Sovetin ərazisində deputat bütün daxili dəmir yolu, hava, avtomobil, su yollarında və şəhər sərnişin nəqliyyatının bütün növlərində(taksidən başqa) pulsuz gediş-gəliş hüququndan, habelə gediş-gəliş sənədlərini növbədənkənar almaq hüququndan istifadə edir. Bu hüquqlar birinci qrup əlil olan deputatı müşayiət edən şəxsə də şamil edilir.
Sovetin ərazisi hüdudlarından kənarda yaşayan deputat göstərilən hüquqlardan Sovetin ərazisinə keçmək və yaşayış yerinə qayıtmaq üçün istifadə edir.
Şəhər sərnişin nəqliyyatının bütün növlərində və şəhərətrafı qatarlarda deputat deputatlıq vəsiqəsi ilə gedib-gəlir.
Deputat hər bir nəqliyyat növündə qüvvədə olan normalara müvafiq surətdə baqajı pulsuz aparmaq hüququna malikdir.
Yerli xalq deputatları Sovetləri, Sovetin ərazisindəki müəssisələr, idarələr, təşkilatlar deputatlıq vəzifələrini yerinə yetirərkən səfərlər üçün deputata onun tələbnaməsİ üzrə avtomobil nəqliyyatı verməlidirlər.