Müvafiq Sovetin qərarı ilə deputatların Köməkçiləri ola bilər.
Deputatın köməkçiləri seçicilərlə, habelə dövlət orqanları və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlarla qarşılıqlı münasibətlərdə onun tapşırıqlarını yerinə yetirir, deputatlıq səlahiyyətini həyata keçirməkdə deputata təşkilati-texniki və elmi-məsləhət yardımı göstərirlər.
Deputat öz Köməkçilərinin hərəkətləri üçün məsuliyyət daşıyır və istənilən vaxt onları dəyişdirmək ixtiyarına malikdir.
Köməkçilərin hüquqları, iş şərtləri və qaydası Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində Sovetin müvafiq qərarları ilə müəyyən edilir.