Qanunvericilik › “Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısı”nın, “Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən peşələrin (vəzifələrin) siyahısı”nın, “Azərbaycan Respublikasında istehsal olunan və mədəni və yaradıcı sənaye sahələrinə aid edilən məhsul və xidmətlərin siyahısı”nın və “Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyət üzrə mədəni və yaradıcı sənaye sahələrinə aid edilən mal və xidmətlərin siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.05.2025) › Tam mətn

“Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısı”nın, “Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən peşələrin (vəzifələrin) siyahısı”nın, “Azərbaycan Respublikasında istehsal olunan və mədəni və yaradıcı sənaye sahələrinə aid edilən məhsul və xidmətlərin siyahısı”nın və “Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyət üzrə mədəni və yaradıcı sənaye sahələrinə aid edilən mal və xidmətlərin siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.05.2025)

“Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısı”nın, “Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən peşələrin (vəzifələrin) siyahısı”nın, “Azərbaycan Respublikasında istehsal olunan və mədəni və yaradıcı sənaye sahələrinə aid edilən məhsul və xidmətlərin siyahısı”nın və “Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyət üzrə mədəni və yaradıcı sənaye sahələrinə aid edilən mal və xidmətlərin siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.05.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 1.1.14-cü yarımbəndinin 1-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən peşələrin (vəzifələrin) siyahısı” təsdiq edilsin (əlavə olunur).

3. “Azərbaycan Respublikasında istehsal olunan, mədəni və yaradıcı sənaye sahələrinə aid edilən məhsul və xidmətlərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

4. “Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyət üzrə mədəni və yaradıcı sənaye sahələrinə aid edilən mal və xidmətlərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

5. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına tapşırılsın və Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, bu Qərarın 1-4-cü hissələri ilə təsdiq edilmiş siyahıların müvafiq məlumatların toplanılması, hesabatların tərtib edilməsi, təhlili və Azərbaycan Respublikasında iqtisadi fəaliyyətin nəticələrinin hesablanması zamanı nəzərdə tutulmasını təmin etmək üçün zəruri tədbirlər həyata keçirsinlər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 may 2025-ci il

Muzeylərin fəaliyyəti

Tarixi yerlərin və binaların mühafizəsi sahəsində fəaliyyət

Arxiv və kitabxanalar

Kitabxana və arxivlərin fəaliyyəti

Kitablar, nəşriyyat və mətbuat

Qəzetlərin çap edilməsi

Digər poliqrafiya məhsullarının (qəzetlərdən əlavə) çap edilməsi

Çap işlərinin hazırlanması

Cildləmə və bəzək işləri

İxtisaslaşdırılmış mağazalarda kitabların pərakəndə satışı

İxtisaslaşdırılmış mağazalarda qəzetlərin və dəftərxana ləvazimatlarının pərakəndə satışı

Jurnal və dövri nəşrlərin dərc edilməsi

Məlumat agentliklərinin fəaliyyəti

Tərcümə üzrə xidmətlər (yazılı və şifahi)

İxtisaslaşdırılmış dizayn fəaliyyəti

Fotoqrafiya sahəsində fəaliyyət

İncəsənətin sair sahələri üzrə fəaliyyət

Musiqi alətlərinin istehsalı

Səhnə sənəti sahəsində yardımçı fəaliyyət

Teatr və konsert zallarının fəaliyyəti

Audiovizual fəaliyyət və multimedia

Səs yazılarının surətinin çıxarılması

Videoyazıların surətinin çıxarılması

Maşın daşıyıcılarının məlumatlarının surətinin çıxarılması

İxtisaslaşdırılmış mağazalarda musiqi və video yazılarının pərakəndə satışı

Kompüter oyunlarının nəşri

Kinofilmlərin, video və televiziya proqramlarının istehsalı ilə əlaqədar fəaliyyət

Kinofilmlərin, video və televiziya proqramlarının hazırlanmasından sonra fəaliyyət (yığılması)

Kinofilmlərin, video və televiziya proqramlarının yayımı ilə əlaqədar fəaliyyət

Kinofilmlərin nümayişi ilə əlaqədar fəaliyyət

Səsyazma və musiqi nəşrləri ilə əlaqədar fəaliyyət

Radioverilişlərin translyasiya edilməsi

Televiziya proqramlarının tərtib edilməsi və televerilişlərin translyasiya edilməsi

Videolentlərin və disklərin kirayəsi

Memarlıq sahəsində fəaliyyət

Reklam agentliklərinin fəaliyyəti

Əl işləri sənətkarlığı

Zərgərlik məmulatlarının istehsalı

Mədəniyyət sahəsi üzrə təhsil

Mədəniyyət sahəsində təhsil fəaliyyəti

* Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növləri “İqtisadi Fəaliyyət Növləri Təsnifatı”na (AZT029-2008) uyğun olaraq verilmişdir.

Qeyd. Bu siyahıdan əsas fəaliyyəti mədəni və yaradıcı sənaye sahələrinə aid edilən hüquqi və fiziki şəxslərin əhatə dairəsinin müəyyənləşdirilməsi məqsədilə istifadə edilir.

Tikinti üzrə memarlar

Mənzərə üzrə memarlar

Məhsul və geyim üzrə dizaynerlər

Şəhərsalanlar və nəqliyyat qovşaqlarının layihəçiləri

Kartoqraflar və topoqraflar

Rəssam-tərtibatçılar və multimedia dizaynerləri

Sair musiqi müəllimləri

Sair incəsənət müəllimləri

Arxivçilər və muzey mühafizəçiləri

Kitabxanaçılar və informasiya ilə əlaqədar bir-birinə yaxın peşələrin peşəkar mütəxəssisləri

Yazılı və şifahi tərcüməçilər

Təsviri incəsənət ustaları

Bəstəkarlar, musiqiçilər və müğənnilər

Xoreoqraflar və rəqqaslar

Kino, teatr rejissorları və bunlara yaxın incəsənət xadimləri

Radio, televiziya diktorları və sair diktorlar

Digər ibtidai qruplara daxil olmayan incəsənət xadimləri

Tərtibatçılar və dizaynerlər

Teatr, muzey və kitabxanalarda köməkçi heyət

Mədəniyyət və incəsənət sahəsində sair köməkçi heyət

Audiovizual və radio, televiziya verilişləri üçün aparatların operatorları

Musiqi alətlərini hazırlayanlar və sazlayanlar

Zərgərlik bəzək əşyalarının və qiymətli metallardan məmulatların hazırlanması üzrə ustalar

Dulusçular və oxşar peşə fəhlələri

Şüşəni formaya salanlar, taraşlayıcılar, cilalayıcılar və pardaqlayıcılar

Dekorasiya rəssamları, oymaçılar və s.

Ağacdan və hörmə materiallardan nəfis məmulatlar hazırlayanlar

Parça, gön və oxşar materiallardan bədii məmulat hazırlayanlar

Digər ibtidai qruplara daxil edilməyən nəfis məmulatlar hazırlayanlar

*Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən peşələrin (vəzifələrin) siyahısı “Məşğulluq Təsnifatı”na (AZT041-2010) uyğun olaraq verilmişdir.

Muzeylərin istismarı üzrə xidmətlər

Tarixi yerlərin və binaların qorunması üzrə xidmətlər

Kitabxanaların xidmətləri

Arxivlərin xidmətləri

Qəzetlərin çap edilməsi üzrə xidmətlər

Poçt markaları, gerbli markalar, başlıq sənədləri, smart kartlar, çeklər və sair qiymətli kağızların çap edilməsi üzrə xidmətlər

Reklam kataloqlarının, mənzərələrin, afişaların və sair reklamların çap edilməsi üzrə xidmətlər

Jurnalların və həftədə dörd dəfədən çox çıxmayan dövri mətbuatın çap edilməsi üzrə xidmətlər

Kitabların, xəritələrin, hidroqrafik və oxşar diaqramların, şəkillərin, çertyojların və fotoşəkillərin, açıqcaların çap edilməsi xidmətləri

Etiketlərin və yarlıqların çap edilməsi xidmətləri

Kağızdan fərqli olan materialların naxışlanması xidmətləri

Digər qruplara daxil edilməyən sair çap xidmətləri

Çapa hazırlıq xidmətləri

Çap formaları və ya silindrlər və poliqrafiyada istifadə edilən sair çap vasitələri

Çap işlərinin yerinə yetirilməsi ilə əlaqədar yardımçı xidmətlər

Cildləmə işləri və oxşar xidmətlər

Kitabların pərakəndə satışı üzrə xidmətlər

Qəzet və jurnalların pərakəndə satışı üzrə xidmətlər

Dəftərxana ləvazimatlarının pərakəndə satışı üzrə xidmətlər

Çap edilmiş peşəkar, texniki və elmi kitablar

Çap edilmiş uşaq kitabları

Çap edilmiş lüğətlər və ensiklopediyalar

Çap edilmiş atlaslar və coğrafi xəritələri və ya sxemləri olan sair kitablar

Kitab şəklində çap edilməyən coğrafi xəritələr və hidroqrafik, yaxud oxşar sxemlər

Sair çap edilmiş kitablar, kitabçalar, vərəqələr və s.

Disk, lent və ya sair şəklində çap edilmiş kitablar

Çap edilmiş kitabda reklam yerlərinin nəşri

Elektron kitablarda reklam yerlərinin nəşri

Haqqı ödənilməklə və ya müqavilə əsasında nəşr edilmiş kitablar

Kitab nəşri üçün lisenziyanın verilməsi xidmətləri

Qəzetlərin nəşri üzrə xidmətlər

Çap edilmiş qəzetdə reklam yerləri

Elektron qəzetlərdə reklam yerləri

Çap edilmiş ictimai maraq kəsb edən jurnallar və dövri mətbuat

Çap edilmiş işgüzar, professional və akademik jurnallar və dövri mətbuat

Çap edilmiş sair jurnallar və dövri mətbuat

Elektron jurnallar və dövri mətbuat

Çap edilmiş jurnal və dövri mətbuatda reklam yerləri

Elektron jurnallarda və dövri mətbuatda reklam yerləri

Jurnal və dövri mətbuat üçün lisenziya verilməsi xidmətləri

Qəzet və dövri mətbuatın materiallarının yayılmasında informasiya agentliklərinin xidmətləri

Audiovizual mediaya məlumatların yayılmasında informasiya agentliklərinin xidmətləri

Yazılı tərcümə üzrə xidmətlər

Şifahi tərcümə üzrə xidmətlər

İnteryer dizayn xidmətləri

Sənaye dizayn xidmətləri

Sair ixtisaslaşdırılmış dizayn xidmətləri

Dizayn sahəsində orijinal işlər

Aşkarlanmamış, lakin ekspozisiya edilmiş, fotoplyonka və fotoplastinka üzrə xidmətlər

Ofset çapı üçün ekspozisiya edilmiş və aşkarlanmış fotoplastinka və fotoplyonkalar üzrə xidmətlər

Ekspozisiya edilmiş və aşkarlanmış sair fotoplastinka və fotoplyonkalar üzrə xidmətlər

Portret fotoşəkillərinin hazırlanması üzrə xidmətlər

Reklam fotoşəkillərinin və oxşar fotoşəkillərin hazırlanması üzrə xidmətlər

Hadisələrin foto və video çəkilməsi üzrə xidmətlər

Aerofotoçəkiliş xidmətləri

İxtisaslaşdırılmış sair fotoçəkiliş xidmətləri

Fotoşəkillərin işlənib hazırlanması üzrə xidmətlər

Fotoşəkillərin bərpa və retuş edilməsi sahəsində xidmətlər

Digər qruplara daxil edilməyən sair fotoçəkiliş xidmətləri

Səhnə artistlərindən başqa, müəlliflər, bəstəkarlar, heykəltəraşlar və sair artistlər tərəfindən göstərilən xidmətlər

Səhnə artistləri, rəssamlar, qrafik sənətlə məşğul olan artistlər və heykəltəraşlardan başqa, müəlliflər, heykəltəraşlar və sair artistlərin gördükləri orijinal işlər

Rəssamların, qrafik sənətlə məşğul olan artistlər və heykəltəraşların gördükləri orijinal işlər

Fortepianolar və sair klavişli simli musiqi alətləri

Sair simli musiqi alətləri

Klavişli nəfəs alətləri və oxşar alətlər; akkordeonlar və oxşar alətlər; dodaq qarmonları

Elektrikin köməyi ilə səsləndirilən və ya səsi gücləndirən klavişli musiqi alətləri

Metronomlar, kamertonlar və səsin yüksəkliyi qəti müəyyən edilmiş borular; musiqi mücrüləri üçün mexanizmlər; musiqi alətlərinin simləri

Musiqi alətlərinin hissələri və ləvazimatı

Musiqi alətlərinin istehsalının bir hissəsi kimi subpodratçı xidmətləri

Səhnə sənəti sahəsində xidmətlər

Səhnə hadisələrinin hazırlanması və tamaşaya qoyulması üzrə xidmətlər

Səhnə hadisələrinin stimullaşdırılması və təşkili üzrə xidmətlər

Səhnə sənəti sahəsində sair yardımçı xidmətlər

Teatr avadanlıqlarının istismarı üzrə xidmətlər

Səs yazılarının surətinin çıxarılması üzrə xidmətlər

Videoyazıların surətinin çıxarılması üzrə xidmətlər

Kompüter proqramlarının surətinin çıxarılması üzrə xidmətlər

Musiqi və video yazıların pərakəndə satışı üzrə xidmətlər

Kompüter oyunları paketi

Kompüter oyunlarının yüklənməsi

Kompüter oyunlarının istifadəsi üçün lisenziyaların verilməsi

Kinofilmlərin hazırlanması üzrə xidmətlər

Reklam və reklam kinofilmi və videofilmlərin hazırlanması xidmətləri

Sair televiziya proqramlarının hazırlanması üzrə xidmətlər

Orijinal kinofilmlər, video və televiziya proqramları

Kinematoqrafiya plyonkaları

Disk, lent və ya sair şəklində yazılmış filmlər və sair video yazılar

Filmlər və sair video məlumatlar

Reklam üçün yerin və kinofilmlərdə, radio və televiziya məhsullarında vaxtın satışı

Audiovizual montaj işləri

Filmlərin əslindən üzünün köçürülməsi və dublyajı üzrə xidmətlər

Rəngli düzəliş və rəqəmli bərpa işləri üzrə xidmətlər

Vizual effekt xidmətləri

Titr və subtitr xidmətləri

Səsin redaktə edilməsi və işlənməsi üzrə xidmətlər

Sair kinofilmlərin, video və televiziya proqramlarının hazırlanmasından sonra tamamlama işləri

Kino və videofilmlərin yayımı üçün hüquq və onların gəliri üçün lisenziyalaşdırma xidmətləri

Kinofilmlərin, video və televiziya proqramlarının yayımı üzrə sair xidmətlər

Kinofilmlərin nümayiş etdirilməsi üzrə xidmətlər

Canlı səsyazma xidmətləri

Orijinal səsyazma xidmətləri

Radio proqramlarının hazırlanması üzrə xidmətlər

Orijinal radio proqramları

Musiqili audio disklər, lentlər və sair fiziki media

Sair audio disklər və lentlər

Musiqi yükləmələri üzrə xidmətlər

Hüquq baxımından orijinaldan istifadə üçün lisenziya verilməsi üzrə xidmətlər

Radioverilişlərin proqramlaşdırılması və yayımlanması üzrə xidmətlər

Orijinalları yayımlanan radio

Radiokanalların proqramlaşdırılması üzrə xidmətlər

Radio reklam vaxtlarının verilməsi üzrə xidmətlər

Xətti televiziya verilişlərinin proqramlaşdırılması və yayımlanması xidmətləri

Sorğu üzrə onlayn video (internet vasitəsilə) yayımlanması xidmətləri

Sorğu üzrə sair onlayn video (internet vasitəsilə) yayımlanması xidmətləri

Orijinalları yayımlanan televiziya

Televiziya reklam vaxtı

Videolentlərin və disklərin kirayəsi

Memarlıq məqsədləri üçün plan və cizgilər

Yaşayış binalarının layihələndirilməsi üçün memarlıq xidmətləri

Qeyri-yaşayış binalarının layihələndirilməsi üçün memarlıq xidmətləri

Tarixi binaların bərpası üçün memarlıq xidmətləri

Tikinti layihələri ilə bağlı memarlıq sahəsində məsləhət xidmətləri

Şəhər ərazilərinin planlaşdırılması xidmətləri

Kənd ərazilərinin planlaşdırılması xidmətləri

Tikinti sahəsinin baş planının hazırlanması xidmətləri

Landşaft memarlığı sahəsində xidmətlər

Landşaft memarlığı sahəsində məsləhət xidmətləri

Reklam agentliklərinin tam xidmətləri

Birbaşa marketinq xidmətləri və birbaşa poçt göndərmələri sahəsində xidmətlər

Reklam konsepsiyalarının işlənməsi üzrə xidmətlər

Reklam sahəsində sair xidmətlər

Kultivasiya edilmiş, o cümlədən sintetik və ya bərpa edilmiş, emal edilmiş, lakin bərkidilmiş mirvari, qiymətli və ya yarımqiymətli daşlar

Emal edilmiş sənaye almazı; təbii və ya sintetik qiymətli və ya yarımqiymətli daşların qırıntıları və tozu

Zərgərlik məmulatı və onların hissələri; qızıl və gümüşlə işləyən ustaların məmulatı və onların hissələri

Nəcib metallardan sair məmulat; təbii və ya kultivasiya edilmiş mirvaridən, qiymətli və ya yarımqiymətli daşlardan məmulatlar

Zərgərlik məmulatlarının və buna bənzər məmulatların istehsalının bir hissəsi kimi subpodratçı xidmətləri

Rəqs məktəblərinin və rəqs müəllimlərinin xidmətləri

Musiqi məktəblərinin və musiqi müəllimlərinin xidmətləri

İncəsənət məktəblərinin və incəsənət müəllimlərinin xidmətləri

Mədəniyyət sahəsində sair təhsil xidmətləri

*Azərbaycan Respublikasında istehsal olunan və mədəni və yaradıcı sənaye sahələrinə aid edilən məhsul və xidmətlərin siyahısı “Məhsul Növləri Təsnifat”ına (AZT 053-2018) uyğun olaraq verilmişdir.

4907 mal mövqeyinin mallarından başqa, istifadə olunmuş və ya istifadə olunmamış poçt markaları və ya dövlət rüsumu markaları, poçt ödəniş nişanları, o cümlədən birinci buraxılış günü söndürülmüş, poçt dəftərxana ləvazimatları (gerb kağızı) və analoji əşyalar

Kolleksiyalar və arxeologiya, etnoqrafiya, tarix, zoologiya, botanika, mineralogiya, anatomiya, paleontologiya və ya numizmatika üzrə kolleksiya əşyaları:

- kolleksiyalar və arxeologiya, etnoqrafiya və ya tarix üzrə kolleksiya əşyaları

- insan cəsədi materialları və onların hissələri

- nəsli kəsilmiş və ya tükənən növlər və onların hissələri

- kolleksiyalar və zoologiya, botanika, mineralogiya, anatomiya, paleontologiya üzrə kolleksiya əşyaları: digərləri

- kolleksiyalar və numizmatika üzrə kolleksiya əşyaları: yaşı 100 ildən çox olan

- digər kolleksiyalar və numizmatika üzrə kolleksiya əşyaları: digərləri

Yaşı 100 ildən yuxarı olan əntiq əşyaları:

- yaşı 250 ildən çox olan

Çap edilmiş kitablar, broşürlər, vərəqlər və analoji çap materialları, kitab şəklində bağlanılmış və ya ayrı-ayrı vərəqlər şəklində:

- ayrı-ayrı vərəqlər şəklində, qatlanmış və ya qatlanmamış

- lüğətlər, ensiklopediyalar və onların seriya buraxılışları

İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər:

- həftədə dörd dəfədən az nəşr edilməyən

Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları

Çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar və qlobuslar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr:

Kinoplyonkadan başqa, ekspozisiyaya verilmiş və aydınlaşdırılmış fotoplastinkalar və fotolent:

- ofset əksetdirmə üçün

Çap olunmuş reproduksiyalar və fotolar da daxil olmaqla, digər çap məhsulları:

- reproduksiyalar, çertyojlar və fotolar

4906 mal mövqeyində göstərilmiş rəsmlərdən və digər üzərinə əl ilə şəkil çəkilmiş və ya bəzədilmiş hazır məmulatlardan başqa, tamamilə əllə çəkilmiş şəkillər, rəsmlər və pastellər; kolajlar, mozaikalar və analoji dekorativ təsvirlər:

- yaşı 100 ildən çox olan: şəkillər, rəsmlər və pastellər

- yaşı 100 ildən çox olan: mozaikalar

- yaşı 100 ildən çox olan: digərləri

- digərləri: şəkillər, rəsmlər və pastellər

- digərləri: mozaikalar

Qravürələrin, estampların və litoqrafiyaların orijinalları:

- yaşı 100 ildən çox olan

İstənilən materialdan olan heykəllərin və heykəlciklərin orijinalları:

- yaşı 100 ildən çox olan

Avtomatik fortepiano daxil olmaqla fortepiano; klavesinlər və digər klavişli simli alətlər:

- istismar olunmuş pianinolar

Digər simli musiqi alətləri (məsələn, gitaralar, skripkalar, arfalar):

- yayla çalınan: skripkalar

- yayla çalınan: digərləri

Yarmarka orqanlarından və mexaniki şarmankalardan başqa, digər nəfəsli musiqi alətləri (məsələn, borulu klavişli orqanlar, akkordeonlar, klarnetlər, trubalar, tuluqzurnaları):

- “mis” nəfəs alətləri

- akkordeonlar və analoji alətlər

- borulu klavişli orqanlar; fisqarmoniyalar və ucuboş metal dilcikli analoji klavişli alətlər

Zərb musiqi alətləri (məsələn, barabanlar, ksilofonlar, sinclər, kastanyetlər, marakaslar)

Səsin elektriklə çıxarıldığı və ya gücləndirildiyi musiqi alətləri (məsələn, orqanlar, gitaralar, akkordeonlar):

- akkordeonlardan başqa, klavişli alətlər: orqanlar

- akkordeonlardan başqa, klavişli alətlər: rəqəmsal fortepiano

- akkordeonlardan başqa, klavişli alətlər: sintezatorlar

- akkordeonlardan başqa, klavişli alətlər: digərləri

Musiqili sandıqçalar, yarmarka orqanları, mexaniki şarmankalar, mexaniki oxuyan quşlar, musiqili mişarlar və bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil olunmayan digər musiqi alətləri; ov heyvanları və quşları çağırmaq üçün hər cür düdüklər və alətlər; fitlər, şeypurlar və digər nəfəsli siqnal alətləri:

- musiqili sandıqçalar

Musiqi alətlərinin hissələri (məsələn, musiqili sandıqçaların mexanizmləri) və ləvazimatları (məsələn, mexaniki alətlər üçün kartlar, disklər və vallar); metronomlar, kamertonlar və səs ucalığı təsbit olunmuş bütün növ trubalar:

- musiqi alətlərinin simləri

- fortepiano hissələri və ləvazimatları

- 9202 mal mövqeyinin musiqi alətlərinin hissələri və ləvazimatları

- 9207 mal mövqeyinin musiqi alətlərinin hissələri və ləvazimatları

- 9205 mal mövqeyinin musiqi alətlərinin hissələri və ləvazimatları

- metronomlar, kamertonlar və səs ucalığı təsbit olunmuş trubalar

- musiqili sandıqçaların mexanizmləri

Ekspozisiyaya verilmiş və aydınlaşdırılmış, səs cığırı ilə və ya səs cığırı olmayan və ya yalnız səs cığırı olan kinolent:

- eni 35 mm və ya daha çox olan: yalnız səs cığırından ibarət olan; neqativ; orta pozitiv; xronikal filmlər

- eni 35 mm və ya daha çox olan: digər pozitiv

- digər: yalnız səs cığırından ibarət olan; neqativ; orta pozitiv; xronikal filmlər

- digər, eni: 10 mm-dən az olan

- digər, eni: 10 mm və ya daha çox olan

Cildlənmiş və ya cildlənməmiş, illüstrasiyalı və ya illüstrasiyasız çap olunmuş və ya əlyazma notlar

37-ci qrupun məmulatlarından başqa, disklərin hazırlanması üçün matrisa və master-disklər daxil olmaqla yazılmış və ya yazılmamış, səsyazma və ya başqa hadisələr üçün disklər, lentlər, enerji asıllığı olmayan məlumatların saxlanılması üçün sərt cismli qurğular, “intellektual kartlar” və digər səsyazma və ya digər hadisələr üçün daşıyıcılar:

- maqnit lentlər; maqnit disklər: maşının oxuya biləcəyi ikili formada yazılmış və manipulyasiya edilə bilən və ya hesablayıcı maşının köməyi ilə istifadəçiyə interaktiv girişi təmin edən, komandaların, məlumatların, səsin və təsvirin canlandırılması üçün

- lazer oxuma sistemləri üçün disklər: yalnız səsin canlandırılması üçün: diametri 6,5 sm-dən çox olmayan

- lazer oxuma sistemləri üçün disklər: yalnız səsin canlandırılması üçün: diametri 6,5 sm-dən çox olan

- lazer oxuma sistemləri üçün disklər: maşının oxuya biləcəyi ikili formada yazılmış, manipulyasiya edilə bilən və ya hesablayıcı maşının köməyi ilə istifadəçiyə interaktiv girişi təmin edən, komandaların, məlumatların, səsin və təsvirin canlandırılması üçün

- lazer oxuma sistemləri üçün disklər: universal rəqəmsal disklər (DVD) (maşının oxuya biləcəyi ikili formada yazılmış, manipulyasiya edilə bilən və ya hesablayıcı maşının köməyi ilə istifadəçiyə interaktiv girişi təmin edən, komandaların, məlumatların, səsin və təsvirin canlandırılması üçün xaric olmaqla)

- lazer oxuma sistemləri üçün disklər: digərləri

Pinbol, bilyard oyunları üçün masalar, kazino oyunları üçün xüsusi masalar və boulinq üçün avtomatik avadanlıq, sikkə, banknot, bank kartları, jeton və ya digər ödəniş vasitələri ilə işə salınan avtomat oyunlar da daxil olmaqla videooyunlar üçün konsollar və avadanlıqlar, masaüstü və ya otaq oyunları:

- 9504 30 yarımmövqeyində göstərilənlərdən başqa, videooyunlar üçün konsollar və avadanlıq

Əllə işlənilən orijinal kimi təqdim edilən arxitektura, mühəndislik, sənaye, kommersiya, topoqrafiya və ya analoji məqsədlər üçün planlar və çertyojlar; əlyazma mətnlər; həssas kağızda fotoreproduksiyalar və yuxarıda adları çəkilən malların surətçıxaran kağız altı surətləri

Mozaikalı və inkrustasiya ilə bəzədilmiş ağac məmulatları; zərgərlik və ya bıçaq və analoji məmulatlar üçün ağac mücrülər və qutular; ağac heykəlciklər və digər dekorativ məmulatlar; 94-cü qrupda göstərilməmiş ağacdan mebel əşyaları:

- mozaikalı və inkrustasiya ilə bəzədilmiş ağac məmulatları

Maşınla və ya əllə toxunmuş parçalar, trikotaj parçalar istisna olmaqla, tül və digər torşəkilli parçalar; 6002-6006 mal mövqelərindəki parçalardan başqa, tikə, lent və ya ayrıca ornament şəklində krujeva:

- əllə toxunmuş krujeva

Hazır və ya tamamlanmamış, belçika, obyüsson, bove və analoji tipli əllə toxunmuş qobelenlər və iynə ilə naxış tikməli qobelenlər (məsələn, sıx naxışlı, xaçşəkilli)

Tikədə, lentlərdə və ya ayrı ornamentlər şəklində naxış tikmələri:

- astar sapları görünməyən naxış tikmələri: qiyməti 35 avro/kq-dan (netto çəkisi) çox olan

- astar sapları görünməyən naxış tikmələri: digərləri

- digər naxış tikmələri: pambıq ipliyindən: qiyməti 17,50 avro/kq-dan (netto çəkisi) çox olan

- digər naxış tikmələri: pambıq ipliyindən: digərləri

- digər naxış tikmələri: kimyəvi saplardan: qiyməti 17,50 avro/kq-dan (netto çəkisi) çox olan

- digər naxış tikmələri: kimyəvi saplardan: digərləri

- digər naxış tikmələri: digər tekstil materiallardan: qiyməti 17,50 avro/kq-dan (netto çəkisi) çox olan

- digər naxış tikmələri: digər tekstil materiallardan: digərləri

6001 mal mövqeyindəki parçalardan başqa, maşınla və ya əllə toxunmuş, eni 30 sm-dən çox olmayan, tərkibində 5 kütlə % və ya daha çox elastomer və ya rezin saplar olan trikotaj parçalar:

- tərkibində 5 kütlə % və ya daha çox elastomer saplar olan, lakin rezin saplar olmayan

6001 və ya 6002 mal mövqeyindəki trikotaj parçalardan başqa, maşınla və ya əllə toxunmuş, eni 30 sm-dən çox olmayan trikotaj parçalar

- yun ipliyindən və ya zərif heyvan tükü ipliyindən

- sintetik saplardan: əriş hörgülü (Raşel) krujeva

- sintetik saplardan: digərləri

6001 mal mövqeyindəki parçalardan başqa, maşınla və ya əllə toxunmuş, eni 30 sm-dən çox olan, tərkibində 5 kütlə % və ya daha çox elastomer və ya rezin saplar olan trikotaj parçalar:

- tərkibində 5 kütlə % və ya daha çox elastomer saplar olan, lakin rezin saplar olmayan

Keramikadan heykəlciklər və digər dekorativ məmulatlar:

- saxsı və ya zərif keramika

Bijuteriyadan başqa, şüşə muncuqlar, mirvarini, qiymətli və ya az qiymətli daşları imitasiya edən məmulatlar və şüşədən kiçik analoji formalar və onlardan məmulatlar; protezlərdən başqa, şüşə gözlər; bijuteriyadan başqa, lehimləmə lampa ilə işlənmiş heykəlciklər və şüşədən hazırlanmış digər dekorativ məmulatlar; diametri 1 mm-dən çox olmayan şüşə mikrokürələri:

- bijuteriyadan başqa, lehimləmə lampa ilə işlənmiş heykəlciklər və şüşədən hazırlanmış digər dekorativ məmulatlar

Zərgərlik məmulatları və onların qiymətli metallardan və ya üzərinə qiymətli metallar çəkilmiş metallardan olan hissələri:

- qalvanik örtüyü olan və ya olmayan, üzərinə digər qiymətli metallar çəkilmiş və ya çəkilməmiş gümüşdən

- qalvanik örtüyü olan və ya olmayan, üzərinə qiymətli metallar çəkilmiş və ya çəkilməmiş digər qiymətli metallardan

- üzərinə qiymətli metallar çəkilmiş qiymətsiz metallardan

Qızıl və ya gümüş ustalarının məmulatları və onların qiymətli metallardan və ya üzərinə qiymətli metallar çəkilmiş metallardan hissələri:

- qalvanik örtüyü olan və ya olmayan, üzərinə digər qiymətli metallar çəkilmiş və ya çəkilməmiş gümüşdən

- qalvanik örtüyü olan və ya olmayan, üzərinə qiymətli metallar çəkilmiş və ya çəkilməmiş digər qiymətli metallardan

- üzərinə qiymətli metallar çəkilmiş qiymətsiz metallardan

Təbii və ya becərilmiş mirvaridən, qiymətli və ya azqiymətli daşlardan (təbii, süni və ya rekonstruksiya olunmuş) məmulatlar:

- təbii və ya becərilmiş mirvaridən

- qiymətli və ya azqiymətli daşlardan (təbii, süni və ya rekonstruksiya olunmuş): təbii qiymətli və ya azqiymətli daşlardan boyunbağılar, qolbaqlar və digər məmulatlar, sadəcə ilgəksiz düzülmüş və ya digər ləvazimatsız

- qiymətli və ya azqiymətli daşlardan (təbii, süni və ya rekonstruksiya olunmuş): digərləri

Emal olunmuş və oyma üçün yararlı fil sümüyü, sümük, tısbağa qını sümüyü, buynuz, maral buynuzu, mərcanlar, sədəf, digər heyvan mənşəli materiallar və bu materiallardan məmulatlar (qəlibləmə yolu ilə alınan məmulatlar daxil olmaqla):

- emal olunmuş fil sümüyü və onun məmulatları

*Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” üzrə

Audiovizual və əlaqəli məhsulların təkrar istehsalı və/və ya yayılması üçün lisenziyalar

Audiovizual məhsulların təkrar istehsalı və/və ya yayılması üçün lisenziyalar

Digər məhsulların çoxaldılması və/və ya yayılması üçün lisenziyalar

İnformasiya xidmətləri

Xəbər agentliyi xidmətləri

Digər informasiya xidmətləri

Reklam, bazar araşdırması və ictimai rəy sorğusu xidmətləri

Audiovizual fəaliyyət və əlaqəli xidmətlər

Audiovizual xidmətlər

İncəsənətlə əlaqəli xidmətlər

Mədəni irs və rekreasiya xidmətləri

*Genişləndirilmiş Tədiyyə Balansı Xidmət Təsnifatına (“Extended Balance of Payments Service Classification” - “EBOPS 2010”) uyğun olaraq.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver