Qanunvericilik › Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi barədə (Tarif Şurasının qərarı, 23.05.2017) › Tam mətn

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi barədə (Tarif Şurasının qərarı, 23.05.2017)

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi barədə (Tarif Şurasının qərarı, 23.05.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 2665 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na uyğun olaraq və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri təsdiq edilsin (əlavə olunur).

2. “Dövlət qulluğu sertifikatı” olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği bu qərarla müəyyən edilmiş dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərin 50 faizi miqdarında müəyyən edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Bakı şəhəri, 23 may 2017-ci il

A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə

AB vəzifə qrupu üzrə test imtahanı

AC vəzifə qrupu üzrə test imtahanı

B növü - inzibati icraçı vəzifələr üzrə

BA vəzifə qrupu üzrə test imtahanı

BB vəzifə qrupu üzrə test imtahanı

C növü - yardımçı kargüzarlıq vəzifələri üzrə

CA vəzifə qrupu üzrə test imtahanı

D növü - yardımçı texniki vəzifələr üzrə

DA vəzifə qrupu üzrə test imtahanı

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver