Qanunvericilik › Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Deputatın səlahiyyətinin həyata keçirilməsi üçün təminatlar

Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Öz səlahiyyətini həyata keçirmək üçün deputatın hüququ var ki:

dairə seçicilərinin mənafelərinə aid hər hansı məsələni dövlət hakimiyyəti və idarə orqanlarında, ictimai təşkilatların orqanlarında müzakirə olunmasında iştirak etsin;

Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Ali Sovetinin, yerli dövlət hakimiyyəti orqanlarının qərarlarının icrasının təşkilində və icrasına nəzarətdə iştirak etsin;

qanunların, vətəndaşların, müəssisə, idarə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin pozulması, süründürməçiliyin və bürokratizmin təzahürü haqqında vətəndaşların müraciətlərindən ona məlum olan xəbərləri öz təşəbbüsü ilə,zəruri hallarda dövlət orqanlarının,ictimai təşkilatların nümayəndələrini cəlb edərək yoxlasın;

dairə seçicilərinin yığıncaqlarını və ya konfranslarını, əmək kollektivləri və ictimai təşkilatların yerli orqanları ilə görüşlər keçirsin;

xalq deputatlarının,seçicilərin müxtəlif birliklərınin,ictimai ərazi özünüidarə orqanlarının işində, əmək kollektivlərinin,yaşayış yerlərində vətəndaşların və qoşun hissələrində hərbi qulluqçuların yığıncaqlarının işində iştirak etsin.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver