Qanunvericilik › Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Səfərbərlik hazırlığının və səfərbərliyin təşkili və qaydası

Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin səfərbərlik hazırlığının və səfərbərliyinin təşkili və qaydası müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ hüquqi aktlar ilə müəyyən edilir.

9.2. Azərbaycan Respublikası iqtisadiyyatının, həmçinin təşkilatların səfərbərlik hazırlığının və səfərbərliyinin təşkili və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

9.3. Səfərbərlik üzrə hərbi xidmətə çağırılmalı olan hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı, müharibə dövründə sonrakı çağırışlar zamanı isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

9.4. Dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır və səfərbərlik orqanlarının işçilərinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün lazımi şəraiti yaradırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver