Qanunvericilik › “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 21.06.2006) › Tam mətn

“Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 21.06.2006)

“Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 21.06.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasında son illərdə müasir tələblərə cavab verən dövlət qulluğu sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 2000-ci ildən başlayaraq dövlət qulluğunun qanunvericilik bazasının yaradılması, dövlət qulluqçularının pensiya və digər sosial hüquqlarının təmin edilməsi işinin yaxşılaşdırılması məqsədilə bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir. Bu sahədə aparılan islahatların sürətləndirilməsi üçün 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır.

Eyni zamanda, 2003 -2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının və Avropa İttifaqının TACİS proqramının Dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsi üzrə birgə layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında və 12 nazirlikdə rəhbər kadrlar və dövlət qulluqçuları haqqında məlumatları əhatə edən vahid informasiya sisteminin yaradılması üzrə müəyyən iş aparılmışdır.

Bu sahədə görülən işlərin genişləndirilməsi və sürətləndirilməsi məqsədilə və Azərbaycan Respublikasının dövlət orqanlarının mövcud kadr potensialının beynəlxalq standartlara uyğun idarə olunması və ondan səmərəli istifadə edilməsi üçün qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri yaradılsın.

3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarının rəhbərləri Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması üçün lazımi tədbirlər görsünlər.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

4.1. Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin tərtib edilməsi və aparılması üçün zəruri olan maliyyə vəsaitinin ayrılması məsələsini həll etsin;

4.2. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2006-cı il

1. 24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419)

2. 7 iyun 2011-ci il tarixli 443 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 9 iyun 2011-ci il, № 117, “Azərbaycan” qəzeti 10 iyun 2011-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 498)

3. 3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353)

4. 16 may 2017-ci il tarixli 1402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 806)

5. 17 may 2025-ci il tarixli 395 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 may 2025-ci il, “Xalq” qəzeti, 18 may 2025-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 457)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver