Qanunvericilik › Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında (Nazirlər Kabinetinin qərarı, 26.05.1996) › Tam mətn

Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında (Nazirlər Kabinetinin qərarı, 26.05.1996)

Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında (Nazirlər Kabinetinin qərarı, 26.05.1996) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin «Əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi və xarici iqtisadi əlaqələrin sərbəstləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» 1996-cı il 11 mart tarixli, 448 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. 1996-cı il iyulun 1-dən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 18 iyun tarixli, 242 nömrəli «Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi haqqında» qərarı ilə təsdiq edilmiş Vahid Tarif Cədvəlinin dərəcələrinə müvafiq olaraq fəhlə və qulluqçuların aylıq tarif (vəzifə) maaşlarının məbləğləri bu qərarın 1 nömrəli əlavəsinə müvafiq olaraq müəyyən edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 aprel tarixli, 205 nömrəli «Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında» qərarına 1 nömrəli əlavənin qeydinin 1-ci bəndi öz qüvvəsini itirmiş hesab edilsin.

Göstərilən qərarın 2-ci bəndindəki dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

«Vahid Tarif Cədvəlində təyin olunmuş aylıq tarif (vəzifə) maaşlarının artımı yolu ilə sahələrdə əmək şəraitini nəzərə almaqla, fəhlələrin əməyinin ödənilməsi səviyyələrinin differensiallaşması istehsalat sahələri müəssisələrinə tövsiyə edilsin».

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 18 iyun tarixli, 242 nömrəli «Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi haqqında» qərarın əlavəsi öz qüvvəsini itirmiş hesab edilsin.

6. 1996-cı il iyulun 1-dən Azərbaycan Respublikası Müdafiə, Daxili İşlər, Ədliyyə nazirliklərinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin və qanunvericiliklə nəzərdə tutulmuş digər hərbi qurumların hərbi qulluqçularının — sıravi, komanda və rəis heyətlərinin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli bu qərarın 10 nömrəli əlavəsinə müvafiq olaraq müəyyən edilsin.

7. Müdafiə, Daxili İşlər, Ədliyyə nazirliklərinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinə və qanunvericiliklə nəzərdə tutulmuş, hərbi qurumların rəhbər işçilərinə Vahid Tarif Cədvəlinin vəzifə maaşları və ayrılmış büdcə təxsisatları hüdudlarında bu qərarın 10 nömrəli əlavəsində nəzərdə tutulmayan digər hərbi kateqoriyaların vəzifə maaşlarının məbləğlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla müəyyən etmək hüququ verilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 16 iyun tarixli, 308 nömrəli «Azərbaycan Respublikası hərbi qulluqçularının əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin tətbiqi haqqında» qərarı öz qüvvəsini itirmiş hesab edilsin.

9. 1996-cı il iyulun 1-dən Azərbaycan Respublikası hərbi qulluqçularının hərbi rütbələrə görə maaşlarının vahid məbləği bu qərarın 11 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli, 67 nömrəli «Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi mükəlləfiyyətlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında» qərarının 1 nömrəli əlavəsi öz qüvvəsini itirmiş hesab edilsin.

Göstərilən qərarın 4-cü bəndi aşağıdakı redaksiyada verilsin.

«4. Təlim və ya yoxlama toplanışlarına çağırılmış hərbi mükəlləfiyyətlilərə toplanışda olduqları müddət ərzində, hərbi hissəyə gedib-gəlmək üçün yola sərf etdiyi vaxt da daxil olmaqla, toplanışa çağırılmış hərbi mükəlləfiyyətlinin özünə əsas iş yerində orta aylıq əmək haqqı 26000 manatdan aşağı olmamaqla,

11. 1996-cı il iyulun 1-dən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 aprel tarixli 155 nömrəli «Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında» qərarının 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«1. Elmlər Akademiyası, nazirlik və idarələrin elmi və elmi-tədqiqat təşkilatlarının, ali məktəblərin, habelə digər elmi və elmi-tədqiqat idarələrinin rəhbər və elmi işçilərinin Vahid Tarif Cədvəlinə müvafiq olaraq təyin edilmiş vəzifə maaşlarına aşağıdakı məbləğdə əlavələr müəyyən olunsun:

birinci kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 250000 manat, elmlər namizədi, alimlik dərəcəsi olan işçilərə 150000 manat məbləğində;

ikinci kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 220000 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərə isə 120000 manat məbləğində;

üçüncü kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində və digər elmi-tədqiqat idarələrində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 190000 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərə isə 90000 manat məbləğində.».

12. Müəyyən edilsin ki, bu qərarın 11-ci bəndində qeyd edilən əlavələr yeni vəzifə maaşını təşkil edir və qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınır.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 aprel tarixli, 155 nömrəli «Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında» qərarının 2-ci bəndinin ikinci abzası öz qüvvəsini itirmiş hesab edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 31 dekabr tarixli 718 nömrəli «Büdcədən maliyyələşdirilən bir sıra idarə və təşkilatlarda çalışan işçilərin vəzifə maaşları və tarif dərəcələri haqqında» qərarının 9-cu bəndi aşağıdakı redaksiyada verilsin:

«9. Büdcədən maliyyələşdirilən idarə və təşkilatlarda çalışan (icra hakimiyyəti orqanlarından başqa):

Elmi dərəcəsi olan təhsil (ali məktəblərdən başqa), səhiyyə, idman, gənclər və sosial təminat, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri, kənd, meşə, balıqçılıq, meliorasiya və su təsərrüfatı, ekologiya və hidrometeorologiya və digər sahələrdə bilavasitə ixtisası üzrə çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə vəzifə maaşlarına aşağıdakı əlavələr müəyyən edilsin:

elmlər namizədlərinə 90000 manat məbləğində;

elmlər doktorlarına 190000 manat məbləğində.».

15. Nazirlik, digər mərkəzi icra hakimiyyəti orqanları, baş idarə, yerli icra hakimiyyəti orqanları, dövlət konsern, şirkət, birlik, müəssisə, idarə və təşkilatlarına tapşırılsın ki, bu qərarla təsdiq edilmiş əməyin ödənilməsi şərtlərinin tətbiqi üçün lazımi işləri görsünlər.

16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qərarın yerinə yetirilməsi üzrə müvafiq izahatlar versin.

Bakı şəhəri, 26 may 1996-cı il

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı, manatla

İşlər müdiri A. HACIYEV

Hərbi qulluqçuların kateqoriyasının adı

Aylıq vəzifə maaşı, manatla

1-ci və 2-ci il xidmət edən müddətli xidmət üzrə hərbi qulluqçular, o cümlədən:

Gizirlər, miçmanlar, müddətdən artıq xidmət edən çavuşlar, qadın hərbi qulluqçuları, o cümlədən:

3-cü il və daha çox xidmət edən müddətli hərbi xidmət qulluqçularının vahid tarif cədvəli ilə hesablanmış vəzifə maaşları 20 faiz artırılır.

İşlər müdiri A. HACIYEV

Hərbi qulluqçuların kateqoriyasının adı

Hərbi rütbəyə görə aylıq maaşı, manatla

İşlər müdiri A. Hacıyev

7 avqust 1997-ci il tarixli 87 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 154)

25 oktyabr 2003-cü il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 622)

8 iyun 2004-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 498)

27 yanvar 2005-ci il tarixli 8 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 52)

9 sentyabr 2005-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 862)

13 sentyabr 2006-cı il tarixli 204 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 819)

22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver