Qanunvericilik › Azərbaycan Respublikasında bütün növ lotereyaların buraxılışı, təşkili və keçirilməsi Qaydaları (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 21.12.1999) › Tam mətn

Azərbaycan Respublikasında bütün növ lotereyaların buraxılışı, təşkili və keçirilməsi Qaydaları (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 21.12.1999)

Azərbaycan Respublikasında bütün növ lotereyaların buraxılışı, təşkili və keçirilməsi Qaydaları (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 21.12.1999) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI

"29" dekabr 1999-cu il

Nazir ____________ S. Həsənova

AZƏRBAYCAN RESPUBLİKASI

QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ

"21" dekabr 1999-cu il

Sədr ____________ H. Babayev

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 saylı Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında" Əsasnaməyə və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 08 noyabr tarixli 202 saylı Formanı ilə təsdiq edilmiş "Bütün növ lotereyaların buraxılması, təşkili və keçirilməsi fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi" Qaydalarına müvafiq olaraq hazırlanmışdır.

2.1. Lotereya - müəyyən edilmiş tələblərə cavab verən, blank şəklində buraxılan və ya başqa formada olan (elektron və sair), satış vasitəsi ilə və ya digər yollarla yerləşdirilən, əvvəlcədən müəyyən edilmiş uduş fondunun lotereyanın keçirilməsində iştirak edib udanlar arasında bölüşdürülməsi və yaxud uduşun başqa formada müəyyənləşdirilməsi və ödənilməsi şəklində keçirilən kütləvi oyundur.

2.2. Lotereya aşağıdakı formalarda həyata keçirilir:

a) lotereya biletlərinin satışı-yolu ilə keçirilən lotereya;

b) malların satışı yaxud xidmətlərin göstərilməsi yolu ilə;

v) xüsusiləşdirilmiş elektrik sistemi vasitəsi ilə.

2.3. Lotereya biletlərinin blanklarının hazırlanması ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən qiymətli kağızların blanklarının hazırlanması fəaliyyətinə lisenziya almış hüquqi şəxslər məşğul ola bilərlər. Lotereya biletinin blankının azı 3 qoruyucu xüsusiyyəti olmalıdır.

2.4. Lotereya biletinin blankında aşağıda göstərilən rekvizitlər əks etdirilməlidir:

- lotereya təşkilatçısının tam hüquqi adı;

- lotereyanın keçirilməsinə verilmiş dövlət lisenziyasının nömrəsi;

- lotereya biletinin seriyası və nömrəsi;

- buraxılışın ümumi həcmi;

- lotereya biletinin nominal dəyəri;

- uduş tirajının keçirilmə tarixi (tiraj lotereyaları üçün);

- uduş fondunun tərkibi (uduşların adı, miqdarı və dəyəri göstərilməklə);

- lotereya biletinin etibarlı olduğu müddət;

- uduşların təqdim ediləcəyi ünvan;

- lotereya biletlərini hazırlayan müəssisənin adı.

2.5. Lotereyalardan (malların satışı və ya xidmətlərin göstərilməsi yolu ilə keçirilən lotereyalar istisna olmaqla) xeyriyyə fondlarına ayırmalar lotereyanın uduş fondunun həcminin 10% miqdarından az olmayaraq təyin edilir.

2.6. Uduş tirajının keçirilməsinə nəzarət tiraj komissiyası tərəfindən həyata keçirilir. Tiraj komissiyasının heyəti, üç nəfərdən az olmamaq şərti ilə, tək saylı olmalıdır.

2.7. Lotereya tirajı keçirildikdən sonra nəticələri rəsmi çap nəşrlərində dərc olunmalıdır.

2.8. Lotereya təşkilatçısının. onun əməkdaşlarının keçirilən lotereyada iştirakı qadağandır.

3.1. Lotereya biletləri lotereya iştirakçıları arasında yalnız könüllülük prinsipi əsasında yayılır.

3.2. Lotereya biletləri birbaşa lotereya təşkilatçısı, lotereya təşkilatçısının özünün yayıcı məntəqələri və ya müvafiq müqavilə əsasında fəaliyyət göstərən, digər şəxslər tərəfindən yayıla bilər.

3.3. Lotereyanın keçirilməsinə dövlət lisenziyasının qüvvəsi dayandırıldıqda və ya ləğv edildikdə, lotereya təşkilatçısı lotereya üzrə fəaliyyəti dayandırmalıdır.

4.1. Lotereyanın uduş fondu, lotereyanın şərtlərinə müvafiq olaraq, əmlakdan, pul vəsaitlərindən, mallardan və ya xidmətlərdən ibarət ola bilər.

4.2. Lotereyalar üçün uduş fondunun həcmi buraxılışı elan olunmuş ümumi həcminin 50%-dən az olmayaraq təyin edilir.

4.3. Lotereya təşkilatçısı uduş fondunun əmlakdan, mallardan ibarət olan hissəsinin saxlanılması üçün zəruri şərait yaratmalıdır.

4.4. Tiraj lotereyasının uduş fondu uduş tirajı keçirilənədək yaradılmalıdır.

4.5. Lotereya təşkilatçısı uduş fondunu yalnız lotereya iştirakçıları qarşısında olan öhdəliklərin yerinə yetirilməsi üçün istifadə edə bilər.

4.6. Uduş fondunun borc vəsaitlərdən yaradılması qadağandır.

5.1. Lotereyanın keçirilməsi başa çatdıqdan sonra (tiraj lotereyasından başqa) lotereya təşkilatçısı QKDK-nə lotereyanın keçirilməsinin nəticələri haqqında hesabat və yayılmamış lotereya biletlərinin ləğv edilməsi haqqında akt təqdim etməlidir.

5.2. Lotereya keçirilməsinin nəticələri haqqında hesabatda lotereyanın qaliblərinə verilmiş uduşların adları və sayı göstərilməlidir.

5.3. Tiraj lotereyası keçirildikdə, lotereya təşkilatçısı, hər bir uduş tirajının keçirilməsinə ən azı bir gün qalmış, QKDK-nə lotereya biletlərinin yayımı və qalığı haqqında hesabat təqdim etməlidir. Hesabata uduş fondunun yaradılmasını təsdiqləyən sənədlər əlavə edilir.

5.4. Lotereya biletləri ləğv edildikdə lotereya təşkilatçısı QKDK-nə lotereya biletlərinin ləğvi haqqında akt təqdim etməlidir. Akt hesabatla birlikdə təqdim olunur.

5.5. Lotereya təşkilatçısı uduş tirajı keçirildikdən sonra, tiraj komissiyası tərəfindən tərtib olunmuş protokolu QKDK-nə təqdim etməlidir.

5.6. Protokolda tiraj komissiyasının heyəti barədə məlumat, uduş tirajının keçirildiyi yer, uduş tirajının keçirilmə tarixi, uduşların düşdüyü lotereya biletlərinin seriyaları və nömrələri, qaliblərə təqdim edilmiş uduşların adları, sayı, dəyərləri; qaliblərə, müəyyən səbəblər üzündən təqdim edilməmiş uduşların adları, sayı və dəyərləri göstərilməlidir.

6.1. Lotereya təşkilatçısı lotereya fəaliyyətinin subyektləri qarşısında olan öhdəliklərin yerinə yetirilməsinə görə mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver