Qanunvericilik › "Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamə"nin təsdiq edilməsi, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin "Dövlət Enerjinəzarət" İdarəsinin işçilərinin say tərkibinin və vəzifə maaşlarının müəyyənləşdirilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.07.2002) › Tam mətn

"Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamə"nin təsdiq edilməsi, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin "Dövlət Enerjinəzarət" İdarəsinin işçilərinin say tərkibinin və vəzifə maaşlarının müəyyənləşdirilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.07.2002)

"Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamə"nin təsdiq edilməsi, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin "Dövlət Enerjinəzarət" İdarəsinin işçilərinin say tərkibinin və vəzifə maaşlarının müəyyənləşdirilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.07.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamə"nin təsdiq edilməsi, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin"Dövlət Enerjinəzarət" İdarəsinin işçilərinin say tərkibinin və vəzifə maaşlarının müəyyənləşdirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli, 575 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin haqqında Əsasnamə"nin 6.3-cü bəndinin, "Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 612 nömrəli Fərmanının 3-cü bəndinin 11-ci yarımbəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərenerji Səhmdar Cəmiyyətinin "Dövlət Enerjinəzarət" İdarəsinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin birbaşa tabeliyinə verilməsi barədə" 2002-ci il 1 fevral tarixli, 18 nömrəli qərarının 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

2. Dövlət enerji nəzarətini həyata keçirən Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin dövlət enerji nəzarəti orqanı - "Dövlət Enerjinəzarət" İdarəsinin say tərkibi 2002-ci il 1 sentyabr tarixindən 150 nəfər müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinə tapşırılsın:

2002-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin "Dövlət Enerjinəzarət" İdarəsinin saxlanılması üçün nəzərdə tutulmuş vəsaitlər çərçivəsində həmin idarənin xərclər smetasını və ştat cədvəlini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin;

zərurət yaranarsa, həmin idarənin saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində müvafiq xərc maddələri arasında dəyişikliklərin aparılması üçün lazımi tədbirlər görsün.

4. 2002-ci il 1 mart tarixindən "Dövlət Enerjinəzarət" İdarəsinin aparat işçilərinin vəzifə maaşları "Azərbaycan Respublikasının icra və məhkəmə hakimiyyəti orqanları işçilərinin əmək haqlarının artırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 29 yanvar tarixli, 28 nömrəli qərarının 1 nömrəli əlavəsinin 1-ci hissəsində göstərilən respublika nazirliklərinin, dövlət komitələrinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının aparat işçilərinin vəzifə maaşları səviyyəsində, idarənin şəhər və rayon şöbələrinin işçilərinin vəzifə maaşları qərarın 2 nömrəli əlavəsində göstərilən şəhər və rayon icra hakimiyyəti orqanları işçilərinin vəzifə maaşları səviyyəsində təyin edilsin.

5. "Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamənin təsdiqi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 3 oktyabr tarixli 135 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 29 iyul 2002-ci il № 117

22 iyul 2006-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 64

31 oktyabr 2012-ci il tarixli 255 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 02 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 1035)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver