Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında qiymətli metallarla əməliyyatların aparılması və əqdlərin bağlanması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 25 oktyabr 2004-cü il
1.1. Bu Qaydalar “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında qiymətli metallarla əməliyyatların aparılması və əqdlərin bağlanması qaydalarını müəyyən edir.
1.2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.2.1. Qiymətli metallar - zərgərlik, digər məişət məmulatı və bu məmulatın qırıntıları istisna olmaqla, hər hansı növdə və halda olan qızıl, gümüş, platin və platin qrupundan olan metallar;
qiymətli metaldan hazırlanmış zərgərlik və digər məişət məmulatları - qızıl, gümüş, platin və platin qrupundan olan metallardan xüsusi emal edilmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan əşyalardır;
qiymətli metaldan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının qırıntıları - fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış və bir qayda olaraq, öz ilkin təyinatına uyğun istifadə edilə bilməyən qiymətli metalların qırıntılarıdır.
1.2.2. Bank metallan - beynəlxalq standartlara uyğun yüksək əyar göstəricisinə qədər təmizlənmiş və keyfiyyət sertifikatına malik olan qiymətli metalların külçələri (standart və ölçülmüş külçələr), o cümlədən Azərbaycan Respublikası və digər dövlətlər tərəfindən tədavülə buraxılan və öz nominal dəyərindən fərqli qiymətə satıla bilən qiymətli metallardan hazırlanmış sikkələr;
standart külçələr - London Qiymətli Metallar Bazan Assosiasiyasının (LBMA) və London Platin və Palladium Bazarı (LPPM) iştirakçılarının müəyyən etdiyi beynəlxalq keyfiyyət standartlarına (London good delivery) cavab verən bank metalı külçələri (əlavə);
ölçülmüş külçələr (mini-külçə) - bank metallan üçün müəyyən edilmiş yüksək əyar göstəricisinə malik, kütləsi 1 kq və daha az olan bank metalı külçələri.
1.2.3. Uyğunluq sertifıkatı – London Qiymətli Metallar Bazan Assosiasiyası tərəfindən tanınmış affinajçının möhürü və ya yazılı sənədi ilə qiymətli metalın adının, əyarının (aşqar kütlənin 1000 hissəsində təmiz kimyəvi tərkibli qiymətli metal), seriya nömrəsinin və istehsalçı şirkətin adının təsdiqlənməsidir.
Affınajçı - yüksək əyar göstəricisinə malik olan qiymətli metalların külçələrini istehsal edən müəssisə.
1.2.4. Qiymətli metal hesabları - müvəkkil banklar tərəfindən ayrı-ayrı bank metallarında (qızıl, gümüş, platin və s.) açılmış hesablar.
1.3. Bank metalları dövlət əyar damğası ilə məcburi damğalanmadan azaddır.
1.4. Azərbaycan Respublikasının ərazisində qiymətli metallar ilə aparılmış əməliyyatlar və bağlanmış əqdlər nəticəsində əmələ gələn bütün tələblər və öhdəliklər Azərbaycan Respublikasının milli valyutasında ifadə və icra olunmalıdır.
1.5. Azərbaycan Respublikasının ərazisində bank metalları ilə aparılmış əməliyyatlar və əqdlərin uçotu Azərbaycan Respublikasının milli valyutası ilə aparılır. Azərbaycan Respublikasının Mərkəzi Bankı bank metallarının manatla məzənnəsini müəyyən edir.
1.6. Bank metallan ilə əməliyyatlar və əqdlərin uçotu hər bir bank metalı növü üzrə ayrılıqda aparılmalıdır.
1.7. Azərbaycan Respublikasında tədavülə buraxılmış qiymətli metallardan hazırlanmış sikkələr istisna olmaqla, bank metallarının və digər dövlətlər tərəfindən tədavülə buraxılan sikkələrin ödəniş vasitəsi kimi işlədilməsinə yol verilmir.
2.1. Azərbaycan Respublikasının qanunvericiliyində başqa hallar nəzərdə tutulmadıqda rezident və qeyri-rezidentlər məhdudiyyət qoyulmadan qiymətli metallarla əməliyyatlar apara və əqdlər bağlaya bilərlər.
2.2. Müvəkkil banklarda qiymətli metallarla (bank metallan) əməliyyatlar və əqdlər bu Qaydaların şərtlərinə uyğun olaraq həyata keçirilir.
2.3. Rezident və qeyri-rezidentlərin qiymətli metal hesabları vasitəsilə apardığı əməliyyatlar Azərbaycan Respublikası Mərkəzi Bankının valyuta əməliyyatlarının rejiminə dair normativ aktları ilə tənzimlənir.
3.1. Müvəkkil banklar bank lisenziyasında qadağan edilməmişdirsə, bu Qaydalarda göstərilən əməliyyatları və əqdləri bank metalları ilə həyata keçirə bilərlər.
3.2. Müvəkkil banklar Azərbaycan Respublikasının daxili valyuta bazarında bank metalları ilə aşağıdakı əməliyyatları apara və əqdləri bağlaya bilərlər:
3.2.1. müştərilərlə bank metallarında cari və depozit (əmanət) hesablarının açılması və həmin hesablar üzrə əməliyyatların aparılması;
3.2.2. Mərkəzi Bankda və digər müvəkkil banklarda bank metallarında müxbir hesablarının açılması və həmin hesablar üzrə əməliyyatların aparılması;
3.2.3. digər müvəkkil banklarda bank metallarında müxbir hesablarının açılması və həmin hesablar üzrə əməliyyatların aparılması;
3.2.4. bank metallarının manatla alqı-satqısı;
3.2.5. bank metallarında banklararası depozitlərin cəlb edilməsi və yerləşdirilməsi;
3.2.6. bank metallarında banklararası kreditlərin alınması və verilməsi;
3.2.7. bank metallarında rezident hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə kreditlərin verilməsi;
3.2.8. bank metallarının müvəkkil bankda saxlanca qəbul edilməsi;
3.2.9. eyni metaldan olan bank metalı külçəsini daha kiçik (və ya böyük) bank metalı külçəsinə dəyişdirmək;
3.2.10. bank metalının başqa növ bank metalına konvertasiyası.
3.3. Müvəkkil banklar beynəlxalq bazarlarda bank metalları ilə aşağıdakı əməliyyatları apara və əqdləri bağlaya bilərlər:
3.3.1. qeyri-rezident banklarda bank metallarında müxbir hesablarının açılması və həmin hesablar üzrə əməliyyatların aparılması;
3.3.2. qeyri-rezident banklara bank metallarında müxbir hesablarının açılması və həmin hesablar üzrə əməliyyatların aparılması;
3.3.3. bank metallarının xarici valyutaya alqı-satqısı;
3.3.4. bank metallarında banklararası depozitlərin cəlb edilməsi və ya yerləşdirilməsi;
3.3.5. bank metallarında banklararası kreditlərin alınması və verilməsi;
3.3.6. bank metallarının qeyri-rezident banklarda saxlanca qoyulması;
3.3.7. bank metalının başqa növ bank metalına konvertasiyası.
3.4. Müvəkkil banklar fiziki şəkildə qəbul olunmuş və ya digər qiymətli metal hesablarından köçürülmüş bank metallarını qiymətli metal hesablarına daxil edə bilərlər.
3.5. Müvəkkil banklardakı qiymətli metal hesablarından bank metallan fiziki şəkildə ödənilə bilər və ya digər qiymətli metal hesablarına köçürülə bilər.
3.6. Bank metallarında kreditlər qiymətli metal hesablarına köçürülməklə və ya fiziki şəkildə verilə bilər. Kreditlərin qaytarılması qiymətli metal hesabından köçürülməklə və ya fiziki şəkildə həyata keçirilir.
3.7. Müvəkkil banklar qiymətli metal hesablarına rezident və qeyri-rezidentlərdən bank metallarmı fiziki şəkildə qəbul edərkən, onların respublika daxilində əldə edilməsinin mənbəyinə dair məlumatı və ya ölkəyə gətirilməsini təsdiqləyən sənədləri (bank arayışı, gömrük rəsmiləşdirmə sənədləri və s.) tələb etməlidirlər. Təqdim edilmiş sənədlərin əslində (üz tərəfində) bank metalının qəbul edilməsi barədə bankın məsul işçisinin imzası və bankın ştampı ilə qeydiyyat aparıldıqdan sonra surəti bankda saxlanılır.
3.8. Müvəkkil banklarda bank metallarının fiziki şəkildə müştəriyə verilməsi və alqı-satqısı həyata keçirilərkən, rəsmiləşdirmə sənədlərində onun keyfiyyət standartları, külçələrin sayı, məbləği, əqdin tarixi və nömrəsi göstərilməlidir. Bank metalı fiziki şəkildə müştəriyə verilərkən müştəriyə qiymətli metalın keyfiyyət standartlarım, ödənilmiş məbləği təsdiq edən bank arayışı, bank hesabından çıxarış və ya təsdiqedici digər sənəd təqdim edilməlidir.
3.9. Müvəkkil banklar bank metallan ilə əməliyyatları və əqdləri fiziki şəkildə icra edərkən müştəriyə vizual müşahidə etmək imkanı yaratmalıdırlar.
3.10. Bank metallarında faiz borcları, qiymətli metal hesablarının açılması, əməliyyatın aparılması və s. üzrə xidmət haqlan Azərbaycan Respublikasının milli valyutası ilə hesablanır və ödənilir. Bank və müştəri arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu halda faiz borcları bank metallarında ödənilə bilər.
3.11. Müvəkkil banklarda qiymətli metal hesablarının açılması Mərkəzi Bankın bank hesablarının açılmasına dair müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.
3.12. Müvəkkil banklar rezident və qeyri-rezidentlərə qiymətli metallarda cari, depozit (əmanət), ssuda, müxbir hesabları və saxlanca qoyulma hesabları aça bilərlər.
3.13. Qiymətli metal hesabları üzrə əməliyyatların aparılmasına dair münasibətlər bank və müştəri arasında bağlanmış müqavilə ilə tənzimlənir. Müqavilədə ən azı aşağıdakılar müəyyən edilməlidir:
- hesab üzrə aparılan əməliyyatlar;
- xidmət haqlarının ödənilməsi şərtləri;
- bank metallarının fiziki şəkildə qəbul edilməsi və geri qaytarılması şərtləri;
- əvvəllər fiziki şəkildə qəbul olunmuş və ya köçürülmüş bank metalının hesabdan verilərkən və ya köçürülərkən ilkin fərdi xüsusiyyətlərinin (seriya nömrəsi, emal edən şirkətin möhürü, əyan və emal olunduğu il) və kütləsinin dəyişməsi ilə əlaqədar şərtlər.
3.14. Saxlanca qoyulmuş qiymətli metal hesablarında əks olunan bank metallan cəlb olunmuş vəsait hesab edilmir və müvəkkil banklar onları öz adından yerləşdirə bilməz. Saxlanmaq üçün qəbul olunmuş bank metallarının külçələrinin başqası ilə əvəzləşdirilməsinə və ya fərdi xüsusiyyətlərinin (çəkisi, kütləsi, seriya nömrəsi, emal edən şirkətin möhürü, əyarı və emal olunduğu il) dəyişdirilməsinə yol verilmir.
3.15. Müvəkkil banklar qiymətli metal hesablan ilə əməliyyatları yalnız açıq valyuta mövqeyinə dair Mərkəzi Bankın müəyyən etdiyi qaydalara və limitlərə riayət etməklə apara bilərlər.
4.1. Bankların qiymətli metallarla əməliyyatlarına nəzarət bank nəzarəti çərçivəsində qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.
4.2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi rezident və qeyri-rezidentlər tərəfindən qiymətli metalların müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən keçirilməsinə nəzarət edir.
4.3. Bu Qaydaların tələblərini pozan rezident və qeyri-rezidentlər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyət daşıyırlar.
London Qiymətli Metallar Bazarı Assosiasiyası və London Platin və Palladium Bazarı iştirakçıları tərəfindən qəbul edilmiş keyfiyyət standartı “London good delivery” standartı kimi göstərilir.
1. “London good delivery” standartlı qızıl külçələr aşağıdakı tələblərə cavab verməlidir:
külçədə təmiz qızılın kütləsi 350-dən 430 troy unsiyasına kimi təşkil etməli (10886 qramdan 13373 qramadək);
hər külçənin çəkisi troy unsiyasında və 0.025 unsiya mislində ifadə olunmalı;
aşqar kütlədə təmiz kimyəvi tərkibli qızıl 1000 hissənin 995-ə nisbətindən az olmamalıdır.
Külçənin üzərində aşağıdakı nişanələr olmalıdır:
hazırlayanın möhürü (damğası);
hazırlandığı il (təlob 1988-ci ildən qüvvədədir).
Külçənin üzərində məsamələr, boşluqlar və digər qüsurlar olmamalı, onlar daşınmaq və yığılmaq üçün münasib olmalıdır.
2. “London good delivery” standartlı gümüş külçələr aşağıdakı tələblərə cavab verməlidir:
külçənin çəkisi 750-dən 1100 troy unsiyasına kimi təşkil etməli (23325 qramdan 34210 qramadək);
hər külçənin çəkisi troy unsiyasında və 0,10 unsiya mislində ifadə olun-malı;
aşqar kütlədə təmiz kimyəvi tərkibli gümüş 1000 hissənin 999-a nisbətindən az olmamalıdır.
Külçənin üzərində aşağıdakı nişanələr olmalıdır:
hazırlayanın möhürü (damğası);
troy unsiyası və ya kiloqramla çəkisi.
Külçənin üzərində məsamələr, boşluqlar və digər qüsurlar olmamalı, onlar düzgün formalı, daşınmaq və yığılmaq üçün münasib olmalıdır. Külçənin kənarları düz, lakin kəskin olmamalıdır.
3. “London good delivery” standartlı platin külçələr aşağıdakı tələblərə cavab verməlidir:
külçənin çəkisi 32,151-dən 192,904 troy unsiyasına kimi təşkil etməli (1000 qramdan 6000 qramadək);
aşqar kütlədə təmiz kimyəvi tərkibli metal 1000 hissənin 999,5-ə nisbətindən az olmamalıdır.
Külçənin üzərində aşağıdakı nişanələr olmalıdır:
PT və PLATİNİUM literləri (tökmə hərfləri);
hazırlayanın möhürü (damğası);
qramla və ya troy unsiyası ilə çəkisi.
Külçənin üzərində məsamələr, boşluqlar və digər qüsurlar olmamalı, onları daşınmaq və yığılmaq üçün münasib olmalıdır.
4. “London good delivery” standartlı palladium külçələr aşağıdakı tələblərə cavab verməlidir:
külçənin çəkisi 32,151-dən 192,904 troy unsiyasına kimi təşkil etməli (1000 qramdan 6000 qramadək);
aşqar kütlədə təmiz kimyəvi tərkibli metal 1000 hissənin 999,5-ə nisbətindən az olmamalıdır.
Külçənin üzərində aşağıdakı nişanələr olmalıdır:
PD və PALLADİUM literləri (tökmə hərfləri);
hazırlayanın möhürü (damğası);
qramla və ya troy unsiyası ilə çəkisi.
Külçənin üzərində məsamələr, boşluqlar və digər qüsurlar olmamalı, onlar daşınmaq və yığılmaq üçün münasib olmalıdır.
5. “London good delivery” standartlarına uyğun olan qızıl, gümüş, platin və palladium külçələri üzərində möhür vuran affınaj şirkəti LBMA və ya LPPM-in xüsusi siyahısına daxil edilməlidir.