Qanunvericilik › Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən təsərrüfat subyektlərində (onların obyektlərində) xidmətin sertifikatlaşdırılması üzrə Təlimat (İqtisadiyyat Nazirliyi, 25.05.1998) › Tam mətn

Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən təsərrüfat subyektlərində (onların obyektlərində) xidmətin sertifikatlaşdırılması üzrə Təlimat (İqtisadiyyat Nazirliyi, 25.05.1998)

Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən təsərrüfat subyektlərində (onların obyektlərində) xidmətin sertifikatlaşdırılması üzrə Təlimat (İqtisadiyyat Nazirliyi, 25.05.1998) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu təlimat "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 1998-ci il tarixli, 80 saylı qərarına uyğun olaraq hazırlanmışdır.

1.1.Təlimatda göstərilən ticarət (topdan, pərakəndə), məişət və digər növ xidmət sahələrində xidmətin sertifikatlaşdırılması qaydası mülkiyyət formasından asılı olmayaraq bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (sonradan "təsərrüfat subyektləri), onların obyektlərinə (fəaliyyətin birbaşa icra olunduğu yer) şamil edilir.

1.2.Ticarət, məişət və digər növ xidmət sahələrində fəaliyyət, hüquqi dövlət sənədlərinə (qeydiyyat haqqında şəhadətnaməyə, xüsusi razılığa, lisenziyalara və s.) və xidmət sertifikatına əsasən həyata keçirilir.

1.3.Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmətlərin sertifikatlaşdırılması normativ sənədlər:

a) "Azərbaycan Respublikasında fəaliyyət göstərən ticarət obyektlərinin təsnifatı"(Əlavə 1);

b) "Ticarət obyektlərinin əsas növlərinin xarakteristikası və funksional-kommersiya xüsusiyyətləri" (Əlavə 2);

v) "Azərbaycan Respublikasında fəaliyyət göstərən ticarət obyektləri üzrə əsas tələblər" (Əlavə 3);

q) "Azərbaycan Respublikasında fəaliyyət göstərən məişət və digər növ xidmət obyektlərinin təsnifatı" (Əlavə 4);

d) "Məişət və digər xidmət obyektlərinin əsas növlərinin xarakteristikası" (əlavə 5);

e) Azərbaycan Respublikasında fəaliyyət göstərən məişət və digər növ xidmət obyektləri üzrə əsas tələblər" (Əlavə 6) əsasında həyata keçirilir.

1.4. Təsərrüfat subyektlərinə (onların obyektlərinə) hər bir növ ticarət, xidmət obyekti üçün müəyyən edilmiş tələblər əsasında bu təlimata uyğun olaraq 7 №-li Əlavədə nəzərdə tutulmuş formada "Sertifikat" verilir.

1.5. Fəaliyyətdə olan, həmçinin fəaliyyətə başlayacaq obyekt onun aid olduğu hüquqi və ya fiziki şəxs tərəfindən, ona (obyektə) xidmət sertifikatı verilməsi haqqında məsələ qaldırır.

Ticarət, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən təsərrüfat subyektlərinə xidmət sertifikatı qüvvədə olan qanunvericiliyə uyğun olaraq İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilir.

1.6. Təsərrüfat subyektlərinə sertifikatlar, onların (sertifikatların) hazırlanmasına çəkilmiş xərclər ödənilməklə verilir.

1.7. Əgər obyekt əvvəllər ona verilmiş sertifikat üzrə mövcud olan əsas tələblərə cavab vermirsə, sertifikat vermiş orqan aşkara çıxarılmış çatışmazlıqların aradan qaldırılması üçün obyektə 1 aydan çox olmayaraq müvafiq müddət müəyyən edir. Bu müddət ərzində mövcud çatışmazlıqlar aradan qaldırılmazsa, obyektin sertifikatdan məhrum edilməsi haqda məsələ qaldırılır.

2.1. Obyektə sertifikat verilməsi üçün, onun mülkiyyətçisi və ya rəhbəri sertifikatlaşmanı həyata keçirən orqan 8 №-li əlavəyə uyğun formada müraciət təqdim edir.

2.2. Sertifikatlaşma komissiyası, müraciətçi tərəfindən və ya qarşılıqlı razılıq əsasında müəyyən edilmiş vaxtda sertifikatlaşdırılacaq obyektdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən təsdiq edilmiş ticarət, məişət və digər növ xidmət obyektlərinin əsas növlərinin xarakeristikası və funksional kommersiya xüsusiyyətlərinə; Azərbaycan Respublikasında fəaliyyət göstərən ticarət, məişət və digər növ xidmət obyektləri üzrə əsas tələblərə uyğun olaraq baxış keçirir və nəticə üzrə rəy verir.

2.3. Obyektə sertifikat verilməsi haqqında qərar sertifikatlaşma komissiyasının rəyi əsasında verilir.

Qərar müəyyən edilmiş sənədlər paketi təqdim edildiyi tarixdən 15 gün müddətində qəbul edilir.

2.4. Sertifikat iki nüsxədə tərtib edilir. Onlardan biri qərar qəbul edildikdən sonra 5 gündən gec olmayaraq müraciətçiyə verilir, digəri isə sertifikat verən orqanda qalır.

Sertifikat verildiyi kündən 3 il müddətində etibarlıdır.

3.1. Ticarət, məişət və digər növ xidmət obyektlərinə xidmət sertifikatın verilməsi üzrə komissiya İqtisadi İnkişaf Nazirinin əmri ilə 5 nəfər tərkibdən ibarət yaradılır.

Komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının və istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai təşkilatların nümayəndələri daxil edilə bilər.

3.2. Komissiya aşağıdakı əsas vəzifələri yerinə yetirir:

- obyektə xidmət sertifikatı verilməsi haqqında sənədlərin tərtib edilməsi üzrə hüquqi və fiziki şəxslərə metedoloji məsləhətlər verir;

- obyektin növündən asılı olaraq onun üçün müəyyən edilmiş əsas tələblərə uyğunluğunu yerində araşdırır:

- araşdırmanın nəticələri üzrə rəy verir və burada ana sertifikat verilməsi haqqında nəticə çıxarır: ya sertifikat verilməsi üçün yerinə yetirilməli olan tələbləri (yeni fəaliyyətə başlayacaq obyekt üzrə) və ya obyektin sertifikatının geri alınması səbəblərini (sertifikatlı fəaliyyətdə olan obyekt üzrə) əsaslandırır;

- obyektlərə, onlar üzrə müəyyən edilmiş əsas tələblərə uyğunluğu üzrə xidmət sertifikatı verir, onların uçot və qeydiyyatını aparır, ləğv edilmiş sertifikatları geri alır.

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən pərakəndə ticarət obyektlərinin aşağıdakı növləri vardır:

- Qeyri-ərzaq malları;

- Təsərrüfat malları;

- İnşaat və tikinti materialları;

- Maşınlar və onlar üçün ehtiyat hissələri;

- Məktəb və məktəb ləvazimatları;

- Ayrı-ayrı qeyri-ərzaq malları üzrə ixtisaslaşmış (ayaqqabı, paltar, parfümeriya, mobil telefonlar, teleaparatura, digər məişət və elektrik cihazları və s.);

- Qızıl və qızıl məmulatları;

- Texniki-mürəkkəb mallar;

- Uşaqlar üçün mallar;

- Çörək və çörək-bulka məmulatları;

- Ayrı-ayrı ərzaq malları üzrə ixtisaslaşmış (süd məhsulları, balıq, ət və s);

- Gündəlik tələbat malları;

- Qəzet və jurnallar;

- Səyyar ticarət vahidləri;

1. Super market - geniş ölçüdə ticarət sahəsinə (200 kv. m-dən yuxarı) malik olub, ən müasir ticarət avadanlıqları ilə təmin edilmiş, geniş çeşiddə ərzaq, qeyri-ərzaq mallarının satışı ilə məşğul olan və istehlakçılara yüksək səviyyədə ticarət xidməti göstərən obyektdir.

Obyekt mal satışından əlavə, istehsal sahələrinə malik olmaqla bir sıra yarımfabrikatlar, qənnadı məhsulları və s. istehsal edə bilər. Alıcılara bir sıra əlavə xidmətlər göstərir (avtomobil dayanacağı, malların sifariş edilməsi və evlərə daşınması, iri həcmli malların göstərilən ünvanlara çatdırılması, obyektdən alınmış qeyri-ərzaq mallarının, geyimlərin alıcının ölçüsünə əsasən düzəldilməsi və s).

Satış özünəxidmət üsulu və satıcı-məsləhətçilərin köməyi ilə həyata keçirilir. Ticarət sahəsindən asılı olaraq alıcı ilə hesablaşmaq üçün çıxışda bir neçə kassa aparatları quraşdırılır.

2. Yarmarka - təsərrüfat subyekti (hüquqi və ya fiziki şəxs) tərəfindən təşkil edilərək ayrı-ayrı hüquqi və fiziki şəxslərə icarəyə verilmiş köşklər və ticarət yerlərindən ibarətdir.

Geniş çeşiddə ərzaq və qeyri-ərzaq mallarının pərakəndə və topdan satışı ilə məşğul olur. Alıcılara bir sıra əlavə xidmətlər göstərir.

3. Ticarət cərgəsi - bir hüquqi və ya fiziki şəxsə məxsus bir sıra dükanlar cərgəsindən ibarət olub, əsasən müxtəlif cür mallar satır.

Bu növdən olan ticarət obyektlərinə "pasaj" deyilir.

4. Mini market - orta ölçüdə ticarət sahəsinə (50 kv. m-dən az olmamaqla) malik olub, ərzaq və qeyri-ərzaq üzrə kündəlik tələbat malları satışı ilə məşğul olan ticarət obyektidir. Əsasən qablaşdırılmış ərzaq mallarının satışı ilə məşğul olur. İri həcmli, texniki-mürəkkəb malların satışına icazə verilmir. Alıcılara yüksək səviyyədə ticarət xidməti göstərilir və hesablaşmalar kassa aparatı vasitəsilə həyata keçirilir.

5. Ərzaq malları dükanı - müvafiq ölçüdə ticarət sahəsinə (12 kv. m-dən az olmamaqla) malik olub, ticarətin təşkili üçün lazım olan avadanlıqlarla təchiz edilmiş ticarət obyektidir.

Bu obyektlərdə malların mövcud çeşiddə nümayiş etdirilməsi üçün açıq və qapalı soyuducu vitrinlər, piştaxtalar, elektron tərəzilər, xüsusi qablar və s. olmalıdır. Satış özünəxidmət və ya satıcı vasitəsi ilə həyata keçirilir.

6. Qeyri-ərzaq malları dükanı - müvafiq ölçüdə ticarət sahəsinə (12 kv. m-dən az olmamaqla) malik olub, müvafiq ticarət avadanlıqları ilə təchiz edilmiş ticarət obyektidir. Onlar ayrı-ayrı mal qrupları üzrə ixtisaslaşa bilərlər (paltar, ayaqqabı, parfümeriya, kişi və qadın geyimləri və s.)

Alıcılar tərəfindən alınmış (və ya alınacaq) geyimlərin geyinilərək baxılması üçün xüsusi kabinələr olmalıdır. Alıcı ilə hesablaşma kassa vasitəsi ilə aparılır.

7. Ayrı-ayrı mal qrupları üzrə ixtisaslaşmış dükanlar - müvafiq ticarət sahəsinə (12 kv.m-dən az olmamaqla) malik olub, ayrı-ayrı qeyri-ərzaq mallarının satışı ilə məşğul olur. İxtisaslaşmasına uyğun olaraq avadanlıqlarla təmin olunur (mebel, tikinti materialları, paltar, ayaqqabı, təsərrüfat malları, parfümeriya, mobil və digər telefonlar, teleaparatura, digər məişət və elektrik cihazları və s.)

8. Meyvə-tərəvəz dükanı - ticarət sahəsi 12 kv.m-dən yuxarı olub, meyvə-tərəvəz satışı üçün lazım olan avadanlıqlara malik olan ticarət obyektidir. Tez xarab olan meyvələrin saxlanılması üçün bu obyektlər anbarlara və xüsusi soyuducu avadanlıqlara malik olmalıdırlar. Anbar sahəsində iri həcmli soyuduclar (2-4-6t) qurulmalıdır. Alıcılarla hesablaşmalar kassa vasitəsi ilə aparılır. Ticarət zalında onların fəaliyyətini nizamlayan Qanun və qaydalardan çıxarışlar olmalıdır.

9. Kitab dükanı - dərsliklərin, bədii və siyasi kitabların, məktəb ləvazimatlarının satışı ilə məşğul olan, ticarət sahəsi 12 kv.m-dən az olmayan ticarət obyektidir. Alıcılarla hesablaşmalar kassa aparatı vasitəsi ilə aparılır.

10. Qəzet və jurnal satan köşk-qəzet və jurnallarla yanaşı bəzi malların (qələm, kağız, dəftər, bəzi qeyri-ərzaq, xırdavat malları) satışı ilə məşğul olan ticarət vahididir.

11. Xırdavat malları satan köşk - belə köşklər ərzaq və qeyri-ərzaq malları satışı ilə məşğul ola bilər.

Lazımi şəraiti olmayan köşklərdə, tez xarab olan ərzaq mallarının satışına icazə verilmir.

Köşklərdə yalnız qablaşdırılmış ərzaq məhsulları satıla bilər.

12. Malların topdan satışı ilə məşğul olan anbarlar - malların iri partiyalarla satışı ilə məşğul olan ticarət obyektləridir. Bu obyektlər malların nümayiş etdirilməsi üçün topdan satış dükanlarına (salonlarına) malik ola bilərlər. Bu obyektlər ərzaq və qeyri-ərzaq mallarının topdan satışı üzrə ixtisaslaşa bilərlər. Topdan ticarət obyektlərindən malların pərakəndə satışı qadağandır.

Topdan satış obyektləri mal ehtiyatlarının saxlanılması üçün xüsusi avadanlıqlarla təmin edilməlidirlər. Alıcılarla hesablaşmalar qeyri-nağd və ya nağd forma-da kassa vasitəsi ilə həyata keçirilir.

Qeyd: Bütün ticarət obyektlərində qiymət kağızları Azərbaycan dilində tərtib edilməlidir. Obyektlərin önündə onun iş rejimini, adını, sahibkarın (mülkiyyət-çinin) ünvanını göstərən lövhə asılmalıdır. Həmçinin obyektlərdə alıcılar üçün görünməsi mümkün yerdə ticarət fəaliyyətini nizamlayan qanun və qaydalardan çıxarışlar olmalıdır.

Qeyd: Hər bir növ ticarət obyekti üzrə digər tələblər Ticarət Nazirliyi tərəfindən əsas tələblərə müvafiq olaraq hazırlanır və təsdiq edilir.

Azərbaycan Respublikasında fəaliyyət göstərən məişət və digər növ xidmət obyektlərinin aşağıdakı növləri vardır:

- Ayaqqabıların təmiri və tikişi;

- Məişət maşınlarının və cihazlarının təmiri;

- Tikili malların və xəz-dəri məmulatlarının təmiri;

- Zərgərlik məmulatlarının düzəldilməsi və təmiri;

- Dəmir, metal məmulatlarının hazırlanması və təmiri;

- Paltarların kimyəvi təmizlənməsi.

Mebellərin hazırlanması və təmiri;

- Nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət;

6. Digər xidmət obyektləri:

- Şəkilçəkmə və şəkil kino laboratoriyası;

- Səsyazma studiyası və audio-video kasetlərin kirayəsi, satışı;

- Əşyaların kirayə verilməsi;

- Sənədlərin surətlərinin çıxarılması;

- Toy və digər mərasimlərin keçirilməsi üçün zal;

- Avtomobillər üçün dayanacaq.

1. Bərbərxana (gişi, qadın) –saçların qırxılması(düzəldilməsi),yuyulması və rənglənməsi, parik və şinyonların qoyulması, dırnaqların təmizlənməsi, pedikür və manikür olunması üçün müvafiq avadanlıqlarla təmin olunmuş məişət xidmət obyektidir. Bu obyektlərdə istehlakçıların közləməsi və üst geyimlərinin saxlanılması üçün xüsusi sahələr ayrılmalıdır.

2. Dərzixana - sifariş əsasında üst geyimlərin (kostyumlar, şalvarlar, palto və gödəkcələr, köynəklər, baş geyimləri və s.) tikişi və təmiri ilə məşğul olan, müvafiq avadanlıqlarla (tikiş maşınları, biçim-kəsimi maşınlar və s.) təmin olunmuş məişət obyektidir. Müştərilərə mədəni xidmət göstərilməsini təmin etmək məqsədilə obyektlər, geyinib-soyunma kabinetlərinə, gözləmə otaqlarına və müasir dəbləri əks etdirən jurnallara və eskizlərə malik olmalıdırlar.

3. Camaşırxana - xidmət obyekti olub xüsusi avadanlıqlarla təmin olunmaqla sifariş əsasında paltarların, yataq ləvazimatlarının, iaşə obyektləri üçün süfrələrin, əl dəsmallarının və s. yuyulması ilə məşğul olur.

4. Ayaqqabıların təmiri və tikişi üzrə emalatxana - sifariş əsasında ayaqqabıların tikilməsi, təmiri, təmizlənməsi, rənglənməsi və onların ayrı-ayrı hissələrinin hazırlanması ilə məşğul olan məişət xidməti obyektidir. Bu növ obyektlər qanunla müəyyən olunmuş qaydada xüsusi ayrılmış sahələrdə köşklər şəklində və ya binaların birinci mərtəbələrində, yaxud məişət evlərində yerləşdirilir.

5. Məişət maşın və cihazlarının təmiri emalatxanası - məişət maşın və cihazlarının (soyuducuların, tozsoranların, televizorların, saçqurudanların, velosipedlərin, musiqi alətlərinin, şirə və ət çəkən maşınların, hesablama və yazı maşınlarının və s.) təmiri, silinməsi və yağlanması ilə məşğul olan məişət xidməti obyektidir. Bu obyektlər ayrı-ayrı maşın, cihaz və məişət texnikalarının təmiri üzrə ixtisaslaşa bilər. Onlar müvafiq avadanlıqlarla təmin edilməlidirlər.

6. Oyma emalatxanası xidmət obyekti olub, sifariş əsasında hədiyyələrin üz təbriklərin, dəvətnamələrin və s. oyma yolu ilə yazılmasını həyata keçirir.

7. Tikili malların və xəz-dəri məmulatlarının təmiri üzrə emalatxana - paltarların, baş geyimlərinin və xəz-dəri məmulatlarının təmiri və yenidən bərpası ilə məşğul olan xidmət obyektidir.

8. Zərgərlik məmulatlarının düzəldilməsi və təmiri üzrə emalatxana

- sifariş əsasında qızıl, gümüş və digər qiymətli daş-qaşlardan zinət əşyalarının (üzük, sırğa, qolbaq və s.) düzəldilməsi və təmiri ilə məşğul olan xidmət obyektidir. Bu növ obyektlər müvafiq avadanlıq və təhlükəsizlik sistemləri ilə təmin edildikdən sonra fəaliyyət göstərir.

9. Dəmir metal məmulatlarının hazırlanması və təmiri emalatxanası

- onlar müvafiq ev və təsərrüfat inventarı üçün dəmir: metal məmulatların hazırlanması və onların təmiri ilə məşğul olan xidmət obyektidir. Obyektlər görülən işlərin (xidmətlərin) xüsusiyyətlərinə görə lazımi avadanlıq və otaq sahələri ilə təmin olunduqdan sonra fəaliyyət göstərirlər.

10. Paltarların kimyəvi təmizlənməsi üzrə emalatxana - xidmət obyekti olub, paltarlardan və digər əşyalardan ləkələrin, çirklərin təmizlənməsi, həmçinin boyama üzrə xidmətlər göstərir.

11. Mebellərin hazırlanması və təmiri sexi - yeni mebel dəstləri, ayrı-ayrı mebellərin (çarpayı, divan, şkaf və s), döşəklərin hazırlanması və onların təmiri ilə məşğul olan xidmət obyektidir. Bu obyektlər lazımi bina və avadanlıqlarla, dəzgahlarla təmin edildikdən sonra fəaliyyət göstərirlər..

12. Nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət - avtomobillərin, motosikletlərin və digər nəqliyyat vasitələrinin bütün və ayrı-ayrı hissələrinin təmiri, onlara texniki (yağlama, yuyulma və s.) xidmətlər göstərən obyektdir. Bu növ xidmətlər müvafiq şərait (binalar, avadanlıqlar, çilingərlər və s.) olduqda həyata keçirilir.

13. Şüşə və güzgü sexi - sifariş əsasında şüşələrin və güzgülərin ölçülər üzrə kəsilməsi, rənglənməsi və yerlərdə qoyulması ilə məşğul olan xidmət obyektidir.

14. Şəkilçəkmə və şəkil kino laboratoriyası - istənilən ölçüdə şəkil çəkilməsi və ya çəkilmiş lentlərin fotokağızlara köçürülməsi, yaxud lentlərin fotokağızlara keçirilməsi üçün kimyəvi maddələrin və materialların alıcılara satılması, həmçinin toyların, ad günlərinin və s. mərasimlərin lentə çəkilməsi üzrə xidmətlər göstərən məişət obyektidir. Obyektlər qeyd edilən işlərin yerinə yetirilməsi üçün müvafiq avadanlıqlarla təhciz edilməlidir.

15. Səs yazma studiyası və audio-video kasetlərin kirayəsi, satışı - məişət obyekti olub, musiqi və mahnıların növlərinin kasetlərə, disklərə köçürülməsi və satışı film və konsertlərin videokasetlərə köçürülməsi, onların kirayəyə verilməsi və satışı ilə məşğul olur. Konsert və filmlərin audio-video kasetlərə köçürülməsi və satışını xüsusi razılığa (patentə) əsasən həyata keçirir. Obyektlər xüsusi avadanlıqlarla təmin edildikdən sonra fəaliyyət göstərir.

16. Əşyaların kirayə verilməsi obyekti - toy və digər şənliklər, yas mərasimləri və s. üçün lazım olan qab-qacaqların, mizlərin, çadırların və s. kirayə verilməsi ilə məşğul olur.

17. Sənədlərin surətlərinin çıxarılması üzrə məntəqə - sifariş əsasında sənədlərin surətlərinin çıxarılması və əlavə xidmətlərin göstərilməsi ilə məşğul olan xidmət obyektidir.

18. Toy və digər mərasimlərin keçirilməsi üçün zal - sifarişçilərə toy mərasimləri, ad günləri, banketlər və s. keçirilməsi üçün müəyyən müddətə kirayəyə verilən xidmət obyektidir. Bu növdən olan obyekt mərasim üçün nəzərdə tutulan avadanlıq, inventar və qab-qacaqlarla təmin edildikdən sonra fəaliyyət göstərirlər.

19. Avtomobillər üçün dayanacaq - avtomobillərin xüsusi ayrılmış yerlərdə saxlanılaraq qorunması üzrə xidmət göstərən obyektdir. Bu növ obyektlər xüsusi razılıq və vergi orqanlarında qeydiyyat haqqında sənədlərə malik olduqdan sonra fəaliyyət göstərirlər.

Tikiş və xəzdəri məmulatlarının təmiri

________________________________________ş.(r)________________________________________

ünvanda yerləşən____________________________________________________ kv.m.(cəmi)

sahəsi, o cümlədən________________________________________ kv.m. Ticarət, xidmət zalı olan

_____________________________________________________________________________________

Xidmət üzrə normativ sənədlərin tələblərinə cavab verir:_______________________________

Sertifikatın verilməsi üçün əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 1998-ci il, 80 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları";

Sertifikat verən orqanın qərarı: №________ "___ "_____________ 1998-ci il

Sertifikat verildiyi kündən 2 il müddətində etibarlıdır

Sertifikat verən orqanın rəhbəri,

“_____”____________199___ il

Ticarət, məişət və digər növ

sertifikatlaşdırılması

haqqında obyekt rəhbərinin

(sertifikat verən orqanın adı)

___________________________

____________________________________________________________________________________

ünvanda yerləşən___________________________________________________ fəaliyyəti ilə

məşğul olan________________________________________________________________________

_________________________________________________________ şəxsində təmsil olunan

(soyadı, adı, atasının adı)

____________________________________________________________________________________

___________________________________________________________________ əsasən

ticarət, xidmət obyekti üzrə əsas tələblərə uyğunluğunun sertifikatlaşdırılmasını təmin etməyinizi xahiş edirik.

Sertifikatlaşdırma__________________________________________________ aparılsın.

Təsərrüfat subyekti və onun obyektinə dair aşağıdakı məlumatları təqdim edirik.

1. Obyektin ünvanı.__________________________________________________________________

2. Telefonu__________________________________________________________________________

3. Obyektin sahəsi (kv.m.).___________________________________________________

ticarət, xidmət zalının_______________________________________________________

istehsal otaqlarının. ___________________________________________________________________

anbarların___________________________________________________________________________

Müraciətə əlavə olunur:

a) müraciətçi təsərrüfat subyektinin qeydiyyatı haqqında şəhadətnamənin surəti;

b) Obyektdən istifadə hüququn təsdiq edən sənədin (özəlləşmə haqqında şəhadətnamə, icarə müqaviləsi, icra hakimiyyətinin qərarı və s.) surəti;

q) identifikasiya (VÖİN) nömrəsi.

Təsərrüfat subyektinin rəhbəri

İmza. M.Y. adı, soyadı

Tarix"______ "______________ 199__ il

1. 31 may 1999-cu il tarixli 67/u nömrəli Azərbaycan Respublikası Ticarət Nazirliyinin Əmri (Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və başqa Mərkəzi İcra Hakimiyyəti orqanlarının Normativ-Hüquqi Aktlarının Bülleteni, 1999-cu il, № 12)

2. 3 sentyabr 2001-ci il tarixli 20 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Hüquqi Aktlarının Bülleteni, 2001-ci il, № 09)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver