Hava gəmiləri Azərbaycan Respublikasından yola düşərkən beynəlxalq uçuşlar üçün açıq olan, Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələri olan hava limanlarından, aerodromlardan uçur, Azərbaycan Respublikasına gəldikdən sonra həmin hava limanlarına, aerodromlara enirlər.
Hava gəmilərinin uçmasının və enməsinin başqa qaydasını yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən edir.