Qanunvericilik › “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”nın təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 19.09.2022) › Tam mətn

“Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”nın təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 19.09.2022)

“Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”nın təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 19.09.2022) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli, 927-IIQ nömrəli Qanununun 10.1-ci və 13.6-cı maddələrinə, “Telekomunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 avqust tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 01 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın 3.1-ci və 3.2-ci bəndlərinə və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.42-ci yarımbəndinə uyğun olaraq, həmin Əsasnamənin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

1. “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

rəqəmsal inkişaf və nəqliyyat naziri

1.1. Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və illik – bundan sonra müddətli) ödənişlərin hesablanması metodikası (bundan sonra - Metodika) “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının 14 iyun 2005-ci il tarixli, 927-IIQ nömrəli Qanununun 10.1-ci və 13.6-cı maddələrinə, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2005-ci il tarixli, 277 nömrəli Fərmanında dəyişklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 avqust 2022-ci il tarixli 1834 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 01 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın 3.1-ci və 3.2-ci bəndlərinə əsasən hazırlanmışdır.

1.2. Bu Metodikaya əsasən, radiotezlik spektrindən istifadəyə görə ödənişlər müvafiq qaydada icazə verilmiş (təyin edilmiş) hər bir radiotezlik zolağı və ya radiotezlik kanalı üçün ayrı-ayrılıqda müəyyən olunur.

1.3. Ödənişlər üçün əsas Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının (bundan sonra - RTDK) və Azərbaycan Respublikası Auidiovizual Şurasının yerüstü teleradioyayımı üzrə radiotezlik zolağının (kanalının) ayrılması barədə qərarı (icazəsi), habelə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeli qurumu olan Dövlət Radiotezliklər İdarəsi (bundan sonra–DRİ) ilə radiotezlik spektrindən istifadəyə dair bağlanmış ikitərəfli müqavilədir.

1.4. Bu Metodika icazə verilmiş (təyin edilmiş) radiotezliklərə köklənmiş radioelektron vasitələrin (bundan sonra - REV) istifadə olunduğu texnologiyanı, radiotezlik zolağının əhəmiyyətlilik dərəcəsini, radiotezliklərin sayını, radiotezlik zolağının genişliyini (enini), ayrılmış radiotezliyin istifadə olunduğu coğrafi ərazini, REV-in şüalandırdığı ərazini (xidmət sahəsini) və digər kəmiyyət və əmsalları, o cümlədən sabit dəyər kəmiyyətini nəzərə alan birdəfəlik və müddətli ödənişlərin hesablanması prinsip və şərtlərini müəyyən edir.

1.5. Bu Metodika Azərbaycan Respublikası ərazisində mülki məqsədlər üçün radiotezliklərdən istifadə edən bütün dövlət orqanlarına (qurumlarına), hüquqi və fiziki şəxslərə (o cümlədən xarici), Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinə, xarici dövlətlərin səfirlikləri, diplomatik konsulluqları və nümayəndəliklərinə şamil olunur.

1.6. Bu Metodikanın şamil edildiyi istifadəçilər əhali və büdcədən maliyyələşən təşkilatlar, eləcə dədigər təşkilatlar olmaqla iki qrupda təsnifləşdirilib.

1.7. Bu Metodika REV-lərin elektromaqnit uzlaşmasının ekspertizası üzrə xidmətlərə görə ödənişlərin hesablanmasına şamil olunmur. REV-lərin elektromaqnit uzlaşmasının ekspertizası üzrə xidmətlərə görə ödənişlər müqavilə əsasında müəyyən edilir.

1.8. Birdəfəlik ödənişlər radiotezliklərin təyinatı üzrə aparılan ölçmə, radiomonitorinq, tezlik zolaqlarının tənzimlənməsi, həmin radiotezliklərə köklənən REV-lərin şüalanma parametrlərinin radiotexnologiyalar üçün müvafiq texniki normativlərə uyğunluğunun hesabatı, ayrılmış radiotezliklərin beynəlxalq koordinasiyası və müdafiəsinin təşkili, eləcə də radiotezlik və REV-lərin qeydiyyatı, uçotu və sənədləşdirilməsi ilə bağlı xərcləri özündə ehtiva edir. Radiotezlik zolaqları hərraclar vasitəsilə ayrıldığı təqdirdə, həmin tezliklərə görə birdəfəlik ödənişlər bu Metodika əsasında hesablanmır.

1.9. Bu Metodika üzrə hesablanmış bütün ödənişlərə ƏDV daxildir.

1.10. Bu Metodikaya əlavə və dəyişikliklər edilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla aparılır.

2.1. Birdəfəlik ödəniş icazə verilmiş (təyin edilmiş) hər bir radiotezlik kanalı üzrə ayrı-ayrılıqda aşağıdakı formula əsasında hesablanır:

B - birdəfəlik ödənişin məbləği (manatla).

B1 – birdəfəlik ödəniş üzrə sabit dəyər kəmiyyəti (manatla). Bu kəmiyyət radioxidmətlərin sosialyönümlü olması, ümumistifadəli və ya daxili tələbat üçün istifadə edilməsi, eləcə də radiorabitə xidmətlərinin əlçatan olması nəzərə alınaraq müəyyən edilib. Metodika uzunmüddətli dövr üçün təsdiq olunduğuna görə il ərzində baş verə biləcək iqtisadi dəyişikliklərin və volatil amillərin nəzərə alınması üçün B1 sabit dəyər kəmiyyəti qəbul olunur və ilkin olaraq bu Metodikanın 1 nömrəli Əlavəsinə uyğun tətbiq edilir. Zəruri olduğu təqdirdə B1 sabit dəyər kəmiyyətinə yenidən baxılır.

B2 – radiotezliklərin sayı (ədədlə). Birdəfəlik ödənişin məbləği icazə verilmiş (təyin edilmiş) hər bir radiotezlik kanalı üçün ayrıca hesablanır. Bütün hallarda B2 əmsalı simpleks rabitəsi üçün 1-ə, dupleks rabitəsi üçün isə 2-yə bərabər götürülür.

İcazə radiotezlik zolaqlarına verildiyi halda, radiotezliklərin (kanal) sayı Beynəlxalq Telekommunikasiya İttifaqının (bundan sonra – BTİ) normativləri ilə bu radioxidmət texnologiyası üçün tövsiyə edilən zolaq genişliyinə (eninə) bölünərək müəyyən edilir.

B3 – ayrılmış radiotezliyin (kanalın) zolaq genişliyini (enini) nəzərə alan əmsal. BTİ normativləri ilə radioxidmət texnologiyaları üçün tövsiyə edilən radiotezlik zolaq genişliyinə (eninə) mütənasib olaraq əmsallar müəyyən olunub. Birdəfəlik ödənişin hesablanması zamanı, ayrılmış (təyin edilmiş) hər bir radiotezlik üçün texnologiyalara və təlabata uyğun tezlik zolağı genişliyi əmsalı bu Metodikanın 2 nömrəli Əlavəsinə uyğun tətbiq edilir.

İcazə radiotezlik zolağına i verildiyi halda, zolağın genişliyi (eni) əmsalı tezlik zolağının yuxarı qiyməti ilə aşağı qiymətinin riyazi fərqi kimi müəyyən edilir.

B4 - icazə verilmiş (təyin edilmiş) radiotezliyin istifadə olunduğu coğrafi ərazini nəzərə alan əmsal. Coğrafi ərazi əmsalı müəyyən edilərkən radiotezliyin istifadə olunduğu regionun və ərazinin əhali sayı, iqtisadi inkişaf göstəriciləri, alıcılıq qabiliyyəti, eləcə də digər iqtisadi və sosial parametrlər nəzərə alınır. B4 əmsalı üzrə 5 coğrafi ərazi müəyyən edilib və bu Metodikanın 3 nömrəli Əlavəsinə uyğun tətbiq edilir.

İcazə verilmiş eyni radiotezlikdən istifadə edilməklə yuxarıda göstərilən 2 coğrafi ərazidə eyni vaxtda xidmət göstərildikdə, onlardan ən yüksək olanı seçilir. İcazə verilmiş radiotezlikdən 3 coğrafi ərazidə eyni vaxtda istifadə olunarsa, habelə verilmiş icazədə xidmət göstərilən ərazi 2-ci və 3-cü, eyni zamanda 4-cü (və ya 5-ci) coğrafi əraziyə aid olan 3-dən artıq şəhər və rayonu əhatə edərsə, bu halda 1-ci coğrafi əraziyə uyğun əmsal tətbiq olunur.

B5 – radiotezlik zolağının əhəmiyyətlilik əmsalı. Əmsal müəyyən edilərkən, həmin tezlik zolağına olan tələbat, ondan istifadə səviyyəsi və yuxarı tezlik zolaqlarından istifadənin stimullaşdırılması amili nəzərə alınır. Əmsal bu Metodikanın 4 nömrəli Əlavəsinə uyğun olaraq tətbiq olunur.

2.2. DRİ tərəfindən birdəfəlik ödənişin hesablanması RTDK-nın və yerüstü teleradioyayımı üzrə Azərbaycan Respublikası Auidiovizual Şurasının radiotezlik zolağının (kanalının) ayrılmasına dair icazəsindən, həmin icazə üzrə DRİ tərəfindən radiotezliyin təyin olunmasından və rəsmiləşdirilməsindən sonra aparılır və ödəniş üçün hesab-faktura istifadəçiyə təqdim edilir.

2.3. Eyni istifadəçi tərəfindən birdəfəlik ödəniş edilmiş radiotezlik (kanal) coğrafi ərazidən asılı olmayaraq, icazə əsasında təkrar istifadə olunduqda, bu radiotezliyə (kanala) görə birdəfəlik ödəniş hesablanmır.

2.4. İcazə verilmiş (təyin edilmiş) radiotezliklər üzrə birdəfəlik ödənişin məbləği bu Metodikanın 2.1-ci bəndinə müvafiq olaraq, ayrı-ayrı radiotezliklər üzrə hesablanmış birdəfəlik ödənişlərin toplanması yolu ilə müəyyən edilir.

3.1. Müddətli ödəniş icazə verilmiş (təyin edilmiş) radiotezliklərdə (radiotezlik kanallarında) işləyən hər bir REV-dən istifadəyə görə ayrı-ayrılıqda aşağıdakı formula əsasında hesablanır:

M - müddətli ödənişin məbləği (manatla).

M1 – müddətli ödəniş üzrə sabit dəyər kəmiyyəti (manatla). Bu kəmiyyət radioxidmətlərin sosialyönümlü olması, ümumistifadəli və ya daxili tələbat üçün istifadə edilməsi, eləcə də radiorabitə xidmətlərinin əlçatan olması nəzərə alınaraq müəyyən edilib. Metodika uzunmüddətli dövr üçün təsdiq olunduğuna görə il ərzində baş verə biləcək iqtisadi dəyişikliklərin və volatil amillərin nəzərə alınması üçün M1 sabit dəyər kəmiyyəti qəbul olunur və bu Metodikanın 5 nömrəli Əlavəsinə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmayan kosmik operatorun təşkil etdiyi peyk şəbəkəsindəki radiotezliklərindən istifadə edən yerüstü peyk stansiyaları (SCPC, VSAT-HUB, VSAT abunəçi terminalları, respublikadaxili yerüstü peyk şəbəkəsinin abunəçi terminalları) üzrə müddətli ödənişlər hesablanarkən bu Metodikanın 5 nömrəli Əlavəsində göstərilən M1 sabit dəyər kəmiyyətinə 2 əmsal (televiziya və radio yayımçılarına, habelə büdcədən maliyyələşən və büdcədən maliyyə yardımı alan təşkilatlara münasibətdə 1 əmsal) tətbiq olunur. Zəruri olduğu təqdirdə M1 sabit dəyər kəmiyyətinə yenidən baxılır.

M2 – radiotezliklərin və eyni şəbəkədə işləyən REV-lərin sayını nəzərə alan əmsal. Bütün hallarda M2 əmsalı simpleks rabitəsi üçün 1, dupleks rabitəsi üçün isə 2-yə bərabər götürülür. Səyyar radiorabitə şəbəkəsində və trank radiorabitə sistemində istisna olaraq, icazə verilən(təyin edilən) ümumi tezlik sayı ilə yanaşı, istismar edilən ümumi REV-lərin sayı da nəzərə alınır. M2 əmsalı bu Metodikanın 6 nömrəli Əlavəsinə uyğun tətbiq edilir..

M3 – istifadə edilən radiotezlik zolağının genişliyini nəzərə alan əmsal. Müddətli ödənişin hesablanması zamanı təyin olunmuş hər bir tezlik üçün, BTİ-nin müxtəlif texnologiyalar və xidmətlər üzrə standartları və tezlik zolağına olan tələbat nəzərə alınmaqla radiotezlik zolağının genişliyi (eni) əmsalı müəyyən olunur və bu Metodikanın 7 nömrəli Əlavəsinə uyğun tətbiq edilir. Radiorele xətləri (RRX) və Yerüstü Peyk Stansiyaları (YPS) avadanlıqları üçün istifadə olunan radiotezliklərin (icazədə göstərilən) tezlik zolaq genişliyi (eni), beynəlxalq standartlarla bu texnologiyalar üzrə seçilmiş intervallar üzrə müəyyən edilmiş əmsallar əsasında təyin edilir.

M4 - radiotezliyin istifadə olunduğu coğrafi ərazini nəzərə alan əmsal. Coğrafi ərazi əmsalı müəyyən edilərkən, radiotezliyin istifadə olunduğu regionun və ərazinin əhali sayı, iqtisadi inkişaf göstəriciləri, alıcılıq qabiliyyəti, eləcə də digər iqtisadi və sosial parametrlər nəzərə alınır. M4 əmsalı üzrə 5 coğrafi ərazi müəyyən edilib və bu Metodikanın 3 nömrəli Əlavəsinə uyğun tətbiq edilir.

Eyni radiotezlikdən istifadə edilməklə yuxarıda göstərilən 2 coğrafi ərazidə eyni vaxtda xidmət göstərildikdə onlardan əmsalı ən yüksək olanı seçilir. Eyni radiotezlikdən 3 coğrafi ərazidə eyni vaxtda istifadə olunarsa, habelə verilmiş icazədə xidmət göstərilən ərazi 2-ci və 3-cü, eyni zamanda 4-cü (və ya 5-ci) coğrafi əraziyə aid olan 3-dən artıq şəhər və rayonu əhatə edərsə, bu halda 1-ci coğrafi əraziyə uyğun əmsal tətbiq olunur.

M5 – REV-in şüalandırdığı ərazinin sahəsini (xidmət sahəsini) nəzərə alan əmsal. Bu əmsal xidmət ərazisinin sahəsinə əsasən müəyyən edilir və bu Metodikanın 11 nömrəli Əlavəsinə uyğun tətbiq edilir.

Radio yayımı (FM və T-DAB) və televiziya yayımı (DVB-T) üzrə istismar olunan ötürücülərin quraşdırılma yeri, gücü, anten güclənməsi və anten hündürlüyü parametrləri əsasında effektiv şüalanma gücü (Pef(dBVt)) və effektiv anten hündürlüyü (Heff (m)) hesablanır. Pef(dBVt)) və Heff (m) əsasında xidmət sahəsi hesablanır. Pef(dBVt) və Heff (m) üzrə hesablanmış dəyərlər, Metodikanın müvafiq 8, 9 və 10 nömrəli Əlavələrindəki dəyərlərlə müqayisə edilir və uyğun olaraq, ən aşağı həddə olan dəyərlər götürülməklə xidmət sahəsinin radiusu müəyyən edilir. Metodikanın 8, 9 və 10 nömrəli Əlavələri ilə müəyyən edilən xidmət sahəsinin radiusunun hesablanması cədvəlləri BTİ-nin ITU-R P.370 və ITU-R P.1546 nömrəli tövsiyələri əsasında tərtib olunmuşdur. Xidmət sahəsi müvafiq proqram təminatları vasitəsilə avtomatik olaraq da hesablana bilər.

Xidmət sahəsi əmsalı QD və OD radioyayımı və radionaviqasiya sistemi üzrə REV-in gücü nəzərə alınmaqla, səyyar radiorabitə şəbəkəsində isə radiostansiyaların (UQD, QD və OD) və repitorların bir coğrafi zona daxilində toplam gücü üzrə müəyyən edilmiş 3 interval əsasında hesablanır.

M6 – radiotezlik zolağının əhəmiyyətlilik əmsalı. Əmsal müəyyən edilərkən həmin tezlik zolağına tələbat, ondan istifadə səviyyəsi və yuxarı tezlik zolaqlarından istifadənin stimullaşdırılması amili nəzərə alınıb. Əmsal bu Metodikanın 4 nömrəli Əlavəsinə uyğun tətbiq olunur.

Müddətli ödəniş hesablanan zaman, radiohəvəskarlara müxtəlif radiotezlik zolaqlarından istifadəyə icazə verilsə də bütün zolaqlar üçün M6 əmsalı 0,1-ə bərabər götürülür.

M7 – istifadə olunan radiotezliklərə köklənmiş REV-lərin texnologiya növlərini nəzərə alan əmsal. Əmsal müəyyən edilərkən, icazə verilmiş (təyin edilmiş) radiotezliklərdə işləyən REV-lərə texniki nəzarət, radiomonitorinq işlərinin mürəkkəblik dərəcəsi, həmin REV-lərin tezlik zolağını məşğul etmə səviyyəsi və yeni texnologiyalardan istifadənin təşviqi nəzərə alınır. Əmsal bu Metodikanın 12 nömrəli Əlavəsinə uyğun olaraq tətbiq olunur.

M8 - İstifadə olunan radiotezliklərdən və həmin radiotezliklərə köklənmiş REV-lərdən istifadə müddətini nəzərə alan əmsal. Bu əmsal radiotezlik və REV-lərdən il ərzində faktiki istifadə edilən günlərin sayı əsasında müəyyən edilir (0÷1 arası dəyişir, M8=Xgün/365gün). Tam 1 illik xidmət dövrü üçün M8 əmsalı 1-ə bərabər götürülür.

3.2. Səyyar radiorabitə şəbəkəsi (UQD, QD və OD) və trank radiorabitə sistemi üzrə bu Metodikanın 3.1-ci bəndi ilə hesablanmış müddətli ödənişin məbləğinin üzərinə istifadə olunan hər bir REV-ə görə aşağıdakı məbləğlərə uyğun (REV-in sayı göstərilən müvafiq məbləğlərə vurulmaqla) haqq əlavə olunur:

· PMR446 səyyar radiorabitə şəbəkəsində hər bir əldədaşınan radiostansiya üzrə - 8 manat;

· səyyar radiorabitə şəbəkəsi (PMR 446 səyyar radiorabitə şəbəkəsi istisna olmaqla) və trank radiorabitə sistemində gücü 5 Vt və aşağı olan hər bir əldədaşınan radiostansiya üzrə - 12 manat;

· səyyar radiorabitə şəbəkəsi və trank radiorabitə sistemində gücü 5 Vt-dan yuxarı olan hər bir stasionar radiostansiya və repiter (təkrarlayıcı) üzrə - 24 manat.

3.3. Müddətli ödənişin məbləği bu Metodikanın 3.1-ci və 3.2-ci bəndlərinə müvafiq olaraq, ayrı-ayrı REV-lər üzrə hesablanmış müddətli ödənişlərin toplanılması yolu ilə müəyyən edilir.

Sellülar (mobil) rabitə şəbəkəsində müddətli ödənişin hesablanması zamanı istifadə olunan radiotezliklər 2 qrupa bölünür:

· BTİ-nin radiorabitə xidmətləri üzrə təsdiq edilmiş standartlarına əsasən, sellülar (mobil) radiorabitə şəbəkəsi üçün nəzərdə tutulan radiotezlik zolaqlarından eksklüziv (müstəsna) hüquqla istifadə olunan sellülar radiotezlik zolaqları;

· Sellülar (mobil) rabitənin təşkilində transmissiya radiorabitə avadanlığı (RRX və sair) üçün ümumi əsaslarla istifadə olunan digər radiotezlik zolaqları.

Radiotezliklərin eksklüziv (müstəsna hal kimi) bütün ölkə ərazisində istifadə hüququna və ümumi əsasla ayrılmasına görə hər bir qrup üçün fərqli əmsallar tətbiq edilir və buna müvafiq olaraq, müddətli ödənişin məbləği aşağıdakı formula əsasında ayrı-ayrılıqda hesablanır və cəmlənir.

Gillik – müddətli ödənişin cəmi məbləği (manatla)

Gillik(sel) – ayrılmış sellülar radiotezlik zolağı üçün müddətli ödənişin məbləği (manatla)

Gillik(dig) – transmissiya üzrə ayrılmış digər radiotezlik zolağı üçün müddətli ödənişin məbləği (manatla)

SD – sabit dəyər kəmiyyəti. Metodika uzunmüddətli dövr üçün təsdiq olunduğuna görə il ərzində baş verə biləcək iqtisadi dəyişikliklərin və volatil amillərin nəzərə alınması şərtilə SD kəmiyyəti tətbiq olunur. SD kəmiyyəti 600 manata bərabər götürülür. Zəruri olduğu təqdirdə SD kəmiyyətinə baxılır.

ZƏ – radiotezlik zolağının əhəmiyyətlilik əmsalı. Bu Metodikanın 4 nömrəli Əlavəsi ilə müəyyən edilir.

T – radiotezlik zolağından il ərzində istifadə müddətini nəzərə alan əmsal. Bu əmsal radiotezliklərdən il ərzində faktiki istifadə edilən günlərin sayı əsasında müəyyən edilir (0÷1 arası dəyişir, T=Xgün/365gün). Tam 1 (365gün) illik xidmət dövrü üçün T əmsalı 1-ə bərabər götürülür. Ödənişin məbləği aşağıdakı formula əsasında ayrı-ayrılıqda hesablanır.

Gillik(sel) = SD x Təsel x T x

Təsel – sellülar (mobil) radiotezlik zolaqları üçün eksklüzivlik (müstəsna olaraq bütün ölkə ərazisində istifadə hüququ üzrə) əmsalı. Təsel=100 götürülür,

ZGsel – ayrılmış sellülar (mobil) radiotezlik zolağı (MHs),

– ayrılmış sellülar (mobil) radiotezlik zolaqlarının sayı (1÷7).

Tədig – transmissiya üzrə ayrılmış digər radiotezlik zolağı üçün ümumi əsaslarla istifadə hüququ əmsalı. Tədig = 1 götürülür,

ZGdig – transmissiya üzrə ayrılmış digər radiotezlik zolağı (MHs),

– transmissiya üzrə ayrılmış digər radiotezlik zolaqlarının sayı (1÷7).

5.1. Bu Metodikanın tətbiqi zamanı əvvəlki tariflərlə müqayisədə yaranan fərqlərin tədricən və mərhələli şəkildə aradan qaldırılması məqsədilə BTİ-nin yeni tarif hesablanması ilə bağlı tövsiyələri nəzərə alınaraq, aşağıdakı xüsusi şərtlər tətbiq olunur.

5.1.1. Respublika ərazisində fəaliyyət göstərən xarici hüquqi və fiziki şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri (Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlar, diplomatik nümayəndəlik və konsulluqlar istisna olmaqla) tərəfindən istifadə olunan radiotezlik və radiorabitə vasitələrinə görə bu Metodikanının 3.1 və 3.2-ci bəndlərinə uyğun olaraq, hesablanmış müddətli ödənişin məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:

· səyyar peyk rabitəsi terminalları üzrə - 2,0

· radiorele xətləri (RRX) və mobil peyk telefonları üzrə - 10,0

· səyyar radiorabitə şəbəkəsi (yalnız UQD radiostansiyalar) üzrə - 36,0

· radionaviqasiya sistemləri üzrə - 30,0

· yerüstü peyk stansiyaları (SCPC tipli YPS, VSAT-HUB və VSAT abunəçi terminalları) - 12,0

5.1.2. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlar, diplomatik nümayəndəlik və konsulluqlar tərəfindən istifadə edilən radiotezlik və REV-lərə (səyyar radiorabitə şəbəkəsi (yalnız UQD radiostansiyalar) istisna olmaqla) görə müddətli ödənişin məbləği bu Metodikanın 3.1 və 3.2-ci bəndlərinə əsasən hesablanır, səyyar radiorabitə şəbəkəsi (yalnız UQD radiostansiyalar) üzrə hesablanmış müddətli ödənişin məbləğinə isə 3 əmsalı tətbiq edilir.

5.1.3. Aşağıdakı YPS-lər üzrə bu Metodikanın 3.1-ci bəndinə uyğun olaraq, hesablanmış müddətli ödənişin məbləğinə göstərilən əmsallar tətbiq edilir:

· respublikadaxili yerüstü peyk şəbəkəsinin (VSAT) abunəçi terminalları üzrə (VSAT-HUB stansiyası Azərbaycan ərazisində yerləşdiyi halda) – 0,2

· yerüstü peyk TV ötürücü stansiyası (TV-Uplink) üzrə - 4,0

· əhalinin, Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin (xarici hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri istisna olmaqla), Azərbaycan Respublikasının fərdi sahibkarlarının, habelə büdcədən maliyyələşən və büdcədən maliyyə yardımı alan təşkilatların istifadə etdiyi SCPC tipli YPS, VSAT-HUB, VSAT abunəçi terminalları üzrə (Azərbaycan Respublikasının peyk şəbəkəsi və (və ya) peyki vasitəsilə istifadə edilən halda) - 0,5

5.1.4. Hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan müəssisələr, eləcə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və tabeli müəssisələri istisna olmaqla), əməliyyat şirkətləri, habelə bu hüquqi şəxslərə xidmət göstərən xarici subpodratçılar tərəfindən istifadə olunan yerüstü peyk stansiyalarına (SCPC tipli YPS, VSAT-HUB və VSAT abunəçi terminalları) görə bu Metodikanın 3.1-ci bəndinə uyğun olaraq, hesablanmış müddətli ödənişin məbləğinə 12,0 əmsalı tətbiq edilir.

5.1.4-1. Bu Metodikanın 5.1.1-ci yarımbəndində qeyd edilən şəxslər hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçı, əməliyyat şirkəti, habelə bu hüquqi şəxslərə xidmət göstərən xarici subpodratçı qismində çıxış etdiyi halda onlar tərəfindən istifadə olunan yerüstü peyk stansiyalarına (SCPC tipli YPS, VSAT-HUB və VSAT abunəçi terminalları) görə bu Metodikanın 3.1-ci bəndinə uyğun olaraq, hesablanmış müddətli ödənişin məbləğinə yalnız bu Metodikanın 5.1.4-cü yarımbəndi üzrə əmsal tətbiq edilir.

5.2. SFN (tək tezlikli sinxron şəbəkə) rejimində fəaliyyət göstərən DVB-T və T-DAB rəqəmsal teleradio yayımı şəbəkələrində bir şəbəkə üzrə (əsas ötürücü istisna olmaqla) təkrar istifadə olunan radiotezliklərə (kanallara) görə hesablanan müddətli ödənişlərə 0,2 əmsalı tətbiq edilir.

5.3. Sellülar (mobil) rabitə şəbəkəsi üçün birdəfəlik ödənişlər bu Metodikanın 2-ci bölməsinə, müddətli ödənişlər isə bu Metodikanın 4-cü bölməsinə uyğun hesablanır. Sellülar radiotezlik zolağı istifadə üçün ölkə ərazisinin müəyyən bir hissəsi üzrə ayrıldıqda, bu Metodikanın 4-cü hissəsində qeyd edilən “Təsel – sellülar (mobil) radiotezlik zolaqları üçün eksklüzivlik (müstəsna olaraq bütün ölkə ərazisində istifadə hüququ üzrə) əmsalı” həmin radiotezlik zolağının ayrıldığı ərazinin sahəsinin ölkənin ümumi sahəsinə olan nisbətinə uyğun hesablanmış əmsala (ərazinin sahəsi - km² / 86 600 km²) vurulur.

5.4. Əhali (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) və büdcədən maliyyələşən təşkilatlara bu Metodika üzrə hesablanmış birdəfəlik və müddətli ödənişlərə 0,5 əmsalı tətbiq olunur.

5.5. Radiohəvəskarlar və PMR446 (446,000-446,200 MHs tezlik zolağı) əldə daşınan radiostansiya istifadəçiləri üçün təyin edilmiş radiotezliklərə görə birdəfəlik ödənişlər hesablanmır.

5.6. Yerüstü peyk stansiyalarının bütün növlərinə və peyk telefonlarına görə birdəfəlik ödənişlər nəzərdə tutulmur, müddətli ödənişlər isə bu Metodikaya uyğun hesablanır.

5.6-1. Yüksək sürətli internet xidməti (məlumat mübadilə sürəti 25 Mbit/s və daha çox olan) göstərən aşağı orbitli peyk şəbəkələrinin səyyar peyk rabitəsi terminallarından əhalinin, Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin (xarici hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri istisna olmaqla), Azərbaycan Respublikasının fərdi sahibkarlarının, habelə büdcədən maliyyələşən və büdcədən maliyyə yardımı alan təşkilatların istifadəsinə görə müddətli ödənişlərin hesablanması zamanı radiotezlik zolağının genişliyini nəzərə alan əmsal (M3) 1-ə bərabər götürülür.

5.6-2. Yüksək sürətli internet xidməti (məlumat mübadilə sürəti 25 Mbit/s və daha çox olan) göstərən geostasionar orbitli xarici peyk şəbəkələrinin VSAT abunəçi terminallarından milli kosmik operator vasitəsilə əhalinin, Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin (xarici hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri istisna olmaqla), Azərbaycan Respublikasının fərdi sahibkarlarının, habelə büdcədən maliyyələşən və büdcədən maliyyə yardımı alan təşkilatların istifadəsinə görə müddətli ödənişlərin hesablanması zamanı radiotezlik zolağının genişliyini nəzərə alan əmsal (M3) 1-ə bərabər götürülür.

5.7. Beynəlxalq, dövlət əhəmiyyətli tədbirlər və idman yarışları zamanı xarici hüquqi və fiziki şəxslərə, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə müvəqqəti ayrılmış radiotezliklərə görə birdəfəlik ödəniş hesablanmır, müddətli ödənişlər isə bu Metodikanın 3-cü bölməsinə uyğun olaraq və 5.1-ci bəndi nəzərə alınmaqla hesablanır.

BTİ - Beynəlxalq Telekommunikasiya İttifaqı

REV- Radioelektron vasitə

DVB-T - (Digital Video Broadcasting–Terrestrial) - Yerüstü rəqəmli TV yayımı

T-DAB - (Terrestrial-Digital Audio Broadcasting) - Yerüstü rəqəmli radioyayımı

FM - (Frequency modulation) – Tezlik Modulyasiyası

SFN - (Single-frequency network) – Tək tezlikli sinxron şəbəkə

TV Uplink – Yerüstü peyk TV ötürücü stansiya

UQD – Ultra qısa dalğa

RRX - Radiorele xətti

CDMA - (Code Division Multiple Access) – Kod bölünməli çoxlu Qoşulma

DECT - (Digital Enhanced Cordless Telecommunication) – İnkişaf Etmiş Rəqəmli Simsiz Rabitə

WiMAX - (Worldwide Interoperability for Microwave Access) – Mikrodalğalı Qoşulma üçün Ümumdünya Uyğunluğu

WiFi – (Wireless Fidelity) — “Simsiz dəqiqlik”

WLL - (Wireless local loop ) - Simsiz Lokal Qoşulma

LTE - (Long-Term Evolution) — Uzunmüddətli İnkişaf

SCPC - (Single Channel per Carrier) - Hər Daşıyıcı üçün bir Kanal

VSAT-HUB - (Very Small Aperture Terminal HUB) — Kiçik ölçülü Yerüstü Peyk Terminalı – Şəbəkənin Mərkəzi İdarəetmə Stansiyası

YPS – Yerüstü Peyk Stansiyası (Yer Stansiyası)

Birdəfəlik ödənişin sabit dəyər kəmiyyəti (B1)

Radio yayımı (OD, QD, FM və T-DAB)

Televiziya yayımı (DVB-T və Efir kabel TV)

Trank radiorabitə sistemi

Səyyar radiorabitə şəbəkəsi-radiostansiya (UQD, QD və OD)

Ümumistifadəli simsiz telefon rabitə sistemi (CDMA)

Simsiz telefon sistemi (WLL və DECT)

Radionaviqasiya sistemi

Radiorele xətti (RRX)

Simsiz radiorabitə sistemi (Wi-Fi)

Genişzolaqlı radiorabitə sistemi (LTE (sabit), Wi-MAX)

Sellülar (mobil) radiorabitə şəbəkəsi

Səyyar radiorabitə şəbəkəsi-radiostansiya (UQD, QD və OD) - (6,25-25,0 kHs); trank radiorabitəsi, radionaviqasiya -(25,0 kHs); radio yayımı (OD, QD) – (9,0 kHs); radio yayımı (FM) - (300,0 kHs)

Radio yayımı (T-DAB) - (1,536 MHs)

Simsiz telefon sistemi (DECT) - (1,728 MHs)

Sellülar (mobil) radiorabitə şəbəkəsi - (5,0 MHs)

Genişzolaqlı radiorabitə sistemi (LTE (sabit), Wi-MAX, WLL) (5,0 MHs)

Simsiz radiorabitə sistemi (Wi-Fi) (baza stansiya və RRX) – (20/40/80 MHs)

Televiziya yayımı (DVB-T və Efir kabel TV) (8,0 MHs)

Radiorele xətti (RRX nöqtə-nöqtə) üzrə:

· 2-7 MHs (7 MHs daxil)

· 7-28 MHs (28 MHs daxil)

· 28-56 MHs (56 MHs daxil)

· 56-140 MHs (140 MHs daxil)

· 140-500 MHs (500 MHs daxil)

· 500-1000 MHs (1000 MHs daxil)

· 1000-2000 MHs (2000 MHs daxil)

· 2000 MHs-dən yuxarı

Coğrafi ərazi əmsalı (B4; M4)

Bakı və Sumqayıt şəhəri, Abşeron rayonu və Xəzər akvatoriyası

Digər şəhər və rayonların ərazisi

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisi

Radiotezlik zolağının əhəmiyyətlilik əmsalı (B5; M6; ZƏ)

10 kHs – 28 MHs (28 MHs daxil olmaqla)

28 MHs – 87,5 MHs (87,5 MHs daxil olmaqla)

87,5 MHs - 470 MHs (470 MHs daxil olmaqla)

470 MHs – 694 MHs (694 MHs daxil olmaqla)

694 MHs – 2,7 QHs (2,7 QHs daxil olmaqla)

2,7 QHs –10 QHs (10 QHs daxil olmaqla)

10 QHs – 20 QHs (20 QHs daxil olmaqla)

20 QHs –26,5 QHs (26,5 QHs daxil olmaqla)

26,5 QHs – 40 QHs (40 QHs daxil olmaqla)

40 QHs – 50 QHs (50 QHs daxil olmaqla)

50 QHs – 300 QHs (300 QHs daxil olmaqla)

Müddətli ödənişin sabit dəyər kəmiyyəti (M1)

Radio yayımı (OD, QD, FM və T-DAB)

Televiziya yayımı (DVB-T və Efir kabel TV)

Radiorele xətti (RRX)

Səyyar radiorabitə şəbəkəsi-radiostansiya (UQD, QD və OD)

Trank radiorabitə sistemi

Ümumistifadəli simsiz telefon rabitə sistemi (CDMA)

Simsiz radiorabitə sistemi (Wi-Fi)

Genişzolaqlı radiorabitə sistemi (sabit LTE, Wi-MAX)

Simsiz telefon sistemi (WLL və DECT)

Yerüstü peyk stansiyaları (o cümlədən TV-Uplink, SCPC, VSAT-HUB, VSAT-abunəçi terminalları, səyyar peyk rabitəsi terminalları və respublikadaxili yerüstü peyk şəbəkəsinin abunəçi terminalları və mobil peyk telefonları)

Radionaviqasiya sistemi

Radiotezliklərin və eyni şəbəkədə işləyən REV-lərin sayını nəzərə alan əmsal (M2)

Radio yayımı (OD, QD, FM və T-DAB)

Televiziya yayımı (DVB-T və Efir kabel TV)

Ümumistifadəli simsiz telefon rabitə sistemi (CDMA)

Simsiz radiorabitə sistemi (Wi-Fi)

Genişzolaqlı radiorabitə sistemi (sabit LTE, Wi-MAX )

Simsiz telefon sistemi (WLL və DECT)

Yerüstü peyk stansiyası (TV-Uplink)

Yerüstü peyk stansiyaları, o cümlədən SCPC, VSAT-HUB, VSAT-abunəçi, respublikadaxili yerüstü peyk şəbəkəsinin abunəçi terminalları, səyyar peyk rabitəsi terminalları

Mobil peyk telefonları

Radionaviqasiya sistemi

Səyyar radiorabitə şəbəkəsi (UQD, QD və OD) və trank radiorabitə sistemi

İstifadə edilən radiotezliyin (kanalın) zolaq genişliyi əmsalı (M3)

Səyyar radiorabitə şəbəkəsi-radiostansiya ( 6,25 kHs)

Səyyar radiorabitə şəbəkəsi-radiostansiya (12,5 kHs)

Səyyar radiorabitə şəbəkəsi-radiostansiya (25,0 kHs)

Radio yayımı (QD və OD) – (9 kHs)

Radio yayımı (FM) - (300 kHs)

Radio yayımı (T-DAB) - (1,536 MHs)

Televiziya yayımı (DVB-T) - (8 MHs)

Efir kabel TV yayımı (8 MHs)

Efir kabel TV yayımı (42 MHs)

· 0-2 MHs (2 MHs daxil)

· 2-7 MHs (7 MHs daxil)

· 7-28 MHs (28 MHs daxil)

· 28-56 MHs (56 MHs daxil)

· 56-140 MHs (140 MHs daxil)

· 140-500 MHs (500 MHs daxil)

· 500-1000 MHs (1000 MHs daxil)

· 1000-2000 MHs (2000 MHs daxil)

· 2000 MHs-dən yuxarı

Trank radiorabitə sistemi (25,0 kHs)

Ümumistifadəli simsiz telefon rabitə sistemi (CDMA) –(1,25 MHs)

Simsiz radiorabitə sistemi (Wi-Fi Baza stansiyası) - (20/40/80 MHs)

Simsiz radiorabitə sistemi (Wi-Fi RRX intervalı) - (20/40/80 MHs)

Genişzolaqlı radiorabitə sistemi (WLL, sabit LTE, Wi-MAX) - (1÷10 MHs)

Simsiz telefon sistemi (DECT) – (1,728 MHs)

Yerüstü peyk stansiyası, o cümlədən TV Uplink, SCPC, VSAT-HUB və VSAT abunəçi terminalları (səyyar peyk rabitəsi terminalları və respublikadaxili yerüstü peyk rabitəsi şəbəkəsinin (VSAT-HUB stansiyası Azərbaycanda yerləşdiyi halda) abunəçi terminalları istisna olmaqla) üzrə:

· 0-2 MHs (2 MHs daxil)

· 2-7 MHs (7 MHs daxil)

· 7-28 MHs (28 MHs daxil)

· 28-56 MHs (56 MHs daxil)

· 56-140 MHs (140 MHs daxil)

Respublikadaxili yerüstü peyk rabitəsi şəbəkəsinin (VSAT) abunəçi terminalları (VSAT-HUB stansiyası Azərbaycanda yerləşdiyi halda)

Səyyar peyk rabitəsi terminalları

Mobil peyk telefonları (0,5 MHs-dək)

Radionaviqasiya sistemi

BTİ-nin tövsiyələrinə əsasən FM tezlik zolağı üçün (87,5–108 МHs) xidmət sahəsinin radiusunun (km) hesablanması, (Emu = 54 dBµV/m), fo = 100 МHs).

BTİ-nin tövsiyələrinə əsasən T-DAB tezlik zolağı üçün (174–230 МHs) xidmət sahəsinin radiusunun (km) hesablanması, (Emu = 55 dBµV/m), fo = 200 МHs).

BTİ-nin tövsiyələrinə əsasən DVB-T tezlik zolağı üçün (470–790 МHs) xidmət sahəsinin radiusunun (km) hesablanması, (Emu = 65 dBµV/m), fo = 550 МHs).

REV-in şüalandırdığı ərazinin sahəsini (xidmət sahəsini) nəzərə alan əmsal (M5)

Radio yayımı (FM) üzrə:

· Xidmət sahəsi =<3000 km

· Xidmət sahəsi >3000 km, = <9000 km

· Xidmət sahəsi >9000 km

Radio yayımı (T-DAB) üzrə:

· Xidmət sahəsi =<3000 km

· Xidmət sahəsi >3000 km, = <9000 km

· Xidmət sahəsi >9000 km

Televiziya yayımı (DVB-T) üzrə:

· Xidmət sahəsi =<200 km

· Xidmət sahəsi >200 km, = <800 km

· Xidmət sahəsi >800 km, = <2500 km

· Xidmət sahəsi >2500 km, = <4000 km

· Xidmət sahəsi >4000 km

Radio yayımı (QD və OD) üzrə:

· REV-in gücü <=10000Vt

· REV-in gücü >10000Vt

Efir kabel TV yayımı üzrə:

Səyyar radiorabitə şəbəkəsində radiostansiyaların (UQD) və repitorların bir coğrafi zona üzrə toplam gücünə görə:

· Gücü (100Vt < P <=1000Vt)

Səyyar radiorabitə şəbəkəsində radiostansiyaların (QD və OD) bir coğrafi zona üzrə toplam gücünə görə:

· Gücü (100Vt < P <=1000Vt)

Ümumistifadəli simsiz telefon rabitə sistemi (CDMA)

Trank radiorabitə sistemi

Simsiz radiorabitə sistemi (Wi-Fi)

Genişzolaqlı radiorabitə sistemi (sabit LTE, Wi-MAX)

Simsiz telefon sistemləri (WLL, DECT)

Yerüstü peyk stansiyası (TV Uplink, SCPC,VSAT-HUB, VSAT-abunəçi, respublikadaxili yerüstü peyk şəbəkəsinin abunəçi terminalları, səyyar peyk rabitəsi terminalları və s.)

Mobil peyk telefonları

Radionaviqasiya sistemi gücə görə:

· Gücü (100Vt < P <=1000Vt)

Radiotezliklərə köklənmiş REV-lərin texnologiyasını nəzərə alan əmsal (M7)

Radio yayımı (OD, QD, FM və T-DAB)

Televiziya yayımı (DVB-T)

Radiorele xətləri (RRX)

Səyyar radiorabitə şəbəkəsi –radiostansiya (UQD, QD və OD) (PMR 446 səyyar radiorabitə şəbəkəsi istisna olmaqla)

PMR 446 səyyar radiorabitə şəbəkəsi

Trank radiorabitə sistemi

Ümumistifadəli simsiz telefon rabitə sistemi (CDMA)

Simsiz radiorabitə sistemi (Wi-Fi - 2,4 QHs)

Simsiz radiorabitə sistemi (Wi-Fi - 5 QHs)

Genişzolaqlı radiorabitə sistemi (sabit LTE, Wi-MAX)

Simsiz telefon sistemi (WLL, DECT)

Yerüstü peyk stansiyaları (TV Uplink, SCPC, VSAT-HUB, VSAT-abunəçi, respublikadaxili yerüstü peyk şəbəkəsinin abunəçi stansiyaları, səyyar peyk rabitəsi terminalları və s.)

Radionaviqasiya sistemi

1. 5 dekabr 2025-ci il tarixli 3-27/3-7-15/2025 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202512053715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2025-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver