniki qurğuların tikintisini müşayət edən mühəndis-geoloji axtarışlar haqqında məlumatlar:

4.11.1.1.tikinti işlərinin dəqiqləşdirilməsi və dəyişilməsi şərtlərinin qiymətləndirilməsi ilə əlaqədar aparılan mühəndis-geoloji axtarışların nəticələri;

4.11.1.2.tikintinin mühəndis-geoloji şərtləri haqqında məlumatlar;

4.11.1.3.tikintinin şərtlərinin mühəndis-geodeziya materialları;

4.11.1.4.bünövrənin qazılması prosesində müəyyən edilmiş bünövrə materialalrının, karxanaların göstəricilərinə əsasən, süxur və beton qurğularının tikintisində istifadə olunan materialların dəqiqləşdirilmiş xarakteristikası;

4.11.2.Hidrotexniki qurğuların etibarlı istismarının və təhlükəsizliyinin təmin edilməsi üzrə ümumi tədbirlər təsvir edilən zamanı:

4.11.2.1.hidrotexniki qurğuların hər bir elementi (bloku) üçün layihə qərarlarının yerinə yetirilməsi haqqında məlumat;

4.11.2.2.hidrotexniki qurğuların müvəqqəti istismara qəbul edilməsinə hazır olması haqqında məlumat;

4.11.3. Layihə qərarlarının yerinə yetirilməsinin təsviri zamanı:

4.11.3.1.tikintinin əsas mərhələləri haqqında məlumatlar;

4.11.3.2. hidrotexniki qurğuların tikintisi prosesində onun təhlükəsizliyinin təmin olunmasına təsir edən, layihə təşkilatı və sifarişçi tərəfindən razılaşdırılmış, layihə dəyişikliklərinin siyahısı;

4.11.3.3. qurğuların tikintisi prosesi zamanı qurğuların davamlılığına və təhlükəsizliyinə təsir edən layihə qərarlarından kənarlaşmalar haqqında məlumatlar və onların qiymətləndirilməsi;

4.11.3.4.hidrotexniki qurğulara natural layihə müşahidələrinin realizə olunmasının dolğunluğu, birinci növbədə nəzarət-ölcü aparatlarının quraşdırılması və iş qabiliyyətinin saxlanılması haqqında məlumatlar;

4.11.3.5.baş layihəçi tərəfindən müəllif nəzarətinin aparılması haqqında məlumatlar;

4.11.3.6.tikinti aparılan zaman, çay suyunun hesablanmış sərfinin artdığı şəraitdə, müvəqqəti yaşayış və istehsal bazasının tikintisi haqqında məlumatlar.

4.11.4. Hidrotexniki qurğuların müvəqqəti istismara qəbul edilməsinə hazırlığının təsviri zamanı:

4.11.4.1.qurğuların aralıq qəbulu və görünməyən işlər haqqında məlumatlar;

4.11.4.2.tikinti dövründə texniki nasazlıq və zədələnmə hallarının aradan qaldırılması tədbirləri və onların texniki səmərəliliyi haqqında məlumatlar;

4.11.4.3.tikinti dövründə hidrotexniki qurğuların tikinti arası təzyiqlərlə və istismara verilmədən qabaqkı müddətdə tam təzyiqlə sınaqdan keçirilməsi haqqında məlumat, lazımı sınaq və qəbul aktlarının olması;

4.11.4.4. əsas və köməkçi avadanlıqların nümunəvi işə salınması ilə fərdi sınaqların, eləcə də avadanlıqların kompleks yoxlanılmasının nəticələri;

4.11.4.5.tikinti aparılan dövrdə hidrotexniki qurğuların təhlükəsizliyi üzrə aparılmış müşahidə və tədqiqatların nəticələri;

4.11.4.6.tikinti laboratoriyalarının, hidrotexniki nəzarətin və aparılmış müşahidələrin göstəriciləri əsasında hidrotexniki qurğuların təhlükəsizliyinin yolverilən hədd göstəricilərinin dəqiqləşdirilməsi;

4.11.4.7.qurğuların təzyiq altında buraxılışının və onların istismarı dövründə aparılan müşahidələrin göstəriciləri;

4.11.4.8.su anbarlarının normal təzyiq səviyyəsinə qədərki dövürdə və qurğuların təzyiqinin ilkin dövründə aparılan müşahidələr əsasında hidrotexniki qurğuların təhlükəsizlik göstəricilərinin yol verilən son həddinin dəqiqləşdirilməsi üzrə təkliflər;

4.11.4.9 obyektin istismara verilməsi zamanı əsas sənədlərin siyahısı.

4.12. Hidrotexniki qurğularda aparılmış yenidənqurma və ya əsaslı təmir-bərpa işlərindən sonra təhlükəsizlik bəyannaməsində olan tələblər:

4.12.1.Hidrotexniki qurğularda aparılmış yenidənqurma və əsaslı təmir işlərindən sonra, qurğuların konstruksiyasında və parametrlərində qüvvədə olan layihə göstəricilərinə nisbətən dəyişikliklər varsa, müəyyən olunmuş əsas tələblərə uyğun olaraq, onların təhlükəsizlik bəyannaməsi hazırlanır.

4.12.2. Yenidənqurma və əsaslı təmir işləri aparılmış hidrotexniki qurğular üçün “Ümumi məlumatlar” bölməsinə aşağıdakı əlavələr daxil edilir:

4.12.2.1. hidrotexniki qurğularda yenidənqurma və əsaslı təmir işlərinin aparılması barədə sənədlər haqqında məlumatlar;

4.12.2.2. hidrotexniki qurğularda yenidənqurma və əsaslı təmir işlərinin görülməsinin səbəblərinin əsaslandırılması üzrə məlumatlar;

4.12.2.3. hidrotexniki qurğuların etibarlılığına və təhlükəsizliyinə təsir edə bilən ilkin layihə qərarında edilmiş əsas dəyişikliklər haqqında məlumatlar.

4.12.3. hidrotexniki qurğularda yenidənqurma və əsaslı təmir işləri aparılan zaman qüvvədə olan təhlükəsizlik bəyannaməsinin təsir müddətində dəyişiklik baş verməyibsə və onun qüvvədə olma vaxtı keçməyibsə, eləcə də qurğuların etibarlılığına və təhlükəsizliyinə, konstruksiyasına və parametrlərinə təsir edən layihə qərarlarından kənarlaşma halları baş verməyibsə, hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsi yenidən hazırlanmır.

4.13. Hidrotexniki qurğuların istismardan çıxarılmasında və konservasiya olunmasında təhlükəsizlik bəyannaməsinə olan tələblər:

4.13.1. hidrotexniki qurğunun istismardan çıxarılmasının və ya konservasiyasının hüquqi və texniki qərarlarının əsaslandırılması;

4.13.2. suyığımının yuxarı hissəsindən gələn su axırının qarşısının alınması, göl zonasından suyığılan sahəyə axan səthi suların və atmosfer çöküntüsünün istiqamətinin dəyişilməsi üzrə tədbirlər;

4.13.3. qurğuların su və külək eroziyasından qorunması üzrə tədbirlər;

4.13.4. suyığma, drenaj və suayırma qurğularının işlək vəziyyətdə qalması üçün tədbirlər işləmək və ya onların istismardan çıxarılması qaydasını saxlamaq;

4.13.2. “Hidrotexniki qurğuların təhlükəsizliyinin təhlili” bölməsinin tərkibinə əlavə olaraq daxil edilir:

4.13.2.1. istismardan çıxarılmalı olan və ya konservasiya edilən hidrotexniki qurğuların texniki vəziyyəti haqqında ekspertiza rəyinin olması;

4.13.2.2. qoruyucu dambaların uzun müddətli davamlılığını təmin edən parametrlər haqqında məlumatlar;

4.13.2.3 hidrotexniki qurğuların, istismardan çıxarılmasından sonra, nəzarət müşahidələrin tərkibi haqqında.

4.13.2.4. hidrotexniki qurğuların istismardan çıxarılmasından və ya konservasiya işlərinin yerinə yetirilməsindən sonra onların ətraf təbii mühitə təsirinin qiymətləndirilməsi haqqında məlumatlar.

5.1. Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin, Dövlətdağmədəntexnəzarət, Meliorasiya və Su Təsərrüfatı Komitələrinin nəzarəti altında olan təşkilatlarda, istehsalatlarda və obyektlərdə hidrotexniki qurğuların dövlət ekspertizası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

5.2. Təhlükəsizlik bəyannaməsi ekspertiza komissiyasının rəyi ilə birlikdə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinə, Dövlətdağmədəntexnəzarət, Meliorasiya və Su Təsərrüfatı Komitələrinə təqdim olunur.

Yuxarıda göstərilən Mərkəzi İcra Hakimiyyəti Orqanları hidrotexniki qurğuların texniki vəziyyətinin və istismarçı təşkilatların işçilərinin ixtisasının qəbul olmuş norma və qaydalara uyğunluğu haqqında rəy verirlər (hidrotexniki qurğuları təhlükəsizliyinin qiymətləndirilməsi).

Fövqəladə hallar və baş verəcək təbii fəlakətin qarşısının alınması üzrə Dövlət İdarəetmə orqanı obyektdə baş verə biləcək qəzaların lokallaşdırılması və qarşısının alınması, əhali və ərazinin lazımi səviyyədə qorunması üzrə tədbirlərin olması barədə rəy verir.

5.3. I, II və III-cü sinifə aid olan hidrotexniki qurğuların və I,II və III-cü sinif təhlükəliliyə malik olan tullantıların saxlanma anbarları üzrə təhlükəsizlik bəyannaməsinin ekspertiza materialları, Ekspert Komissiyasının rəyi ilə birlikdə, Dövlətdağmədəntexnəzarət Komitəsi, Energetika və Yanacaq Nazirliyi və Meloriasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən öz səlahiyyətləri daxilində aparılır.

5.4. Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi Dövlətdağmədəntexnəzarət, Meliorasiya və Su Təsərrüfatı Komitələri hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinə və ekspertiza komissiyasının rəyinə, bu sənədlərin qeydiyyata alındığı gündən bir ay müddətində baxır və onun təsdiq olunması və ya təsdiq olunmaması haqqında qərar qəbul edirlər.

5.5. Hidrotexniki qurğuların təsdiq olunmuş təhlükəsizlik bəyannaməsinin qüvvədə olma müddəti beş ildən artıq ola bilməz.

Hidrotexniki qurğuların təhlükəsizliyini təmin edən tədbirlərin yerinə yetirilməsi və onların təhlükəsizlik bəyannaməsinin qüvvədə olma müddəti Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı və Dövlətdağmədəntexnəzarət Komitələri tərəfindən müəyyən edilir.

5.6. Hidrotexniki qurğuların təsdiq olunmuş təhlükəsizlik bəyannaməsi hidrotexniki qurğuların mülkiyyətçisində və ya istismarçı təşkilatda saxlanılır. Nəzarət üçün onların surətləri Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinə, Dövlətdağmədəntexnəzarət, Meliorasiya və Su Təsərrüfatı Komitələrinə, hidrotexniki qurğuların yerləşdiyi ərazinin yerli İcra orqanın subyekti kimi icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikası Fövqəladə hallar Komissiyasının ərazi orqanlarına təqdim olunur.

1. 9 avqust 2023-cü il tarixli 20/01-031 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202308091032, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2023-cü il)

ƏMRƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver