AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI
“Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın 9.2-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 16-cı bəndinə uyğun olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyası QƏRARA ALIR:
1. “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Hüquqi təminat idarəsinin rəisi (H.Hüseynov) bu Qərarın üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
Nazir Elmar Məmmədyarov
1.1. Elektron xidmətin adı:
Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu:
Bu elektron xidmət Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza ( elektron viza istisna olmaqla) almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsini əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 24-37-ci maddələri;
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 1.1-ci bəndi;
1.3.5. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 8.26-cı bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra – Nazirlik).
1.5. Elektron xidmətin digər icraçıları:
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
1.7. Elektron xidmətin icra müddəti:
Viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə, müraciət olunduğu gündən ən geci 15 (on beş) gün, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə münasibətdə ən geci 3 iş günü, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hallarda, habelə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfəri təcili müalicə, yaxud Azərbaycan Respublikasında yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa (bu faktları təsdiq edən sənəd təqdim olunmaqla) ən geci 2 (iki) iş günü ərzində baxılır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə giriş və tranzit növlü vizaların rəsmiləşdirilməsinə dair vəsatətlərə müvafiq qaydada baxılaraq cavablandırılması, baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü:
2.2. Elektron xidmət üzrə ödəniş:
2.2.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.4-cü və 16.1.5-ci maddələrinə müvafiq olaraq, tranzit vizaları və birdəfəlik giriş vizaları üçün – 20 ABŞ dolları, çoxdəfəlik giriş vizaları üçün – 350 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir.
Ödəmə üsulları – bank, poçt, plastik kart, internet, elektron ödəmə sistemləri.
2.2.2-1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 17.6-1-ci maddəsinə əsasən, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği həmin Qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən oluna bilər.
2.2.3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasına gələn aşağıdakı əcnəbilərdən viza rəsmiləşdirilməsi üçün dövlət rüsumu alınmır:
- dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslərdən;
- Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları təmsil edənlərdən;
- dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlərdən;
- müdafiə xətti ilə səfər edənlərdən.
2.2.4. Dövlət rüsumunun ödəniləcəyi bank hesabının rekvizitləri Əlavə 1-də göstərilən cədvələ uyğun müəyyən edilir.
2.2.5. Dövlət rüsumu diplomatik nümayəndəlik və konsulluğun olduğu ölkənin valyutası ilə tutulur. Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır.
2.3. Elektron xidmətin istifadəçiləri:
Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://eapplication.mfa.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
http://www.mfa.gov.az/files/file/e-viza%202013.pdf,
http://www.mfa.gov.az/?options=content&id=750&language=az,
http://www.mfa.gov.az/?options=content&id=275&language=az,
-e-poçt: mkon2@mfa.gov.az,
-telefon: +994 (50) 431 53 94
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların surətləri elektron formada təqdim olunur:
2.6.1. ərizə-anket (Əlavə 2);
2.6.2. pasport və ya digər sərhədkeçmə sənədinin əsas səhifələrinin surətləri (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 (üç) ay artıq olmalıdır);
2.6.3. biometrik identifikasiya tələblərinə uyğun rəngli fotoşəkil (3x4sm);
2.6.4. tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);
2.6.5. əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur);
2.6.5-1. Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəf qeyri-dövlət təşkilatı olduğu halda, həmin qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
2.6.5-2. dəvətin səbəbini təsdiq edən sənəd (tranzit, turizm və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur);
2.6.6. viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd (bu Reqlamentin 2.2.3-cü yarımbəndində qeyd olunan şəxslərə şamil olunmur).
2.6.7. Səfərin məqsədindən və vizanın növündən asılı olaraq:
2.6.7.1. Rəsmi səfər məqsədilə verilən giriş vizaları üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası;
2.6.7.2. Elm və ya təhsil məqsədilə verilən giriş vizaları üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında təhsili və yaşayışı ilə bağlı xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olması haqqında müvafiq sənəd (Azərbaycan Respublikasında əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhsili vətəndaşı olduğu və ya daimi qeydiyyatda yaşadığı ölkə tərəfindən maliyyələşdirilmədiyi halda);
2.6.7.3. Müalicə məqsədilə verilən giriş vizaları üçün müayinə və ya müalicə olunacaq xəstəliyin olması barədə tibbi arayış;
2.6.7.4. Şəxsi səfər məqsədi ilə verilən giriş vizaları üçün dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin səfəri ilə bağlı maliyyə xərclərinin (bilet, gündəlik yaşayış, tibbi və sair) təminatı barədə öhdəlik və ya bu xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olma barədə müvafiq sənəd, habelə dəvət edilən şəxsin əməkçi miqrantın və ya təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxsin ailə üzvü olmasını təsdiq edən sənəd;
2.6.7.5. Turizm məqsədilə verilən giriş vizaları üçün turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd;
2.6.7.6. Tranzit vizaları üçün təyinat ölkəsinə getmək vizasının (təyinat ölkəsinə səfər etmək üçün vizasız rejim müəyyən olunmuş ölkələr istisna olmaqla) və müraciət olunan ölkədən təyinat ölkəsinə getmək üçün nəqliyyat biletinin surətləri (əldə etmək mümkün olduğu təqdirdə) və ya bu səfəri təsdiq edən digər məlumatlar;
2.6.8. 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün yuxarıda qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur.
Vizaların rəsmiləşdirilməsi zamanı bu Reqlamentin 2.6.2-ci və 2.6.8-ci yarımbəndlərində göstərilən sənədlərin əsli bilavasitə təqdim edilir.
Viza rəsmiləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. sorğunun formalaşdırılması:
Ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanında real vaxt rejimində doldurulur və bu Reqlamentin 2.6cı bəndində göstərilənlər ərizəyə əlavə edilərək həmin elektron ünvana təqdim edilir;
3.1.2. sorğunun qəbulu:
Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya ondan imtina edilməsi:
3.2.1. İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-cı bəndində aidiyyəti olanlardan birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina olunur və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçt ünvanına dərhal məlumat göndərilir.
3.2.2. Təkrar vəsatətə imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır.
3.2.3. sorğunun qəbulu:
İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu Reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat və məsul şəxs haqqında məlumat:
Elektron qaydada daxil olmuş viza verilməsi barədə ərizənin düzgün doldurulması və tələb olunan sənədlərin tamlığı diplomatik nümayəndəlik və konsulluqlar tərəfindən yoxlanıldıqdan sonra dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi (bundan sonra – İAMAS) vasitəsilə gücləndirilmiş elektron imza ilə təsdiq edilərək baxılması üçün Nazirliyin Konsulluq idarəsinə göndərilir. Nazirliyin Konsulluq idarəsinin məsul əməkdaşı tərəfindən sorğudakı məlumatların düzgünlüyü və tamlığı yoxlanılır və İAMAS-ın məhdudiyyət siyahıları ilə müqayisələr aparılır. Bundan sonra, sorğu razılaşdırılma məqsədilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə göndərilir.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəyi alındıqdan sonra, qəbul edilən yekun rəy sorğunun daxil olduğu diplomatik nümayəndəlik və ya konsulluğa təqdim edilir.
Sorğunun icrası üzrə Nazirliyin Konsulluq idarəsinin məsul əməkdaşı, diplomatik nümayəndəliyin və konsulluğun konsulluq məsələləri üzrə məsul əməkdaşı məsuliyyət daşıyırlar.
3.3.2. hər bir inzibati əməliyyatın məzmunu və yerinə yetirilmə müddəti:
Sorğu diplomatik nümayəndəliyin və konsulluğun sisteminə daxil olur.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, çatışmazlıqların aradan qaldırılması barədə istifadəçiyə dərhal məlumat verilir. Aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir.
Sorğunun baxılmasının nəticəsi barədə istifadəçiyə məlumat verilir.
Viza verilməsi məqsədəuyğun hesab edildikdə diplomatik nümayəndəlik və ya konsulluq tərəfindən viza blankının fərdiləşdirilməsi, pasporta yapışdırılması, verilməsi və qeydə alınması təmin edilir.
Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu Reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır.
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 16.1-ci maddəsində qeyd olunan hallar müəyyən edildiyi təqdirdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına giriş vizasının rəsmiləşdirilməsindən imtina edilir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən dövlət qurumu orqanı:
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti.
3.3.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Araşdırmaların nəticəsindən asılı olaraq, viza verilməsi məqsədəuyğun hesab edildikdə istifadəçiyə elektron poçt vasitəsilə vizanın rəsmiləşdiriləcəyi yer və tarix barədə məlumat verilir.
Viza verilməsindən imtina olunduğu hallarda imtinanın səbəbləri barədə istifadəçiyə elektron poçt vasitəsilə dərhal məlumat verilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
Elektron xidmətin yerinə yetirilməsinə Nazirliyin Konsulluq idarəsinin, diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri nəzarət edirlər.
3.4.1. nəzarət forması:
3.4.2. nəzarət qaydası:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat:
İstifadəçi elektron xidmətlə bağlı razılaşmadığı istənilən məsələ barədə inzibati qaydada və Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyinə əsasən məhkəməyə şikayət verə bilər.
3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu Reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. şikayətin baxılma müddəti:
Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada baxılır.
Entitad: Banco Patagonia SA
Titular: Embajada De La Republica De Azerbaiyan
TIPO: Cuenta Corriente en Dolares
NRO DE CUENTA: 300012719
CBU: 03400302 09300012719006
Beneficiary Address: 2741 34 Street, NW, Washington DC, 20008
Beneficiary Bank: Bank of America, N.A.
Bank Address: 730 15 Street, NW, 7 Floor, Washington, DC 20005
Benefisiarın bankının şəhəri: Washington, DC 20036
Routing/Transit (ABA) Number: 026009593
Wire Transfer SWIFT Code: BOFAUS3N
Beneficiary Account Number: 226005684904
Commerzbank, Konto – Nr.: 266153601, BLZ 10040000
Austria, 1130 Vienna, Hügelgasse 2, Bank Austria Uni Credit Group, Austria Vienna,
IBAN: AT39 1100 0017 5329 7901
Account Number: 100679216USD115601
CBA SWIFT CODE: CTB AAU2S
Branch Name: London Circuit Branch
Branch Address: Cnr London Circuit and Ainslie Avenue Canberra ACT 2601
Debit Party Sort Code: 20-47-34
Debit Party Account Number: 33644502
Debit A/C Currency: Pound Sterling
Debit Party Address: 4 Kensington Court London W8 5 dl
Р/с: 3024009151614USD
ОАО <<Приорбанк>> ЦБУ111
Код: 749; УНН: 102313198
KBC Bank - Account Number: 733-0410794-29
IBAN: BE26 7330 4107 9429
National Bank of Abu–Dhabi Consular Division of the Embassy of the Republic of Azerbaijan
Banco do Brasil, Branch No. 1606-03,
First İnvestment Bank
SWIFT CODE – FINVBGSF
Account number – BG 83 FINV 9150 1004 5539 12
USD – 357079 Branch Code – 104611
EURO – 357079 Branch Code – 104610
Bank of China – Head Office
Name of Account: Embassy of Azerbaijan
Account Number: 778-350-025-820
Account number: 5011025409
IBAN:CZ67 5500 0000 0050 1102 5409
Bank name: Raiffeisenbanka.s.
SWIFT code: RZBC CZ PP
Bank’s address: Hvezdova 1716/2b, 140 78 Prague, Czech Republic
Nordea bank AB Eesti filial
Titulaire du conte Ambassade D Azerbaidjan
Credit du Nord Uneautre vision de la banque
Code banque code agencenumere de compte Cle Rlb Domiciliation
30076 02058 16570304200 19 Paris Clement Marot
IBAN: FR76 3007 6020 5816 5703 0420 019
For USD EUR GBP Transfer
Intermediary: International Bank of Azerbaijan
Beneficiary’s Bank: International Bank of Azerbaijan – GEORGIA
Beneficiary’s Account: GE61AZ0036800000128703
Royal Bank of Scotland
Name of Beneficiary: Embassy of Azerbaijan
Account Number: 1350752
PT Bank Mandiri (Persero) Tbk Jakatra Mega Kuningan Branch
Account Number: 102-0004453970(USD)
Unicredit Banca di Roma
Account:0000400992178
IBAN: IT 67 C 02008 05001000400992178
Embassy’s bank account:
SEB – Skandinaviska Enskilda Banken
Account – 52 77 10 20 955
İBAN - SE9150000000052771020955
Account Number: 0235 – 124793.02v in CHF
IBAN: CH89 0023523512479302v
Beneficiary Bank Nema: Banco Santander
IBAN: ES8100491555102110170715
Account Number: 00491555102110170715
Account No.0134/107786-4/511
SWIFT Code: ARABJOAX134
Commercial Financial Services
90 Sparks street, 2nd floor Ottawa, ON k1P5T6
Beneficiary Account: 000006-4015764
Intermediary Bank: Chase Manhattan
ABA: 0210 00021; SWIFT: CHASUS33; Account#: 0011153244
Korea Exchange Bank - SWIFT BIC: KOEXKRSE
Hannamdong branch - 650-005893-632
Kuwait city, Al Yarmouk branch of National Bank of Kuwait
Account number: 1000201152 11200
IBAN: KW41NBOK0000000000001000201152
Account number: LV09PARX0003843380003
Account number: LT75 7300 0101 1633 4104
Beneficiary bank: OTP BANK, 1062 Budapest, Andrassy street 62
Beneficiary Account number: 11764063-16770881 EURO
IBAN: HU43 1176 4063 1677 0881 0000 0000
US Dollar Account number: 7144-2200-1648, SWIFT code: MBBEMYKL
Malaysian Ringgit Account number: 5144-2230-5596, SWIFT code: MBBEMYKL
Mobiasbanca Groupe Societe Generale
Contbenificiar 2224710SV50362557100
Address: AV/Virreyes 1015, Lomas de Chapultepec, Miguel Hidalgo, Mexico DF, CP: 11000
SWIFT or ABA: MBCOMXMMXXX
Address: Bosque de buraznos 187, Bosques de laslomas,
Miguel Hidalgo, Mexico DF CP: 11700
Account: 00107265425 (USD)
Coordonneesbancaires du compte en dollars Americain N 3781089 001 000 840 de l’Ambassade:
IBAN MA64001810007800031310890897
NOM DE LA BANQUE Bank Al Maghrib, Rabat, Maroc
Benefisiarın bankının adı: Egypt, Cairo, BNP Paribas Egypt
Hesab nömrəsi: 00476-045008-003-06
BNP Paribas New-York, Swift Code: BNPAUS3N (USD)
BNP Paribas Paris, Swift Code: BNPAFRPP (EURO)
IBAN: NL38ABNA0403491843 (EURO)
Standard Chartered Bank (Pakistan) Limited
Account number: 01010911001
Adress: 03-941 Warszawa Ul. Zwyciezcow 12, Bank Millennium S.A.
IBAN: PL 18 1160 2202 0000 0000 4793 8268 (USD)
IBAN: PL 80 1160 2202 0000 0000 8369 4553 (EURO)
БТА Банк, филиал Астана
Qatar National Bank, Account number: 0170-015167-053
ЗАО Демир Кыргыз Интернэшнл Банк
Счет: 1180000013151891 (USD)
Банк МБА-Москва ООО г.Москва
Корсчет Банка получателя: 30101810000000000502
Расчетный счет получателя перевода: 40807810200010000035
“UniCreditTiriac Bank”
Accounts: RO38BACX0000000948389003 (Euro account)
RO11BACX0000000948389004 (USD account)
Account with institution: RZBSRSBG
Raiffeisen Banka ad Beograd, RS
Beneficiary customer: RS35265100000012550008
Pere Velimirovica 25 Beograd-Rakovica, Republika Srbija
Saudi-Holland Bank, Riyadh
Account number: 037092936036
Account number (USD): 41970002515 – İşbankası, Oran Şübesi
(Euro): 41970002529 – İşbankası, Oran Şübesi
Расчетный счет - 2320300022183900050000
Beneficiary account: 20214840016901013413
Address: г.Душанбе ул.Плеханова 18, Orien Bank Dushanbe
Intermediary Bank – Novikombank, Moscow, RU
Корсчет 30111840700000000006 (USA)
Beneficiary account: 20214978616901013413
ACCOUNT: No. 400886660000 (EUR)
Intermediary Bank-Commerzbank, Frankfurt Germany
Bank: PUMB (First Ukrainian International Bank)
EDERPOU code: 000000000; MFO code: 334851
Debit acoount: 26007962497652
The bank of Tokyo Mitsubishi UFJ, Ltd.
Account number: 1300055633
Bank Account: ALPHA Bank
Account number: 107002002005904
IBAN:GR1201401070107002002005904
SWIFT CODE (BIC): CRBAGRAA
Account No: 1501061730
Standard Chartered Bank (Vietnam) Limited
Bank name and address: Standard Chartered Bank (Vietnam) Limited
Ground Floor, CDC Bullding, 25 Le Dal HanhStreer,
Hai Ba Trung District, Hanoi, Vietnam or
Standard Chartered Bank (Vietnam) Limited
Ho Chi Minh City Branch Saigon Trade Centre,
37 Ton Duc Thang Dist. 1, Ho Chi Minh City, Vietnam
Account number: 66182244677 (USD)
г. Актау 15 мкр. Дом 30к-1, АО «БанкЦентрКредит»
P/c KZ348560000000481665
Receiver’s Correspondent: IRVTUS3N
The Bank of New York Mellon New York, NY US
Intermediary Bank: TCZBTR2A
T.C. Ziraat Bankasi A.S. Head office Ankara
T.C.Ziraat Bankasi A.S. Tbilisi Branch
Beneficiary Customer: GE85 ZB01 0000 3312 0000 30
IBAN: GE03 ZB01 0000 3302 0000 30
Account number: 10022424319002
IBAN: AE550030010022424319002
1) USD - Hesab nömrəsi: 1120 0543693
IBAN nömrəsi: TR 32 0006 4000 0021 1200 5436 93
SWIFT KOD: ISBKTRISXXX
2) EUR - Hesab nömrəsi: 1120 0543705
IBAN nömrəsi: TR 96 0006 4000 0021 1200 5437 05
SWIFT KOD: ISBKTRISXXX
3) TL - Hesab nömrəsi: 1120 513664
IBAN nömrəsi: TR 30 0006 4000 0011 1200 5136 64
AKBANK Qars şəhəri. Şöbə 0053
IBAN: TR 180004600053036000094616 (Euro)
Adress: 2370 Crenshaw Blvd# H Torrance CA 90501
Name of Beneficiary: Consulate General of Azerbaijan
Beneficiary Adress: 11766 Wilshire BLVD # 1410, Los Angeles, CA 90025
ИНН: 9909058879; КПП: 783561001
Р/СN: 408 078 108 001 001 20145
Филиал Банк <<МБА-МОСКВА>> ООО в Санкт-Петербурге
К/СN: 30101810100000000736; БИК: 044030736
İran İslam Respublikası (Təbriz Baş Konsulluğu)
Milli Bank Daneşqah (universitet) Şöbəsi, Təbriz şəhəri
Hesab Nömrəsi: 2200000 (US)
Hesab Nömrəsi: 2300032 (Euro)
Банкпосредник: OJSC International Bank of Azerbaijan, Baku
Банк Бенефициара: ACC 33712018409100008113
IBA-Moscow LLC, Moscow
BIC CODE: IBAZRUMMXXX
Address: Branch Bank MBA - Moscow LLC in Ekaterinburg
620014 Russia, Ekaterinburg, Radisheva st, T.15 /
Номер счета Бенефициара: 40807840300201000277
For IBA - Moscow, Ekaterinburg Branch
Qeyd: Blankı doldurarkən çap hərflərindən istifadə edin.
Note: Use block letters to fill in the application form.
1. Soyad (pasportda olduğu kimi) / Surname (as in passport)
2. Ad (pasportda olduğu kimi) / Name (as in passport)
3. Adınız və soyadınız dəyişilibmi? (əgər dəyişibsə, nə zaman və əvvəlki adınızı və ya soyadınızı göstərin) /
Has your name or surname been changed? (if changed, when and your previous name or surname)
4. Doğum tarixi (gün, ay, il) /
Date of birth (day, month, year)
5. Doğum yeri (şəhər, ölkə) /
Place of birth (city, country)
7. Vətəndaşlığınız dəyişilibmi? (əgər dəyişilibsə, nə zaman və əvvəlki vətəndaşlığınızı göstərin) /
Has your citizenship been changed? (if yes, when and your previous citizenship)
9. Sərhədkeçmə sənədinin növü /
Type of travel document
□ ümumvətəndaş pasportu /
service (official, special) passport
□ diplomatik pasport /
□ digər sərhədkeçmə sənədi /
other travel document
______________________
10. Sərhədkeçmə sənədinin seriyası və nömrəsi /
Number of travel document
11. Sərhədkeçmə sənədinin verildiyi yer (şəhər, ölkə) /
Place of issue (city, country) of travel document
12. Sərhədkeçmə sənədinin verildiyi tarix (gün, ay, il) / Date of issue (day, month, year) of travel document
13. Sərhədkeçmə sənədinin etibarlığı
(gün, ay, il) / Validity of travel document (day, month, year)
14. Son beş il ərzində aldığınız digər vizalar / Other visas issued during the past five years
□ boşanmış / divorced
16. Hal-hazırki yaşayış ünvanı /
17. Telefon nömrəsi və elektron poçt ünvanı /
Phone number and email address
18. Hazırki iş yeri və ixtisas /
Current occupation and speciality
19. Azərbaycan Respublikasına nə vaxt gəlməyi planlaşdırırsınız? /
When are you going to visit the Republic of Azerbaijan?
20. Nəqliyyat vasitəsinin növü (əgər minik avtomobilidirsə, dövlət qeydiyyat nişanı) /
Type of transport (if it is a car, license number)
21. Azərbaycan Respublikasında qalacağınız müddət (gün) /
Duration of your stay in the Republic of Azerbaijan (days)
22. Səfər edəcəyiniz son şəhər və ölkə /
Final destination (city, country)
23. Azərbaycan Respublikasına nə vaxtsa səfər etmisinizmi? /
Have you ever visited the Republic of Azerbaijan?
Səfər etdiyiniz təqdirdə sonuncu səfərin tarixi /
If yes, date of the last visit
24. Nə vaxtsa Azərbaycan Respublikasına səfər etmək üçün viza almısınızmı? /
Have you ever been issued a visa to the Republic of Azerbaijan?
Almısınızsa, sonuncu vizanın: /
İf yes, the last visa’s:
number _________________
issue date _________________
verildiyi yer (şəhər, ölkə) /
place of issue (city, country) _______________________
25. Sizə nə vaxtsa Azərbaycan Respublikasına səfər etmək üçün viza verilməsindən etiraz olunubmu? /
Have you ever been refused a visa to
the Republic of Azerbaijan?
Olunubsa, etiraz tarixi /
İf yes, date of refuse __________
27. Nə vaxtsa cinayət məsuliyyətinə cəlb olunmusunuzmu? /
Have you ever been charged of any criminal offences?
Əgər cəlb olunmusunuzsa, nə vaxt /
28. Ermənistan Respublikası tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə səfər etmisinizmi? /
Have you ever visited Nagorno Karabakh region of the Republic of Azerbaijan occupied by the Republic of Armenia?
Səfər etdiyiniz təqdirdə, nə vaxt /
29. Səfərinizin məqsədi /
Purpose of your visit
□ mədəniyyət / cultural
□ şəxsi səfər / private visit
□ humanitar / humanitarian
□ birdəfəlik giriş vizası /
□ çoxdəfəlik giriş vizası /
□ birdəfəlik tranzit vizası /
single entry transit visa
□ ikidəfəlik tranzit vizası /
double entry transit visa
32. Sizi Azərbaycan Respublikasına dəvət edən tərəfin tam adı, ünvanı və telefon nömrəsi /
Full name, address and phone number of the inviting party to the Republic of Azerbaijan
33. Azərbaycan Respublikasında qalacağınız ünvan və telefon nömrəsi /
Address and phone number of your stay in the Republic of Azerbaijan
34. Səfəriniz kim tərəfindən maliyyələşdirilir? / By whom will be covered cost of your visit?
35. Azərbaycan Respublikasında işləmək niyyətiniz vardırmı? /
Do you intend to be employed in the Republic of Azerbaijan?
36. Azərbaycan Respublikasında təhsil almaq niyyətiniz vardırmı? /
Do you intend to study in in the Republic of Azerbaijan?
37. Pasportunuzda qeyd olunan və sizinlə birlikdə Azərbaycan Respublikasına səfər edən şəxs(lər) barədə məlumat /
İnformation about the person(s) included in your passport and traveling with you to the Republic of Azerbaijan
qohumluq əlaqəsi / relationship
38. Mən təsdiq edirəm ki, ərizədə göstərilən sualları oxuyub başa düşdüm və düzgün cavab verdim.
Anlayıram ki, hər hansı yanlış məlumat nəticəsində mənə viza verilməsindən imtina edilə bilər. /
I certify that I have read and understood all the questions in this application and correctly responded to all of them.
I understand that any false or misinformation may result in the refusal of visa to Azerbaijan.
Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır.
The state fee paid for visa registration is not given back irrespective of the result of consideration of application.
Ərizəçinin və ya nümayəndəsinin imzası / Yer və tarix /
Signature of applicant or his/her representative Place and date
Ərizənin qəbul edilmə tarixi:
Vizanın kateqoriyası:
Etibarlıdır (gün, ay, il):
Səfərin məqsədi də nəzərə alınmaqla, aşağıdakı sənədlər qəbul edilmişdir:
□ pasport və ya digər sərhədkeçmə sənədi və onların əsas səhifələrinin surətləri (pasportun və ya digər sərhəd keçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 (üç) ay artıq olmalıdır);
□ biometrik identifikasiya tələblərinə uyğun 2 ədəd rəngli fotoşəkil (3x4);
□ tibbi sığorta şəhadənaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);
□ əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur);
□ Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəf qeyri-dövlət təşkilatı olduğu halda, həmin qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
□ dəvətin səbəbini təsdiq edən sənəd (tranzit, turizm və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur);
□ əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası;
□ əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında təhsili və yaşayışı ilə bağlı xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olması haqqında müvafiq sənəd (Azərbaycan Respublikasında əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhsili vətəndaşı olduğu və ya daimi qeydiyyatda yaşadığı ölkə tərəfindən maliyyələşdirilmədiyi halda);
□ müayinə və ya müalicə olunacaq xəstəliyin olması barədə tibbi arayış;
□ dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin səfəri ilə bağlı maliyyə xərclərinin (bilet, gündəlik yaşayış, tibbi və sair) təminatı barədə öhdəlik və ya bu xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olma barədə müvafiq sənəd, habelə dəvət edilən şəxsin, əməkçi miqrantın və ya təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxsin ailə üzvü olmasını təsdiq edən sənəd;
□ turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər belə obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd;
□ təyinat ölkəsinə getmək vizasının (təyinat ölkəsinə səfər etmək üçün vizasız rejim müəyyən olunmuş ölkələr istisna olmaqla) və müraciət olunan ölkədən təyinat ölkəsinə getmək üçün nəqliyyat biletinin surətləri (əldə etmək mümkün olduğu təqdirdə);
□ 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün yuxarıda qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri;
□ viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd.
1. 14 yanvar 2015-ci il tarixli Q/01-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201501140115, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 yanvar 2015-ci il)
2. 21 yanvar 2015-ci il tarixli Q/02-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201501210215, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 yanvar 2015-ci il)
3. 20 oktyabr 2015-ci il tarixli Q/09-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510200915, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 oktyabr 2015-ci il)
4. 10 iyun 2016-cı il tarixli Q/04-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606100416, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyun 2016-cı il)
5. 02 avqust 2016-cı il tarixli Q/05-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201608020516, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 09 avqust 2016-cı il)
6. 16 noyabr 2016-cı il tarixli Q/10-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201611161016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 noyabr 2016-cı il)
7. 04 dekabr 2017-ci il tarixli Q/04-17 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712040417, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2017-ci il)
8. 14 fevral 2018-ci il tarixli Q/01-18 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201802140118, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 fevral 2018-ci il)
9. 23 oktyabr 2018-ci il tarixli Q/03-18 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810230318, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2018-ci il)
10. 29 may 2019-cu il tarixli Q/06-19 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905290619, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 iyun 2019-cu il)
11. 9 oktyabr 2019-cu il tarixli Q/10-19 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201910091019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 oktyabr 2019-cu il)
12. 28 yanvar 2020-ci il tarixli Q/03-20 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202001280320, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 fevral 2020-ci il)
13. 19 oktyabr 2020-ci il tarixli Q/07-20 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010190720, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 oktyabr 2020-ci il)
14. 19 oktyabr 2020-ci il tarixli Q/06-20 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010190620, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 oktyabr 2020-ci il)