“Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.4-cü, 1.5-ci, 1.6-cı, 1.7-ci, 1.9-cu, 1.10-cu, 1.11-ci, 1.14-cü və 1.16-cı bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Həvəskar və peşəkar arıçılıqla məşğul olma Qaydası”, “Bal arısı cinslərinin və populyasiyalarının rayonlaşdırılması Qaydası”, “Dövlət seleksiya-damazlıq (genofond) arıxanalarının yaradılması Qaydası”, “Arıçılıq təsərrüfatlarının qeydiyyatı Qaydası”, “Arıçılığa dair statistik məlumatların tərtibi və təqdim edilməsi Qaydası və Forması”, “Arı ailəsinin standart gücünün müəyyən edilməsi Qaydası”, “Rayonlaşdırılmamış an cinslərinin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi Qaydası” və “Arı xəstəliklərinin müalicəsində istifadə edilən dərman vasitələrinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 5 avqust 2009-cu il
Bu Qayda “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdı, həvəskar və peşəkar arıçılıqla məşğul olma qaydasını müəyyən edir.
2.1. Azərbaycan Respublikasının vətəndaşları, hüquqi və fiziki şəxsləri, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər həvəskar və peşəkar arıçılıqla məşğul ola bilərlər.
2.2. Əsas iş yerindən əlavə, məşğuliyyət kimi özəl təsərrüfatında standart gücə uyğun arıxanası olan şəxslər həvəskar arıçılardır.
2.3. Həvəskar arıçılar arıçılıqla əlaqədar bilikləri, qulluq və saxlama qaydalarını onlar üçün təşkil edilmiş kurslarda, peşəkar arıçılardan, bu sahəyə aid ədəbiyyatlardan və təlimatlardan öyrənirlər.
2.4. Həvəskar arıçı “Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən tələblərə ciddi əməl edir.
3.1. Peşəkar arıçılara arıçılıq sahəsində kursları, ali, orta və peşə məktəblərini bitirən, standart gücə uyğun arı ailəsi saxlayan fiziki və hüquqi şəxslər daxildirlər.
3.2. Peşəkar arıçı arıxanada damazlıq-seleksiya işlərini aparır, bu sahəyə elmin nailiyyətləri və qabaqcıl təcrübəni tətbiq edir, damazlıq işini yaxşılaşdırmaq məqsədi ilə ana arıları və arı ailələri yetişdirib satır.
3.3. Yüzdən artıq arı ailəsi olan, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, 100 faiz arı genofonduna uyğun təmizlikdə yetişdirilən, arıxanada arı ailəsinin 40 faizi yüksək bonitirə sinfinə aid olan və hər an ailəsindən 15-20 kq bal alan təsərrüfatlar peşəkar arıçının arıxanası hesab edilir.
3.4. “Azərbaycan Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 31 iyul tarixli 175 nömrəli qərarına əsasən özəl damazlıq işi ilə məşğul olan peşəkar arıçının arıxanası standart gücə malik arı ailələrindən ibarət olduğu təqdirdə, dövlət reyestrinə daxil edilir və onlara Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şəhadətnaməsi verilir.
3.6. Peşəkar arıçının təsərrüfatı əmtəəlik arıçılıq məhsulları istehsal edir, onun satışı ilə məşğul olur, yarmarkalarda və sərgilərdə iştirak edir.
3.7. Peşəkar arıçının damazlıq təsərrüfatı əsasən yüksək məhsuldar ana arılarının və ailələrinin yetişdirilməsi, reproduksiya edilməsi və təkrar istehsalı ilə məşğul olur.
3.8. Peşəkar arıçılıq təsərrüfatları “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.2-ci maddəsi ilə müəyyən edilmiş tələblərə riayət edilməsi, arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri şərait yaratmaq və nəzarət orqanının verdiyi göstərişləri icra etmək, aidiyyəti üzrə statistik məlumatları (sənədləri) təqdim etmək vəzifələrini və digər tələbləri yerinə yetirirlər.
1.1. Bu Qayda “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və bal arısı cinslərinin və populyasiyalarının rayonlaşdırılması qaydasını müəyyən edir.
1.2. Azərbaycan Respublikasında yerli bal arısı genefonduna Bozdağ Qafqaz arı cinsinin Qabaqtəpə və Qonaqkənd arı populyasiyaları, Sarı Qafqaz arı cinsinin Azərbaycan, Naxçıvan və Talış populyasiyaları daxildir.
2.1. Arıçılıqda damazlıq işini düzgün təşkil etmək və onun məhsuldarlığını artırmaq, bal arısı cinslərinin və populyasiyalarının genofondunun qorunub saxlanılmasını, təkmilləşdirilməsini, onların çoxaldılmasını və istifadəsinin yaxşılaşdırılmasını təmin etmək üçün bal arısı cinsləri və populyasiyaları rayonlaşdırılır, onların ayrılıqda qeydiyyatı aparılır.
2.2. Bal arısı cinslərini və onların populyasiyalarını müxtəlif mövsümlərdə illik nektar gəliri və su mənbələri ilə fasiləsiz təmin etmək məqsədi ilə onların respublikanın aran, dağətəyi və dağlıq bölgələrinə il ərzində 4-5 dəfə köçürülməsi nəzərə alınaraq, rayonlaşdırılması təmin edilməlidir.
2.3. Təbii coğrafi iqlim şəraitinə uyğunlaşması və xəstəliklərə dözümlülüyü, eyni zamanda bitki örtüyünə olan tələbatı nəzərə alınaraq, arı ailələrini köçürmək məqsədi ilə bal arısı cinsləri və populyasiyaları aşağıdakı kimi rayonlaşdırılmalıdır:
Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Bərdə, Tərtər, Füzuli, Qubadlı, Zəngilan, Laçın və Cəbrayıl, Əsgəran, Ağdərə, Şuşa, Xocalı, Kəlbəcər
Kiçik Qafqazın dağlıq və dağətəyi bölgələri: Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Əsgəran, Ağdərə, Şuşa, Xocalı, Füzuli, Kəlbəcər, Samux Aran bölgələri: Qazax, Ağstafa, Tovuz, Bərdə, Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı, Sabirabad, İmişli
Qusar, Quba, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən
Böyük Qafqazın dağlıq və dağətəyi bölgələri: Quba, Qusar, Xızı, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən Aran bölgələri: Xaçmaz, Şabran, Siyəzən, Abşeron
Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı, Ucar, Zərdab, Sabirabad, İmişli, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Füzuli, Şirvan, Ağdam, Xocavənd
Aran bölgələri: Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı, Sabirabad, İmişli, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Mingəçevir, Şirvan, Ağdam Dağlıq və dağətəyi bölgələr: Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Əsgəran, Ağdərə, Şuşa, Xocalı, Füzuli, Xocavənd
Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı və Cəlilabad
Talış dağlarının dağlıq, dağətəyi və aran bölgələri: Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı və Cəlilabad
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublika-sının dağlıq, orta dağlıq və düzənlik əraziləri: Ordubad, Şahbuz, Sədərək, Babək, Culfa və Kəngərli
Qusar, Quba, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən
Quba, Qusar, Xızı, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən, Xaçmaz, Şabran, Siyəzən, Abşeron, Laçın, Kəlbəcər
Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad
Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad
Ordubad, Culfa, Babək, Kəngərli, Şərur, Sədərək, Şahbuz
Ordubad, Culfa, Babək, Kəngərli, Sədərək, Şahbuz
Dağ karpatı və Qaydar
Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Bərdə, Tərtər, Füzuli, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Ağdam, Şuşa, Xocalı, Kəlbəcər
Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Ağdam, Şuşa, Xocalı, Füzuli, Kəlbəcər, Samux, Qazax, Ağstafa, Tovuz, Bərdə, Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı, Sabirabad, İmişli
Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı, Ucar, Zərdab, Sabirabad, İmişli, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Füzuli, Şirvan, Ağdam, Xocavənd, Ordubad, Culfa, Babək, Kəngərli, Şərur, Sədərək, Şahbuz
Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı, Sabirabad, İmişli, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Mingəçevir, Şirvan, Ağdam, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Şuşa, Xocalı, Füzuli, Xocavənd, Kəlbəcər, Ordubad, Culfa, Babək, Kəngərli, Sədərək, Şahbuz
Bakfast (hibrid cins)
Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı, Ucar, Zərdab, Sabirabad, İmişli, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Füzuli, Şirvan, Ağdam, Xocavənd
Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı, Sabirabad, İmişli, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Mingəçevir, Şirvan, Ağdam, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Kəlbəcər, Tərtər, Şuşa, Xocalı, Füzuli, Xocavənd
2.4. Arıçılıq subyektləri (həvəskar arıçılıqla məşğul olan subyektlər istisna olmaqla) arı cinslərinin və onların populyasiyalarının rayonlaşdırılması prinsiplərinə riayət etməyə borcludurlar.
2.5. Bir rayonda bu Qaydanın 2.3-cü bəndində qeyd olunan arı cinsləri və onların populyasiyalarından başqa, digər cinslərin yetişdirilməsinə və saxlanılmasına yol verilmir.
2.6. Yerli arı genofondunun mühafizəsi və arı xəstəliklərinin yayılmasının qarşısının alınması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığı olmadan bal arısının Azərbaycan Respublikasının ərazisinə kənardan gətirilməsi və Azərbaycan Respublikasının ərazisindən çıxarılması qadağandır.
2.7. Nəticələrindən asılı olaraq arıçılıq sahəsində tövsiyələrin verilməsi məqsədi ilə dünyada geniş yayılmış yüksək məhsuldar bal arısı cinslərinin yerli şəraitə uyğunlaşdırılması və onların rayonlaşdırılması üzrə elmi tədqiqat və sınaq tədbirlərinin həyata keçirilməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığı və nəzarəti altında elmi tədqiqat təşkilatlan tərəfindən aparılır.
Bu Qayda “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və arıçılıq sahəsində dövlət seleksiya-damazlıq (genofond) arıxanalarının yaradılması qaydasını müəyyən edir.
2.1. Yerli arı genofondunun qorunub saxlanılması, təkmilləşdirilməsi, yaxşılaşdırılması, ölkə arıçılığının təmiz cinsli, yüksək məhsuldar an ailələrinə və ana arıya olan tələbatının ödənilməsi məqsədi ilə dövlət seleksiya-damazlıq (genofond) arıxanaları yaradılır.
2.2. Dövlət seleksiya-damazlıq (genofond) arıxanaları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təqdimatına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılır.
2.3. Dövlət seleksiya-damazlıq (genofond) arıxanaları dövlətin mülkiyyətində saxlanılır və onların maliyyə təminatı fəaliyyətlərindən əldə olunan vəsaitlər, kreditlər, qrantlar, hüquqi və fiziki şəxslər tərəfindən verilən ianələr və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına formalaşır.
2.4. Dövlət seleksiya-damazlıq (genofond) reproduktiv arıxanalarında 500-dən artıq arı ailəsi olmalıdır.
2.5. Dövlət seleksiya-damazlıq (genofond) arıxanalarının hər birinə çəmən-otlaq sahəsi təhkim olunur. Arıxana su mənbəyi olan dağlıq, dağətəyi və aran ərazilərində yaradılır.
3.1. Seleksiya-damazlıq proqramlarının həyata keçirilməsində iştirak edən arıçılıq subyektləri proqramda əks olunan tədbirlərin yerinə yetirilməsinə borcludurlar.
3.2. Ana və erkək arıların, arı ailələrinin bonitirəsi, bal arısı cinslərinin və populyasiyalarının aprobasiyası, təsdiq edilməsi, patentləşdirilməsi və istifadəsi “Seleksiya nailiyyətləri haqqında” və “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir.
3.3. Azərbaycan Respublikasında yetişdirilən arı cinsləri və populyasiyalarının seleksiya qruplarına və damazlıq özəklərinə mənsub arı ailələrinin satış məqsədi ilə ixracı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tənzimlənir.
3.4. Dövlət seleksiya-damazlıq (genofond) arıxanaları:
3.4.1. dünyada geniş yayılmış yüksək məhsuldar bal arısı cinslərinin və onların populyasiyalarının yerli şəraitə uyğunlaşmasını, yerli arı cinslərinin və populyasiyalarının genofondunun yaxşılaşdırılmasında onlardan istifadə edilməsini və rayonlaşdırılmasını sınaqdan keçirir, təcrübələr aparır, nəticəsi barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə vaxtaşırı məlumat verir, digər təsərrüfatlara seleksiya-damazlıq işləri sahəsində tövsiyələr verir;
3.4.2. yüksək məhsuldarlıq qabiliyyətinin gələcək nəslə ötürülməsini təmin edən, xəstəliyə dözümlü, yerli şəraitə uyğunlaşan və az beçə verən damazlıq arı ailələrinin yetişdirilməsini təmin edir;
3.4.3. arıxanada arı ailələrinin miqdarım ildən-ilə genişləndirir, onların məhsuldarlığını yüksəldir və ekoloji cəhətdən keyfiyyətli arıçılıq məhsulları istehsalını artırır, arıçılığı geniş təbliğ edir, elmin nailiyyətlərinin və mütərəqqi texnologiyaların tətbiqinə nail olur;
3.4.4. arıçılığa dair beynəlxalq sərgilərdə, yarmarkalarda, konfrans və simpoziumlarda iştirak edir;
3.4.5. bölgədə yerləşən əmtəəlik arıxananın rəhbərlərinin, mütəxəssislərinin, habelə digər işçilərin vaxtaşırı seminar-müşavirəsini keçirir, seleksiya-damazlıq sahəsi üzrə mütəxəssis kadrların yetişdirilib hazırlanmasında, təkmilləşdirilməsində iştirak edir.
1. Bu Qayda “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.9-cu bəndinə əsasən hazırlanmışdır və arıçılıq təsərrüfatlarının qeydiyyatı qaydasını müəyyən edir.
2. Arıçılıq təsərrüfatlarının qeydiyyata alınması statistik məlumatların hazırlanmasına, planlaşdırmanın dəqiq aparılmasına, arıxanaların köçürülməsinə nəzarət edilməsinə, baytarlıq-sanitariya tədbirlərinin həyata keçirilməsinə, arıxanaların sığortalanmasına, kənd təsərrüfatı bitkilərinin zərərvericiləri ilə mübarizə apararkən arıçılara məlumat verilməsinə, entomofil kənd təsərrüfatı bitkilərinin tozlanması işinin yaxşılaşdırılmasına xidmət edir.
3. Arıçılıq təsərrüfatlarının qeydiyyatını müvafiq ərazilər üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müvafiq yerli qurumları (bundan sonra - yerli qurum) həyata keçirir.
Arıçılıq təsərrüfatının rəhbəri qeydiyyata durmaq üçün müvafiq ərazi üzrə yerli quruma ərizə ilə müraciət etməlidir. Ərizədə arıçılıq təsərrüfatının rəhbərinin soyadı, adı, atasının adı, yaşayış yeri və arıçılıq təsərrüfatının yerləşdiyi, yaz-yay və payız aylarında köçürüldüyü ərazilərin adları, arı ailələrinin sayı, onların orta məhsuldarlığı, təsərrüfatın sağlamlığı barədə baytar həkiminin arayışı və aparılan baytarlıq tədbirləri barədə məlumatlar göstərilməlidir. Arıçılıq təsərrüfatının rəhbərinin şəxsiyyətini təsdiq edən sənədin surəti ərizəyə əlavə edilməlidir.
Arıçılıq təsərrüfatlarının qeydiyyatı üçün ərizəyə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
4. Arıçılıq təsərrüfatlarının qeydiyyatını aparan yerli qurum ərizəyə 2 gündən gec olmayaraq baxmalıdır. Qeydiyyatı aparan yerli qurum bu müddət ərzində təsərrüfatın qeydiyyata götürülməsi barədə onun rəhbərinə bildiriş verir.
5. Arıçılıq təsərrüfatlarının rəhbəri dəyişdikdə, təsərrüfatın yeni rəhbəri bu barədə onun qeydiyyatını aparan yerli quruma 3 gün müddətində yazılı məlumat verməlidir.
6. Arıçılıq təsərrüfatlarının qeydiyyatının aparılması üçün statistika orqanları tərəfindən təsdiq edilmiş formaya uyğun yerli qurum bu məqsəd üçün qeydiyyat kitabı tərtib edir. Qeydiyyat kitabında arıçılığa dair məlumatlar qeyd edilir.
7. Arıçılıq təsərrüfatları ləğv edildikdə, həmçinin arı ailələri özgəninkiləşdirildikdə və hər hansı təbii fəlakət və xəstəliklər nəticəsində məhv olduqda 5 gün müddətində yerli quruma məlumat verilir və qeydiyyat kitabında müvafiq qeydlər aparılır.
8. Hər bir yerli qurum qeydiyyata aldığı arıçılıq təsərrüfatları barədə məlumatlan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aparatına təqdim edir.
9. Arıçılıq təsərrüfatlarının qeydiyyatını aparan müvafiq yerli qurum hər rübdən sonrakı ayın 10-dək uçota götürülmüş təsərrüfatlar barədə müvafiq ərazi statistika orqanına məlumat verməlidir.
Bu Qayda və Forma “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və arıçılıq təsərrüfatlarında statistik məlumatların tərtibi və təqdim edilməsi qaydasını, onun formasını və ona daxil edilən göstəriciləri müəyyən edir.
2.1. Arıçılıq təsərrüfatları tərəfindən hazırlanan ilkin məlumatlar (arı ailələrinin sayı, arıların cinsi, məhsuldarlığı, məhsul istehsalı və s.) onun fəaliyyətini əks etdirən əsas sənəddir.
2.2. Arıçılıq təsərrüfatları arıxananın daimi yerləşdiyi ərazidəki müvafiq dövlət orqanlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlar təqdim etməlidirlər.
2.3. Hər il yanvarın 1-i vəziyyətinə mülkiyyət formasından asılı olmayaraq, arıçılıq təsərrüfatları, həvəskar və peşəkar arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi Forma əsasında (əlavə olunur) statistika orqanlarına hesabat təqdim edirlər.
2.4. Həvəskar arıçılıqla məşğul olan təsərrüfatlar haqqında məlumatlar Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin apardığı seçmə müayinə üsulu ilə ildə bir dəfə toplanır.
2.5. Statistik Hesabat Formasında arıçılıq təsərrüfatı üzrə aşağıdakı məlumatlar olmalıdır:
- kənd inzibati ərazi vahidi;
- kəndin (qəsəbənin) adı;
- təsərrüfatın mülkiyyət forması;
- təsərrüfat rəhbərinin soyadı və adı, onun ünvanı və telefon nömrəsi;
- arı cinsinin populyasiyasının adı;
- arı ailələrinin və ana arıların sayı;
- yeni alınmış arı ailələrinin sayı;
- il ərzində xəstəlikdən məhv olmuş arı ailələrinin sayı;
- bal istehsalı (kq);
- mum istehsalı (kq);
- vərəmum istehsalı (kq);
- güləm istehsalı (kq).
2.6. Hər il yanvarın 1-i vəziyyətinə olan arıçılıq təsərrüfatlarının (payız baxışı zamanı əldə edilmiş göstəricilər əsasında) məlumatlarını rayon və şəhər statistika idarələri Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edirlər.
"Arıçılığa dair statistik məlumatların tərtibi və təqdim edilməsi Qaydası və Forması"na
3. Kəndin (qəsəbənin) adı
6. Arı cinsinin populyasiyasının adı
7. Arı ailələrinin və ana arıların sayı
8. Yeni alınmış arı ailələrinin sayı
9. İl ərzində xəstəlikdən məhv olmuş an ailələrinin sayı
İl ərzində cəmi istehsal (arı yemi üçün saxlanılan bah daxil etməklə)
Onlardan satılmışdır(ilin əvvəlinə qalıq daxil olmaqla)
Təsərrüfat rəhbərinin soyadı və adı ____________________________
Ünvanı, telefon nömrəsi ____________________________
1.1. Bu Qayda “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.11-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və arı ailəsinin standart gücünü müəyyən edir.
1.2. Bal arılarının məhsuldarlığı, arı ailəsinin inkişafının artım sürəti, erkən yazda yaşlı arıların yeniləri ilə əvəz olunma müddətinin qısa olması və xəstəliklərə dözümlülüyü ailədə olan arıların miqdarından asılı olduğundan, arı ailələrinin standart gücü müəyyən edilir.
2.1. Arı ailələrinin sayının qeydiyyatı onların standart gücü nəzərə alınmaqla aparılır.
2.2. Arı ailələrinin müxtəlif mövsümlər üzrə standart gücü aşağıdakı göstəricilər əsasında müəyyən edilir:
- payız dövründə, arı ailələri qışlamaya qoyulduqda, pətəkdə 2,5-2,8 kq və ya 25-28 min arı, 20-25 kq ehtiyat qış yemi və iki yaşdan çox olmayan ana arı olduqda;
- erkən yaz dövründə, arı ailələri qışlamadan çıxdıqda, pətəkdə 1,5-2 kq və ya 15-20 min arı və 5-8 kq ehtiyat bal olduqda;
- yayda, əsas nektar yığımı dövründə pətəkdə 3-3,5 kq və ya 30-35 min arı olduqda.
2.3. Arı ailələri yuxarıda müəyyən edilmiş standart gücə malik olduqda, normal arı ailəsi hesab olunur.
2.4. Arı ailələrinin sayının qeydiyyatı onların standart gücü nəzərə alınmaqla, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müvafiq yerli qurumları ilə birlikdə arıçılıq təsərrüfatları tərəfindən aparılır.
2.5. Standart gücə uyğun gəlməyən zəif arı ailələrinin qeydiyyatı aparılarkən, onlar köməkçi arı ailəsi kimi qeyd olunur. Ailədə azı 1-1,2 kq və ya 10-12 min an və 3-5 kq ehtiyat bal olduqda, həmin an ailəsi köməkçi arı ailəsi hesab olunur.
2.6. Əsas nektar yığımı dövründə köməkçi arı ailələrinin bal toplama qabiliyyətinin zəif olmasını nəzərə alaraq, bal məhsuldarlığını artırmaq məqsədi ilə 2 və ya 3 köməkçi arı ailəsi birləşdirilərək, standart gücə çatdırıla bilər.
2.7. Peşəkar arıçılıqla məşğul olunan arıxanalarda an ailələrinin standart gücü nəzərə alınmaqla, bu məqsəd üçün tərtib olunmuş jurnalda qeydlər aparılır.
1. Bu Qayda “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.14-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və rayonlaşdırılmamış arı cinslərinin Azərbaycan Respublikasının ərazisinə gətirilməsini tənzimləyir.
2. Arıçılıq subyektləri ölkəyə rayonlaşdırılmamış arı cinsləri gətirməmişdən əvvəl Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ərizə ilə müraciət edir və ərizədə arı cinsinin gətirilməsinin məqsəd və səbəblərini göstərir. Ərizəyə həmin arı cinsinin məhsuldarlığını və bioloji xüsusiyyətlərini əks etdirən məlumatlar əlavə olunur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin icazəsindən sonra, xarici ölkələrdən Azərbaycan Respublikasına arı cinsləri idxal edilə bilər.
3. Arı ailələrində keçici arı xəstəlikləri olan ölkələrdən arı cinslərinin və onların populyasiyalarının gətirilməsinə yol verilmir.
4. Rayonlaşdırılmamış arı cinslərinin və onların populyasiyalarının idxalından əvvəl Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tələblərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş sənədlər təqdim olunur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
5. Azərbaycan Respublikasına xarici ölkələrdən rayonlaşdırılmamış arı cinsləri və onların populyasiyaları Akademik F.Ə.Məlikov adına Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq institutları və müqavilə əsasında layihələrin həyata keçirilməsi ilə əlaqədar digər müvafiq təşkilatlar tərəfindən elmi tədqiqatlar aparmaq və onları sınaqdan keçirmək məqsədi ilə gətirilə bilər.
6. Ölkəyə idxal olunmuş arı cinsləri, onların ailələri dövlət damazlıq və baytarlıq qanunvericiliyinin tələblərinə uyğun olaraq, yerli arıxanalardan təcrid olunmuş formada saxlanılır.
7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin icazəsi ilə xaricdən gətirilmiş, elmi tədqiqat sınaqlarından keçmiş və respublikanın təbii-iqlim şəraitinə uyğunlaşmış an cinslərinin üzərində damazlıq-seleksiya işləri aparılır.
1.1. Bu Siyahı “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.16-cı bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və arı xəstəliklərinin müalicəsində istifadə edilən dərman vasitələrinin siyahısını əhatə edir.
1.2. Arı xəstəliklərinin müalicəsində istifadə edilən dərman vasitələrinin siyahısına aşağıdakılar daxildir:
1. 25 iyun 2010-cu il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 566)
2. 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227)
3. 23 may 2019-cu il tarixli 238 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 971)
4. 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188)
5. 8 fevral 2024-cü il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 11 fevral 2024-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 208)
6. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)
7. 1 dekabr 2025-ci il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 dekabr 2025-ci il, “Xalq” qəzeti, 5 dekabr 2025-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1210)