Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri təsdiq edilsin (əlavə olunur).
2. Xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikası vətəndaşları üçün tariflərin artırılması ilə əlaqədar yaranan fərqin dövlət büdcəsi hesabına qarşılanması məsələlərinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hökumətə təqdim etdiyi təkliflərinin razılaşdırıldığını nəzərə alaraq, bu qərarla təsdiq edilmiş tariflər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən maliyyələşmə məsələləri ilə bağlı qəbul edilən qərar ilə eyni tarixdən qüvvəyə minir.
3. Bu qərarın qüvvəyə mindiyi tarixdən “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 6 mart 2017-ci il tarixli 3 nömrəli qərarı ləğv edilsin.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 26 iyul 2022-ci il
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında qəbul imtahanı
Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı
Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında qəbul imtahanı
Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul imtahanı (I mərhələ)
Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul imtahanı (II mərhələ)
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı (I mərhələ)
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı (II mərhələ)
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı
Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan
Orta ixtisas təhsili müəssisələrinə və bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə bir fəndən qəbul imtahanı