Qanunvericilik › Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15-1

Maddə 15-1. Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi

Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi bu Qanunun 15-ci maddəsində qeyd olunan halları təsdiq edən sənədlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edildikdən sonra təmin olunur. Bu zaman səfərbərlik üzrə hərbi xidmətə çağırışa möhlət verilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanının informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında formalaşdırılır və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Həmin elektron qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının informasiya sistemindən Elektron Hökumət İnformasiya Sisteminə göndərilərək vətəndaşın həmin informasiya sistemində tanış olması və elektron sənəd formasında əldə etməsi imkanı təmin olunur. Eyni zamanda, Elektron Hökumət İnformasiya Sistemi tərəfindən vətəndaşa real vaxt rejimində qeyd olunan sənədin elektron kabinetdə yerləşdirilməsi, elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumat göndərilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver