Qanunvericilik › “Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarına əlavə edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 16.06.2005) › Tam mətn

“Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarına əlavə edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 16.06.2005)

“Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarına əlavə edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 16.06.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarına əlavə edilməsi barədə

“Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə balıq və digər dəniz məhsullarının ixracının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları”na 2 nömrəli əlavə “Balıqçılıq əhəmiyyətli su obyektlərinin suyunda zərərli maddələrin yol verilən qatılıq həddinin siyahısına aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

“Qeyd. Avropa İttifaqı ölkələrinə ixrac ediləcək balıq və digər dəniz məhsullarının ovlandığı və yetişdirildiyi su obyektlərindəki sularda - Kadmium (CD+), Kobalt (CO+), Maqnezium (Mg+), Nikel (Ni+), Sərbəst xlor (Cl) və Sink (Zn+) yol verilən qatılıq həddi müvafiq olaraq 0,01 mq.l., 1,0 mq.l., 14 mq.l., 0,3 mq.L, 0,01 mq.l. və 0,003 mq.l. müəyyən edilir”.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 16 iyun 2005-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver