Qanunvericilik › Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Vərəm əleyhinə yardımın göstərilməsi ilə əlaqədar şikayətin verilməsi qaydası

Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Vərəm əleyhinə yardım göstərilərkən vətəndaşların hüquq və maraqlarını məhdudlaşdıran hərəkətlərdən (xəstəlik vərəqəsi müddətinin düzgün təyin olunmaması, ambulator müalicə zamanı pulsuz dərman preparatlarının verilməməsi, xəstəyə stasionar və sanatoriya yardımının göstərilməsindən və müalicə ilə əlaqədar nəqliyyat xərclərinin ödənilməsindən imtina edilməsi və s.) şikayətlərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada baxılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver