Müvafiq və ya yuxarı prokuror deputatı cinayət məsuliyyətinə cəlb etməyə, həbs etməyə və ya məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq etməyə Sovetin razılığını almaq üçün cinayət işi qaldırmazdan, yaxud inzibati icraata başlamazdan, deputata qarşı ittiham irəli sürməzdən, həbsdən ötrü sanksiya verməzdən qabaq Sovetə təqdimat verir.
Sovet təqdimata bir ay müddətindən keç olmayaraq baxır.
Zərurət olduqda prokurordan əlavə materiallar tələb edilə bilər. Barəsində təqdimat verilmiş deputatın məsələyə baxılmasında iştirak etməyə ixtiyarı vardır. Sovet əsaslandırılmış qərar qəbul edir və bu barədə üç gün müddətində prokurora məlumat verir.
Yuxarı prokuror yerli xalq deputatları Sovetinin qərarı ilə razılaşmadıqda qərarın ləğv edilməsi və deputatı məsuliyyətə cəlb etməyə, yaxud həbs etməyə razılıq verilməsi haqqında müvafiq yuxarı Sovetə təqdimat vermək ixtiyarına malikdir. Yuxarı Sovetin ixtiyarı var ki, yerli Sovetin qərarını ləğv etsin və təqdimat üzrə öz qərarını qəbul etsin.
Sovetə təqdimat vermiş prokuror istintaqın və ya işə baxılmasının nəticələri haqqında Sovetə iş üzrə icraatın qurtardığı gündən sonra üç gün ərzində. məlumat verməlidir.