Qanunvericilik › Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.01.2004) › Tam mətn

Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.01.2004)

Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.01.2004) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 158-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemini, növlərini və məbləğlərini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 9 yanvar 2004-cü il

1. Əməyİn ödənİlməsİ sİstemİ

1.1.1. Büdcədən maliyyələşdirilən müəssisələrin səhiyyə işçilərinin (bundan sonra - səhiyyə işçiləri) əməyi Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi əsasında, bir qayda olaraq, əməyin ödənilməsinin vaxtamuzd və ya aylıq maaş sistemi üzrə ödənilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq ayrı-ayrı səhiyyə işçilərinin əməyi əməyin ödənilməsinin aşağıda sadalanan digər sistemləri üzrə ödənilə bilər.

Ayrı-ayrı səhiyyə işçilərinin marağını əmək məhsuldarlığının artırılmasına və görülən işlərin keyfiyyətinin yüksəldilməsinə yönəltmək məqsədilə əmək qanunvericiliyinə uyğun olaraq müəssisə rəhbərliyi tərəfindən əmək haqqı ödənişlərinə ayrılmış büdcə təxsisatları çərçivəsində əməyin ödənilməsinin işəmuzd sistemi tətbiq edilə bilər.

1.3.1. Tibb müəssisələrinin tipindən və yerləşdiyi ərazidən asılı olmayaraq həkim və orta tibb heyəti işçiləri (eləcə də tibb briqadalarının və qəza, dağıntı, təbii fəlakət və başqa fövqəladə hadisələr zamanı təxirəsalınmaz təcili yardım göstərən və xilasedici işlər görən çoxprofilli xüsusi təyinatlı tibb dəstələrinin mütəxəssisləri) zəruri hallarda "evdə növbətçilik" iş rejiminə cəlb edilirlər. Bu iş rejimində çalışan işçi müəyyən vaxt ərzində ünvanı bəlli olan qeyri-iş sahəsində (məsələn, evdə) növbətçilik edir, çağırışa hazır olur və zəruri hallarda çağırışla işə cəlb edilir.

1.3.2. "Evdə növbətçilik" iş rejiminə işçi həm iş vaxtı ərzində, həm də iş vaxtından sonra cəlb edilə bilər. "Evdə növbətçilik" iş rejimində işçinin növbədə olduğu müddət və çağırışa sərf olunan vaxt tam iş vaxtı kimi nəzərə alınır. Çağırışın müddəti çağırış edilən vaxtdan icrası təmin edilən vaxtadək götürülür və 30 dəqiqədən artıq müddət tam iş saatı kimi nəzərə alınır.

1.3.3. İş vaxtı ərzində "edvə növbətçilik" aylıq iş vaxtı norması çərçivəsində təşkil edilir.

1.3.4. İş vaxtından sonra "evdə növbətçilik" işçi ilə əvəzçilik qaydasında əmək müqaviləsi bağlanılaraq təşkil edilir. Bu halda iş vaxtının müddəti qanunvericiliklə müəyyən edilmiş iş vaxtı normasının yarısından çox olmamalıdır.

1.3.5. "Evdə növbətçilik" iş rejimində gecə vaxtı yerinə yetirilən işin, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü və yaxud çağırışla əlaqədar iş vaxtından artıq vaxtda görülən işin haqqı qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.

İqtisadi cəhətdən səmərəli olduqda, büdcədən maliyyələşdirilən tibb müəssisələrinin ayrı-ayrı kollektivlərinin (briqadalarının) əməyinin ödənilməsinin kollektiv formasına keçilə bilər. Bu halda əməyin təşkili və ödənilməsi şərtləri ayrılmış büdcə təxsisatları çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.

2. Əməyİn ödənİlməsİ növlərİ

2.1.1. Səhiyyə işçilərinin vəzifə (tarif) maaşlarının məbləği qüvvədə olan Vahid Tarif Cədvəli əsasında Tarif İxtisas Sorğu Kitabçalarına uyğun olaraq müəyyən edilir.

Tibb, sosial müdafiə və digər müəssisələrdə struktur bölmə (şöbə, bölmə, kabinet və s.) rəhbərlərinin müavinlərinin vəzifə maaşı müvafiq bölmə (şöbə, bölmə, kabinet və s.) rəhbərlərinin vəzifə maaşından 10 - 20 faiz aşağı müəyyənləşdirilir.

2.1.2. Tibb müəssisələrinin rəhbərlərinin əməyinin ödəniş qruplarına aid edilməsi göstəriciləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

2.1.3. Səhiyyə, sosial müdafiə və digər sistemlərin şöbə, bölmə, kabinet, laboratoriya, dəstə, stansiya, təcili yardım yarımstansiyası, profdezinfeksiya şöbəsi (bölməsi) və digər struktur bölmələrinin həkim ixtisası tələb olunan rəhbərlərinin vəzifə maaşı bu həkimlərin Vahid Tarif Cədvəli üzrə əməyin ödəniş dərəcəsinə uyğun vazifə maaşlarına aşağıdakı əlavələrin tətbiq edilməsi yolu ilə müəyyən edilir:

struktur bölmələrinin ştatında 7-dək həkim vəzifəsi olduqda - 10 faiz;

7 və daha çox həkim vəzifəsi olduqda - 15 faiz;

həkim vəzifələrinin sayından asılı olmayaraq kabinet müdirlərinə - 5 faiz.

Tərkibinə bölmələr, laboratoriyalar və digər struktur bölmələri daxil olan şöbələrin həkim ixtisası tələbolunan rəhbərlərinin vəzifə maaşları müəyyənləşdirilərkən, bu struktur bölmələrinin bütün həkim-rəhbər və həkim vəzifələri (o cümlədən, qeyri-büdcə vəsaiti hesabına saxlanılan) nəzərə alınır. Bu halda həkim-intern vəzifələri həkim vəzifələrinin sayında nəzərə alınmır.

Həm stasionarda və həm də poliklinikada (ambulatoriyada) həkimlərin işinə rəhbərlik etmək vəzifəsihəvalə edilmiş həkim-şöbə müdirinin (həkim-bölmə müdirinin) vəzifə maaşı müəyyən edilərkən, onun həm stasionarda, həm də poliklinikada rəhbərlik etdiyi həkim vəzifələrinin sayı nəzərə alınır.

2.1.4. Tibb, sosial müdafiə və digər müəssisələrin struklur bölmələrində orta tibb heyətindən olan rəhbərlərin vəzifə maaşı onların Vahid Tarif Cədvəli üzrə əməyin ödəniş dərəcəsinə uyğun vəzifə maaşlarına 15 faiz artımın tətbiq edilməsi yolu ilə müəyyən edilir.

2.1.5. Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin (şöbə və bölmələrin) işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilməklə müəyyən edilir.

2.1.6. Həkim-uçuş və həkim-məsləhət komissiyalarının həkim-sədrlərinin, üzvlərinin rayon uşaq həkimlərinin, təcili yardım stansiyalarının və dağlarda xilaseetmə hissələrinin böyük həkimlərinin vəzifə maaşı bu həkimlərin Vahid Tarif Cədvəli üzrə əməyin ödəniş dərəcəsinə uyğun vəzifə maaşlarına 15 faiz əlavənin tətbiq edilməsi yolu ilə müəyyən edilir.

2.1.7. Tibb, sosial müdafiə və digər müəssisələrdə qazanxanaların istismarı, elektrik və istilik şəbəkələrinin avadanlığının, maşın və mexanizmlərin, cihazların və s. təmiri, bina və qurğuların cari təmiri ilə məşğul olan və bu sahələrə xidmət göstərən fəhlələrin tarif maaşları onların işəmuzd əmək haqqı sistemində 1.11, vaxtamuzd əmək haqqı sistemində isə (eləcə də, aylıq maaş olduqda) 1.04 yüksəldici sahə əmsalları tətbiq edilməklə müəyyən edilir.

2.1.8. Dəniz və çay gəmilərində işləyən tibb işçilərinə gəmilərin reysdə olduğu müddətdə onların arzusu ilə iş vaxtı normasından artıq işlənilmiş vaxt üçün saatlıq vəzifə maaşının ikiqat məbləğində və ya hər artıq işlənilmiş 8 saat üçün bir əvəzgün verilməklə birqat ölçüdə əmək haqqı ödənilir.

2.1.9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydada 1,5-3 dəfə artım əmsalları tətbiq edilir.

2.2.1.1. Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə aşağıdakı səhiyyə işçilərinə hər ay vəzifə (tarif) maaşının 15 faizi miqdarında əlavə haqq ödənilir:

a) vərəm və ya vərəmə qarşı xəstəxanalarda, müalicə, reabilitasiya və digər müəssisələrdə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün hospitallarda, dispanserlərdə, sanatoriyalarda, körpələr evlərində rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, xəstələrə xidmət göstərən digər rəhbərlər (kitabxana müdiri, klub müdiri, təsərrüfat müdiri və s.), mütəxəssislər və digər qulluqçular (kftabxanaçı, evakuator və s.) və bütün peşələrdən olan fəhlələr (bərbər, qarderobçu, liftçi, dəyişək xidmətçisi və s.), eləcə də bu tibb müəssisələrinin ştatında olan aptek bölmələrində və onlara bilavasitə xidmət göstərən xəstəxana və xəstəxanalararası müstəqil aptek müəssisələrində çalışan işçilər (müdir, müdir müavini, əczaçı, provizor, qablaşdırıcı və s. köməkçi heyət);

b) vərəm və ya vərəmə qarşı tibb müəssisələrinin nəzdindəki müalicə- istehsalat (əmək) emalatxanalarında rəhbər, həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, müalicə-istehsalat (əmək) emalatxanalarında istehsalat təlimi ilə məşğul olan bütün kateqoriyadan olan işçilər;

c) müalicə-profilaktika və digər müəssisələrin, onların tibbi-sanitariya hissələrinin vərəm xəstəliyi üzrə bölmələrində, palatalarında, izolyatorlarında, kabinetlərində rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, eləcə də bu bölmələrdə, palatalarda və s. xəstələrə qulluq edən və burada işləyən bütün peşə və vəzifələrdən olan işçilər;

ç) yoluxucu xəstəliklər üzrə xəstəxanalarda, xroniki dezinteriyalı xəstələr üçün uşaq sanatoriyalarında rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, xəstələrə xidmət göstərən digər rəhbərlər (kitabxana müdir, klub müdiri, təsərrüfat müdiri və s.), mütəxəssislər və digər qulluqçular (kitabxanaçı, evakuator və s.) və bütün peşələrdən olan fəhlələr (bərbər, qarderobçu, liftçi, dəyişək xidmətçisi və s.), eləcə də bu tibb müəssisələrinin ştatında olan aptek bölmələrində və onlara bilavasitə xidmət göstərən xəstəxana və xəstəxanalararası müstəqil aptek müəssisələrində çalışan işçilər (müdir, müdir müavini, əczaçı, provizor, qablaşdırıcı və s. köməkçi heyət);

d) yoluxucu xəstəliklər və bağırsaq qurdlan ilə yoluxmuş xəstələr üçün bölmələrdə, palatalarda, gün-düz stasfonarlannda, yoluxucu xəstəlrklər üzrə kabi-netlərdə və vağzallann tibb məntəqələrində rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, eləcə də bu bölmələrdə, palatalarda və s. xəstələrə qulluq edən və burada işləyən bütün peşələrdən olan fəhlələr;

e) onurğa beyni zədələnməklə aşağı və ya yuxarı ətrafların parezi və çanaq orqanlarının funksiyalarının pozulması ilə müşayiət olunan xəstələr üçün tibb, sosial müdafiə və digər müəssisələrdə (onların bölmələrində, palatalarında) rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər;

ə) aşağıda göstərilən körpələr evlərində və uşaq bağçalarının, yaslilərin, yasli-bağçaların, ümumi tipli uşaq evlərinin daxilində yaradılan qruplarda rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər:

vərəm intoksikasiyalı, vərəmin zəif və sönməkdə olan formasını keçirən uşaqlar üçün;

psixikası salamat qalmaqla dayaq-hərəkət aparatının funksiyaları pozulmuş və fiziki nkişafında başqa pozuntuları olan uşaqlar üçün;

mərkəzi sinir sisteminin üzvi xəstəliyi olan, o cümlədən psixikası pozulmadan uşaq beyin iflicinə düçar olmuş uşaqlar üçün;

eşitmə və nitq qabiliyyəti pozulmuş (eşitmə-nitq qabiliyyəti tam məhdud, eşitmə qabiliyyəti tam və qismən məhdud olan) uşaqlar üçün;

nitqi pozulmuş (qeyri-iradi nitq pozuntusu olan, nitqi məhdudlaşan və başqa nitq pozuntuları olan) uşaqlar üçün;

görmə qabiliyyəti pozulan (görmə qabiliyyəti tam və qismən məhdud olan)uşaqlar üçün;

f) dayaq-hərəkət aparatının funksiyaları pozulmaqla mərkəzi sinir sistemi zədələnmiş uşaqlar üçün sanatoriyalarda, eləcə də həmin profilli uşaqlar üçün müalicə-profilaktika müəssisələrinin bölmələrində, palatalarında (qruplarında) rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər;

g) anesteziologiya-reanimasiya, reanimasiya və intensiv terapiya (ekspress-diaqnostikanı təmin edən laboratoriyalar, qruplar istisna olmaqla) bölmələrində (qruplarında) rəhbər (həkim ixtisası tələb olunan), həkim-anestezioloq-reanimatoloq, tibb bacısı, feldşer və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər;

ğ) aşağıdakı şöbələrdə (palatalarda) rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, eləcə də hemodializ bölməsində aparatlara xidmət edən mütəxəssislər:

yanığı olan xəstələr üçün şöbələr (palatalar);

kəskin formada zəhərlənmiş xəstələr üçün şöbələr (palatalar);

cərrahiyyə əməliyyatı tələb edən irinləməsi və ağırlaşması olan xəstələrin müalicəsi üçün bütün profilli irinləmə cərrahiyyə şöbələri;

cərrahiyyə əməliyyatı zamanı vizual nəzarət-edici rentgen aparatlarından daima istitfadə edilən bütün profilli cərrahiyyə şöbələri;

hemodializ, hemosorbsiya, plazinoferez və ultrafiltrasiya üsulu ilə xəstələri müalicə edən hemodializ bölmələri;

yerin doğulmuş və yarımçıq uşaqlar üçün şöbələr (palatalar);

yeni doğulmuş və yarımçıq uşaqlar üçün pediatriya şöbələri;

beyin qan dövranı pozulmuş xəstələr üçün nevroloji şöbələr;

h) dəri-zöhrəvi xəstəliklər üzrə şöbələrdə, palatalarda, stasionarların və poliklinikaların kabinetlərində rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyətli vəzifələrində çalışan işçilər, eləcə də bu şöbələrdə, palatalarda və s. xəstələrə qulluq edən və bütün peşə və vəzifələrdən olan fəhlə və qulluqçular;

x) fizioterapiya şöbələrində, kabinetlərində, balneoloji və palçıq müalicəxanalarında (şöbələrində, kabinetlərində) aşağıdakı vəzifə və peşələrdə çalışan işçilər:

hidrogen-sulfidli, sulfidli və karbo-sulfo-hidrogenli vannalar və palçıqlar olan otaqlarda xəstələrə qulluq etmək üçün nəzərdə tutulan rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta tibb heyəti (tibbi statist, tibb qeydiyyatçısı vəzifələri istisna olmaqla) və kiçik tibb heyəti vəzifələri;

palçıq müalicəxanaları, radon vannalarının buraxılması, ozokerit prosedurlarının hazırlanması və buraxılması, müxtəlilf gücə malik ultra yüksək tezlikli (UYT) generatorlarda işləmələri üçün (ay ərzində hər növbədə orta hesabla 10-dan az olmayaraq prosedur keçirildikdə) nəzərdə tutulan orta tibb heyəti (tibbi statist, tibb qeydiyyatçısı vəzifələri istisna olmaqla) və kiçik tibb heyəti vəzifələri;

palçığın qızdırılması və gətirilməsi, süni hidrogen-sulfidli suyun hazırlanması, hidrogen-sulfidli, sulfidli və karbo-sulfo-hidrogenli, radonlu vanna otaqlarına və avadanlığa, fizioterapiya müalicəxanalarının (bölmələrinin) qurğularına, zirzəmi avadanlığına, vannalar olan binaların qızdırıcı qurğularına, nasos stansiyalarına, suqarışdırıcılara və rezervuarlara, borulalara, hidrogen-sulfid, sulfid və karbo-sulfo-hidrogen və radon qazma quyularının başlıqlarına daima xidmət edilməsi, eləcə də bina və qurğuların cari təmiri üçün nəzərdə tutulan fəhlə peşələri;

ı) müxtəlif profilli rentgen, radioloji və rentgen-radioloji şöbələrdə, bölmələrdə, laboratoriyalarda, qruplarda və kabinetlərdə rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, ion şüalanması mühitində və ya radioaktiv maddələrlə daima işləyən mütəxəssislər;

i) tibb və digər müəssisələrin əsas müalicə üsulu kimi uzun müddət böyük dozada kimyəvi preparatlar işlədilən şöbələrində (palatalarında) rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər;

j) patoloji anatomiya bölmələrində, meyit toxumalarını, orqanlarını götürən, hazırlayan və saxlayan və qanını tədarük (konservasiya) edən bölmələrdə rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər;

k) barokamera və kessonlarda, yeraltı tibb müəssisələri bölmələrində (palatalarında), səhiyyə məntəqələrində, tibb məntəqələrində (o cümlədən, metropoliten tikililərində olan) rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər;

q) ultrasəs diaqnostikası və endoskopiya bölmələrində (kabinetlərində) rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər;

1) qanköçürmə stansiyalarında, qan və onun komponentlərini tədarük edən bölmələrdə qan komponentlərini və sümük iliyini tədarük edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta tibb heyəti, vəzifələrində çalışan işçilər;

m) ambulator-poliklinika müəssisələrinin (bölmələrinin) psixoterapiya kabinetlərində həkim-psixoterapevt və tibb bacısı vəzifələri;

n) laboratoriyalarda (şöbələrdə, bölmələrdə) aşağıdakı əmək şəraitli iş yerlərində çalışan işçilər:

yoluxucu xəstəliklərin canlı törədiciləri ilə (və ya xəstə heyvanlarla) işləyən rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan bütün kateqoriyadan olan işçilər;

xəstəlik törədən viruslarla, kimyəvi reaktivlərlə, reaktiv allergenlərlə, qanın, sidiyin və s. analizləri üçün istifadə edilən maddələrlə işləyən rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələri;

solğun treponla immobilizasiya reaksiyası qoymaq işində daimi işləyən həkim-bakterioloq, həkim-parazitoloq, laborant, bakteriologiya və parazitologiya üzrə laborant, onların işini təmin etmək üçün nəzərdə tutulan sanitar qadın və digər vəzifələr;

o) görmə-eşitmə-nitq qabiliyyəti tam məhdud olan, eləcə də eşitmə və nitq qabiliyyətində pozuntu olan uşaqlar üçün uşaq evlərində, eşitmə və görmə qabiliyyəti tam məhdud olanlar üçün sanatoriyalarda və internat evlərində, eşitmə-nitq qabiliyyəti tam məhdud olan uşaqlar üçün reabilitasiya mərkəzlərində rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, bütün peşələrdən olan fəhlələr;

ö) yasli-bağçalarda, uşaq bağçalarında, vərən xəstəliyi olan uşaqlar üçün uşaq evlərində, eşitmə və nitq qabiliyyətində pozuntu olan uşaqlar üçün yasli-bağçalarda, mərkəzi sinir sistemi və dayaq-hərəkət aparatının funksiyaları pozulmuş uşaqlar üçün yasli-bağçalarda, əqli inkişafında pozuntu olan uşaqlar və mərkəzi sinir sistemi zədələməklə psixikası pozulmuş uşaqlar üçün yasli-bağçalarda rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər;

p) sanitariya-profilaktika müəssisələrində, digər müəssisələrin sanitariya-profilaktika bölmə, şöbə və hissələrində aşağıdakı vəzifə və peşələrdə çalışan işçilər:

baş həkim (həkim-epidemioloq vəzifəsi olmadıqda), çox təhlükəli yoluxucu epidemiyaya qarşı, epidemioloji, parazitoloji, bakterioloji, virusoloji, sanitar-karantin, sanitar-nəzarət, dezinfeksiya şöbələrinin, bölmələrinin və məntəqələrinin (profilaktik dezinfeksiya şöbələri, bölmələri istisna olmaqla) müdirləri, həkim-epidemioloq, həkim-dezinfeksionist, həkim-parazitoloq, həkim-virusoloq, çox təhlükəli yoluxucu, sanitar-karantin, sanitar-nəzarət şöbələrinin, bölmələrinin həkimləri, elektromaqnit sahəli laboratoriyaların müdirləri, sanitar həkimləri, mühəndisləri, metropolitenlərin sanitar-epidemioloji stansiyalarının (şöbələrinin, qruplarının) ventilyasiya üzrə mühəndis vəzifələri, kommunal gigiyena və əmək gigiyenası üzrə sanitar həkimlər, açıq civə aparatlarında (o cümlədən, polyaroqraflara xidmət etməklə məşğul olan) işləmək üçün nəzərdə tutulan həkim-laborant və mühəndis vəzifələri, toksikoloji laboratoriyaların həkim-laborantları, yalnız dağ-mədən, filizçıxarma və kimya sənayesi müəssisələrində zərərli əmək şəraitində çalışan işçilərə xidmət etməklə məşğul olan əmək gigiyenası üzrə sanitar həkimlər;

çox təhlükəli yoluxucu xəstəliklər üzrə şöbələrin, bölmələrin və məntəqələrin orta tibb heyəti vəzifələri, dezinfeksiyanın keyfiyyətinə nəzarət edən laborantlar, virusologiya və parazitologiya üzrə laborantlar, sanitar-karantin və sanitar-nəzarət şöbələrinin (bölmələrinin, məntəqələrinin) orta tibb heyəti vəzifələri, dezinfektorlar, dezinfeksiya təlimatçıları, həkim-epidemioloqların və həkim-parazitoloqların köməkçiləri, sanitar həkimlərin köməkçiləri, elektromaqnit sahəli laboratoriyaların texnikləri və laborantları, kommunal gigiyena və əmək gigiyenası üzrə sanitar bölmələrinin (qruplarının), eləcə də metropolitenlərin sanitar-epidemioloji stansiyalarının (bölmələrinin, qruplarının) texnikləri, laborantları və sanitar həkimlərinin köməkçiləri, açıq civə aparatlarında işləmək üçün nəzərdə tutulan (o cümlədən, polyaroqraflara xidmət etməklə məşğul olan) laborant və texniklər, yoluxucu xəstəliyi olan xəstələr daşımaqla məşğul olan orta tibb heyəti, toksikolojii laboratoriyaların laborantları, yalnız dağ-mədən, filizçi-xarma və kimya sənayesi müəssisələrində zərərli əmək şəraitində çalışan işçilərə xidmət etməklə məşğul olan əmək gigiyenası üzrə sanitar həkimlərin köməkçiləri;

çox təhlükəli yoluxucu xəstəliklər üzrə şöbələrin (bölmələrin), acıq civə aparatlarında işləmək üçün nəzərdə tutulan (o cümlədən, polyaroqraflara xidmət etməklə məşğul olan) sanitar-karantin və sanitar-nəzarət bölmələrinin (şöbələrinin, məntəqələrinin), toksikoloji, bakterioloji laboratoriyaların, parazitoloji və virusoloji bölmələrin sanitar qadın vəzifəsində çalışan işçiləri, dezinfeksiyaedici vasitələri qablaşdırmaqla məşğul olan anbardarlar, dezinfektor vəzifəsi də həvalə edilən avtomobil sürücüləri, yoluxucu xəstəliyə tutulmuş xəstələri daşımaqla məşğul olan avtomobil sürücüləri və sanitar qadınlar, xəstəliyə yoluxmuş heyvanlarla vivariumda işləyən fəhlə və qulluqçular;

r) 1000 və daha çox çarpayısı olan çoxprofilli xəstəxanaların həkim-psixiatorları;

s) tibb, sosial müdafiə və digər müəssisələrdə (bölmələrdə) dezinfektorlar;

ş) tibb müəssisələrində meymun volyerlərə qulluq elmək üçün nəzərdə tutulan vəzifə və peşələrdə çalışan işçilər;

t) müxtəlif tipli və təyinatlı ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər.

2.2.2.1. Sağlamlıq üçün xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə aşağıdakı səhiyyə işçilərinə hər ay vəzifə (tarif) maaşının 20 faizi miqdarında əlavə haqq ödənilir:

a) taun əleyhinə müəssisələrdə, cüzamxanalarda, cüzama qarşı şöbə, palata, izolyator, kabinet, məntəqələrdə calışan bütün işçilər;

b) mərkəzi sinir sistemi zədələnməklə psixikası pozulmuş uşaqlar üçün şöbə və palatalarda, kəskin alkoqol zəhərlənməsi və ya kəskin alkoqol psixozu nəticəsində xətər dəymiş şəxslərə tibbi yardım göstərmək üçün nəzərdə tutulan müalicə profilaktika müəssisələrinin ixtisaslaşmış qəbul şöbələrində rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, xəstələrə xidmət edən bərbərlər və digər peşələrdən olan fəhlələr;

c) psixikası zədələnməklə mərkəzi sinir sisteminin üzvi xəstəlikləri olan uşaq qruplarında orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər;

ç) mərkəzi sinir sistemi zədələnməklə psixikası pozulmuş uşaqlar üçün yasli və sanatoriyalarda, mərkəzi sinir sistemi məhdud zədələnməklə psixikası pozulmuş uşaqlar üçün körpələr evlərində rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər;

d) psixiatriya (psixonevroloji), narkoloji müəssisələrdə, onların struktur bölmələrində (psixi xəstələrin vo xroniki alkoqolizmə və narkomaniyaya düçar olmuş şəxslərin müalicəsi üçün nəzərdə tutulmayan şöbə, kabinet və palatalar istisna olmaqla), tibb və digər müəssisələrin psixi, xroniki alkoqolizmə və narkomaniyaya düçar olmuş xəstələri müalicə edən şöbə, kabinet və palatalarında, o cümlədən müalicə-istehsalat (əmək) emalatxanalarında, yardımçı təsərrüfatlarda rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta tibb heyəti (arxivlərdə tibb qeydiyyatçısı istisna olmaqla) və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, xəstələrlə təmasda olan digər rəhbər, mütəxəssis və texniki icraçılar, eləcə də xəstələrə qulluq edən və şöbələrin (bölmələrin) daxilində fəhlə peşələrində çalışan işçilər;

e) daima barocərrahiyyə otaqlarında həkim, orta və kiçik tibb heyəti vəzifələrində, eləcə də digər peşə və vəzifələrdə çalışan işçilər;

ə) tibb müəssisələrinin şaxtalarda dezinfeksiya işləri ilə məşğul olan dezinfektorları;

f) psixiatriya (psixonevroloji) müəssisələrinin və internat evlərinin nəzdində fəaliyyət göstərən müalicə-istehsalat (əmək) emalatxanalarında istehsalat (əmək) təlimi ilə məşğul olan bütün kateqoriyadan olan işçilər;

g) psixiatriya (psixonevroloji) müəssisələrində və internat evlərində, əqli inkişafında pozuntu olan uşaqlar üçün internat evlərinin nəzdindəki yardımçı kənd təsərrüfatlarında istehsalat (əmək) təlimi ilə məşğul olan bütün kateqoriyadan olan işçilər;

ğ) təcili tibbi yardım stansiyalarının (bölmələrinin) psixi xəstələrə tibbi yardım göstərən və onları daşıyan ixtisaslaşmış briqadalarında həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, eləcə də avtomobil sürücüləri;

h) psixonevroloji internat evlərində və əqli inkişafında pozuntu olan uşaqlar üçün internat evlərində rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, o cümlədən həmin xəstələrə qulluq edən və onlarla məşğul olan digər rəhbərlər, mütəxəssislər, texniki icraçılar və bölmələrin daxilində fəhlə peşələrində çalışan işçilər;

x) məhkəmə-tibb ekspertizası xidmətində rəhbər, məhkəmə-tibb eksperti (patoloqo-anatom, kriminalist, histoloq, kimyaçı, bioloq, biokimyaçı, fizik, entomoloq, sitoloq), orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər:

ı) dəri-zöhrəvi dispanserlərinin stasionarlarında (bölmələrində) peşə və vəzifələrdə çalışan bütün işçilər;

i) elmi-tədqiqat institutunun, mərkəzinin, klinikasının-hipnoz və psixoprofilaktika laboratoriyasında rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tıibb heyəti vəzifələrində, eləcə də digər peşə və vəzifələrdə çalışan işçilər.

2.2.2.2. Sağlamlıq üçün təhlükəli və ağır və xüsusilə təhlükəli və xüsusilə ağır olan bir neçə tibbi sahə üzrə çalışan işcinin 2.2.1.1 və 2.2.2.1-ci bəndlər üzrə iki və daha çox əsaslarla vəzifə (tarif) maaşına əlavə haqq almaq hüququ olduqda, əlavənin həcmi 25 faiz miqdarında müəyyənləşdirilir.

2.2.2.3. Müəyyən edilmiş qaydada həkim və ya orta tibb heyəti işçilərinə bərabər tutularaq onlarla birgə 2.2.1.1 və ya 2.2.2.1-ci bəndlərində göstərilən tibb müəssisələrində (bölmələrində) çalışan mütəxəssislərə (zooloqlara, entomoloqlara və s.) müvafiq olaraq vəzifə maaşının 15 və ya 20 faizi miqdarında əlavə haqq ödənilir.

2.2.3. İnsanın immunçatışmazlığı sindromu (QİÇS) və ya insanın immunçatışmazlığı virusu (İİV) ilə əlaqəli əmək şəraitinə görə əlavə

2.2.3.1. QİÇS və ya İİV ilə əlaqəli əmək şəraitinə görə aşağıdakı səhiyyə işçilərinə hər ay vəzifə (tarif) maaşının 60 faizi miqdarında əlavə haqq ödənilir:

a) QİÇS və ya İİV və ona qarşı mübarizə mərkəzlərində QİÇS xəstəliyinə tutulmuş və ya İİV virusuna yoluxmuş xəstələrin diaqnostikası, müalicəsi və bilavasitə onlara qulluq etməklə məşğul olan rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində, eləcə də digər peşə və vəzifələrdə çalışan işçilər;

b) QİÇS xəstəliyinə tutulmuş və ya İİV virusuna yoluxmuş xəstələri müalicə edən tibb müəssisələrinin və ya tibb müəssisələrinin ixtisaslaşmış bölmələrində QİÇS xəstəliyinə tutulmuş və ya İİV virusuna yoluxmuş xəstələrin müalicəsi və bilavasitə onlara qulluq etməklə məşğul olan rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində, eləcə də digər peşə və vəzifələrdə çalışan işçilər;

c) tibb və digər müəssisələrdə və ya onların bölmələrində (2.3.3.1-ci bəndin a) və b) yarımbəndlərində göstərilənlər istisna olmaqla) QİÇS xəstəliyinə tutulmuş və ya İİV virusuna yoluxmuş xəstələrə məsləhətlər verən, baxan, tibbi yardım göstərən, məhkəmə tibb və məhkəmə-psixiatriya ekspertizası keçirən və s. işləri yerinə yetirən rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində, eləcə də digər peşə və vəzifələrdə çalışan işçilər (bu kontingentlə bilavasitə kontaktda olduqları faktiki iş vaxtına mütənasib olaraq);

ç) QİÇS, xəstəliyinə tutulmuş və ya İİV virusuna yoluxmuş xəstələrin qanlarını və bioloji mayelərini tədqiq edən, İİV virusu üzrə laboratoriya tədqiqatı aparmaqla əhaliyə xidmət göstərən tibb müəssisələrinin bölmələrində, qruplarında, laboratoriyalarında rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində, eləcə də digər peşə və vəzifələrdə çalışan işçilər;

d) elmi müəssisə və təşkilatlarda QİÇS xəstəliyi və ya İİV virusu problemlərinə dair dissertasiya yazan şəxslər, QİÇS xəstəliyinə tutulmuş və ya İİV virusuna potenstel yoluxmuş xəstələr və materiallar (eləcə də heyvanlar) ilə təmasda olan elmi rəhbərlər, elmi-bölmələrin mütəxəssisləri, elmi işçilər, eləcə də elmi bölmələrdə digər mütəxəssis, qulluqçu vəzifələrində, preparatorçu və fəhlə peşələrində (o cümlədən, heyvanlara qulluqedən) çalışan işçilər;

e) elmi müəssisə və təşkilatlarda, onların struktur bölmələrində, eləcə də bakteriya və virus preparatları hazırlanan sexlərdə bilavasitə QİÇS xəstəliyi və ya İİV virusuna yoluxdurulmuş materiallarla işləyən bütün kateqoriyadan olan işçilər.

2.2.3.2. Əmək haqqı vaxtamuzd və ya saathesabı ödəniş sistemləri üzrə həyata keçirildikdə, 2.2.1.1, 2.2.2.1, 2.2.2.2, 2.2.2.3 və 2.2.3.1-ci bəndlərdə göstərilən əlavələr iş vaxtına mütənasib olaraq ödənilir.

2.2.4.1. Tibbi xidmət sahəsində yüksək iş təcrübəsi ilə fərqlənən rəhbər (həkim, provizor və digər tibb ixtisası tələb olunan), həkim və orta tibb heyəti vəzifələrində çalışan səhiyyə işçilərinə müvafiq qaydada ali, birinci və ikinci ixisas dərəcələri verilir.

2.2.4.2. İxtisas dərəcəsi olan işçiyə hər ay aşağıdakı miqdarda əlavə haqq ödənilir:

ali ixtisas dərəcəsinə görə – vəzifə maaşının 25 faizi miqdarında;

birinci ixtisas dərəcəsinə görə – vəzifə maaşının 15 faizi miqdarında;

ikinci ixtisas dərəcəsinə görə – vəzifə maaşının 10 faizi miqdarında.

2.2.4.3. İxtisas dərəcəsinə görə əlavə haqq ixtisas dərəcəsinin hansı ixtisasa görə verilməsindən asılı olmayaraq ixtisas dərəcəsinin qüvvədə olduğu müddətdə (sonuncu ay tam nəzərə alınmaqla) ixtisas dərəcəsinin alındığı növbəti aydan başlayaraq ödənilir.

2.2.4.4. Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi qaydaları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

2.2.5.1. Ayrı-ayrı tibb müəssisələrində çalışan səhiyyə işçilərinə fasiləsiz əmək stajına görə hər ay aşağıdakı miqdarda əlavə haqq ödənilir:

Tibb müəssisələrinin peşə və vəzifələrinin adları

Fasiləsiz əmək stajına görə əlavə haqq (vəzifə (tarif) maaşından faizlə)

Kənd yerlərindəki sahə xəstəxanalarının, ambulatoriyaların, o cümlədən xətti xəstəxanaların və ambulatoriyaların rəhbər (həkim ixtisası tələb olunan) və ixtisasından asılı olmayaraq həkim vəzifələri

fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 40 faizdən çox olmayaraq

Şəhər poliklinikalarının (bölmələrinin), o cümlədən kənd rayonlarının mərkəzi rayon xəstəxanalarının poliklinikalarının, mərkəzi rayon xəstəxanasının funksiyaları həvalə edilmiş mərkəzi rayon poliklinikalarının ərazi sahələrinin sahə həkim-terapevti və sahə həkim-pediatrı, terapiya və pediatriya bölməsinin müdiri, ərazi sahələrinin sahə tibb bacısı

fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 30 faizdən çox olmayaraq

Tibb-sanitar hissələrinin sex həkim sahəsinin həkim-terapevti

fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 20 faizdən çox olmayaraq

Evdə tibbi yardım göstərən məntəqələrin, bölmələrin həkim-terapevti, həkim-pediatrı

fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 30 faizdən çox olmayaraq

Dəmir yolu, su və hava nəqliyyatının poliklinikalarının sex həkim sahəsinin həkim-terapevti

fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 20 faizdən çox olmayaraq

Təcili tibbi yardım müəssisəsinin, stansiyasının, bölməsinin səyyar briqadalarının həkimi və orta tibb heyəti vəzifələri, iş növbəsinin böyük həkimi

fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 30 faizdən çox olmayaraq

Sanitar aviasiyası stansiyalarının, səhiyyə sisteminin respublika xəstəxanalarının planlı və fövqəladə məsləhət yardım bölmələrinin səyyar briqadalarının ixtisasından asılı olmayaraq həkimi və orta tibb heyət vəzifələri

fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarın, lakin 30 faizdən çox olmayaraq

Dəmir yolu və su nəqliyyatının poliklinika müəssisələrinin (bölmələrinin), eləcə də iqtisadiyyatın digər sahələrinin təhkim olunmuş ərazinin əhalisinə trbbi yardım göstərilməsi havalə edilən tibb müəssisələrinin terapiya və pediatriya bölmələrinin müdiri, sahə həkim-terapevti, sahə həkim-pediatrı və ərazi sahələrinin sahə tibb bacısı

fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 30 faizdən çox olmayaraq

İqtisadiyyatın digər sahələrinin ambulator poliklinika müəssisələrinin terapiya və pediatriya bölmələrinin müdiri, sahə həkim-terapevti, sahə həkim-pediatrı və ərazi sahələrinin sahə tibb bacısı

fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 30 faizdən çox olmayaraq

Tauna qarşı mübarizə müəssisələrinin və digər müəssisələrin ən təhlükəli yoluxucu xəstələrlə mübarizə aparan struktur bölmələrinin bütün kateqoriyadan olan tibb heyəti, qulluqçu vəzifələri və fəhlə peşələri

fasiləsiz əmək stajının hər ilinə görə 10 faiz miqdarında, lakin tibbi heyət üçün 80 faizdən, digər işçilər üçün isə 60 faizdən çox olmayaraq

Cüzam xəstəliyinə qarşı mübarizə müəssisələrinin (bölmələrinin) bütün kateqoriyadan olan tibbi heyəti, qulluqçu vəzifələri və fəhlə peşələri

fasiləsiz əmək stajının 3 ildən 5 ilədək olduqda 15 faiz, 5 ildən 10 ilədək olduqda 25 faiz, 10 ildən çox olduqda isə 50 faiz miqdarında

2.2.5.2. Fasiləsiz əmək stajına görə əlavə haqq işçiyə bu əlavəni almaq hüququ verən vəzifədə (peşədə) çalışdıqda ödənilir.

Səyyar təcili tibbi yardım stansiyalarının (bölmələrinin) orta tibb heyəti vəzifələrindən çağırışların qəbulu və onların səyyar briqadalara ötürülməsi üzrə feldşerlərə (tibb bacılarına) və yaxud təcili yardım yarımstansiyasının böyük feldşer vəzifələrinə keçirilmiş işçilərinə keçmə anına kimi fasiləsiz əmək stajına görə ödənilən əvvəlki əlavə haqq saxlanılır.

2.2.5.3. Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması qaydaları Azərbaycan Respublikasının Əmək və Əhaliniin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

2.2.6.1. Tibb müəssisələrinin işçilərinə gecə vaxtı yerinə yetirilən işə (2.2.6.2-ci abzasda nəzərdə tutulan işçilər istisna olmaqla) və çoxnövbəli iş rejiminə görə əlavə haqq “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 5 aprel tarixli 74 nömrəli Qərarına əsasən ödənilir.

2.2.6.2. Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə vaxtı yerinə yetirilən işin hər saatına görə əlavə haqq aşağıdakı qaydada ödənilir:

a) həkim, orta və kiçik tibb heyəti işçilərinə, eləcə də sanitar avtomobillərinin sürücülərinə (o cümlədən avtonəqliyyat müəssisələrinin və başqa təşkilatların ştatında olan) - saatlıq vəzifə (tarif) maaşının 50 faizi miqdarında;

b) digər işçilərinə - vəzifə (tarif) maaşının 35 faizi miqdarında.

2.2.7. Əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə

2.2.7.1. Ayrı-ayrı səhiyyə işçilərinə əmək şəraitinin xüsusiyyətlərindən asılı olaraq tarif (vəzifə) maaşının aşağıdakı faizi miqdarında əlavə haqq ödənilir:

müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün hospitalların, pansionatların, əlilliyi olan şəxslərin bərpa müəssisələrinin tibb və əczaçılıq işçilərinə 15 faiz, digər işçilərinə isə - 10 faiz;

magistral boru kəməri və yeni dəmir yolu çəkən inşaatçılara, neft və qazın nəql edilməsi, eləcə də dəniz obyektlərinin qurulması və istismarı ilə məşğul olan işçilərə xidmət edən tibb və əczaçılıq işçilərinə -15 faiz;

tibb müəssisələrində qızıl qəbul edən işçilərə -15 faiz;

təhlükəli həşərat və digər təhlükəli cücülərin və gənələrin geniş yayıldığı rayonlarda yerləşən sanitar-epidemioloji stansiyaların entomoloquna və entomoloqköməkçisinə - 15 faiz;

ildə 5 tondan artıq plazma emal edən qanköçürmə stansiyalarında texnoloji prosesdə məşğul olan fəhlələrə - 10 faiz;

zibil quyularından çıxmış murdar və bərk töküntüləri daşıyan arabaçıya - 10 faiz, bu quyuları özü təmizləyən arabaçıya isə - 15 faiz;

dişlərin hazırlanmasında qiymətli metallar tətbiq edilməklə texniki işləri yerinə yetirən dişdüzəldənlərə və digər işçilərə - 25 faiz.

2.2.7.2. Ərazilərin təhlükəli həşəratların və digər təhlükəli cücülərin və gənələrin geniş yayıldığı rayonlara aid edilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.

2.2.7.3. Azərbaycan Respublikasının büdcədən maliyyələşən ali tibb təhsili və həkimləri təkmilləşdirmə müəssisələrinin klinik kafedralarında çalışan və bilavasitə əhaliyə tibbi xidmətlərin göstərilməsində müalicə və diaqnostika işlərinə cəlb edilən işçilərə aşağıdakı məbləğlərdə əlavə haqq ödənilir:

professor və dosentlərə - yüksək ödəniş dərəcəli həkim mütəxəssisin vəzifə maaşının 50 faizi miqdarında;

assistentlərə - müvafiq ödəniş dərəcəli həkim-mütəxəssisin vəzifə maaşının 50 faizi miqdarında.

2.2.8. İşin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə həvəsləndirici xarakter daşıyan əlavələr

Tibb müəssisələrinin bütün kateqoriyadan olan işçilərinə elmi nailiyyətlərin və qabaqcıl iş üsullarının tətbiqinə, işin mürəkkəbliyinə, gərginliyinə və yüksək keyfiyyətinə görə və yaxud əməkdə yüksək nəticələrinə və xüsusi əhəmiyyətli (təcili) işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə (tarif) maaşının müəyyən faizi miqdarında həvəsləndirici xarakter daşıyan əlavələr ödənilə bilər. Bu halda əmək haqqına əlavənin miqdarı və təyin edilmə müddəti bu məqsədlər üçün ayrılmış büdcə təxsisatları çərçivəsində müəssisə rəhbərliyi tərəfindən müvafiq qaydada müstəqil surətdə müəyyən edilir.

Büdcədən maliyyələşdirilən tibb müəssisələri işçilərinin mükafatlandırılması qanunvericiliyə uyğun olaraq bu məqsədlər üçün ayrılmış büdcə təxsisatları çərçivəsində həyata keçirilir.

3.1. Səhiyyə işçilərinin bu qərarla tənzimlənməyən əməyinin ödənilməsi sistemi, növləri və məbləği Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi sistemi əsasında tənzimlənir.

3.2. Səhiyyə işçilərinin bu qərarla tənzimlənən əməyinin ödənilməsi sistetemi, növləri və məbləği dövlət büdcəsindən maliyyələşdirilməyən səhiyyə sahələri işçiləri üçün tövsiyə xarakteri daşıyır.

1. 22 sentyabr 2006-cI il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, № 9, maddə 828)

2. 10 noyabr 2006-cı il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 992)

3. 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185)

4. 07 fevral 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 115)

5. 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)

6. 19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857)

7. 20 avqust 2010-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 763)

8. 21 dekabr 2011-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1255)

9. 28 aprel 2017-ci il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 663)

10. 7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516)

11. 24 noyabr 2020-ci il tarixli 458 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1401)

12. 30 aprel 2021-ci il tarixli 121 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 may 2021-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 424)

13. 25 avqust 2021-ci il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 avqust 2021-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 968)

14. 30 oktyabr 2021-ci il tarixli 331 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1198)

15. 2 may 2024-cü il tarixli 241 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 may 2024-cü il, “Xalq” qəzeti, 5 may 2024-cü il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 579)

16. 6 sentyabr 2024-cü il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 11 sentyabr 2024-cü il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1067)

17. 15 aprel 2026-cı il tarixli 103 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2026-cı il, “Xalq” qəzeti, 23 aprel 2026-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 4, maddə 367)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver