Azərbaycan Respublikasında torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Torpaq islahatının həyata keçirilməsi zamanı kadastr qiymət rayonlarının dürüstləşdirilməsi ilə əlaqədar olaraq Dövlət Torpaq Komitəsi tərəfindən torpaqların normativ qiymətinin yenidən işlənilməsini və onun Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Baş Dövlət Vergi Müfəttişliyi və Dövlət Əmlak Komitəsi ilə razılaşdırılmasını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”, Kadastr qiymət rayonları və yarımrayonları üzrə torpaqların normativ qiyməti və “Kadastr qiymət rayonlarına və yarımrayonlarına daxil olan inzibati rayonların torpaqlarının normativ qiymətinin hesablanması üçün tətbiq edilən təshih əmsalları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpağın normativ qiymətinin müəyyən edilməsi haqqında” 1996-cı il 17 oktyabr tarixi 145 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpağın normativ qiymətinin müəyyən edilməsi haqqında” 1996-cı il 17 oktyabr tarixli 145 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında” 1997-ci il 12 iyul tarixli 78 nömrəli qərarları qüvvədən düşmüş hesab edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 5-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“5. Respublikanın qəsəbə və kənd yerlərində özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altında yerləşən torpaq sahələrinin normativ qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Kadastr qiymət rayonları və yarımrayonları üzrə torpaqların normativ qiyməti”nə uyğun olaraq müəyyən edilir”.
Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə
Bakı şəhəri, 23 iyul 1998-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə
1. Torpaqların normativ qiyməti torpaq kadastrı məlumatları, o cümlədən torpaqların keyfiyyət və iqtisadi qiymətləndirmə göstəriciləri əsasında 19 kadastr qiymət rayonu və 3 kadastr qiymət yarımrayonunda keyfiyyət qrupları üzrə differensial gəlirə görə bu Əsasnaməyə əlavə edilən təshih əmsalları tətbiq edilməklə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - ƏMDK) tərəfindən müəyyən edilir.
Biçənəklərin, kəndətrafı örüşlərin, yay və qış otlaqlarının torpaqlarının normativ qiyməti həmin torpaqlarda aparılmış geobotaniki tədqiqatların nəticələri əsasında bitki formasiyaları üzrə müəyyən edilmiş məhsuldarlığa görə hesablanır.
2. Respublikanın kadastr qiymət rayonları və yarımrayonları üzrə torpaqların normativ qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilir.
3. Torpaq sahələri alınıb-satıldıqda, ipoteka qoyulduqda, irsən verildikdə, onun barəsində digər əqdlər bağlandıqda torpaqların qiyməti bazar qiyməti ilə, lakin torpağın normativ qiymətindən az olmayaraq müəyyən edilir.
4. Torpaqların alqı-satqısı, ipoteka qoyulması, bağışlanılması və irsən verilməsi və s. zamanı onun normativ qiyməti barədə arayışın verilməsi və onun qeydiyyatı ƏMDK tərəfindən həyata keçirilir.
Dövlət müəssisə və obyektlərinin, habelə özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti barədə arayış verilməsi və onun qeydiyyatı ƏMDK tərəfindən həyata keçirilir.
5. Torpaqların normativ qiymətinə dair qayimə (sertifikat) torpaq mülkiyyətçilərinə və ya istifadəçilərinə torpağa mülkiyyət, daimi və ya müvəqqəti istifadə hüququna dair hüquqi sənədlərlə birlikdə verilir. Torpaq icarəyə verildikdə həmin torpağın normativ qiymətinə dair qayimədəki (sertifikatdakı) məlumatlar tərəflər arasında bağlanan müqavilədə təsbit olunur.
6. Torpaqlarda aparılmış meliorativ və digər torpaq yaxşılaşdırma tədbirləri və ya qeyri-düzgün istifadə nəticəsində torpağın keyfiyyət göstəricilərinin dəyişdiyi halda torpaq mülkiyyəçilərinə və ya istifadəçilərinə verilmiş hüquqi sənədlərə əlavə edilmiş qayimələrdə (sertifikatlarda) həmin torpaqların normativ qiymətində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq dəyişikliklər aparılır.
Kadastr qİymət rayonlarına və yarımrayonlarına daxİl olan İnzİbatİ rayonların torpaqlarının normatİv qİymətİnİn hesablanması üçün tətbİq edİlən təshİh əmsalları
2. Hacıqabul (Nəvahi-Atbulaq massivi)
3. Xızı (düzən torpaqlar)
4. Siyəzən (Liman gölünə kimi torpaqlar)
2. Şabran (düzən torpaqlar)
3. Siyəzən (düzən torpaqlar)
4. Quba (düzən torpaqlar)
5. Qusar (düzən torpaqlar)
1. Şəki (düzən torpaqlar)
2. Zaqatala (düzən torpaqlar)
3. Qax (düzən torpaqlar)
4. Oğuz (düzən torpaqlar)
5. Balakən (düzən torpaqlar)
6. Qəbələ (düzən torpaqlar)
1. Şəki (dağ torpaqlar)
2. Zaqatala (dağ torpaqlar)
3. Qax (dağ torpaqlar)
4. Oğuz (dağ torpaqlar)
5. Balakən (dağ torpaqlar)
6. Qəbələ (dağ torpaqlar)
1. Qusar (dağ torpaqlar)
2. Quba (dağ torpaqlar)
3. Şabran (dağ torpaqlar)
4. Siyəzən (dağ torpaqlar)
5. Xızı (dağ torpaqlar)
1. Qusar (orta və yüksək dağ torpaqlar)
2. Quba (orta və yüksək dağ torpaqlar)
3. Ağsu (dağ torpaqlar)
4. Göyçay (dağ torpaqlar)
2. Şəmkir (düzən torpaqlar)
3. Göygöl (düzən torpaqlar)
4. Tovuz (düzən torpaqlar)
5. Ağstafa (düzən torpaqlar)
6. Qazax (düzən torpaqlar)
7. Goranboy (düzən torpaqlar)
5. Ağdam (düzən torpaqlar)
6. Ağdərə rayonunun ərazisi (düzən torpaqlar)
7. Xocavənd (düzən torpaqlar)
1. Zəngilan (düzən torpaqlar)
2. Füzuli (düzən torpaqlar)
3. Cəbrayıl (düzən torpaqlar)
3. Goranboy (dağ torpaqlar)
4. Göygöl (dağ torpaqlar)
5. Şəmkir (dağ torpaqlar)
6. Tovuz (dağ torpaqlar)
7. Ağstafa (dağ torpaqlar)
8. Qazax (dağ torpaqlar)
4. Zəngilan (dağ torpaqlar)
3. Xocavənd (dağ torpaqlar)
4. Ağdərə rayonunun ərazisi (dağ torpaqlar)
5. Füzuli (dağ torpaqlar)
6. Cəbrayıl (dağ torpaqlar)
7. Ağdam (dağ torpaqlar)
7. Hacıqabul (Kürqırağı düzən hissəsi)
6. Ağsu (düzən torpaqlar)
7. Göyçay (düzən torpaqlar)
1. Lənkəran (düzən torpaqlar)
2. Astara (düzən torpaqlar)
3. Masallı (düzən torpaqlar)
1. Cəlilabad (düzən torpaqlar)
1. Cəlilabad (dağ torpaqlar)
3. Masallı (dağ torpaqlar)
4. Lənkəran (dağ torpaqlar)
5. Astara (dağ torpaqlar)
1. Şərur (düzən torpaqlar)
2. Sədərək (düzən torpaqlar)
3. Babək (düzən torpaqlar)
4. Ordubad (düzən torpaqlar)
5. Culfa (düzən torpaqlar)
2. Şərur (dağ torpaqlar)
3. Sədərək (dağ torpaqlar)
4. Babək (dağ torpaqlar)
5. Ordubad (dağ torpaqlar)
6. Culfa (dağ torpaqlar)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Kadastr qİymət rayonları və yarımrayonları üzrə torpaqların normatİv qİymətİ
Kadastr qiymət rayonları, yarımrayonları və ora daxil olan inzibati rayonlar
Şərti yararsız torpaqların normativ qiyməti man/ha
Biçənəklərin normativ qiyməti man/ha
Kəndətrafı örüşlərin normativ qiyməti man/ha
Qış otlaqlarının normativ qiyməti man/ha
Yay ortlaqlarının normativ qiyməti man/ha
Differensial gəlir man/ha
Normativ qiymət man/ha
Differensial gəlir man/ha
Normativ qiymət man/ha
(Abşeron rayonu, Hacıqabulun Nəvahi-Atbulaq massivi, Xızının düzən torpaqları və Siyazənin Liman gölünə kimi düzən torpaqları)
(Xaçmaz rayonu, Şabran, Siyəzən, Quba və Qusarın düzən torpaqları)
(Şəki, Zaqatala, Qax, Oğuz, Balakən və Qəbələnin düzən torpaqları)
(Şəki, Zaqatala, Oğuz, Qax, Qəbələ və Balakən dağ torpaqları)
(Qusar, Quba, Şabran, Siyəzən və Xızı rayonlarının dağ torpaqları)
(Qusar və Quba rayonlarının orta və yüksək dağ torpaqları)
(Şamaxı, İsmayıllı rayonları, Ağsu və Göyçayın dağ torpaqları)
(Qobustan rayonunun dağ torpaqları)
(Samux rayonu, Şəmkir, Göygöl, Tovuz, Ağstafa, Qazax və Goranboy rayonlarının düzən torpaqları)
(Bərdə, Ağcabədi, Beylaqan, Tərtər rayonları, Ağdam, Ağdərə rayonunun ərazisinin və Xocavəndin düzən torpaqları)
(Zəngilan, Füzuli, Cəbrayıl rayonlarının düzən torpaqları)
(Gədəbəy,Daşkəsən rayonları, Goranboy,Göygöl, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının dağ torpaqları)
(Kəlbəcər, Laçın, Qubadlı rayonları və Zəngilan rayonunun dağ torpaqları)
(Şuşa, Xocalı rayonları və Xocavənd, Ağdərə rayonunun ərazisinin, habelə Füzuli, Cəbrayıl, Ağdam rayonlarının dağ torpaqları)
(Salyan, Saatlı, Sabirabad, Biləsuvar, İmişli, Neftçala rayonları, Hacıqabulun Kürqırağı düzən hissəsi)
(Zərdab, Kürdəmir, Ucar, Yevlax, Ağdaş rayonları, Ağsu və Göyçay rayonlarının düzən torpaqları)
(Lənkəran, Astara və Masallı rayonlarının düzən torpaqları)
(Cəlilabad rayonunun düzən torpaqları)
(Cəlilabad rayonunun dağ torpaqları)
(Lerik, Yardımlı rayonları, Masallı, Lənkəran və Astara rayonlarının dağ torpaqları)
(Şərur, Sədərək, Babək, Ordubad, Culfa rayonlarının düzən torpaqları)
(Şahbuz rayonu, Şərur, Sədərək, Babək, Ordubad və Culfa rayonlarının dağ torpaqları)
(Qax, Şəki, Goranboy, Yevlax, Samux rayonlarının ərazisindəki qış otlaqları)
(Ağstafa, Tovuz, Şəmkir, Samux rayonlarının ərazilərindəki qış otlaqları)
(Qusar, Quba, Şabran, Xızı, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Qax, Balakən rayonlarının ərazilərindəki yay otlaqları)
(Şahbuz, Ordubad, Culfa, Babək, Şərur rayonlarının ərazilərindəki yay otlaqları)
(Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Kəlbəcər, Laçın, Şuşa, Xocavənd və Ağdərə rayonlarının ərazilərindəki yay otlaqları)
(Yardımlı, Lerik, Astara rayonlarının ərazilərindəki yay otlaqları)
Qeyd. 1. Respublikanın kənd rayonlarında həyətyanı sahələrin normativ qiyməti uyğun kadastr qiymət rayonunun əkininin 1-ci keyfiyyət qrupunun normativ qiymətinə uyğun olaraq hesablanır.
2. Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax, Şəki, Naftalan Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala, Göyçay şəhərlərində və digər rayon mərkəzlərində fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, əvvəllər dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olan bağ sahələrin və digər torpaqların normativ qiymətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarının 6 nömrəli əlavəsində göstərilən qiymətlərə əsasən hesablanır.
3. Şərti yararsız torpaqlar qeyri-kənd təsərrüfatı istehsalı üçün alınıb-satıldıqda, onun normativ qiyməti beş dəfə artırılır.
1. 25 iyul 2007-ci il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №7, maddə 741)
2. 5 iyun 2008-ci il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 582)
3. 9 iyun 2008-ci il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 584)
10 iyun 2008-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 586)
25 iyun 2010-cu il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 566)
4 noyabr 2015-ci il tarixli 345 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1409)
26 aprel 2021-ci il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 aprel 2021-ci il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 417)
20 iyul 2024-cü il tarixli 349 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 iyul 2024-cü il, “Xalq” qəzeti, 28 iyul 2024-cü il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 910)