Qanunvericilik › Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Tapşırıqların yerinə yetirilməsinin təşkili

Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yerli xalq deputatları Sovetlərinin icra üçün qəbul etdiyi tapşırıqların yerinə yetirilməsini onların icra və sərəncam orqanları, digər yerli orqanlar təmin edirlər.

Deputat seçilməmiş namizədlərə verilmiş tapşırıqlarda irəli sürülən təkliflər nəzərdən keçirilmək və tədbirlər görülmək üçün müvafiq orqanlara və vəzifəli şəxslərə göndərilir.

Deputatlara verilmiş tapşırıqların yerinə yetirilməsinə müvafiq yerli xalq deputatları Sovetləri nəzarət edirlər.

İcra və sərəncam orqanları tapşırıqlar üzrə qərarların yerinə yetirilməsi gedişi haqqında xalq deputatları Sovetlərinə ildə azı bir dəfə məlumat verirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver