Qanunvericilik › Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 26

Maddə 26. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində rejim

Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində yerləşən sərhəd nəzarəti məntəqələrinin və gömrük idarələrinin (postlarının) xidmət fəaliyyəti üçün şərait yaratmaq və bu şəraiti saxlamaq məqsədilə şəxslərin və nəqliyyat vasitələrinin həmin məntəqələrdə olması və hərəkət etməsi qaydasını, habelə şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılması ilə bağlı dikər fəaliyyətin qaydasını tənzimləyən rejim müəyyən edilir.

Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində rejimi tənzimləyən qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılışın həyata keçirildiyi hava limanlarının, aerodromların, dəniz limanlarının, dəmiryolu və avtomobil vağzallarının və stansiyalarının rəisləri müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydalara əsasən və həmin qaydaların icrası üçün yerli şəraiti nəzərə alaraq, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla öz əmrlərini (təlimatlarını) verirlər.

Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələri sayılan hava limanlarında, vağzallarda, dəniz və çay limanlarında, dəmiryol və avtomobil vağzallarında və stansiyalarında sərhəd və gömrük nəzarətinin həyata keçirildiyi yerləri müəyyən edir və kənar şəxslərin həmin yerlərə kəlməsinə yol verməmək və Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməyin qarşısını almaq məqsədilə orada əlavə rejim qaydaları qoyur.

Dəniz gəmilərinin kapitanları, hava gəmilərinin kapitanları (komanda verən pilotları), dəmiryol qatarlarının rəisləri, vaqon bələdçiləri, avtomobil nəqliyyatı vasitələrinin sürücüləri onlara etibar edilmiş, xaricə gedən nəqliyyat vasitələrində şəxslərin qanunsuz olmasına yol verdikdə Azərbaycan Respublikasının qanunlarına müvafiq surətdə məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver