Qanunvericilik › «Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 oktyabr tarixli 150 nömrəli qərarına əlavələr edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 27.11.2001) › Tam mətn

«Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 oktyabr tarixli 150 nömrəli qərarına əlavələr edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 27.11.2001)

«Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 oktyabr tarixli 150 nömrəli qərarına əlavələr edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 27.11.2001) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

«Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 oktyabr tarixli 150 nömrəli qərarına əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

«Bələdiyyələrin su təsərrüfatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 547 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 oktyabr tarixli 150 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında Əsasnamə»nin giriş hissəsinə aşağıdakı redaksiyada beşinci və altıncı abzaslar əlavə edilsin:

«Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə qaydaları və şərtləri Azərbaycan Respublikasının su qanunvericiliyi və digər müvafiq qanunvericilik aktları, bələdiyyə aktları ilə müəyyən edilir.

Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan istifadə haqqı və onun diferensiallaşdırılması suyun keyfiyyətindən, istifadəyə görə təyinatından (içməli, texniki, suvarma və s.), su ehtiyatlarının və ona tələbatın fəsillər üzrə dəyişkənliyindən, su təsərrüfatı obyektinin texniki səviyyəsindən, suyun götürülmə və nəql edilmə üsullarından və istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq bələdiyyələr tərəfindən müəyyən edilir.».

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 27 noyabr 2001-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver