AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ KOLLEGİYASININ QƏRARI
“Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyası
1. “Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.
Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin rəisi
III dərəcəli dövlət miqrasiya
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının 2014-cü il 09 dekabr tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmişdir
1.1. Elektron xidmətin adı: Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) və ya müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsini əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 44-50, 54.11 və 54.11-1-ci maddələri;
1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndi;
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 33.2-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Xidmət).
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətə.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) və ya müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi.
2.1. Elektron xidmətin növü: interaktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli.
2.2.1. Xidmət üzrə ödənişin əsası: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli 223-IIQ nömrəli Qanununun 14.8.1-14.8.3-cü maddələrinə əsasən:
2.2.1.1. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
2.2.1.1.1. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək 40 manat, 6 ayadək 80 manat, 1 ilədək 160 manat, 1 il 6 ayadək 240 manat, 2 ilədək 320 manat, 2 il 6 ayadək 400 manat, 3 ilədək 480 manat məbləğində;
2.2.1.1.2. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək 30 manat, 6 ayadək 60 manat, 1 ilədək 120 manat, 1 il 6 ayadək 180 manat, 2 ilədək 240 manat, 2 il 6 ayadək 300 manat, 3 ilədək 360 manat məbləğində;
2.2.1.2. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
2.2.1.2.1. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək 25 manat, 6 ayadək 50 manat, 1 ilədək 100 manat, 1 il 6 ayadək 150 manat, 2 ilədək 200 manat, 2 il 6 ayadək 250 manat, 3 ilədək 300 manat məbləğində;
2.2.1.2.2. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək 15 manat, 6 ayadək 30 manat, 1 ilədək 60 manat, 1 il 6 ayadək 90 manat, 2 ilədək 120 manat, 2 il 6 ayadək 150 manat, 3 ilədək 180 manat məbləğində;
2.2.1.3. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə ümumtəhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
2.2.1.3.1. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 1 illik 60 manat, 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 120 manat məbləğində;
2.2.1.3.2. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 1 illik 40 manat, 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 80 manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir.
2.2.2. Dövlət rüsumunun ödənilməli olduğu hesab:
2.2.2.1. Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
2.2.2.2. Kod: 210 005
2.2.2.3. VÖEN: 140 155 5071
2.2.2.4. m/h: AZ41NABZ01360100000000003944
2.2.2.5. S.W.I.F.T. BİK: CTREAZ22
2.2.2.6. Alan müştəri: Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamenti
2.2.2.7. Hesab: AZ17CTRE00000000000002117131
2.2.2.8. VÖEN: 1602473621
2.2.2.9. Büdcə təsnifatının kodu: 142233
2.2.2.10. Büdcə səviyyəsinin kodu: 1
2.2.3. Ödəmə üsulları - bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet-ödəmə vasitəsi ilə.
2.3. Elektron xidmətin istifadəçiləri: əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://az.e.migration.gov.az/Az%C9%99rbaycan+Respublikas%C4%B1nda+m%C3%BCv%C9%99qq%C9%99ti+ya%C5%9Famaq+%C3%BC%C3%A7%C3%BCn+icaz%C9%99+al%C4%B1nmas%C4%B1/s/469.
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. İnternet ünvanı: http://az.e.migration.gov.az/;
2.5.2. Elektron poçt: info@migration.gov.az;
2.5.3. Telefon: (+99412) 919.
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən ərizə-anketə (1 nömrəli Əlavə) aşağıdakılar əlavə olunur və 2.6.1.2 - 2.6.1.10-cu yarımbəndlərdə qeyd olunan sənədlərin surətləri elektron formada təqdim edilir:
2.6.1.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma, müvəqqəti və ya daimi yaşama hüququ verən sənədin seriya və nömrəsi;
2.6.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);
2.6.1.3. doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün);
2.6.1.4. müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd;
2.6.1.4-1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.1-ci və 45.1.5-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi;
2.6.1.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 30 iyun tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yoluxucu xəstəliklərin siyahısı”nda nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış;
2.6.1.6. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti;
2.6.1.7. 3,5x4,5 sm ölçüdə fotoşəkil;
2.6.1.8. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
2.6.1.9. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
2.6.1.10. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla).
2.6.1-1. Daimi yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtinaya səbəb olan hal aradan qalxmazsa və bu hal müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina üçün əsas deyildirsə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) ilə bağlı Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 54.11-ci maddəsində nəzərdə tutulan müddətdə bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilən ərizə-anket əlavə olunmaqla müraciət edə bilərlər.
2.6.2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir. Bu reqlamentin 1.7-ci bəndində nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə müvəqqəti yaşama icazəsi ləğv edilir.
2.6.2-1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.10-1-ci və 45.1.10-2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvəqqəti yaşama icazəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi tələb olunmur.
2.6.2-2. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulan müraciətlər zamanı şəxsdən Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin seriya və nömrəsi tələb edilmir.
2.6.2-3. İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə cinayət təqibi orqanının vəsatəti əsasında verilir. Bu halda bu reqlamentin 2.6.1.1-ci, 2.6.1.4-cü, 2.6.1.8-ci, 2.6.1.9-cu və 2.6.1.10-cu yarımbəndlərində göstərilən sənədlərin təqdim edilməsi tələb olunmur. Həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatı cinayət təqibi orqanının yerləşdiyi ünvan üzrə aparılır.
2.6.3. İstifadəçi Xidmətə gəldikdə bu reqlamentin 2.6.1.3-cü, 2.6.1.4-cü və 2.6.1.4-1-ci yarımbəndində qeyd olunan sənədlərin əslini təqdim etməlidir.
2.6.4. İstifadəçi Xidmətə gəldikdə bu reqlamentin 2.6.1.2-ci, 2.6.1.8-ci, 2.6.1.10-cu yarımbəndlərində göstərilən sənədlərin əslini təqdim edir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.5.1-ci yarımbəndində göstərilən internet ünvanına daxil olaraq “İş masası” sətrindən “Qeydiyyat” düyməsini sıxır. Açılmış pəncərədə qeydiyyat formasına müvafiq məlumatları daxil edir və pəncərənin sonunda “Qeydiyyat” düyməsini sıxmaqla istifadəçinin elektron poçt ünvanına məlumatların doğruluğunun təsdiq edilməsi üçün keçid göndərilir. İstifadəçi həmin keçidə daxil olur və “Müraciətlər” sətrindən “Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması)” bölməsinə daxil olaraq “Onlayn Müraciət” düyməsini sıxır. Açılmış pəncərədə ərizə-anket formasını elektron xidmətin təqdim edildiyi internet ünvanından yükləyərək doldurur və bu reqlamentin 2.6.1-ci yarımbəndində tələb olunan sənədlərin skan edilmiş surətləri ilə birlikdə Xidmətə elektron formada təqdim edir.
3.1.2. Sorğunun qəbulu: Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
3.2.1.1. İstifadəçi tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıqlar (ərizə-anket formasının tam və ya düzgün doldurulmaması, bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması, reqlamentin 2.6.1-1-ci və 2.6.2-1 - 2.6.2-3-cü yarımbəndlərində göstərilən hallar istisna olmaqla) aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbi barədə istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.
3.2.1.2. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün Xidmətin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
3.3.1.1. Sorğunun qeydiyyata alınması;
3.3.1.2. Sorğuya baxılması;
3.3.1.3. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsinin alınması üçün müraciət etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əl-barmaq izlərinin götürülməsi;
3.3.1.4. Sənədlərin rəy verilməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə göndərilməsi;
3.3.1.5. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən rəy verilməsi;
3.3.1.6. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) və ya müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi haqqında qərarın qəbul olunması;
3.3.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin doldurulması, çap edilməsi və əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edilməsi;
3.3.1.8. Bu Reqlamentin 3.3.1.1-ci yarımbəndində qeyd olunan inzibati əməliyyatın yerinə yetirilməsinə görə Xidmətin Katibliyi, 3.3.1.2 - 3.3.1.4-cü yarımbəndlərində qeyd olunan inzibati əməliyyatların yerinə yetirilməsinə görə Xidmətin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin Müvəqqəti olma və müvəqqəti yaşama icazələrinin verilməsi şöbəsi (bundan sonra – Şöbə), 3.3.1.7-ci yarımbəndində qeyd olunan inzibati əməliyyatın yerinə yetirilməsinə görə həmin baş idarənin İcazə vəsiqələrinin verilməsi bölməsi (bundan sonra – Bölmə) məsuliyyət daşıyır.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:
3.3.2.1. Sorğu qəbul edildikdən sonra Xidmətin Katibliyində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün şöbəyə təqdim edilir.
3.3.2.2. Sənədlərə şöbədə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna bildiriş göndərilir.
3.3.2.3. İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir. Sorğunun icraçısı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anketin düzgün doldurulmasını yoxlayır və öz imzası ilə təsdiq edərək, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsinin alınması üçün müraciət etmiş şəxslərin əl-barmaq izlərinin götürülməsi üçün (15 yaşınadək uşaqlar, bu reqlamentin 2.6.1-1-ci yarımbəndində göstərilən hal istisna olmaqla) müvəqqəti yaşamaq icazəsini verən Xidmətə gəlməsi məqsədilə təyin edilmiş tarix, vaxt və yerə dair onun elektron poçtuna məlumat göndərir.
3.3.2.4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əl-barmaq izləri götürüldükdən sonra şöbənin məsul əməkdaşı ərizə-anketdə göstərilən məlumatları optik oxuyucu və (və ya) klaviatura vasitəsilə, əl-barmaq izlərini isə müvafiq xüsusi skanerlər vasitəsilə həmin gün vahid miqrasiya məlumat sisteminin (bundan sonra — “Sistem”) “Əcnəbilər” və “Vətəndaşlığı olmayan şəxslər” informasiya resurslarına daxil edir. Sistemə daxil edilmiş məlumatlar elektron sənəd formasında onu daxil edən əməkdaşın gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.
3.3.2.5. Şöbə təqdim olunmuş sənədləri rəy verilməsi üçün elektron formada Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə göndərir.
3.3.2.6. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti 10 iş günü ərzində daxil olmuş sənədlərlə bağlı yoxlama apardıqdan sonra rəy verir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən 10 iş günü ərzində müvafiq rəy bildirilmədikdə, bu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə (müddətinin uzadılmasına) etiraz olunmadığı kimi qəbul edilir.
3.3.2.7. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina olunduqda bu barədə onların elektron poçtuna əsaslandırılmış məlumat göndərilir.
3.3.2.8. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) ilə bağlı müraciəti müsbət həll edildikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) haqqında qərar qəbul edilir və 2.6.1.1 - 2.6.1.10-cu yarımbəndlərdə qeyd olunan sənədlərlə birlikdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin hazırlanması üçün Bölməyə göndərilir.
3.3.2.9. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin fərdi qaydada doldurulması “Əcnəbilər” və “Vətəndaşlığı olmayan şəxslər” informasiya resurslarında Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd, qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd), müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə qərar və pasport üzrə toplanılmış məlumatlar əsasında Bölmə tərəfindən həyata keçirilir (bu reqlamentin 2.6.2-3-cü yarımbəndində göstərilənlər nəzərə alınmaqla). Bu zaman məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində doldurulur.
3.3.2.10. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin çap edilməsini və onlara təqdim edilməsini Bölmə həyata keçirir.
3.3.2.11. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) ilə bağlı müraciətlərə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəyi (bu reqlamentin 2.6.1-1-ci yarımbəndində göstərilən hal istisna olmaqla) nəzərə alınmaqla, “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır.
Qeyd: Bu reqlamentin 2.6.1-1-ci yarımbəndində göstərilən halda müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) ilə bağlı müraciət etmiş əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə münasibətdə bu reqlamentin 3.3.1.3-3.3.1.5 və 3.3.2.4-3.3.2.6-cı yarımbəndləri şamil edilmir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti.
3.3.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Sorğu qeydiyyata alındığı tarixdən bu reqlamentin 1.7-ci bəndində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin nəticəsi, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verildiyi halda isə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinin tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçtuna məlumat göndərilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Xidmət həyata keçirir.
3.4.1. Nəzarətin forması:
3.4.1.1. Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi;
3.4.1.2. Kargüzarlıq.
3.4.2. Nəzarətin qaydası:
3.4.2.1. Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.
3.4.2.2. Kargüzarlıq nəzarəti Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada həyata keçirilir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətlərin göstərilməsinə görə Xidmətin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi məsuliyyət daşıyır.
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati və məhkəmə qaydasında şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati qaydada verilən şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. İnzibati aktlardan məhkəmə qaydasında verilən şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45-ci və 46-cı maddələrinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır. İnzibati aktlardan məhkəmə qaydasında verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
“Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə 1 nömrəli Əlavə
Xahiş edirəm, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınmasına və ya müddətinin uzadılmasına dair müraciətimə baxasınız.
(Hereby I am asking you to consider my application on obtaining permit for temporary residence in the territory of the Republic of Azerbaijan or on extension of its period)
1. Soyadınız, adınız və atanızın adı
(Surname, name and patronymic)
2. Soyadınız və ya adınız dəyişibsə, dəyişdirilmənin səbəbləri, habelə istifadə dövrü
(If surname or name has been changed, please indicate reasons for its change, as well as its period of use)
2.1. əvvəlki soyadınız və ya adınız
(previous surname or name)
2.3. dəyişdirilmənin səbəbləri
3. Doğulduğunuz tarix (gün, ay, il)
(Date of birth (day, month, year)
6. Ailə vəziyyətiniz (nikahda, dul, subay)
(Marital status (married, widowed, single)
7. Vətəndaşlıq mənsubiyyətiniz
8. Pasportunuzun və ya digər sərhədkeçmə sənədinizin (pasportu olmayan 18 yaşına çatmamış şəxsə münasibətdə doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin)
(Passport or other border crossing document (birth certificate or other document equal to it for persons under the age of 18 and not holding a passport)
8.2. seriyası və nömrəsi
8.3. verilmə tarixi (gün, ay, il)
(date of issue (day, month, year)
8.4. etibarlılıq müddəti (gün, ay, il)
(date of expiry (day, month, year)
9. Əvvəllər başqa ölkənin (ölkələrin) vətəndaşı olmusunuzmu
(Have you ever, held any other citizenship or citizenships) bəli/yes xeyr/no
9.1. vətəndaşı olduğunuz ölkənin adı
(country of your previous citizenship)
9.3. hansı yolla qəbul edilmisiniz
(way of admission to the citizenship)
9.4. vətəndaşlıqdan çıxmağınızın səbəbi
(reasons for revocation)
10. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istədiyiniz müddət
(Intended period for temporary residence in the territory of the Republic of Azerbaijan)
10-1. Hazırkı müraciətinizə baxılması üçün seçdiyiniz müddət (müraciətin nəticəsinin vaxtında əldə olunmaması seçilmiş müddətə görə ödənilməsi nəzərdə tutulan dövlət rüsumunun məbləğinə təsir göstərmir)
Period selected for consideration of your current application (failure to obtain the outcome of the application in time does not affect the amount of the state fee to be paid for the selected period)
11. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi hallardan hansı mövcuddur
(Cases for issuance of a permit for temporary residence in the territory of the Republic of Azerbaijan)
11.1. Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq (ata, ana, ər (arvad), övlad, qardaş, bacı və onların övladları, baba, nənə, babanın (nənənin) atası və anası, nəvə, qayınata, qayınana, qayın, baldız) münasibətlərində olduqda
(family relationship with the citizen of the Republic of Azerbaijan (father, mother, spouse (wife), children, brother, sister and their children, grandfather, grandmother, the father and mother of the grandfather (grandmother), grandchild, mother-in-law; father-in-law. brother-in-law and sister-in-law)
11.2. Azərbaycan Respublikasının iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda
(to make investment in the amount of at least 500.000 manats in the economy of the country)
11.3. Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda
(to possess real estate which is worth at least 100.000 manats on the territory of the Republic of Azerbaijan )
11.3-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda
(to deposit money in the amount of at least 100.000 manats in the banks functioning in the Republic of Azerbaijan on the basis of a term deposit agreement)
11.4. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda
(to be highly qualified specialist in the spheres of economy, industry, defense, science, culture, sports, etc.)
11.4-1. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi kateqoriyaya aid mütəxəssis olduqda
(A specialist in one of the categories established by the President of the Azerbaijan Republic who has been invited by citizens of the Azerbaijan Republic or legal entities of the Azerbaijan Republic in order to work or provide services in one of the fields of activity determined by the President of the Azerbaijan Republic)
11.5. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda
(to be family member of foreigners and stateless persons temporarily or permanently residing on the territory of the Republic of Azerbaijan)
11.6. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda
(to hold position of the head or deputy head in the branch or representations of a foreign juridical person in the Republic of Azerbaijan)
11.6-1. Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda
(To hold a post as head and or deputy head of a legal entity established in the Azerbaijan Republic, of which the founde or at leastone of the founders is a foreign legal entity or physical person)
11.7. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda
(to engage in entrepreneurship activity in the Republic of Azerbaijan)
11.7-1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64.0.6-cı, 64.0.6-1-ci, 64.0.7-ci, 64.0.9-cu, 64.0.10-cu, 64.0.11-ci və 64.0.17-ci maddələrində nəzərdə tutulan hallarda, yəni:
(in cases set out in Articles 64.0.6, 64.0.6-1, 64.0.7, 64.0.9, 64.0.10, 64.0.11 and 64.0.17 of the Migration Code of the Republic of Azerbaijan, mainly:)
11.7-1.1. Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən işə cəlb edildikdə
(to be recruited by the President of the Republic of Azerbaijan or Cabinet of Ministers of the Republic of Azerbaijan)
11.7-1.2. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçu və ya mütəxəssis olduqda
(to be a military serviceman or expert invited to serve or work for the Armed Forces of the Republic of Azerbaijan)
11.7-1.3. kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşı olduqda
(to be an accredited employee of the mass media in the Republic of Azerbaijan)
11.7-1.4. dənizçi olduqda
11.7-1.5. ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyəti və ya mühazirəçi olduqda
(to be a professor, teacher or lecturer invited to deliver lectures at higher education institutions)
11.7-1.6. incəsənət işçisi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçi və ya idmançı olduqda
(to be an art worker, coach or athlete invited to work for sport clubs officially registered by the Ministry of Justice of the Republic of Azerbaijan)
11.7-1.7. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunduqda
(to be involved in labor activity in cases specified by the President of the Republic of Azerbaijan)
11.8. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi aldıqda
(to obtain work permit for carrying out paid labor activity on the territory of the Republic of Azerbaijan)
11.9. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda
(to get full-time education in the institutions higher and technical school and to get education at secondary schools in the Republic of Azerbaijan)
11.10. dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda
(to carry out professional religious activity at officially registered religious institutions)
11.10-1. insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda
(to be considered a victim of human trafficking)
11.10-2. cinayət təqibi orqanlarına yardım göstərdikdə
(to assist criminal investigation bodies)
11.11. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsasları olduqda
(in case there are grounds envisaged by the international agreements of the Republic of Azerbaijan)
12. Əvvəl Azərbaycan Respublikasında nə vaxt olmusunuz və gəlişinizin məqsədi
(Your previous visit to the Republic of Azerbaijan and purpose of your visit)
13. Cinayət törətdiyinizə görə məhkum olunmusunuzmu və ya miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi
(Have you ever been convicted of any crime or involved into administrative liability for violation of the requirements of migration legislation)
13.3 hansı orqan tərəfindən
14. Ailə üzvləri (əgər vəsatət Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibəti olduğuna görə verilərsə, əlavə olaraq həmin yaxın qohum barədə)
(Family members (in addition, if the application submitted on the ground of family ties with tie citizen of the Republic of Azerbaijan, information about close relative)
14.1. qohumluq dərəcələri
14.2. soyadı, adı və atasının adı
(surname, name and patronymic)
14.3. doğum tarixi və yeri
(date and place of birth)
(residential address)
15. Müraciət şəxsin qanunvericiliyə müvafiq qanuni nümayəndəsi tərəfindən edilərsə, onun
(In case the application is submitted by legal representative. Information about him/her)
15.1. soyadı, adı və atasının adı
(surname, name and patronymic)
15.2. doğum tarixi və yeri
(date and place of birth)
(residential address)
15.6. şəxsiyyətini təsdiq edən sənədinin seriyası və nömrəsi
(series and number of identification document)
16. Hazırda yaşadığınız ünvan
(Present residential address)
17. Telefon nömrəniz (ev, mobil, iş) və elektron poçt ünvanınız
(Phone number (home, mobile, work) and e-mail address)
18. Ərizəyə əlavə edilən sənədləri sadalayın
(List of attached documents)
19. Mən xəbərdar edilmişəm:
1. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədilə saxta sənədlərin və ya yalan məlumatların təqdim edilməsi Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməməsinə (müddətinin uzadılmamasına), verilmiş icazənin isə ləğv edilməsinə səbəb olur.
2. Bu ərizə-anketin 10-1-ci hissəsində nəzərdə tutulan müddətin sonuncu günündən 30 (otuz) gün ərzində dövlət rüsumu ödənilmədikdə, müvəqqəti yaşama icazəsi ləğv edilir.
Submission of fraudulent documents or falsified information for the purpose of obtaining permit for temporary residence in the Republic of Azerbaijan shall result in rejection of issuance (extension) of temporary residence permit or cancellation of previously issued permit.
Temporary residence permit is cancelled, if the state fee is not paid within 30 days from the last day of the period indicated in part 10-1 of this application form.
«____» __________________ 20___ il
İmza (Signature) ______________
Xidməti qeydlər (sənədləri qəbul edən orqan tərəfindən doldurulur)
(Official notes (for official use only)
Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi, ərizə-anketin düzgün doldurulmasını yoxladı
(Application form and the attached documents received by and accuracy of filling out of the application form checked by)
______________________________________________________________________________
1. 23 iyul 2015-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201507230019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2015-ci il)
2. 6 oktyabr 2015-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510060023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2015-ci il)
3. 10 noyabr 2015-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511100026, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 noyabr 2015-ci il)
4. 25 avqust 2016-cı il tarixli 12 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201608250012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 sentyabr 2016-cı il)
5 oktyabr 2016-cı il tarixli 16 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201610050016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 oktyabr 2016-cı il)
20 iyul 2017-ci il tarixli 20 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201707200020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 iyul 2017-ci il)
26 sentyabr 2017-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il)
06 dekabr 2017-ci il tarixli 24 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712060024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2017-ci il)
9. 8 noyabr 2018-ci il tarixli 07 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201811080007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 noyabr 2018-ci il)
10. 07 noyabr 2019-cu il tarixli 03 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201911070003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 noyabr 2019-cu il)
11. 3 mart 2020-ci il tarixli 02 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202003030002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 mart 2020-ci il)