Azərbaycan Respublikasının ərazi sularından dinc məramlı keçid Azərbaycan Respublikasının daxili sularına girmədən ərazi sularından keçmək və ya Azərbaycan Respublikasının daxili sularına və limanlarına girmək, yaxud bunlardan açıq dənizə çıxmaq məqsədi daşıyır.
Xarici qeyri-hərbi gəmilər Azərbaycan Respublikasının ərazi sularından dinc məqsədlə keçmək hüququndan Azərbaycan Respublika-sının qanunvericiliyinə və Azərbaycan Respublikasının dövlətlər-arası müqavilələrinə müvafiq surətdə istifadə edirlər.
Xarici qeyri-hərbi gəmilər dinc məqsədlə keçid zamanı adi naviqasiya səmtində və ya Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən tövsiyə edilən səmtdə, habelə dəniz dəhlizləri ilə, yaxud hərəkətin ayrılması sxemlərinə uyğun səmtdə üzməlidirlər.
Dinc keçid qaydalarını pozan xarici qeyri-hərbi gəminin kapitanı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.
Xarici hərbi gəmilər, habelə sualtı qayıqlar dinc məqsədlə Azərbaycan Respublikasının ərazi sularından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirlər. Bu zaman sualtı qayıqlar, dikər sualtı nəqliyyat vasitələri suyun üstü ilə öz bayraqları altında üzməlidirlər.