Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvəsini itirmiş hesab edilməsi haqqında
“Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” və “Azərbaycan SSR məhkəmələri hakimlərinin intizam məsuliyyəti, hakimlərin və xalq iclasçılarının geri çağırılması və vaxtından əvvəl azad edilməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 1990-cı il 26 iyun tarixli qanunlarının qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının aşağıdakı qanunvericilik aktları qüvvəsini itirmiş hesab edilsin:
1. “Azərbaycan SSR rayon (şəhər) xalq məhkəmələrinin seçkiləri haqqında” Azərbaycan SSR-in 1981-ci il 4 dekabr tarixli Qanunu (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, № 23, mad. 278);
2. “Azərbaycan SSR rayon (şəhər) xalq məhkəmələrinin xalq hakimlərini və xalq iclasçılarını geri çağırmaq qaydası haqqında” Azərbaycan SSR-in 1981-ci il 4 dekabr tarixli Qanunu (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il № 23, mad. 279).
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Bakı şəhəri, 26 may 1992-ci il.