“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ov obyektinə aid edilmiş vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılması qaydası”, “Ovçular cəmiyyətlərinin ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsində iştirak etməsi qaydası”, “Dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması qaydası”, “Ayrı-ayrı yırtıcı heyvan növlərinin vurulması qaydası”, “Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydası”, “Ov etmək üçün icazənin verilməsi qaydası”, “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi qaydası” və “Azərbaycan Respublikasının ərazisində ovçuluq fəaliyyətini həyata keçirmək üçün istifadə edilən ov alətlərinin növü və istifadəsi qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 30 sentyabr 2004-cü il
1.1. Bu qayda “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanına əsasən hazırlanmışdır və ov obyektinə aid edilmiş vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılması qaydasını müəyyən edir.
1.2. Ov obyektinə aid edilmiş vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilməsi məqsədilə tutulması “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir.
2.1. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq ov obyektinə aid edilmiş vəhşi heyvanların yetişdirilməsi ilə bağlı təsərrüfat subyektlərinin vəzifələri aşağıdakılardır:
2.1.1. heyvanlara təbiətdə yaşadığı biotopa uyğun şərait yaratmaq;
2.1.2. heyvanları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən yem məhsulları ilə təmin etmək;
2.1.3. heyvanların yaşına və cinsinə uyğun istifadə dərəcəsini tənzimləmək, onları baytarlıq və zootexniki xidmətlə təmin etmək;
2.1.4. heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (bundan sonra – Nazirlik) məlumat vermək, xəstəliklərin profilaktikası və ləğvi üzrə kompleks tədbirlər həyata keçirmək;
2.1.5. nəsilartırma və çoxalma dövrlərində heyvanların bioloji xüsusiyyətlərini nəzərə almaq;
2.1.6. heyvanların il ərzində təbiətdə olan fəallıq və yuxu dövrlərini gözləmək;
2.1.7. heyvanların təbiətdə olan cinsiyyət nisbətini və artım sürətini nəzərə almaq;
2.1.8. heyvanlarla təmasda olduqda, yaşayış yerlərini dəyişdikdə, təhlükəsizlik qaydalarına və normalarına əməl etmək;
2.1.9. heyvanlarla heyvanlar aləmindən istifadənin humanist prinsiplərinə uyğun rəftar etmək;
2.1.10. yem məhsulları saxlanılan yerlərdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl etmək;
2.1.11. heyvanların təbii birliklərinin bütövlüyünü pozmayan və istifadəsinə icazə verilməyən heyvan növlərinin qorunmasını təmin edən üsullarla heyvanlar aləmindən istifadə etmək;
2.1.12. heyvan növləri saxlanılan və artırılan bütün obyektlərə, heyvanlar aləminin mühafizəsinə, istifadəsinə dövlət nəzarətini həyata keçirən Nazirliyin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrini maneəsiz buraxmaq, onların qanuni tələblərini və qərarlarını vaxtlı-vaxtında yerinə yetirmək;
2.1.13. heyvanlar aləminin obyektlərindən səmərəli istifadə etmək, heyvanların yaşayış mühitinin xüsusi fəaliyyət nəticəsində ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək, istehsalat proseslərini həyata keçirərkən təbiəti mühafizə qaydalarına riayət etmək;
2.1.14. ovçuluq təsərrüfatlarına bitişik ərazilərin hüdudlarında heyvanlar aləmi obyektlərinin mühafizəsini həyata keçirmək, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş və xüsusi mühafizə olunan heyvan növlərinin mühafizəsi rejiminə əməl etmək;
2.1.15. heyvanlar aləminin yaşayış şəraitinin pisləşdiyi hallarda nəsilartırma qabiliyyəti aşağı düşdükdə və heyvanların məhv olması təhlükəsi yarandıqda, heyvanlara və onların yaşayış mühitinə zərərli təsirin qarşısını almaq üçün preventiv tədbirlər görmək;
2.1.16. dövlət ekoloji ekspertizasının müsbət rəyləri olmadan heyvanlar aləminin məskunlaşdığı ərazilərdə mikroorqanizmlərin yeni ştamlarının, bioloji aktiv maddələrin yaradılmasına, genetik dəyişilmiş orqanizmlərin yetişdirilməsinə və başqa biotexnoloji məhsulların istehsalına yol verməmək;
2.1.17. heyvanların yaşadığı və qidalandığı ərazilərdə müəyyən edilmiş ekoloji təhlükəsizlik qaydalarına əməl etmək;
2.1.18. heyvanların yaşayış mühitini, miqrasiya yollarını, qışlama yerlərini, nəsilartırma və çoxalma şəraitini qorumaq;
2.1.19. Nazirliyin razılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi cəhətdən əsaslandırılmış rəyi olmadan Azərbaycan Respublikasının faunası üçün yeni olan heyvan növlərinin iqlimə uyğunlaşdırılmasına, artırılmasına və damazlıq bazasının yaradılmasına imkan verməmək;
2.1.20. heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
3.1. Təsərrüfat subyektləri tərəfindən hər bir ov obyektinə aid edilmiş vəhşi heyvan növü üzrə müəyyən yaş dövründə onların həmin təsərrüfatların ərazilərinə buraxılması və müvafiq qaydada ilkin uçotun aparılması Nazirlik yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin (bundan sonra – Xidmət) və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aidiyyəti elmi müəssisəsinin və təşkilatlarının alim və mütəxəssislərinin razılığı və iştirakı ilə həyata keçirilir.
3.2. Ov obyektinə aid edilmiş vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən ov yerlərinə buraxılması barədə Xidmətə yazılı və ya elektron ərizə vasitəsilə müraciət edilir.
3.3. Təsərrüfat subyektləri tərəfindən təqdim edilən ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
3.3.1. təsərrüfat subyektinin müraciət etdiyi inzibati orqanın adı;
3.3.2. təsərrüfat subyekti fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar və fiziki şəxsin imzası;
3.3.3. təsərrüfat subyekti hüquqi şəxs olduqda onun adı və hüquqi ünvanı, hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;
3.3.4. ərizənin tərtib edildiyi tarix;
3.3.5. vəhşi heyvanın növü və sayı;
3.3.6. vəhşi heyvanın buraxılacağı ov yeri;
3.3.7. vəhşi heyvanın təbiətə buraxılacağı vaxt.
3.4. Xidmətdə ərizə qeydə alınmaqla qəbul edilir.
3.5. Ərizəyə qeydə alınma tarixindən başlayaraq 15 (on beş) iş günü müddətində baxılır və cavab verilir.
3.6. Ov obyektinə aid edilmiş vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən ov yerlərinə buraxılması Xidmətin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aidiyyəti elmi müəssisəsinin və təşkilatlarının nümayəndəsinin iştirakı ilə həyata keçirilir və nəticəsi barədə müvafiq akt tərtib edilir.
3.7. Ov obyektinə aid edilmiş vəhşi heyvanların populyasiya quruluşunun (yaş və cinsiyyət tərkibinin), çoxalma və ov mövsümündə yararsız faizi elmi-tədqiqat müəssisələri tərəfindən aparılan tədqiqat işlərinin nəticəsi nəzərə alınmaqla müəyyən edilir.
Bu qayda “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanına əsasən hazırlanmışdır və ovçular cəmiyyətlərinin ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsində iştirak etməsi qaydasını müəyyən edir.
2.1. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə uyğun olaraq ovçular cəmiyyətlərinin ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsində vəzifələri aşağıdakılardır:
2.1.1. ovçuluq təsərrüfatlarının mühafizəsi və istifadəsi üzrə müəyyən olunmuş qaydalara əməl etmək;
2.1.2. vəhşi heyvanların sayca artması və ov obyektinə aid edilmiş vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılması üçün şərait yaradılmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşmasına yönəldilən tədbirlər həyata keçirmək;
2.1.3. ovçuluq təsərrüfatlarında vəhşi heyvanların ayrı-ayrı növlərinin sayının və istifadəsinin ilkin uçotunun aparılmasını təşkil etmək və bu barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (bundan sonra – Nazirlik) məlumat vermək;
2.1.4. ovçuları müəyyən edilmiş normativ əsasında ov silahı üçün sursat ilə təmin etmək;
2.1.5. təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş ovçuluq təsərrüfatlarını bərpa etmək;
2.1.6. onlara təhkim olunmuş ərazilərdə brakonyerliyin qarşısını almaq üçün tədbirlər görmək;
2.1.7. heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.
2.2. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq ovçular cəmiyyətlərinin ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsində hüquqları aşağıdakılardır:
2.2.1. ovçuluq sahəsində dövlət proqramlarının, ovçuluq təsərrüfatlarının inkişafı və yerləşdirilməsi sxemlərinin hazırlanmasında iştirak etmək;
2.2.2. ovçuluq sahəsində normativ hüquqi aktların qəbul edilməsinə və ovçuluq təsərrüfatlarında vəhşi heyvanlardan istifadə limitlərinə dair Nazirliyə təkliflər vermək;
2.2.3. ovçuluq təsərrüfatının beynəlxalq standartlara uyğun təşkil edilməsi və respublika və ya yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının təşkili və ləğv edilməsi barədə Nazirliyə təkliflər vermək;
2.2.4. ovçuluq təsərrüfatlarında ovçuluğu təşkil etmək;
2.2.5. ovçuları cəmiyyətə üzv qəbul etmək və üzv olması barədə onlara üzvlük bileti vermək;
2.2.6. hər il üçün ovçular cəmiyyətinə üzv olan ovçulardan üzvlük haqqının vaxtında ödənilməsini tələb etmək;
2.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada ov silahı, atıcılıq sursatı, ovçuluq-balıqçılıq ləvazimatı, idman inventarı və digər ovçuluq əşyalarının satışını təşkil etmək;
2.2.8. həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov alətlərinin (ov silahı və onun üçün sursat istisna olmaqla) istehsalını təşkil etmək;
2.2.9. ovçuluq təsərrüfatlarının işinin təkmilləşdirilməsi, bu sahədə təcrübənin artırılması məqsədilə seminar-treninqlərin və digər tədbirlərin keçirilməsini təşkil etmək;
2.2.10. ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsi istiqamətində beynəlxalq və qabaqcıl təcrübələrin mediada təbliğ edilməsi işində iştirak etmək;
2.2.11. ovçuluq təsərrüfatında vəhşi heyvanların təbii və süni artmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşmasına yönəldilən kompleks tədbirlərdə iştirak etmək;
2.2.12. ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında heyvanlar aləmi obyektlərindən istifadə üzrə müəyyən olunmuş qaydalara, normalara, limitlərə və müddətlərə əməl edilməsində iştirak etmək;
2.2.13. ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında vəhşi heyvanların yaşadıqları ərazilərdə həyat tərzlərinin sabitliyini pozmayan və ovlanmasına icazə verilməyən heyvan növlərinin qorunmasını təmin edən üsulların tətbiqində iştirak etmək;
2.2.14. ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında vəhşi heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, məhv olma təhlükəsi yarandıqda və tələf olması hallarında xəstəliklərin profilaktikası və ləğvi üzrə keçirilən kompleks tədbirlərdə iştirak etmək;
2.2.15. ovçuluq təsərrüfatında sərhəd nişanlarının qoyulması, nəzarət-buraxılış məntəqələrinin yaradılması və işinin müvafiq qaydada təşkil edilməsinə dair təkliflər vermək;
2.2.16. ovçuluq təsərrüfatında vəhşi heyvanların sayının və istifadəsinin ilkin uçotunun aparılmasında, onların vəziyyətlərinin və yaşayış yerlərinin xüsusiyyətlərinin öyrənilməsində iştirak etmək;
2.2.17. ovçuluq təsərrüfatlarında biotexniki tədbirlərin və təbii bərpa işlərinin həyata keçirilməsinə dair təkliflər vermək və onun həyata keçirilməsində iştirak etmək;
2.2.18. heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər hüquqları həyata keçirmək.
1.1. Bu qayda “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanına əsasən hazırlanmışdır və dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması qaydasını müəyyən edir.
1.2. Dövlət ovçuluq kadastrı ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının statusu, onların coğrafi mövqeyi və sərhədləri, həmin ərazilərin və obyektlərin mühafizə rejimi, istifadəçiləri, ekoloji, elmi, iqtisadi, tarixi və mədəni əhəmiyyəti barədə zəruri məlumatların məcmusudur.
1.4. Dövlət ovçuluq kadastrı respublikanın təbii sərvətlərinə aid digər kadastrlara uyğun və əlaqələndirmə prinsipi əsasında formalaşır və aparılır.
1.5. Dövlət ovçuluq kadastrı həmin ərazilərdə və onların mühafizə zonalarında aparılan monitorinq məlumatları əsasında tərtib edilir.
1.6. Ov obyektlərinin monitorinqi heyvanlar aləminin obyektlərinin dövlət monitorinqinin tərkib hissəsi olub, ov yerlərində vəhşi heyvanların yayılmasında, sayında, fiziki vəziyyətində və yaşayış mühitində baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi məqsədilə həyata keçirilir.
1.7. Respublika və yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının mühafizəsi və bərpası, onların inkişafı və yerləşdirilməsi üzrə respublika sxeminin hazırlanması, dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması tədbirləri dövlət büdcəsinin, xarici investisiyalar, qrantlar və ianələr hesabına maliyyələşdirilir.
2.1. Dövlət ovçuluq kadastr; dövlət ov fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, ovçuluq təsərrüfatlarının perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunması və dövlət nəzarətinin gücləndirilməsi məqsədilə aparılır.
2.2. Dövlət ovçuluq kadastr məlumatları ətraf mühitin mühafizəsi və təbiətdən istifadə sahəsində idarəetmə və digər məsələlərin qəbul edilməsinin əsasını təşkil edir, ərazilərin iqtisadi və sosial inkişafı planlarının hazırlanmasında, yerquruluşu, şəhərsalma işlərinin və dövlət ekoloji ekspertizasının aparılmasında, təbii sərvətlərdən ətraf mühitə təsir edə bilən digər məsələlərin həllində bu məlumatlar mütləq nəzərə alınmalıdır.
2.3. Dövlət ovçuluq kadastrının vəzifələri:
mövcud və yaradılması planlaşdırılan ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları haqqında dövlətdə olan məlumatların toplanması və sistemləşdirilməsi;
müxtəlif kateqoriyalara aid ovçuluq təsərrüfatlarının mövcud vəziyyətinin və fəaliyyətinin səmərəliliyinin təhlili.
3.1. Dövlət ovçuluq kadastrı respublika əhəmiyyətli ovçuluq kadastrı barədə məlumatları əks etdirən 1-ci bölmə, ov yerləri, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları barədə məlumatları əks etdirən 2-ci bölmədən ibarətdir.
3.2. Dövlət ovçuluq kadastrına ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları barədə aşağıdakı ümumi məlumatlar daxil edilir:
3.2.1. hüquqi statusu və normativ hüquqi bazası;
3.2.2. coğrafi vəziyyəti, sərhədləri və ərazisi;
3.2.3. inzibati və idarə tabeliyi;
3.2.4. mühafizəsi üsulu və rejimi;
3.2.5. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının ətrafındakı mühafizə zonaları (ərazisi, sərhədi və rejimi);
3.2.6. ekoloji, elmi, maarifçilik, turizm və rekreasiya, iqtisadi, tarixi və mədəni əhəmiyyəti;
3.2.7. təbiət komplekslərinin və onların komponentlərinin kəmiyyət və keyfiyyət xüsusiyyətləri, öyrənilmə dərəcəsi və bu məlumatların saxlanılma yerləri;
3.2.8. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarında, onların ətrafındakı mühafizə zonalarında torpaqların və digər təbii sərvətlərin istifadəçiləri və icarəçiləri;
3.2.9. qorunma vəziyyəti, antropogen təsirin dərəcəsi və təhlükə faktorları;
3.2.10. ov obyektlərinin bərpasını və təbii artmasını təmin edən tədbirlər;
3.2.11. işçi ştatları və struktur bölmələri;
3.2.12. mühafizəsini öhdəsinə götürmüş hüquqi və fiziki şəxslər (ünvanı, öhdəlik müddəti və ştatı);
3.2.13. maddi-texniki bazası və maliyyələşdirilməsi;
3.2.14. ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarında aparılan son müayinələr (aparılan işlərin mövzusu və müddəti);
3.2.15. ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları barədə məlumatları əks etdirən mənbələr.
3.3. Ov yerlərinin, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının dövlət kadastrına bu Qaydanın 3.2-ci bəndi ilə müəyyən edilən müvafiq məlumatlarla yanaşı aşağıdakı məlumatlar daxil edilir:
3.3.1. ovçuluq təsərrüfatlarının aparılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin istifadəsinə və ya icarəsinə verilə bilən ov yerləri;
3.3.2. bütövlükdə və ya qismən, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilə bilən yerli əhəmiyyətli ovçuluq təsərrüfatları;
3.3.3. bələdiyyələrin mülkiyyətlərində olan torpaqlarda qanunvericiliyə uyğun olaraq ov obyektlərini yetişdirib ov yerlərinə buraxmaq məqsədilə yaradıla bilən ovçuluq təsərrüfatları;
3.3.4. ov yerləri, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarında yetişdirilən vəhşi heyvanların növü, sayı və mühafizə rejimi barədə məlumatlar;
3.3.5. hüquqi və fiziki şəxslərin mülkiyyətlərində və ya icarələrində olan torpaqlarda təşkil edilən fərdi ovçuluq təsərrüfatları.
3.4. Kadastrın uçot vahidinə ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları aid edilir.
3.5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik) və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti yerli bölmələri tərəfindən dövlət ovçuluq kadastrına daxil edilən bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərində nəzərdə tutulmuş məlumatlar Nazirlik yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə (bundan sonra - Xidmət) təqdim edilir.
3.6. Dövlət ovçuluq kadastrı məlumatları Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası dövlət və bələdiyyə orqanlarının hüquqi aktlarına, elmi tədqiqatların, layihə-axtarışlarının və inventarlaşmanın materiallarına, xüsusi tədqiqatların nəticələrinə, monitorinq məlumatlarına, ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları barədə dəqiq məlumatları olan digər mənbələrə əsasən hazırlanır və yeniləşdirilir.
3.7. Dövlət ovçuluq kadastrı məlumatlarına Xidmət tərəfindən daimi nəzarət edilir. Kadastr məlumatlarının dəyişdirildiyi və yeni məlumatların daxil olduğu hallarda köhnə məlumatlar arxivləşdirilərək daimi mühafizə edilir. Kadastrda yeni məlumatların daxil edilməsi və dəyişikliklər aparılması tarixi göstərilir və əvvəlki (köhnə) məlumatlar barədə qeydiyyat aparılır.
4.1. Nazirliyin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti yerli bölmələrinin təqdim etdikləri kadastr məlumatları əsasında ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının dövlət ovçuluq kadastrı Xidmət tərəfindən aparılır.
4.2. Ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının dövlət ovçuluq kadastrının və onların dövlət qeydiyyatının aparılması məqsədilə Xidmət:
4.2.1. Nazirliyin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti yerli bölmələrinə ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının kadastr məlumatlarının toplanması məqsədilə müraciət edir;
4.2.2. ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları barədə daxil olmuş kadastr məlumatlarının saxlanılmasını təşkil edir və məlumatları təhlil edərək ovçuluq təsərrüfatlarının vəziyyətini qiymətləndirir;
4.2.3. təhlil edilmiş kadastr məlumatlarını ümumiləşdirir və bu Qaydanın III hissəsi nəzərə alınmaqla dövlət ovçuluq kadastrına daxil edilməsini təmin edir;
4.2.4. kadastrın aparılmasına dair məsələlərlə bağlı metodik sənədləri hazırlayır;
4.2.5. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının kadastr göstəricilərində il ərzində baş vermiş dəyişikliklər və əlavələr barədə məlumatların toplanması məqsədilə Nazirliyin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti yerli bölmələrinə müraciət edir;
4.2.6. bu Qaydanın 4.2.5-ci yarımbəndi ilə müəyyən edilən məlumatların hər il yanvar ayının 25-nə kimi toplanmasını təmin edir və Nazirliyə təqdim edir;
4.2.7. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının növlərinə və kateqoriyalarına aid məlumatların əsas göstəricilərini, kadastrın aparılması üçün tələb olunan digər məlumatları, onların təqdim olunma müddətlərini təyin edir, istifadəsində və ya icarəsində olan ov yerləri, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları olan bələdiyyə orqanlarına, hüquqi və fiziki şəxslərə təqdim edir;
4.2.8. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının kadastrının tərtibatı və nəşrini, barələrində illik hesabatların hazırlanmasını həyata keçirir;
4.2.9. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının yerləşdiyi torpaq sahələrinin hüquqi statusu, coğrafi vəziyyəti, sərhədləri və ərazisi, inzibati və idarə tabeliyi və ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının ətrafındakı mühafizə zonalarının ərazisi, sərhədi və rejimi barədə məlumatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və aidiyyəti yerli icra hakimiyyəti orqanı ilə razılaşdırır;
4.2.10. ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının kadastr məlumatlarının onlayn formada əldə edilməsini təmin edir;
4.2.11. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının kadastrın aparılmasında müvafiq proqram təminatını və texnologiyadan istifadəni təmin etmək üçün lazımi tədbirlər görür.
4.3. Nazirliyin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti yerli bölmələri:
4.3.1. bu Qaydanın 3.3.1–3.3.5-ci yarımbəndləri ilə müəyyən edilən hüquqi və fiziki şəxslərə, bələdiyyələrə kadastr məlumatlarının toplanması məqsədilə müraciət edir;
4.3.2. ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları barədə bu Qaydanın 3.2-ci və 3.3-cü bəndləri ilə müəyyən edilən məlumatları toplayaraq Xidmətə təqdim edir;
4.3.3. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının kadastr göstəricilərində il ərzində baş vermiş dəyişikliklər və əlavələr barədə məlumatları hər il yanvar ayının 15-nə kimi Xidmətə təqdim edir.
4.4. Bu Qaydanın 3.3.1–3.3.5-ci yarımbəndləri ilə müəyyən edilən hüquqi və fiziki şəxslər, bələdiyyələr:
4.4.1. istifadəsində və ya icarəsində olan ov yerlərinin, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının kadastrının aparılması barədə məlumatları müraciətə uyğun olaraq Nazirliyin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti yerli bölmələrinə təqdim edir;
4.4.2. istifadəsində və ya icarəsində olan ov yerlərinin, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının kadastr məlumatlarının yığılmasını, təzələnməsini təmin edir.
4.5. Ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının kadastr məlumatı 5 ildən bir Nazirlik tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
5.1. Ov obyektlərində monitorinq aparılarkən təsərrüfatın yerləşdiyi rayonun Baş Dövlət Baytar müfəttişi və ya onun müəyyən etdiyi baytar mütəxəssisi bilavasitə iştirak edir. Monitorinq aparılarkən digər işlərlə yanaşı, ərazinin epizootoloji durumu müəyyən edilməklə vəhşi heyvanlar, qular və ovçuluq təsərrüfatı ərazisində yaşayan digər növ heyvanlar (sürünənlər, gəmiricilər və s.) arasında yoluxucu xəstəliklərin mövcudluğu dəqiqləşdirilir. Monitorinq aparılan ərazidə ölmüş və ya digər vəhşi heyvanlar tərəfindən öldürülmüş heyvanların cəsədlərindən baytarlıq-sanitariya tələblərinə uyğun patoloji materiallar götürülərək, müayinə üçün respublika və ya zona baytarlıq laboratoriyalarına göndərilir.
5.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bələdiyyə orqanları və tabeliyində yerli əhəmiyyətli ovçuluq təsərrüfatları və digər ov yerləri olan fiziki və hüquqi şəxslər həmin ərazilərdə və onların mühafizə zonalarında monitorinqin aparılması məqsədilə təbiət komplekslərinin və onların komponentlərinin kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin dəyişməsini öyrənmək üçün daimi müşahidələrin aparılmasını təşkil edir.
5.3. Ov yerlərində aparılan monitorinqə aşağıdakılar daxil edilir:
ov heyvanlarının (o cümlədən nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvanların) ümumi vəziyyəti, sayı, yayılma əraziləri və bərpası; təbiət komplekslərinin qorunma vəziyyəti, bərpası, antropogen təsirlər; təbiət komplekslərinin və komponentlərinin təhlükə faktorları; ov yerlərinə dair hesabat məlumatları.
5.4. Monitorinq məlumatları hər il ümumiləşdirilir və dekabr ayının 5-nə kimi dövlət ovçuluq kadastrını aparan təşkilatlara təqdim olunur.
1.1. Bu qayda “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanına əsasən hazırlanmışdır və ayrı-ayrı yırtıcı heyvan növlərinin vurulması qaydasını müəyyən edir.
1.2. Azərbaycan Respublikasının ərazisində əhalinin sağlamlığını mühafizə etmək və təhlükəsizliyini təmin etmək, kənd təsərrüfatı və ev heyvanlarını xəstəliklərdən qorumaq, heyvanlar aləminə, onların yaşayış mühitinə və iqtisadiyyata zərər vurulmasının qarşısını almaq məqsədilə ayrı-ayrı yırtıcı heyvan növlərinin vurulması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.
2.1. Ayrı-ayrı yırtıcı heyvan növlərinin vurulması barədə Nazirliyə hüquqi və fiziki şəxslər tərəfindən yazılı və ya elektron ərizə vasitəsilə müraciət edilir. Təqdim edilən ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
2.1.1. ərizəçinin müraciət etdiyi inzibati orqanın adı;
2.1.2. ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar və fiziki şəxsin imzası;
2.1.3. ərizəçi hüquqi şəxs olduqda onun adı və hüquqi ünvanı, hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;
2.1.4. yırtıcı heyvanın vurulması səbəbi;
2.1.5. vurulması nəzərdə tutulan yırtıcı heyvanın növü;
2.1.6. yırtıcı heyvanın ovlanma yeri;
2.1.7. yırtıcı heyvanların ovlanma müddətləri.
2.2. Ərizə qeydə alınmaqla qəbul edilir və Nazirliyin Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının (bundan sonra - Şura) elmi rəyinin nəticəsindən asılı olaraq yırtıcı heyvanın vurulması (müddət göstərilməklə) və ya yırtıcı heyvanın tələ vasitəsilə tutularaq və yaxud sakitləşdirici, refleksinin müvəqqəti itirilməsi üçün iynələrin vurulması üsulu ilə ərazidən çıxarılaraq təbiətə buraxılması barədə Şura tərəfindən qərar qəbul edilir.
2.3. Azərbaycan Respublikasının ərazisində bəzi yırtıcıların (məməlilərdən - çaqqal, yenot, quşlardan - alaqarğa, sağsağan) il boyu məhv edilməsinə icazə verilir.
2.4. Əhalinin sağlamlığını mühafizə etmək və təhlükəsizliyini təmin etmək, kənd təsərrüfatı və ev heyvanlarını xəstəliklərdən qorumaq, heyvanlar aləminə, onların yaşayış mühitinə və iqtisadiyyata zərər vurulmasının qarşısını almaq üçün ayrı-ayrı yırtıcı heyvan növlərinin sayının tənzimlənməsi məqsədilə onların vurulması barədə qərar və limitlər Şura tərəfindən müəyyən edilir, Nazirliyin yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin nümayəndəsinin iştirakı ilə yaradılmış ovçu briqadaları tərəfindən həyata keçirilir və ovun nəticəsi aktla sənədləşdirilir.
Bu tədbirlər başqa vəhşi heyvanların növlərinə zərər vurmamaqla, heyvanların yaşayış mühitinin qorunub saxlanmasını təmin etmək üçün həyata keçirilir.
2.5. Ayrı-ayrı yırtıcı heyvan növlərinin vurulması nəticəsində əldə edilmiş ov məhsulları, zərurət yarandığı təqdirdə, elmi cəhətdən tədqiq olunmaq məqsədilə aidiyyəti elmi təşkilatlara təhvil verilir.
1.1. Bu qayda “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanına əsasən hazırlanmışdır və ovçuluq biletinin formasını, qeydiyyatını və ovçuluq fəaliyyəti ilə məşğul olmaq. istəyən şəxslərə verilməsi qaydasını müəyyən edir.
1.2. Ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənəddir və ovçuluğun minimum üzrə sınağını keçmiş 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşına Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik) və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən verilir.
1.3. 18 yaşına çatmamış, habelə məhdud fəaliyyət qabiliyyətli və fəaliyyət qabiliyyəti olmayan şəxslərin ovçuluq fəaliyyəti ilə məşğul olması qadağandır.
1.4. Ovçuluğun minimum üzrə sınağı Nazirliyin və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin müvafiq qaydada yaratdıqları komissiya tərəfindən keçirilir.
1.5. Ovçuluq biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
2.1. Nazirlik tərəfindən verilən ovçuluq bileti bu qaydanın tələblərinə uyğun hazırlanır və 1 nömrəli əlavədə göstərilən formada verilir.
2.2. Nazirlik tərəfindən verilən ovçuluq bileti aşağıdakı kimidir:
2.2.1. ovçuluq biletinin cildi yaşıl rəngdə olur və ölçüləri 6,5 x 10,0 sm təşkil edir;
2.2.2. ovçuluq biletinin üz qabığının yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir olunur və onun altında “AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ” sözləri yazılır;
2.2.3. ovçuluq biletinin üz qabığının orta hissəsində “OVÇULUQ BİLETİ” sözləri yazılır;
2.2.4. ovçuluq biletinin içərisinin birinci səhifəsinin yuxarı hissəsində “AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ” sözləri yazılır;
2.2.5. ovçuluq biletinin birinci səhifəsinin aşağı sol hissəsində ovçuluq bileti alan şəxsin 3 x 4 ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulur;
2.2.6. ovçuluq bileti alan şəxsin fotoşəklinin sağ hissəsində ardıcıl olaraq ovçuluq bileti alan şəxsin soyadı, adı, atasının adı və ünvanı göstərilir;
2.2.7. ovçuluq biletinin ikinci səhifəsinin orta hissəsində ovçuluq biletinin nömrəsi, verildiyi tarix, qeydiyyat nömrəsi, Nazirliyin səlahiyyətli şəxsinin vəzifəsi, imzası və möhür yeri göstərilir;
2.2.8. ovçuluq biletinin üçüncü səhifəsində ovçuluğun minimum üzrə sınağı verməsi barədə qeydlər göstərilir;
2.2.9. ovçuluq biletinin dördüncü - yeddinci səhifələrində ovçuya məxsus ov silahı haqqında qeydlər göstərilir;
2.2.10. ovçuluq biletinin səkkizinci səhifəsində ov hüququnun məhdudlaşdırılmasına dair qeydlər göstərilir.
2.3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə verilən ovçuluq bileti bu qaydanın tələblərinə uyğun hazırlanır və 2 nömrəli əlavədə göstərilən formada verilir.
2.4. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən verilən ovçuluq bileti aşağıdakı kimidir:
2.4.1. ovçuluq biletinin cildi tünd-qırmızı rəngdə olur və ölçüləri 7,0 sm x 10,0 sm təşkil edir;
2.4.2. ovçuluq biletinin üz qabığının yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunur və onun altında “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti” sözləri yazılır;
2.4.3. ovçuluq biletinin üz qabığının orta hissəsində iri hərflərlə “OVÇULUQ BİLETİ” sözləri yazılır;
2.4.4. ovçuluq biletinin içərisində birinci səhifəsinin yuxarı hissəsində “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti” sözləri yazılır;
2.4.5. ovçuluq biletinin birinci səhifəsinin aşağı sol hissəsində ovçuluq bileti alan şəxsin rəngli fotoşəkli üçün yer ayrılır;
2.4.6. ovçuluq bileti alan şəxsin fotoşəklinin sağ hissəsində ovçuluq bileti alan şəxsin ardıcıl olaraq soyadı, adı, atasının adı və təvəllüdü göstərilir;
2.4.7. ovçuluq biletinin ikinci səhifəsinin orta hissəsində ovçuluq biletinin nömrəsi, ovçuluq biletinin verildiyi tarix, qeydiyyat nömrəsi, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin səlahiyyətli şəxsinin vəzifəsi, imzası və möhür yeri göstərilir;
2.4.8. ovçuluq biletinin üçüncü səhifəsində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvünün şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, verildiyi tarix, kim tərəfindən verilib, ev ünvanı və şəxsi imzası göstərilir;
2.4.9. ovçuluq biletinin dördüncü səhifəsində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvünün ovçuluğun minimum üzrə sınağı verməsi barədə qeydlər göstərilir;
2.4.10. ovçuluq biletinin beşinci və altıncı səhifələrində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvünə məxsus ov aləti və silahın adı, modeli (markası), növü, nömrəsi və kalibri göstərilir;
2.4.11. ovçuluq biletinin yeddinci səhifəsində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvünə məxsus ov itləri barədə qeydlər aparılır;
2.4.12. ovçuluq biletinin səkkizinci səhifəsində xüsusi qeydlər göstərilir;
2.4.13. ovçuluq biletinin doqquzuncu və onuncu səhifələrində ovçuluq bileti alan şəxs üçün yaddaş göstərilir.
3.1. Ovçuluq bileti Nazirlik və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən müvafiq qaydada təsdiq edilir, nömrələnir və qaytanlanmış "Ovçuluq biletinin verilməsinə dair qeydiyyat kitabı"na daxil edilməklə qeydiyyata alınır.
3.2. "Ovçuluq biletinin verilməsinə dair qeydiyyat kitabı"nda ovçuluq bileti alan şəxsin adı, atasının adı, soyadı, təvəllüdü, ünvanı, ovçuluq biletinin tarixi və nömrəsi qeyd olunur.
3.3. Ovçuluq bileti Nazirliyin və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin səlahiyyətli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq olunur.
4.1. Ovçuluq biletini almaq üçün Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər tərəfindən Nazirliyə və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə yazılı və ya elektron ərizə vasitəsilə müraciət edilir. Təqdim edilən ərizədə aşağıdakı məlumatlar göstərilməli və sənədlər əlavə edilməlidir:
4.1.1. fiziki şəxsin müraciət etdiyi inzibati orqanın adı;
4.1.2. fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar və imzası;
4.1.3. ərizənin tərtib edildiyi tarix;
4.1.4. ov silahının saxlanması, gəzdirilməsi və istifadəsi hüququnu təsdiq edən şəhadətnamənin surəti;
4.1.5. şəxsiyyət vəsiqəsinin surəti;
4.1.6. 3x4 ölçüdə iki ədəd fotoşəkil.
4.1-1. Ovçuluq bileti almaq üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
4.2. Ərizəyə Nazirlikdə və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində qeydiyyata düşdüyü gündən 10 (on) iş günü müddətində baxılaraq ovçuluğun minimum üzrə sınağı keçirilir və ovçuluq bileti həmin sınağın nəticəsindən asılı olaraq verilir.
4.2-1. Bu Qaydanın 1.4-cü bəndi ilə müəyyən edilən komissiya tərəfindən minimum sınağın keçirilməsi məqsədilə ovçuluq bileti almaq istəyən şəxsin heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş vəhşi heyvan növləri barədə zəruri bilikləri komissiyanın müəyyən etdiyi qaydada yoxlanılır.
4.3. Ovçuluq bileti iki il müddətinə (Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə müddətsiz) verilir və verildiyi müddət üçün etibarlıdır.
4.4. Ovçuluq biletinin verilməsindən aşağıdakı hallarda imtina edilir:
4.4.1. ərizəçinin 18 yaşı tamam olmadıqda;
4.4.2. ərizəçi məhdud fəaliyyət qabiliyyətli və fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda;
4.4.3. ərizədə və ona əlavə olunmuş sənədlərdə (məlumatlarda) səhv və ya təhrif olunmuş məlumatlar olduqda;
4.4.4. ərizəçi ovçuluğun minimum üzrə sınağından keçmədikdə;
4.4.5. ov silahından istifadəyə dair verilən icazənin və silahın respublika ərazisində saxlama müddətləri bitdikdə;
4.4.6. heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər hallarda.
1.1. Bu qayda “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanına əsasən hazırlanmışdır və ov etmək üçün icazənin verilməsi (bundan sonra - icazə) qaydasını müəyyən edir.
1.2. Azərbaycan Respublikasının ərazisində ova icazə hər il Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik) yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin (bundan sonra – Xidmət) ov mövsümünün açılmasına və vəhşi heyvan və quşların ov müddəti, ov normalan və ov yerləri barədə verdiyi əmri əsasında həyata keçirilir.
1.3. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə (bundan sonra - ərizəçilər) Nazirlik tərəfindən verilən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir.
1.4. Ov obyektinə aid edilmiş vəhşi heyvanları yetişdirib ov yerlərinə buraxan təsərrüfat subyektləri Nazirlik tərəfindən müəyyən edilmiş qaydada ov etmək üçün icazə verə bilər.
1.5. İcazənin nümunələri Nazirlik tərəfindən müəyyən edilir.
1.6. Ərizəçilərə verilən ov etmək üçün icazədən yalnız onların özləri istifadə edə bilər və icazə verildiyi müddət üçün etibarlıdır.
2.1. Ovçu tərəfindən ovçuluq bileti təqdim edildikdə, ovçuluq fəaliyyətinə icazə verilir.
2.2. Ovçuya ov etmək üçün icazə Nazirliyə yazılı və ya elektron ərizə vasitəsilə etdiyi müraciət əsasında verilir.
2.3. Təqdim edilən ərizədə aşağıdakı məlumatlar göstərilməli və sənədlər əlavə edilməlidir:
2.3.1. fiziki şəxsin müraciət etdiyi inzibati orqanın adı;
2.3.2. fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar və imzası;
2.3.3. ərizənin tərtib edildiyi tarix;
2.3.4. ovçuluq biletinin nömrəsi;
2.3.6. ov obyektinin növü;
2.3.9. ov alətləri barədə məlumatlar;
2.3.10. şəxsiyyət vəsiqəsinin surəti;
2.3.11. ovçuluq biletinin surəti;
2.3.12. ov silahının (odlu və ya soyuq) istifadəsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən icazə və silahın respublika ərazisində saxlanma müddəti.
2.3-1. Ovçuluq fəaliyyətinə icazə almaq üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
2.4. İcazə almaq üçün təqdim olunan ərizə qeydə alınmaqla qəbul edilir, baxılır, imtina üçün əsas olmadıqda, 5 (beş) iş günü müddətində icazənin verilməsi təmin olunur.
Bu qaydada göstərilən əsaslarla icazənin verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.
2.5. İcazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:
2.5.1. ərizədə və ona əlavə olunmuş sənədlərdə (məlumatlarda) səhv və ya təhrif olunmuş məlumatlar olduqda;
2.5.2. ov silahından istifadəyə dair verilən icazənin və silahın respublika ərazisində saxlama müddətləri bitdikdə;
2.5.3. heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər hallarda.
3.1. İcazədə aşağıdakılar göstərilir:
3.1.1. ov obyektinin növü;
3.1.4. ovlama norması (sayı);
3.1.6. ova icazənin müddəti və şərtləri.
1.1. Bu qayda “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanına əsasən hazırlanmışdır və əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi (bundan sonra - icazə) qaydasını müəyyən edir.
1.2. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bundan sonra – ərizəçi) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik) yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti (bundan sonra – Xidmət) tərəfindən verilən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir.
1.3. Azərbaycan Respublikasının ərazisində ova icazə hər il Xidmətin ov mövsümünün açılmasına dair və vəhşi heyvan və quşların ov müddəti, ov normaları və ov yerləri barədə verdiyi qərarı (əmri) əsasında həyata keçirilir.
1.4. Ərizəçiyə ov etmək üçün verilən icazədən yalnız onların özləri istifadə edə bilər və icazə verildiyi müddət üçün etibarlıdır.
1.5. İcazənin sahibi verilən icazədən (icazənin surətindən) yalnız özü istifadə edə bilər və onu başqa şəxslərə istifadə üçün verə bilməz.
1.5-1. İcazənin nümunələri Nazirlik tərəfindən müəyyən edilir.
2.1. İcazə almaq üçün ərizəçi Xidmətə şəxsən və ya nümayəndəsi (bundan sonra - nümayəndə) vasitəsilə yazılı və ya elektron ərizə vasitəsilə müraciət edir. Xidmətə təqdim edilən ərizədə aşağıdakı məlumatlar göstərilməli və sənədlər əlavə edilməlidir:
2.1.1. ərizəçinin (və ya nümayəndənin) müraciət etdiyi inzibati orqanın adı;
2.1.2. əriəzçinin və ya nümayəndənin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar və imzası;
2.1.3. ərizənin tərtib edildiyi tarix;
2.1.4. ərizəçinin (və ya nümayəndənin) şəxsiyyətini təsdiq edən sənədin surəti;
2.1.5. nümayəndənin səlahiyyətini təsdiq edən sənədin surəti;
2.1.6. ərizəçinin ovçuluq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənədin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
2.1.7. ov silahının (odlu və ya soyuq) istifadəsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən icazə və silahın respublika ərazisində saxlanma müddəti;
2.1.9. ov obyektinin növü;
2.1.10. ovlama üsulu;
2.1.12. ov alətləri barədə məlumatlar.
2.1-1. Ov etməklə əlaqədar icazə almaq üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
2.2. İcazə almaq üçün təqdim olunan ərizə qeydə alınmaqla qəbul edilir, baxılır, imtina üçün əsas olmadıqda, icazənin verilməsi təmin olunur.
Bu qaydada göstərilən əsaslarla icazə verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə (və ya nümayəndəyə) imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir.
2.3. İcazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:
2.3.1. ərizədə və ona əlavə olunmuş sənədlərdə (məlumatlarda) səhv və ya təhrif olunmuş məlumatlar olduqda;
2.3.2. ov silahından istifadəyə dair verilən icazənin və silahın respublika ərazisində saxlama müddətləri bitdikdə;
2.3.3. heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər hallarda.
2.4. Ərizəçiyə Azərbaycan Respublikasının ərazisində ova icazə verildiyi təqdirdə, ovlanmış heyvan və quşların dəyəri ov başa çatdıqdan sonra, ovun nəticəsindən asılı olaraq ödənilir.
3.1. İcazədə aşağıdakılar göstərilir:
3.1.1. ov obyektinin növü;
3.1.4. ovlama norması (sayı);
3.1.6. ova icazənin müddəti və şərtləri.
Bu qayda “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində ovçuluq fəaliyyətini həyata keçirmək üçün istifadə edilən ov alətlərinin növü və istifadəsi qaydalarını müəyyən edir.
Azərbaycan Respublikasının ərazisində həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov alətlərinin növləri aşağıdakılardır: ov silahları; ov itləri; ovçu quşlar (alıcı quşlar) və başqa ov vasitələri.
3.1. Ov silahlarının satışı, əldə edilməsi, uçotu, saxlanılması, gəzdirilməsi, tətbiqi, götürülməsi, müsadirəsi və geri alınması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
3.3. Ov itləri ilə təlim işləri ov mövsümündən bir ay əvvəl ov silahlarından istifadə etməməklə, yalnız ov yerlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu məqsəd üçün xüsusi ayırdığı sahələrdə aparıla bilər.
3.4. Ov itlərindən ov heyvanının izlənilməsi, tapılması, vəhşi heyvan növünün ovçu üçün əlverişli olan sahəyə çıxarılmasında istifadə olunur.
3.5. Bir ovçu qrupu (üç nəfərdən az olmamaq şərtilə) çöl donuzu və ayı ovunda yalnız iki ov itindən istifadə edə bilər.
3.6. Digər vəhşi heyvanların ovlanmasında ovçu tərəfindən yalnız bir ov itindən istifadə edilə bilər.
3.7. Ovçu quşlardan ov quşlarının və ov heyvanlarının (Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına daxil edilmiş növlər istisna olmaqla) ovlanmasında istifadə edilir.
3.8. Heyvan və quş ovunda bir ovçu yalnız iki ovçu quşundan istifadə edə bilər.
3.9. Ovçu ov quşunu və açıq ov sahələrində ovlanacaq heyvanı ovçu quşa göstərdikdən sonra onu havaya buraxa bilər.
3.10. Ovçu quşlardan onların ov heyvanlarını ovlama xüsusiyyətləri (vərdişləri) nəzərə alınmaqla, ovda istifadə edilir.
3.11. Ovçu yırtıcı heyvanların ovlanması üçün tələdən istifadə edə bilər.
3.12. Azərbaycan Respublikasının ərazisində vəhşi heyvan və quşların kütləvi surətdə əldə edilməsinin qarşısının alınması məqsədilə aşağıda qeyd olunanlar qadağandır:
tor, cələ, ilgək, duzaq, gecə məşəlləri, zınqırovlar, projektor və tor kisələrindən istifadə etmək, kaman qurmaq, ov çalaları qazmaq;
yer buz bağlayarkən donan, suyun donmayan yerlərində keyləşən su quşlarının və eləcə də pərvazlaşmamış quşların vurulması və tutulması;
avtomaşınla, traktorla, motosikletlə, helikopterlə, motorlu qayıqla qovaraq ovlamaq, habelə avtonəqliyyatda yaxınlaşaraq heyvanları vurmaq;
vəhşi heyvanların dərilərini ovun qurtardığı vaxtdan 10 gün keçəndən sonra bir yerdən başqa yerə daşımaq.
3.13. Ov alətləri ilə ov edən şəxslər adamların və ev heyvanlarının yaralanmasına, habelə yanğın baş verməsinə qarşı bütün ehtiyat tədbirlərini görməyə borcludurlar.
Soyadı__________________________________________
Adı ____________________________________________
Atasının adı ____________________________________
Ünvanı _______________________________________
Ovçuluq bileti № _______
Verildiyi tarix _________________________________________________
_______________________________________________________________
Qeydiyyat nömrəsi______________________________________________
Ov silahı haqqında qeyd
Ov silahı haqqında qeyd
Ov silahı haqqında qeyd
Soyadı ____________________________
Adı ____________________________
Atasının adı _________________________
Təvəllüdü ___________________________
Verildiyi tarix _____________
Qeydiyyat nömrəsi _____________
Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi___________________________
Verildiyi tarix _____________________
Kim tərəfindən verilib__________________________________________
Ev ünvanı ___________________________________________________
Şəxsi imzası____________________
1. Ovçu Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında” qanunlarının, “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”nin tələblərini, ovçuluq və balıqtutma qaydalarını bilməli və onları dəqiq yerinə yetirməlidir.
2. Ovçu bütün növ ovçuluq və balıqtutma zamanı silahının və sursatlarının saxlanılması üzrə təhlükəsizlik qaydalarına riayət etməlidir.
3. Ovçu brakonyerliyin bütün növləri ilə mübarizə aparmalıdır.
4. Ovçu şəxsiyyət vəsiqəsində dəyişiklik olunduqda, “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanına məlumat verməlidir.
5. Müvafiq ovçuluq sənədləri qaydasında olmadıqda, ovçuluq qadağan edilir.
6. Ovçuluq bileti ovçuluq sahəsində dövlət nəzarəti orqanlarının, polis, ictimai ov müfəttişlərinin, ovçuluq və balıqçılıq təsərrüfatı işçilərinin tələbi ilə təqdim edilir.
1. 28 dekabr 2004-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1079)
2. 03 iyun 2005-ci il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 06, maddə 535)
3. 1 oktyabr 2007-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1013)
4. 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132)
5. 10 aprel 2015-ci il tarixli 104 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 aprel 2015-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 472)
6. 28 sentyabr 2017-ci il tarixli 406 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2017-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1761)
7. 15 aprel 2022-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 408)
8. 17 fevral 2023-cü il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 fevral 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 314)
9. 15 sentyabr 2023-cü il tarixli 331 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 17 sentyabr 2023-cü il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1352)
10. 8 fevral 2024-cü il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 11 fevral 2024-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 208)
11. 22 aprel 2024-cü il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 aprel 2024-cü il, “Xalq” qəzeti, 25 aprel 2024-cü il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 472)
12. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)
13. 18 sentyabr 2024-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr 2024-cü il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1090)
14. 28 dekabr 2024-cü il tarixli 548 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 30 dekabr 2024-cü il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1453)
15. 19 fevral 2025-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 23 fevral 2025-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 187)