Qanunvericilik › “Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 09.12.2014) › Tam mətn

“Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 09.12.2014)

“Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 09.12.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN KOLLEGİYASININ QƏRARI

“Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyası

1. “Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi

miqrasiya xidməti müşaviri

1.1. Elektron xidmətin adı: Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) və ya daimi yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 52-56-cı maddələri;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndi;

1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 33.3-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Xidmət).

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətə.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) və ya daimi yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi.

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli.

2.2.1. Xidmət üzrə ödənişin əsası: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli 223-IIQ nömrəli Qanununun 14.8.4-cü və 14.8.5-ci maddələrinə əsasən:

2.2.1.1. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə otuz beş gün müddətində 450 manat, qırx gün müddətində 400 manat, əlli gün müddətində 350 manat, altmış gün müddətində 300 manat məbləğində;

2.2.1.2. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə otuz beş gün müddətində 300 manat, qırx gün müddətində 250 manat, əlli gün müddətində 200 manat, altmış gün müddətində 150 manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir.

2.2.2. Dövlət rüsumunun ödənilməli olduğu hesab:

2.2.2.1. Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi

2.2.2.2. Kod: 210 005

2.2.2.3. VÖEN: 140 155 5071

2.2.2.4. m/h: AZ41NABZ01360100000000003944

2.2.2.5. S.W.I.F.T. BİK: CTREAZ22

2.2.2.6. Alan müştəri: Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamenti

2.2.2.7. Hesab: AZ17CTRE00000000000002117131

2.2.2.8. VÖEN: 1602473621

2.2.2.9. Büdcə təsnifatının kodu: 142233

2.2.2.10. Büdcə səviyyəsinin kodu: 1

2.2.3. Ödəmə üsulları - bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet-ödəmə vasitəsi ilə.

2.3. Elektron xidmətin istifadəçiləri: əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://az.e.migration.gov.az/Az%C9%99rbaycan+Respublikas%C4%B1nda+daimi+ya%C5%9Famaq+%C3%BC%C3%A7%C3%BCn+%28imiqrant+statusu+almaq+%C3%BC%C3%A7%C3%BCn%29+icaz%C9%99nin+al%C4%B1nmas%C4%B1/s/471

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. İnternet ünvanı: http://az.e.migration.gov.az/;

2.5.2. Elektron poçt: info@migration.gov.az;

2.5.3. Telefon: (+99412) 919.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən ərizə-anketə (1 nömrəli Əlavə) aşağıdakılar əlavə olunur və 2.6.1.2-ci, 2.6.1.3-cü, 2.6.1.6-cı, 2.6.1.7-ci, 2.6.1.9 – 2.6.1.14-cü yarımbəndlərdə qeyd olunan sənədlərin surətləri elektron formada təqdim edilir:

2.6.1.1. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriya və nömrəsi;

2.6.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;

2.6.1.3. doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün);

2.6.1.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 30 iyun tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yoluxucu xəstəliklərin siyahısı”nda nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış;

2.6.1.7. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olması barədə sənəd (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar, habelə Azərbaycan Respublikasının iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya yatırmış şəxslər istisna olmaqla);

2.6.1.9. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə alınmasına əsas olmuş halların aradan qalxmadığını sübut edən sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti;

2.6.1.10. 3,5x4,5 sm ölçüdə fotoşəkil;

2.6.1.11. 14-18 yaşında olan uşaqların notariat qaydasında təsdiq edilmiş razılığı;

2.6.1.12. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);

2.6.1.13. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);

2.6.1.14. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla).

2.6.2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir. Bu reqlamentin 1.7-ci bəndində nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, daimi yaşama icazəsi ləğv edilir.

2.6.3. İstifadəçi Xidmətə gəldikdə bu reqlamentin 2.6.1.3-cü, 2.6.1.9-cu, 2.6.1.11-ci yarımbəndlərində qeyd olunan sənədlərin əslini təqdim etməlidir.

2.6.4. İstifadəçi Xidmətə gəldikdə bu reqlamentin 2.6.1.2-ci, 2.6.1.12-ci, 2.6.1.14-cü yarımbəndlərində göstərilən sənədlərin əslini təqdim edir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.5.1-ci yarımbəndində göstərilən internet ünvanına daxil olaraq “İş masası” sətrindən “Qeydiyyat” düyməsini sıxır. Açılmış pəncərədə qeydiyyat formasına müvafiq məlumatları daxil edir və pəncərənin sonunda “Qeydiyyat” düyməsini sıxmaqla istifadəçinin elektron poçt ünvanına məlumatların doğruluğunun təsdiq edilməsi üçün keçid göndərilir. İstifadəçi həmin keçidə daxil olur və “Müraciətlər” sətrindən “Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması)” bölməsinə daxil olaraq “Onlayn Müraciət” düyməsini sıxır. Açılmış pəncərədə ərizə-anket formasını elektron xidmətin təqdim edildiyi internet ünvanından yükləyərək doldurur və bu reqlamentin 2.6.1-ci yarımbəndində tələb olunan sənədlərin skan edilmiş surətləri ilə birlikdə Xidmətə elektron formada təqdim edir.

3.1.2. Sorğunun qəbulu: Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

3.2.1.1. İstifadəçi tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıqlar (ərizə-anket formasının tam və ya düzgün doldurulmaması, bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbi barədə istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2.1.2. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün Xidmətin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

3.3.1.1. Sorğunun qeydiyyata alınması;

3.3.1.2. Sorğuya baxılması;

3.3.1.3. Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əl-barmaq izlərinin götürülməsi;

3.3.1.4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin müvafiq komissiya tərəfindən yoxlanılması;

3.3.1.5. Sənədlərin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə və digər aidiyyəti qurumlara göndərilməsi;

3.3.1.6. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən rəy verilməsi;

3.3.1.7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən rəsmi arayışların verilməsi;

3.3.1.8. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) və ya daimi yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi haqqında qərarın qəbul olunması;

3.3.1.9. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin doldurulması, çap edilməsi və əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edilməsi;

3.3.1.10. Bu Reqlamentin 3.3.1.1-ci yarımbəndində qeyd olunan inzibati əməliyyatın yerinə yetirilməsinə görə Xidmətin Katibliyi, 3.3.1.2-ci, 3.3.1.3-cü, 3.3.1.5-ci yarımbəndlərində qeyd olunan inzibati əməliyyatların yerinə yetirilməsinə görə Xidmətin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin Daimi yaşama məsələlərinə baxılması şöbəsi (bundan sonra – Şöbə), 3.3.1.8-ci yarımbəndində qeyd olunan inzibati əməliyyatın yerinə yetirilməsinə görə həmin baş idarənin İcazə vəsiqələrinin verilməsi bölməsi (bundan sonra – Bölmə) məsuliyyət daşıyır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

3.3.2.1. Sorğu qəbul edildikdən sonra Xidmətin Katibliyində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün şöbəyə təqdim edilir.

3.3.2.2. Sənədlərə şöbədə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna bildiriş göndərilir.

3.3.2.3. İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir. Sorğunun icraçısı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anketin düzgün doldurulmasını yoxlayır və öz imzası ilə təsdiq edərək, Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət etmiş şəxslərin əl-barmaq izlərinin götürülməsi üçün (15 yaşınadək uşaqlar istisna olmaqla) daimi yaşamaq icazəsini verən Xidmətə gəlməsi məqsədilə təyin edilmiş tarix, vaxt və yerə dair onun elektron poçtuna məlumat göndərir.

3.3.2.4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əl-barmaq izləri götürüldükdən sonra şöbənin məsul əməkdaşı ərizə-anketdə göstərilən məlumatları optik oxuyucu və (və ya) klaviatura vasitəsilə, əl-barmaq izlərini isə müvafiq xüsusi skanerlər vasitəsilə həmin gün vahid miqrasiya məlumat sisteminin (bundan sonra — “Sistem”) “Əcnəbilər” və “Vətəndaşlığı olmayan şəxslər” informasiya resurslarına daxil edir. Sistemə daxil edilmiş məlumatlar elektron sənəd formasında onu daxil edən əməkdaşın gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.

3.3.2.5. Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciəti qeydə alınmış əcnəbiyə onun Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üçün keçiriləcək müsahibəyə gəlməsi məqsədilə təyin edilmiş tarix, vaxt və yerə dair onun elektron poçtuna məlumat göndərilir.

3.3.2.6. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi müvafiq komissiya tərəfindən yoxlanılır.

3.3.2.7. Şöbə təqdim olunmuş sənədləri rəy verilməsi üçün elektron formada Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə göndərir.

3.3.2.8. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti 1 ay müddətində daxil olmuş sənədlərlə bağlı yoxlama apardıqdan sonra rəy verir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən 1 ay ərzində müvafiq rəy bildirilmədikdə, bu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsinə (müddətinin uzadılmasına) etiraz olunmadığı kimi qəbul edilir.

3.3.2.9. Şöbə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlara müvafiq sorğular göndərir və rəsmi arayışlar alır.

3.3.2.10. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 55-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir.

3.3.2.11. Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün müraciət etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) və ya daimi yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi haqqında qərar qəbul edilir. Həmin qərarda daimi yaşamaq üçün icazə almaq istəyən şəxsin müraciətinin təmin edilməsi və ya rədd edilməsi əsaslandırılır və bu qərar skan edilməklə elektron formada istifadəçiyə göndərilir.

3.3.2.12. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) ilə bağlı müraciəti müsbət həll edildikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) haqqında qərar qəbul edilir və 2.6.1.1-ci, 2.6.1.2-ci, 2.6.1.3-cü, 2.6.1.6-cı, 2.6.1.7-ci, 2.6.1.9 – 2.6.1.14-cü yarımbəndlərdə qeyd olunan sənədlərlə birlikdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin hazırlanması üçün Bölməyə göndərilir.

3.3.2.13. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin fərdi qaydada doldurulması “Əcnəbilər” və “Vətəndaşlığı olmayan şəxslər” informasiya resurslarında qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd), daimi yaşamaq üçün icazənin verilməsi barədə qərar və pasport üzrə toplanılmış məlumatlar əsasında Bölmə tərəfindən həyata keçirilir. Bu zaman məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində doldurulur.

3.3.2.14. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqələrinin çap edilməsini və onlara təqdim edilməsini Bölmə həyata keçirir.

3.3.2.15. Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) ilə bağlı müraciətlərə “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır.

Qeyd: 18 yaşına çatmamış uşaqlara, yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə münasibətdə bu reqlamentin 3.3.1.4, 3.3.2.5 və 3.3.2.6-cı yarımbəndləri şamil edilmir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və digər aidiyyəti qurumlar.

3.3.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Sorğu qeydiyyata alındığı tarixdən bu reqlamentin 1.7-ci bəndində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətə baxılmaqla müvafiq qərar qəbul edilir və skan edilməklə elektron formada istifadəçiyə göndərilir. Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verildiyi halda isə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinin tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçtuna məlumat göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Xidmət həyata keçirir.

3.4.1. Nəzarətin forması:

3.4.1.1. Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi;

3.4.1.2. Kargüzarlıq.

3.4.2. Nəzarətin qaydası:

3.4.2.1. Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.4.2.2. Kargüzarlıq nəzarəti Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada həyata keçirilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətlərin göstərilməsinə görə Xidmətin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi məsuliyyət daşıyır.

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati və məhkəmə qaydasında şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati qaydada verilən şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. İnzibati aktlardan məhkəmə qaydasında verilən şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45-ci və 46-cı maddələrinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır. İnzibati aktlardan məhkəmə qaydasında verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

“Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə 1 nömrəli Əlavə

Xahiş edirəm, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin alınmasına və ya müddətinin uzadılmasına dair müraciətimə baxasınız.

1. Soyadınız, adınız və atanızın adı

2. Soyadınız və ya adınız dəyişibsə, dəyişdirilmənin səbəbləri, habelə istifadə dövrü

2.1 əvvəlki soyadınız və ya adınız

2.3. dəyişdirilmənin səbəbləri

3. Doğulduğunuz tarix (gün, ay, il)

6. Ailə vəziyyətiniz (nikahda, dul, subay)

7. Vətəndaşlıq mənsubiyyətiniz

8. Pasportunuzun və ya digər sərhədkeçmə sənədinizin (pasportu olmayan 18 yaşına çatmamış şəxsə münasibətdə doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin)

8.2. seriyası və nömrəsi

8.3. verilmə tarixi (gün, ay, il)

8.4. etibarlılıq müddəti (gün, ay, il)

9. Əvvəllər başqa ölkənin (ölkələrin) vətəndaşı olmusunuzmu bəli  xeyr 

9.1. vətəndaşı olduğunuz ölkənin adı

9.3. hansı yolla qəbul edilmisiniz

9.4. vətəndaşlıqdan çıxmağınızın səbəbi

10. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq istəyinizin səbəblərini göstərin

10-1. Hazırkı müraciətinizə baxılması üçün seçdiyiniz müddət (müraciətin nəticəsinin vaxtında əldə olunmaması seçilmiş müddətə görə ödənilməsi nəzərdə tutulan dövlət rüsumunun məbləğinə təsir göstərmir)

11. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında yaşadığınız müddət

12. Əvvəl Azərbaycan Respublikasında nə vaxt olmusunuz və gəlişinizin məqsədi

13. Cinayət törətdiyinizə görə məhkum olunmusunuzmu və ya miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi

13.3. hansı orqan tərəfindən

14.2. təhsil üzrə ixtisasınız

14.3. təhsil aldığınız dövr

14.4. təhsil müəssisəsinin adı

14.5. təhsil müəssisəsinin ünvanı

15. Əmək fəaliyyətiniz, o cümlədən Azərbaycan Respublikasındakı fəaliyyətiniz (ali və ya orta təhsil müəssisələrində təhsil də daxil olmaqla)

Qeyd. Bu hissəni doldurarkən, idarə, müəssisə və təşkilatların adları işlədiyiniz dövrdə adlandığı kimi göstərilməlidir.

15.1. nə vaxt (başlanğıc və bitmə tarixi)

15.4 iş yerinin ünvanı

16.1. qohumluq dərəcələri

16.2. soyadı, adı və atasının adı

16.3. doğum tarixi və yeri

17. Müraciət şəxsin qanunvericiliyə müvafiq qanuni nümayəndəsi tərəfindən verilərsə, onun

17.1. soyadı, adı və atasının adı

17.2 doğum tarixi və yeri

17.6. şəxsiyyətini təsdiq edən sənədinin seriyası və nömrəsi

18. Hazırda yaşadığınız ünvan

19. Telefon nömrəniz (ev, mobil, iş) və elektron poçt ünvanınız

20. Ərizəyə əlavə edilən sənədləri sadalayın

21. Mən xəbərdar edilmişəm:

1. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə almaq məqsədilə saxta sənədlərin və ya yalan məlumatların təqdim edilməsi Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməməsinə (müddətinin uzadılmamasına), verilmiş icazənin isə ləğv edilməsinə səbəb olur.

2. Bu ərizə-anketin 10-1-ci hissəsində nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, daimi yaşama icazəsi ləğv edilir.

«____» __________________ 20___ il

Xidməti qeydlər (sənədləri qəbul edən orqan tərəfindən doldurulur)

Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi, ərizə-anketin düzgün doldurulmasını yoxladı

______________________________________________________________________________

1. 23 iyul 2015-ci il tarixli 20 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201507230020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2015-ci il)

2. 10 noyabr 2015-ci il tarixli 24 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511100024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 noyabr 2015-ci il)

3. 25 avqust 2016-cı il tarixli 13 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201608250013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 sentyabr 2016-cı il)

4. 20 iyul 2017-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201707200018, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 iyul 2017-ci il)

5. 26 sentyabr 2017-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il)

6. 06 dekabr 2017-ci il tarixli 24 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712060024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2017-ci il)

7. 31 yanvar 2018-ci il tarixli 3 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201801310003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 fevral 2018-ci il)

8. 7 noyabr 2019-cu il tarixli 07 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201911070007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 noyabr 2019-cu il)

9. 3 mart 2020-ci il tarixli 02 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202003030002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 mart 2020-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver