Qanunvericilik › Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.09.1999) › Tam mətn

Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.09.1999)

Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.09.1999) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları”, “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin məbləği, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə təbiətə dəymiş ziyan”, “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından istifadə haqqı və qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası balıqçılıq təsərrüfatı sututarlarında qiymətli balıq növlərinin, su heyvanlarının və onurğasızların ehtiyatlarının mühafizəsini gücləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 mart tarixli 128 nömrəli qərarının birinci və ikinci bəndləri qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 6 sentyabr 1999-cu il

1. “Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları” (bundan sonra — normalar) Azərbaycan Respublikası Su Məcəlləsi və “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tərtib edilmiş və balıqçılıq su obyektlərinə aid olan yerüstü su axınları və su tutarları, habelə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin (bundan sonra — su obyektləri) tullantı və tullantı suları ilə çirklənməsinin qarşısının alınması məqsədini daşıyır.

2. Hər növ məişət və təsərrüfat mənşəli tullantıların və tullantı sularının birbaşa və ya dolayı təsiri nəticəsində suyun tərkibi və xassələri dəyişərək, balıq və digər su bioresurslarının varlığı və inkişafı üçün qismən və yaxud tamamilə yararsız hala düşdükdə su obyektləri çirklənmiş sayılır.

Suyun orqanoleptik xassələrinin dəyişməsi və tərkibində balıq və digər su bioresursları üçün zərərli maddələrin mövcud olması, həmçinin su orqanizmlərinin normal həyat fəaliyyəti şərtlərini dəyişdirən suyun hərarətinin artması nəticəsində onun keyfiyyətinin pisləşməsi suyun çirklənmə meyarıdır.

3. Balıqçılıq təsərrüfatında istifadə edilən suyun tərkib və keyfiyyət yararlılığı bu normalar və tələblər əsasında müəyyən edilir.

su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini öz səlahiyyətləri daxilində həyata keçirən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığı olmadan, həmçinin dövlət sanitariya nəzarəti orqanları ilə razılaşdırılmadan hər növ tullantı sularının su obyektlərinə axıdılması;

yol verilən qatılıq hədləri (YQH) təyin edilməmiş çirkləndirici maddələri daşıyan tullantı sularının su obyektlərinə axıdılması;

neft kəmərləri və neft mədənlərindən su obyektlərinə sızmalara yol verilməsi;

təmizlənməmiş tullantı, döşəməaltı və ballast sularının, həmçinin təhlükəli maye və qatı tullantıların üzmə vasitələri və stasionar özüllərdən su obyektlərinə buraxılması;

balıqların kütləvi kürüləmə, qidalanma və qışlama yerlərinə hər növ tullantı sularının axıdılması;

hər növ tullantı və tullantı sularının dövlət qoruğu statusuna malik və elmi-tədqiqat işləri üçün ayrılmış su obyektlərinə buraxılması.

5. Tullantı sularının su obyektlərinə axıdılmasının texniki şərtləri, onlara qarşı tələblər və razılaşdırılması yolları, habelə bu şərtlərə əməl edilməsi bu Qaydalarla tənzimlənir.

6. Tərkibində radioaktiv maddələr saxlayan tullantı sularının atılması, kənar edilməsi və zərərsizləşdirilməsi qüvvədə olan radiasiya təhlükəsizliyi normalarına, radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələri ilə sanitar iş qaydalarına müvafiq olaraq həyata keçirilir.

7. Radioaktiv tullantı sularının zərərsizləşdirilməsi nəticəsində əmələ gələn pulpaların, çöküntülərin və qatılaşmış qazan qalıqlarının, habelə yüksək aktivli maye tullantılarının su obyektlərinə axıdılması qadağan edilir.

8. Tərkibində radioaktiv maddələr olan tullantı sularının balıq və quşların yetişdirilməsi üçün ayrılmış göl, gölcük və nohurlara, həmçinin bu hövzələrlə əlaqəli olan çay, arx və digər su obyektlərinə axıdılması qadağan edilir.

9. Balıqçılıq təsərrüfatı üçün əhəmiyyətinə görə su obyektləri iki kateqoriyaya bölünür:

oksigenə qarşı yüksək həssaslığı ilə səciyyələnən qiymətli balıq növlərinin bərpası, artırılması və qorunması üçün istifadə edilən su obyektləri—birinci kateqoriyaya;

balıqçılıq təsərrüfatının digər məqsədləri üçün istifadə edilən su obyektləri isə ikinci kateqoriyaya aid edilir.

10. Balıqçılıq təsərrüfatı üçün əhəmiyyətinə görə su obyektinin kateqoriyası balıqçılıq təsərrüfatının və balıq və digər su bioresurslarının ovunun gələcək inkişafı nəzərə alınmaqla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilir.

11. Buraxılma yerindən 500 m. məsafə daxilində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təyin etdiyi hər bir məntəqədə tullantı və təbii suların qarışdığı su obyektlərinin tərkibi və xassələri balıq təsərrüfatının tələblərini təmin etməlidir.

12. Su obyektlərinin balıqların kütləvi kürüləmə, qidalanma və qışlama yerlərinə yaxın olan sahələrinə tullantı sularının axıdılmasının mümkünlüyü, habelə tullantı suyunun balıqçılıq təsərrüfatı obyektlərinin suyu ilə qarışdırılması şərtləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilir.

13. Balıqçılıq təsərrüfatı məqsədləri üçün istifadə edilən su obyektlərində suyun tərkibi və xassələri, balıqçılıq su obyektlərindəki sularda zərərli maddələrin yol verilən qatılıq həddi bu normaların 1 və 2 nömrəli əlavələrində qeyd edilən normativ göstəricilərindən artıq olmamalıdır.

14. Eyni zərərli təsir göstəricisi olan bir neçə çirkləndirici maddənin su obyektinə daxil olduğu halda (ətrafda yerləşən su buraxıcılarından axıdılan çirkab qarışıqlarının miqdarı nəzərə alınmaqla) ayrı-ayrı maddələrin suda olan qatılıqlarının (S1, S2, … Sn) onların YQH-yə olan cəminin nisbəti vahiddən artıq olmamalıdır:

Layihələşdirilən müəssisənin çirkab sularını qəbul edən su obyekti sahəsində sudan istifadə şərtləri dəyişərsə, həmin müəssisələrin çirkab sularının tullantısına olan icazəyə yenidən baxılmalıdır.

15. Su obyektlərinə zərərli təsirin yol verilən normalarına əlavələr və dəyişikliklər, habelə yeni növ, məlum olmayan və yaxud əvvəllər tullantı suları ilə axıdılmayan zərərli maddələrin balıqçılıq su obyektlərinə buraxılması normaları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Təbii su ilə müqayisədə asılı maddələrin miqdarı göstərilən həddi aşmamalıdır.

Hövzədə suyun orta səviyyəsində təbii mineral maddələrin miqdarı 30 mq.l.-dən artıq olduqda həmin hövzənin sularında onların miqdarının 5 faiz-həddində artmasına yol verilir. Axar su hövzələri üçün çökmə sürəti 0,4 mm/san-dən, su anbarları üçün isə 0,2 mm/san-dən artıq olan asılı maddələrin su obyektlərinə axıdılması qadağandır.

Üzən qatışıqlar (maddələr)

Suyun səthində neft məhsullarının, yağların, piylərin və başqa qatışıqların örtüyü aşkar edilməməlidir.

Rənglər, iylər və dadlar

Suda balıqların ətinə nüfuz edə bilən iylər, dadlar və rənglər olmamalıdır.

Hövzənin təbii temperaturu ilə müqayisədə suyun temperaturu 5S-dən artıq olmamalıdır. Nisbətən soyuq suda yaşayan balıq növləri üçün suyun hərarəti yayda 20S dərəcəni, qışda 5S dərəcəni, digər su hövzələrində isə yayda 28S dərəcəni, qışda 8S dərəcəni aşmamalıdır.

Qış dövründə aşağıdakı göstəricilərdən az olmamalıdır:

Yay dövründə bütün su hövzələrində gündüz saat 12-yə qədər götürülmüş nümunələrdə 6,0 mq.l.-dən az olmamalıdır.

rN 6,5-8,5 hüdudlarından kənara çıxmamalıdır.

Oksigenə olan biokimyəvi tələbat (OVT)

Suyun oksigenə olan tam tələbatı (20S) 3,0 mq.l. aşmamalıdır. Qış dövründə həll olunmuş oksigen miqdarının birinci kateqoriyalı su obyektlərində 6,0 mq.l.-ə, ikinci kateqoriyalı su obyektlərində isə 4,0 mq.l.-ə enəcəyi təqdirdə, həmin su obyektlərinə suyun biokimyəvi oksigen tələbatını dəyişməyən çirkab suların axıdılması mümkündür.

Balıqlara və digər su bioresurslarına, habelə onların yem ehtiyatlarına bilavasitə və ya dolayı yolla zərərli təsir göstərən maddələrin suda mövcudluğu yolverilməzdir.

ML-6 yuyucu preparatı (sulfonat, sulfonol və DB uayt-spirtin qarışığı)

Oksidləşdirilmiş yağ turşuları

Polivinilasetat (emulsiya)

İynəyarpaqlı ağac növlərindən yuyulmuş qətran maddələri

Kerosin əsaslı sulfonat

DNS (ikili spirtlərin və malein anhidridi əsasında monoalkilsulfokəhrəba turşusunun dinatrium duzu)

Sintin əsaslı sulfonat (alkil sulfonat turşusunun natrium duzu)

Aminokanifol xlorasetatı

Ammonium perxlorat (NN)

XP-7 (xüsusi pasta-alkil fenolun polietilen qlükol efiri)

XP-10 (xüsusi pasta-alkil fenolun polietilen qlükol efiri)

DNS-ikilispirtlər əsasında 2-ci sabunlaşmayan (pasta)

DB-preparatı (poliqlükol efirləri)

Bərkidici DSM (disiandiamin və formaldehidə əlavə edilmiş 10 faiz mis asetatın kristalları qarışığı məhsullarının kondensasiyası)

Sulfospirtlər (2 sabunlaşmadan)

NQK (neytrallaşmış qara kontakt)

Neft və neft məhsulları

Qeyd. Avropa İttifaqı ölkələrinə ixrac ediləcək balıq və digər su bioresurslarının ovlandığı və yetişdirildiyi su obyektlərindəki sularda - Kadmium (Cd), Kobalt (CO), Maqnezium (Mg), Nikel (Ni), Sərbəst xlor (Cl) və Sink (Zn) yol verilən qatılıq həddi müvafiq olaraq 0,01 mq.l., 1,0 mq.l., 14 mq.l, 0,3 mq.l., 0,01 mq.l. və 0,003 mq.l. müəyyən edilir.

1. Bu Qaydalar “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Su qanunvericiliyinə, Azərbaycan Respublikası ilə Xəzəryanı dövlətlər arasında bağlanmış müqavilələrə, sazişlərə, razılaşmalara və digər beynəlxalq müqavilələrə və hüquq normalarına əsasən tərtib edilmişdir.

2. Azərbaycan Respublikasının “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, balıq və digər su bioresurslarından istifadə ödənişlidir.

3. Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələr və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə təbiətə dəymiş ziyan balıq və digər su bioresurslarının növündən, onların ov üsulundan, ov alətlərinin və texniki vasitələrin növündən, habelə su obyektlərinin təyinatından asılı olaraq differensiallaşdırılır.

4. Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin məbləği aşağıdakı kimi müəyyənləşdirilir:

5. Balıq ehtiyatlarından istifadənin ödənişi (Q=L x K x N) düsturu ilə təyin edilir:

L — bir ton kilkə balığından (xammal nəzərdə tutulur) və yaxud bir ədəd suitindən istifadənin bazis qiyməti (manatla); Bazis qiyməti kilkə balığının və suitinin bazar qiymətinə uyğun götürülür. Bu qiymət Azərbaycanın və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün müvafiq olaraq 5 və 10 faizi miqdarında qəbul edilir;

K — balıq və digər su bioresurslarının növündən asılı olan əmsaldır;

N — ovlanması nəzərdə tutulan balıq və suitinin ümumi (kvotası) miqdarıdır (balıqlar üçün tonla, suiti üçün isə ədədlə hesablanır).

6. Ayrıca istifadədə, icarədə, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan su obyektlərində balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələr bu Qaydanın 3-cü maddəsində göstərilən formada bələdiyyələr, mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir.

7. Balıq və digər su bioresurslarından istifadəyə görə güzəştlərin tətbiqi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Bərpa məqsədi ilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, habelə elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla, balıq və digər su bioresurslarının ovu ödənişlidir.

8. balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

9. Ödəmələrin tətbiq edilmə qaydaları:

a) Balıq və digər su bioresursları ehtiyatlarından istifadəyə görə ödəniş Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fonduna köçürülür.

b) Hüquqi və fiziki şəxslər tərəfindən balıq və digər su bioloji resurslarından istifadəyə görə ödənişlər aşağıdakı qaydada həyata keçirilir:

balıq və digər su bioloji resurslarından istifadə üçün 1000 tonadək kvota alan şəxslər müəyyən edilmiş ümumi dəyəri birdəfəlik tam həcmdə ödəyirlər;

kvotanın həcmi 1000 tondan çox olduqda, ümumi kvota üçün müəyyən edilmiş məbləğin 50 faizi ova icazə alınan zaman, qalan hissəsi isə növbəti rüb ərzində ödənilir. Bu kvotanı alan şəxslər kvota üçün müəyyən edilmiş ümumi məbləği birdəfəlik ödəyə bilərlər.

10. Ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan aşağıdakı məbləğdə (manatla) müəyyən edilir:

a) Balıq və digər su bioresursları

“Qırmızı kitaba” daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növləri (kələmo, dəniz sıfı, poru, zərdəpər, Xəzər qızılbalığı, qılıncbalıq, Şirvan külməsi, Xəzər şirbiti, Pilzov çay xərçəngi və Xəzər suitisi, qızıl xallı)

nərə, uzunburun, ağ qızılbalıq

xəşəm, kütüm, sıf, şirbit, şamayı, ağ amur, enlialın

çəki, karp, qarabel siyənəyi

naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı, ilanbalığı və siyənəyin digər növləri

bölgə, kələmo, nərə, uzunburun

d) Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresurslarına görə təbiətə dəymiş ziyan üç qatına tutulur.

1. Xarici dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının su obyektlərində “Balıqçılıq haqqında” Qanunla yanaşı, Azərbaycan Respublikası ilə Xəzəryanı dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələr və digər beynəlxalq hüquq normaları əsasında balıq və digər su bioresurslarından istifadə hüququ əldə edə bilərlər.

2. Azərbaycan Respublikasının balıqçılıq su obyektlərində “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinə balıq və digər su bioresurslarının sənaye ovu üçün vətəgə sahələri (müqavilə ilə sərhədləri bilinən), ov rayonları və kvotalar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ayrılır.

Vətəgə sahələrinin ayrılması haqqında müqavilədə ovlanan balığın həcmi (kvotası), növləri və ölçüləri, balıq ovlamaq üçün qadağan olunan ov alətləri, texniki vasitələr, digər qaydalar və şərtlər müəyyən edilir.

3. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin balıq və digər su bioresurslarının sənaye ovu ödənişlidir və istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilir.

4. Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin məbləği (dəyəri) balıq və digər su bioresurslarının növündən, onların ovu üsulundan, ov alətlərinin və texniki vasitələrin növündən, habelə su obyektinin təyinatından asılı olaraq differensiallaşdırılır və bazar konyukturasına uyğun aşağıdakı qaydada müəyyən edilir:

Axçalı balıqların digər növləri

5. Balıq ehtiyatlarından ümumi istifadəyə görə ödəniş haqqı aşağıdakı düsturla təyin edilir:

L — bir ton balıqdan (kilkə balığının xammalı nəzərdə tutulur) və ya bir ədəd suitindən istifadənin bazis qiyməti. Bazis qiyməti balıqların və suitinin bazar satış qiymətinin 10%-ni təşkil edir.

K — balıq və digər su bioresurslarının növündən asılı olan əmsal.

N — ovlanması nəzərdə tutulan vətəgə obyektinin ümumi miqdarı (kvotası), ölçü vahidi balıqlar üçün — tonla, suiti üçün isə ədədlə götürülür.

6. Ayrıca istifadədə, icarədə, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan su obyektlərində balıq və digər su bioresurslarıdan istifadəyə görə ödəmələr bələdiyyələr, mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir.

7. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının su obyektlərində balıq və digər su bioresurslarından istifadə hüququ və vəzifələri “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yanaşı Respublikanın digər qanunvericilik aktları və beynəlxalq hüquq normaları ilə müəyyən edilir.

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2005-ci il tarixli 104 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 540)

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 555)

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2005-ci il tarixli 122 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)

5. 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)

6. 10 may 2012-ci il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 474)

7. 19 noyabr 2014-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1508)

8. 25 iyun 2015-ci il tarixli 240 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2015-ci il, № 143; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 876)

9. 21 sentyabr 2015-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 oktyabr 2015-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1223)

10. 27 sentyabr 2016-cı il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 oktyabr 2016-cı il, № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1597)

11. 3 may 2021-cı il tarixli 128 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 may 2021-cı il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 507)

12. 30 oktyabr 2021-ci il tarixli 332 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1199)

13. 8 fevral 2024-cü il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 11 fevral 2024-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 208)

14. 1 aprel 2025-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 aprel 2025-ci il, “Xalq” qəzeti, 11 aprel 2025-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 384)

15. 8 may 2025-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 may 2025-ci il, “Xalq” qəzeti, 17 may 2025-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 503)

16. 2 oktyabr 2025-ci il tarixli 288 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 oktyabr 2025-ci il, “Azərbaycan” qəzeti, 4 oktyabr 2025-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 966)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver