Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın 3.10-cu bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarının 1 və 2 nömrəli əlavələri ilə təsdiq edilmiş siyahılara daxil olmayan sərnişinlərə xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarında göstərilən xidmətlər üzrə xidmət haqları hər bir sərnişin üçün aşağıdakı məbləğlərdə müəyyən edilsin:
1.1. Heydər Əliyev Beynəlxalq Aeroportu üzrə - 40 (qırx) manat;
1.2. Azərbaycan Respublikasının digər hava limanları üzrə - 20 (iyirmi) manat.
2. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Naxçıvan” Beynəlxalq Hava Limanı bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş xidmət haqlarının dəvət edən qurum və ya sərnişinlər tərəfindən ödənilməsini təşkil etsinlər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 23 dekabr 2021-ci il