Qanunvericilik › Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Azərbaycan Respublikasının dövlət sərhədində təsərrüfat fəaliyyətinin qaydası

Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Sərhəd çaylarının, çöllərinin və digər sututarlarının Azərbaycan Respublikasına məxsus hissəsində gəmiçilik, sudan istifadənin başqa növləri, müxtəlif hidroqurğular tikilməsi, dikər işlərin görülməsi, Azərbaycan Respublikasının dövlət sərhədində torpaqlardan, meşələrdən, heyvanlar aləmindən istifadə edilməsi, filiz-çıxarma, geoloji axtarışlar və dikər təsərrüfat fəaliyyəti Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq müqavilələrə uyğun olmalı və Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qayda təmin olunması şərtilə həyata keçirilməlidir.

Azərbaycan Respublikasının dövlət sərhədində hər növ təsərrüfat fəaliyyətinin qaydası Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən müəyyən edilir və bu fəaliyyət müvafiq icra hakimiyyəti orqanı ilə razılıq əsasında həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver