Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə nəzarəti gücləndirmək və normativ hüquqi bazanı təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin Normaları” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı üçün xidməti minik avtomobillərinin say həddi (limiti) 13 ədəd, rayon (şəhər) icra hakimiyyəti başçısı, onun müavinləri, yanında olan orqanların rəhbərləri, şəhər üzrə nümayəndəsi, qəsəbə və kənd nümayəndələri (əhalisinin sayı 10 min nəfərdən artıq olan), Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanların rəhbərləri, rayon (şəhər) məhkəmələrinin hər biri üçün xidməti minik avtomobillərinin say həddi (limiti) bir ədəd, Bakı, Gəncə və Sumqayıt şəhər məhkəmələrinin hər biri üçün isə iki ədəd olmaqla müəyyən edilsin.
4. Müəyyən edilsin ki:
4.1. dövlət orqanlarında xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin icarəyə götürülməsinə (beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin həyata keçirilməsi vaxtı istisna olmaqla) yol verilmir;
4.2. Azərbaycan Respublikasının dağlıq və dağətəyi rayonlarında rayon icra hakimiyyəti başçısına təhkim olunmuş xidməti minik avtomobili bu qərarın 4-cü bəndinin tələbləri gözlənilməklə, yüksəkkeçidli avtomobil kateqoriyasından ola bilər.
4.3. Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) tərəfindən nəqliyyat vasitələrinin satınalınması zamanı istifadə edilmiş (istismar olunmuş) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin satınalınmasına yol verilmir.
5. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, şəhər və rayon icra hakimiyyətlərinin başçılarına tapşırılsın və məhkəmə hakimiyyəti orqanlarının rəhbərlərinə (bu bəndin 5.3-cü və 5.4-cü yarımbəndlərinə münasibətdə) tövsiyə edilsin ki:
5.1. rəhbərlik etdikləri orqanların strukturuna daxil olmayan, tabeliyində olan dövlət büdcəsindən maliyyələşən qurumlarda (idarə, müəssisə və təşkilatlarda) xidməti minik avtomobillərinin say həddinin (limitinin) müəyyən edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, 2 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər;
5.2. rəhbərlik etdikləri dövlət orqanlarında və onların yerli bölmələrində, dövlət orqanlarının strukturuna daxil olmayan, tabeliyində olan dövlət büdcəsindən maliyyələşən qurumlarda (idarə, müəssisə və təşkilatlarda) bu qərarla müəyyən edilmiş normalara ciddi riayət olunması üzərində nəzarəti təmin etsinlər;
5.3. xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində alınması, təyinatı üzrə istifadəsi və saxlanılması sahəsində nəzarəti gücləndirsinlər və bu sahədə neqativ hallara yol verilməsinin qarşısını alsınlar;
5.4. 2 ay müddətində bu qərarın 2-ci və 3-cü bəndlərinin tətbiq edilməsi ilə əlaqədar müəyyən olunmuş say həddindən (limitdən) artıq olan xidməti minik avtomobillərinin mövcud qanunvericiliyə uyğun olaraq satılması üçün zəruri olan sənədləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etsinlər.
6. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri ölkələrin yerli şəraiti nəzərə alınmaqla, xidməti minik və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddinin və istismar xərclərinin normaları, xidməti minik avtomobillərinin say həddi (limiti) barədə təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, 3 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
7. "Büdcədən maliyyələşdirilən təşkilatlarda (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün yürüş və neft məhsullarının aylıq normaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 8 dekabr tarixli 190 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
8. "Ali və yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının ştat və xidməti minik avtomobillərinin sayının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 14 yanvar tarixli 12 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
9. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Muxtar Respublikanın büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə müvafiq qərar qəbul etsin.
10. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 18 iyul 2011-ci il
1. Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi aşağıdakı kimi müəyyən edilir:
Xidməti minik avtomobilləri
Xüsusi təyinatlı avtonəqliyyat vasitələri (təcili tibbi yardım və yanğınsöndürən avtomobillərdən başqa)
Motosiklet və motorollerlər
Qonaqlara xidmət edən minik avtomobilləri
2. Bu Normalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı üçün nəzərdə tutulur.
3. Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatların (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) balansında olan (istismara yararlı vəziyyətdə) avtonəqliyyat vasitələrinin sayı mövcud sürücü ştatlarının sayından çox olduqda, avtonəqliyyat vasitələri onun təhkim olunduğu vəzifəli şəxs tərəfindən müvafiq qaydada idarə oluna bilər. Bu zaman həmin avtonəqliyyat vasitəsinə yanacaq xərci ayrılmış vəsaitlər dairəsində bu Normalara uyğun olaraq ödənilir.
4. İşin xüsusiyyətləri nəzərə alınmaqla, yürüşün aylıq norması Azərbaycan Respublikasının ali-III kateqoriyalı dövlət orqanlarının rəhbərlərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına xidmət edən nəqliyyat vasitələri üçün 40 faiz, onların birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələri üçün 20 faiz artırılır.
Fasiləsiz iş şəraitində işləyən müəssisələrin avtomobilləri, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin nəqliyyat vasitələri, habelə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin nəqliyyat vasitələri, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən səyyar formada təşkilində istifadə edilən xüsusi təyinatlı avtonəqliyyat vasitələri və avtobuslar, “DOST” mərkəzlərinin fəaliyyət istiqamətləri üzrə monitorinqlərin və xidmətlərin səyyar formada təşkil edilməsi məqsədilə istifadə edilən nəqliyyat vasitələri və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin balansında olan ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə istifadə edilən nəqliyyat vasitələri üzrə yürüşün aylıq norması avtomobillərin qət etdiyi məsafəyə uyğun müəyyən edilir.
5. Avtomobillərin bir ədədi üçün 100 km yürüşə görə yanacaq sərfi norması həmin avtomobillərin texniki göstəricilərinə əsasən hər 100 km məsafəyə görə istifadə olunan yanacağın miqdarına uyğun olaraq müəyyən edilir.
6. Yanacaq sərfinin xətt normaları (hər 100 km yürüşə görə yanacaq sərfi) aşağıdakı hallarda:
a) qış vaxtında işlədikdə vaxt: - 5 faizə qədər
b) kondisioner istifadə olunduğu hallarda yanacaq sərfi nəqliyyat vasitəsinin texniki göstəricilərinə əsasən müəyyən edilir;
c) dəniz səviyyəsinə görə yüksəklikdə işlədiyi vaxt:
1000-dən 1500 metrə qədər - 5 faiz
1501-dən 2000 metrə qədər - 10 faiz
2001-dən yuxarı - 15 faiz
ç) yüklərin daşınması üçün avtomobilin aşağı sürətlə hərəkəti tələb olunduğu şəraitdə - 10 faizə qədər
d) əsaslı təmirdən çıxmış və təzə avtomobillərin istismarı zamanı birinci 1000 km yürüşə görə - 5 faizə qədər
e) meşə materiallarının daşınması üçün meşə sahələrindən əsas magistrala qədər hərəkət zamanı - 20 faizə qədər
ə) tez-tez dayanmaq tələb olunan şəhər ərazisində işlədiyi şəraitdə (ümumi gediş üzrə orta hesabla 1 km yola 1 dayanacaqdan artıq olduqda) - 10 faizə qədər
şəhərdənkənar təkmilləşdirilmiş örtüklü yollarda işləyən zaman - 15 faizə qədər.
7. Xüsusi təyinatlı avtomobillərin işlədiyi vaxt yanacaq sərfinin xətt norması nəzərdə tutulmuş hər ton çəkinin artması müqabilində aşağıdakı miqdarda artırılır:
sıxılmış qaz - 2,5 litr
dizel yanacağı - 1,3 litr.
8. Yerinə yetirdiyi işləri ton/km-lə hesablanan avtomobillər və avtoqatarlar üçün hər 100 km-ə əlavə yanacaq aşağıdakı miqdarda artırılır:
sıxılmış qaz - 2,5 litr
dizel yanacağı - 1,3 litr.
Avtomobillərin qoşqularla işlədiyi vaxt yanacaq sərfinin xətt norması qoşquların xüsusi çəkisinin hər 1 tonuna görə aşağıdakı miqdarda artırılır:
sıxılmış qaz - 2,5 litr
dizel yanacağı - 1,3 litr.
9. Yükünü özüboşaldan avtomobillər və özüboşaldan, gövdəsi olan avtokarlar üçün əlavə yanacaq sərfi hər bir yüklü gedişə görə 0,25 litr miqdarında müəyyən edilir.
Avtomobil özüboşaldıcı qoşqularla işlədiyi vaxt yanacaq sərfinin xətt norması qoşqu-hərəkət heyətinin ümumi çəkisinin hər tonuna görə aşağıdakı kimi artırılır (onun 50 faiz sərfəli yüklənməsinə):
sıxılmış qaz - 2,5 litr
dizel yanacağı - 1,3 litr.
10. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda avtonəqliyyat vasitələrinin saxlanılması məqsədi ilə təşkilatların balansında olan (istismara yararlı vəziyyətdə) avtonəqliyyat vasitələrinin hər biri üçün hər il dövlət büdcəsində vəsaitlər aşağıdakı qaydada nəzərdə tutulur:
10.1. avtonəqliyyat vasitələrinə yanacaq xərcləri - hər bir avtonəqliyyat vasitəsinə bu Normaların tələblərinə uyğun olaraq hesablanmış yanacaq tələbatının dəyəri həcmində;
10.2. sürtgü materiallarının (mühərrik yağı, əyləc mayesi, soyuducu və digər mayelər) alınması xərcləri - aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən nəzərdə tutulmuş yanacaq xərcinin 10 faizi məbləğində;
10.3. Avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri - avtonəqliyyat vasitələrinin aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin:
10.3.1. istismar müddəti 5 ilə qədər olduqda - 30 faizi məbləğində;
10.3.2. istismar müddəti 5 ildən yuxarı olduqda - 40 faizi məbləğində.
11. Nəqliyyat vasitələrinin əsaslı təmiri təqdim olunan sənədlər əsasında (əsaslı təmirə dayanmanın səbəbləri haqqında arayış, nöqsan aktı, təmir işlərini aparmalı olan təmir müəssisəsindən müvafiq sənəd və s.) dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Azərbaycan Respublikasının Energetika Nazirliyi
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi;
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı
və Toxum Nəzarəti üzrə Dövlət
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi
Azərbaycan Respublikasının Audiovizual Şurası
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikasının Ali Məhkəməsi
Bakı Apellyasiya Məhkəməsi
Şəki Apellyasiya Məhkəməsi
Sumqayıt Apellyasiya Məhkəməsi
Gəncə Apellyasiya Məhkəməsi
Şirvan Apellyasiya Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi
Lənkəran Ağır Cinayətlər Məhkəməsi
Gəncə Ağır Cinayətlər Məhkəməsi
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi
Şəki Ağır Cinayətlər Məhkəməsi
Azərbaycan Respublikasının inzibati məhkəmələri
Azərbaycan Respublikasının kommersiya məhkəmələri
Azərbaycan Respublikasının hərbi məhkəmələri
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti
1. 10 avqust 2012-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 8, maddə 827)
2. 14 avqust 2012-ci il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 8, maddə 830)
3. 29 mart 2013-cü il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 347)
4. 24 iyul 2013-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 886)
5. 16 avqust 2013-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2013-cü il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1017)
6. 11 oktyabr 2013-cü il tarixli 300 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1218)
7. 10 yanvar 2014-cü il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 01, maddə 51)
8. 24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69)
9. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)
10. 3 aprel 2014-cü il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 441)
11. 13 may 2014-cü il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 572)
12. 30 may 2014-cü il tarixli 170 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 594)
13. 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 747)
14. 15 avqust 2014-cü il tarixli 282 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 8, maddə 1015)
15. 21 noyabr 2014-cü il tarixli 379 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 dekabr 2014-cü il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1658)
16. 5 dekabr 2014-cü il tarixli 388 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1666)
17. 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227)
18. 4 noyabr 2015-ci il tarixli 353 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1417)
19. 25 fevral 2016-cı il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 mart 2016-cı il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 609)
20. 29 aprel 2016-cı il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 may 2016-cı il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 831)
21. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)
22. 15 iyul 2016-cı il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1353)
23. 09 avqust 2016-cı il tarixli 299 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1437)
24. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
25. 23 sentyabr 2016-cı il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 sentyabr 2016-cı il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1589)
26. 26 dekabr 2016-cı il tarixli 525 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 dekabr 2016-cı il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2241)
27. 3 may 2017-ci il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 may 2017-ci il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №5, maddə 966)
28. 11 oktyabr 2017-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10, maddə 1890)
29. 18 oktyabr 2017-ci il tarixli 457 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2017-ci il, № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10, maddə 1919)
30. 20 noyabr 2017-ci il tarixli 504 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 noyabr 2017-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11, maddə 2168)
31. 6 dekabr 2017-ci il tarixli 528 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2476)
32. 6 dekabr 2017-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2487)
33. 15 dekabr 2017-ci il tarixli 559 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2017-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2507)
34. 6 mart 2018-ci il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 8 mart 2018-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 588)
35. 30 mart 2018-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 1 aprel 2018-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 632)
36. 25 iyun 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1374)
37. 31 iyul 2018-ci il tarixli 337 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 avqust 2018-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1668)
38. 20 avqust 2018-ci il tarixli 356 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 avqust 2018-ci il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1807)
39. 6 sentyabr 2018-ci il tarixli 378 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 sentyabr 2018-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1906)
40. 4 oktyabr 2018-ci il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2142)
41. 17 oktyabr 2018-ci il tarixli 458 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2172)
42. 6 noyabr 2018-ci il tarixli 475 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 noyabr 2018-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2426)
43. 14 mart 2019-cu il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 529)
44. 28 mart 2019-cu il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2019-cu il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 563)
45. 18 fevral 2020-ci il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 fevral 2020-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 204)
46. 28 aprel 2020-ci il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2020-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 500)
47. 19 may 2020-ci il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2020-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 652)
48. 25 avqust 2020-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 avqust 2020-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1123)
49. 18 sentyabr 2020-ci il tarixli 344 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 sentyabr 2020-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1217)
50. 1 oktyabr 2020-ci il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 oktyabr 2020-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1258)
51. 22 oktyabr 2020-ci il tarixli 408 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 oktyabr 2020-ci il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1296)
52. 27 noyabr 2020-ci il tarixli 462 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1405)
53. 30 dekabr 2020-ci il tarixli 515 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2020-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1616)
54. 16 fevral 2021-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 fevral 2021-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 203)
55. 2 mart 2021-ci il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2021-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 265)
56. 5 mart 2021-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 276)
57. 27 aprel 2021-ci il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2021-ci il, № 90, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 420)
58. 19 iyun 2021-ci il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 iyun 2021-ci il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 682)
59. 12 yanvar 2022-ci il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2022-ci il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 59)
60. 18 mart 2022-ci il tarixli 101 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 277)
61. 4 aprel 2022-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 387)
62. 18 aprel 2022-ci il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 411)
63. 12 may 2022-ci il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 may 2022-ci il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 544)
64. 24 iyun 2022-ci il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 6, maddə 683)
65. 4 iyul 2022-ci il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 6 iyul 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 811)
66. 14 sentyabr 2022-ci il tarixli 349 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 15 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2022-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1083)
67. 30 sentyabr 2022-ci il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 30 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 2 oktyabr 2022-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1109)
68. 24 noyabr 2022-ci il tarixli 420 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 24 noyabr 2022-ci il, “Xalq” qəzeti, 27 noyabr 2022-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1356)
69. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)
70. 30 dekabr 2022-ci il tarixli 456 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 30 dekabr 2022-ci il, “Xalq” qəzeti, 6 yanvar 2023-cü il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1560)
71. 25 may 2023-cü il tarixli 167 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 may 2023-cü il, “Xalq” qəzeti, 31 may 2023-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5, maddə 734)
72. 19 iyul 2023-cü il tarixli 234 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 iyul 2023-cü il, “Xalq” qəzeti, 21 iyul 2023-cü il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 1073)
73. 5 avqust 2023-cü il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 avqust 2023-cü il, “Xalq” qəzeti, 10 avqust 2023-cü il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1253)
74. 12 sentyabr 2023-cü il tarixli 320 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 sentyabr 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1341)
75. 16 oktyabr 2023-cü il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 oktyabr 2023-cü il, “Xalq” qəzeti, 18 oktyabr 2023-cü il, № 227, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 10, maddə 1447)
76. 3 noyabr 2023-cü il tarixli 398 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1561)
77. 19 yanvar 2024-cü il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 yanvar 2024-cü il, “Xalq” qəzeti, 20 yanvar 2024-cü il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 101)
78. 12 mart 2024-cü il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 14 mart 2024-cü il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 310)
79. 3 aprel 2024-cü il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 aprel 2024-cü il, “xalq” qəzeti, 7 aprel 2024-cü il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 449)
80. 1 may 2024-cü il tarixli 234 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 may 2024-cü il, “Xalq” qəzeti, 4 may 2024-cü il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 572)
81. 22 may 2024-cü il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 may 2024-cü il, “Xalq” qəzeti, 24 may 2024-cü il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 607)
82. 9 iyul 2024-cü il tarixli 334 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 iyul 2024-cü il, “Xalq” qəzeti, 18 iyul 2024-cü il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 895)
83. 23 iyul 2024-cü il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 915)
84. 17 dekabr 2024-cü il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 dekabr 2024-cü il, “Xalq” qəzeti, 21 dekabr 2024-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1428)
85. 22 sentyabr 2025-ci il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 879)
86. 7 oktyabr 2025-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 oktyabr 2025-ci il, “Xalq” qəzeti, 9 oktyabr 2025-ci il, № 217, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 972)
87. 27 oktyabr 2025-ci il tarixli 319 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 oktyabr 2025-ci il, “Xalq” qəzeti, 6 noyabr 2025-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 996)
88. 6 mart 2026-cı il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 mart 2026-cı il, “Xalq” qəzeti, 19 mart 2026-cı il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 270)
89. 6 mart 2026-cı il tarixli 70 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 mart 2026-cı il, “Xalq” qəzeti, 19 mart 2026-cı il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 272)
90. 20 iyul 2026-cı il tarixli 219 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 iyul 2026-cı il, “Xalq” qəzeti, 24 iyul 2026-cı il, № 130)
91. 31 iyul 2026-cı il tarixli 249 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 iyul 2026-cı il, “Xalq” qəzeti, 6 avqust 2026-cı il, № 139)
92. 8 sentyabr 2026-cı il tarixli 269 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 10 sentyabr 2026-cı il, № 164)