Azərbaycan Respublikasında layihə-axtarış işlərinin qiymətlərinin hesablanmasının tənzimlənməsi barədə
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»na və eləcə də Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2008-ci il 30 aprel tarixli iclasının protokoluna əsasən qərara alır:
1. Azərbaycan Respublikasında layihə-axtarış işlərinin cari qiymətlər səviyyəsində müqavilə dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə yeni xərc smetalarının hesablanmasına görə zəruri olan normativ bazanın hazırlanmasına qədər həmin işlərin 1991-ci il bazis-smeta dəyərinə müvəqqəti olaraq 2009-cu il aprel ayının 1-dək 8,0 dəfə artım əmsalı tətbiq edilsin.
2. Bu qərar 2008-ci il 12 may tarixindən qüvvəyə minir və bu xidmətlərə dair əvvəllər qəbul olunmuş artım əmsalı qüvvədən düşmüş hesab olunur.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 30 aprel 2008-ci il