Qanunvericilik › Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Pul gəlirlərinin indeksləşdirilməsi

Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Əmək haqqı və təqaüdlər şəklində vətəndaşların pul gəlirləri aşağıdakı qaydada indeksləşdirilməlidir:

aylıq minimum əmək haqqının hüdudlarında

aylıq minimum əmək haqqının 1 mislindən 2 mislinədək

aylıq minimum əmək haqqının 2 mislindən 3 mislinədək

aylıq minimum, əmək haqqının 3 mislindən 4 mislinədək

—istehlak qiymətləri indeksinin 100 faizi həcmində

—istehlak qiymətləri indeksinin 80 faizi həcmində

—istehlak qiymətləri indeksinin 60 faizi həcmində

—istehlak qiymətləri indeksinin 40 faizi həcmində

Pul gəlirlərinin aylıq minimum əmək haqqının 4 mislindən çox olan hissəsi indeksləşdirilmir.

Əmək haqqına əmsalların (yüksək dağlıq və başqa yerlərdə işə görə) tətbiq edildiyi ərazilərdə indeksləşdirmə üçün minimum əmək haqqının məbləği bu əmsallar nəzərə alınmaqla müəyyən olunur.

Pul gəlirləri alındığı yerdə indeksləşdirilir.

İndeksləşdirilmiş gəlir növbəti aydan başlayaraq ödənilir.

Pensiyaların və sosial müavinətlərin məbləğləri müvafiq qanunvericiliyə uyğun olaraq indeksləşdirilir.

İndeksləşdirmə ilə əlaqədar ödənişlərin məbləği təqvim ili qurtardıqdan sonra müvafiq tarif dərəcələrinin və vəzifə maaşlarının və təqaüdlərin tərkibinə daxil edilir.

Məhkəmənin qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən, müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver