Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Xroniki alkoqoliklərə və narkomanlara tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunması haqqında qanunvericiliyin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «Xroniki alkoqoliklərin və narkomanlığa tutulmuş şəxslərin məcburi müalicə olunması və əməklə tərbiyələndirilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1965-ci il 26 avqust tarixli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1965-ci il, № 24, maddə 135; 1975-ci il, № 7, maddə 51; 1985-ci il, № 21, maddə 204; 1987-ci il, № 6, maddə 48; 1987-ci il, № 15—16, maddə 153) qüvvədən düşmüş hesab edilsin.
II. «Müalicə-əmək profilaktoriyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1983-ci il 1 mart tarixli Fərmanı qüvvədən düşmüş hesab edilsin.
III. «Narkomanlığa tutulmuş xəstələr üçün müalicə-tərbiyə profilaktoriyası» haqqında Əsasnamənin təsdiq olunması barədə» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 20 mart tarixli Fərmanı qüvvədən düşmüş hesab edilsin.
V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 1996-cı il
2 aprel 1999-cu il tarixli 895-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 286)