Qanunvericilik › Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Dövlət Təhlükəsizliyi Xidməti, 15.05.2017) › Tam mətn

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Dövlət Təhlükəsizliyi Xidməti, 15.05.2017)

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Dövlət Təhlükəsizliyi Xidməti, 15.05.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2016-cı il tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”nin müvafiq bəndlərinin və Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 23 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 1-ci bəndinin yeddinci abzasının müddəalarına müvafiq olaraq, informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırma sisteminin yaradılması və informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması ilə bağlı münasibətlərin tənzimlənməsi məqsədilə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 20.3-cü maddəsini rəhbər tutaraq,

1. “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırma sistemi haqqında Əsasnamə”, “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri üzərində dövlət nəzarətinin və müfəttiş yoxlamalarının həyata keçirilməsi qaydaları”, “İnformasiyanı mühafizə vasitələrinə verilmiş xarici uyğunluq sertifikatlarının tanınması qaydası”, “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının akkreditə edilməsi qaydaları”, “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə iştirakçıların və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələrinin dövlət reyestrinin aparılması qaydası”, “Məcburi sertifikatlaşdırılmalı olan informasiyanı mühafizə vasitələrinin siyahısı və onların təmin etdiyi tələblər”, “Sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələrinin müvafiqlik nişanı ilə nişanlanması qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Hüquqi təminat idarəsi: bu Qərarın qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunması təmin edilsin.

3. “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 24 noyabr 2015-ci il tarixli Q/25 nömrəli qərarı (3-cü hissə istisna olmaqla) ləğv edilsin.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin “15” may 2017-ci il tarixli Q/9 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 23 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 1-ci bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırma sisteminin təşkilati strukturu, funksiyaları, işinin təşkili qaydalarını müəyyən edir.

1.2. Bu Əsasnamədə istifadə olunan əsas anlayışlar Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 23 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında” Əsasnamə ilə nəzərdə tutulmuş mənaları ifadə edir.

1.3. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra – Sertifikatlaşdırma üzrə Orqan) müəyyən olunmuş qaydada Sertifikatlaşdırma Sisteminin fəaliyyətini təşkil edir.

1.4. Sertifikatlaşdırma Sisteminin əsas məqsədi dövlət sirrinin mühafizəsi sisteminin, digər informasiya ehtiyatlarının mülkiyyətçilərinin və istifadəçilərinin sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri ilə təmin edilməsi yolu ilə Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasətinin, informasiya sahəsində milli maraqların müdafiəsinin dəstəklənməsidir.

1.5. Dövlət sirrinin mühafizəsi sistemində milli informasiyanı mühafizə vasitələrinin tətbiqinə üstünlük verilir.

1.6. Dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulan milli informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması istehsalçının müraciəti əsasında aparılır.

1.7. Dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulan xaricdə istehsal olunan informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması Sertifikatlaşdırma üzrə Orqanının təşəbbüsü ilə və ya istehsalçının müraciəti əsasında aparılır.

1.8. Digər informasiya ehtiyatlarının mühafizəsi üçün nəzərdə tutulan vasitələrin sertifikatlaşdırılması onların istehsalçılarının və ya istehlakçılarının müraciəti əsasında aparılır.

1.9. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması aşağıdakı sxemlər üzrə aparılır:

1.9.1. informasiyanı mühafizə vasitələrinin tək-tək istehsalı üçün - hər bir nümunə üzərində informasiyanın təhlükəsizliyi tələblərinə uyğunluğu yoxlamaq məqsədilə sınaqların keçirilməsi;

1.9.2. milli informasiyanı mühafizə vasitələrinin seriya istehsalı üçün - istehsal olunan vasitələrin ayrı-ayrı nümunələri üzərində informasiyanın təhlükəsizliyi tələblərinə uyğunluğu yoxlamaq məqsədilə sınaqların keçirilməsi və sonradan bu vasitələrin həmin tələbləri təmin edən xarakteristikalarının stabilliyini yoxlamaq üçün nümunələrin müfəttiş yoxlamalarının aparılması, habelə Sertifikatlaşdırma üzrə Orqanın qərarı ilə istehsalın ilkin yoxlanılmasının həyata keçirilməsi;

1.9.3. xarici informasiyanı mühafizə vasitələri üçün - vasitələrin ayrı-ayrı nümunələri üzərində informasiyanın təhlükəsizliyi tələblərinə uyğunluğu yoxlamaq məqsədilə sınaqların keçirilməsi və sonradan bu vasitələrin həmin tələbləri təmin edən xarakteristikalarının stabilliyini yoxlamaq üçün nümunələrin müfəttiş yoxlamalarının aparılması.

1.10. Sertifikatlaşdırma Sertifikatlaşdırma üzrə Orqan və akkreditə olunmuş sertifikatlaşdırma orqanları (Sertifikatlaşdırma Sisteminin mərkəzi orqanı və informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqanlar) tərəfindən həyata keçirilir. Bu vasitələrin sınaqları akkreditə olunmuş sınaq laboratoriyalarının maddi-texniki bazasında aparılır. Ayrı-ayrı hallarda sınaqlar Sertifikatlaşdırma üzrə Orqan ilə razılaşdırılmaqla bu vasitələrin istehsalçılarının sınaq bazasında aparılır.

1.11. Sertifikatlaşdırma üzrə görülən işlərin ödənişi Sertifikatlaşdırma Sisteminin iştirakçıları arasında bağlanan müqavilə əsasında aparılır.

1.12. Sertifikatlaşdırma orqanları və sınaq laboratoriyaları onlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi, dövlət sirrinin və əldə olunması qanunvericiliklə məhdudlaşdırılmış informasiyanın mühafizəsinin təmin olunması, müraciət edənin təqdim etdiyi maddi dəyərlilərin, habelə onun müəlliflik hüquqlarının qorunması üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

2.1. Sertifikatlaşdırma Sisteminin təşkilati strukturuna aşağıdakılar daxildir:

2.1.1. Sertifikatlaşdırma üzrə Orqan (Sertifikatlaşdırma Sistemini yaradan və fəaliyyətini təşkil edən orqan);

2.1.2. Sertifikatlaşdırma Sisteminin mərkəzi orqanı (zəruri olduqda yaradılan və Sertifikatlaşdırma Sisteminə başçılıq edən orqan);

2.1.3. informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqanlar (müəyyən məhsulun sertifikatlaşdırılmasını həyata keçirən orqanlar);

2.1.4. sınaq laboratoriyaları (müəyyən növ məhsulun sertifikatlaşdırma sınaqlarını və ya onların ayrı-ayrı sınaq növlərini həyata keçirən laboratoriyalar);

2.1.5. istehsalçılar (məhsulun satıcıları və ya icraçılarıdır).

3.1. Sertifikatlaşdırma üzrə Orqanın funksiyaları:

3.1.1. Sertifikatlaşdırma Sistemini yaradır;

3.1.2. informasiyanı mühafizə vasitələrinin normativ sənədlərin tələblərinə uyğunluğunu təsdiq etmək üsulunun seçilməsini həyata keçirir;

3.1.3. Sertifikatlaşdırma Sisteminin mərkəzi orqanının, informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqanların (təşkilatların) və sınaq laboratoriyalarının akkreditəsi qaydalarını müəyyən edir;

3.1.4. Sertifikatlaşdırma Sisteminin mərkəzi orqanını müəyyən edir;

3.1.5. sertifikatlar və müvafiqlik nişanının tətbiq edilməsi üçün şəhadətnamələr verir;

3.1.6. sertifikatlaşdırma iştirakçılarının və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələrinin dövlət reyestrini aparır;

3.1.7. sertifikatlaşdırma iştirakçılarının sertifikatlaşdırma qaydalarına əməl etmələrinə və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələrinə dövlət nəzarətini həyata keçirir, habelə müfəttiş yoxlamalarının qaydasını müəyyən edir;

3.1.8. sertifikatlaşdırma məsələlərinə dair şikayətlərə baxır;

3.1.9. sertifikatlaşdırma sistemini və müvafiqlik nişanını Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə dövlət qeydiyyatına təqdim edir;

3.1.10. xarici sertifikatların tanınması qaydasını müəyyən edir;

3.1.11. verilmiş sertifikatların qüvvəsini dayandırır və ya onları ləğv edir;

3.1.12. sertifikatlaşdırma sahəsində ixtisaslı kadrların hazırlanması və təkmilləşdirilməsi üzrə fəaliyyəti təşkil edir.

3.2. Sertifikatlaşdırma Sisteminin mərkəzi orqanının (təşkilatı) funksiyaları (Sertifikatlaşdırma Sistemində mərkəzi orqan olmadıqda onun funksiyaları Sertifikatlaşdırma üzrə Orqan tərəfindən yerinə yetirilir):

3.2.1. Sertifikatlaşdırma Sisteminin formalaşdırılması işlərini və ona rəhbərliyi təşkil edir, informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırması üzrə orqanların (təşkilatların) və sınaq laboratoriyalarının fəaliyyətini əlaqələndirir;

3.2.2. Sertifikatlaşdırma Sisteminə daxil olan orqanların (təşkilatların) və sınaq laboratoriyalarının, habelə müvafiqlik nişanının tətbiq edilməsi üçün verilmiş və ləğv olunmuş sertifikatların və icazələrin uçotunu aparır;

3.2.3. Sertifikatlaşdırma Sisteminin fəaliyyəti barədə sertifikatlaşdırma iştirakçılarını məlumatlandırır.

3.3. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqanların (təşkilatların) funksiyaları:

3.3.1. sertifikatlaşdırma işlərində iştirak edir, sertifikatların və müvafiqlik nişanının tətbiq olunması üçün şəhadətnamələrin layihələrini hazırlayır və Sertifikatlaşdırma üzrə Orqana təqdim edir;

3.3.2. sertifikatın və müvafiqlik nişanının tətbiq edilməsi üçün verilmiş şəhadətnamənin qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə vəsatətlə Sertifikatlaşdırma üzrə Orqana müraciət edir;

3.3.3. sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələrinin istehsal texnologiyasında və konstruksiyasında (tərkibində) dəyişikliklər olduqda, təkrar sertifikatlaşdırma haqqında qərar qəbul edir;

3.3.4. sertifikatlaşdırma üçün zəruri olan normativ sənədlər fondunu yaradır;

3.3.5. istehsalçılara onların tələbi ilə zəruri informasiyanı təqdim edir.

3.4. Sınaq laboratoriyalarının funksiyaları:

3.4.1. informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırma sınaqlarını aparırlar və həmin sınaqların nəticələrinə əsasən sənədləşdirdikləri rəyləri və protokolları informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqana (təşkilata) və istehsalçılara göndərirlər;

3.4.2. informasiyanı mühafizə vasitələrinin sınaqlarının tam olaraq keçirilməsi və sınaq nəticələrinin dürüstlüyü üçün məsuliyyət daşıyırlar.

3.5. İstehsalçıların funksiyaları:

3.5.1. informasiyanı mühafizə vasitələrini yalnız sertifikat olduqda istehsal (realizə) edirlər;

3.5.2. sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələrinin istehsal texnologiyasındakı və konstruksiyasındakı (tərkibindəki) dəyişikliklər haqqında Sertifikatlaşdırma üzrə Orqana xəbər verirlər;

3.5.3. sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələrini Sertifikatlaşdırma Sistemi üçün müəyyən edilmiş qaydada müvafiqlik nişanı ilə markalayırlar;

3.5.4. informasiyanı mühafizə vasitələrinin texniki sənədlərində həmin vasitələrin sertifikatlaşdırılması və onların uyğun olduğu normativ sənədlər haqqında informasiyanı göstərir, habelə bu informasiyanın istehlakçıya çatdırılmasını təmin edir;

3.5.5. Azərbaycan Respublikasının qanunvericiliyini və Sertifikatlaşdırma Sistemi üçün müəyyən olunmuş qaydaları rəhbər tutaraq sertifikatı və müvafiqlik nişanını tətbiq edir;

3.5.6. informasiyanı mühafizə vasitələrinin informasiya təhlükəsizliyi üzrə normativ sənədlərin tələblərinə uyğun gəlməsini təmin edir;

3.5.7. sertifikatlaşdırmanı həyata keçirən orqanların (təşkilatların) vəzifəli şəxsləri tərəfindən sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələrinə nəzarət üzrə öz səlahiyyətlərinin maneəsiz yerinə yetirilməsini təmin edir;

3.5.8. informasiyanı mühafizə vasitələri normativ sənədlərin tələblərinə uyğun gəlmədikdə və ya sertifikatın qüvvədə olma müddəti qurtardıqda, habelə sertifikatın qüvvəsi dayandırıldıqda və ya ləğv edildikdə, informasiyanı mühafizə vasitələrinin realizəsini dayandırır;

3.5.9. istehsalçılar dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılma üçün icazəyə malik olmalıdır.

3.6. Sertifikatlaşdırma Sisteminin işinin təşkili Sertifikatlaşdırma üzrə Orqan tərəfindən qəbul edilmiş aşağıdakı normativ hüquqi aktlarla tənzimlənir:

3.6.1. informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri üzərində dövlət nəzarətinin və müfəttiş yoxlamalarının həyata keçirilməsi qaydaları;

3.6.2. informasiyanı mühafizə vasitələrinə verilmiş xarici uyğunluq sertifikatlarının tanınması qaydası;

3.6.3. informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının akkreditə edilməsi qaydaları;

3.6.4. informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə iştirakçıların və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələrinin dövlət reyestrinin aparılması qaydası;

3.6.5. məcburi sertifikatlaşdırılmalı olan informasiyanı mühafizə vasitələrinin siyahısı və onların təmin etdiyi tələblər;

3.6.6. sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələrinin müvafiqlik nişanı ilə nişanlanması qaydası.

4.1. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üçün lazım olan normativ və metodik sənədlərdə sınaqların aparılması metodu və məhsulun texniki xarakteristikaları əks olunmalıdır. Məhsulun sınaq metodları haqqında məlumatların və bütün texniki parametrlərin (göstərici və xarakteristikalar) bir normativ sənəddə əks olunması məqsədəuyğundur.

4.2. Normativ və metodik sənədlərin məzmunu aydın şərh olunmalıdır. Təqdim olunan normalar və xarakteristikalar dəqiq göstərilməlidir ki, sınaqlar zamanı alınmış nəticələrlə müqayisə etmək mümkün olsun.

4.3. Sənədlərin “Markalanma” bölməsində informasiyanı mühafizə vasitələrinin birmənalı identifikasiyasını təmin edən tələblər və müvafiqlik nişanının tətbiqi qaydası göstərilməlidir.

4.4. Sertifikatlaşdırma Sisteminin rəsmi dili Azərbaycan dilidir, bütün normativ və metodik sənədlər Azərbaycan dilində hazırlanmalıdır.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin “15” may 2017-ci il tarixli Q/9 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu qaydalar Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 23 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 3-cü bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və informasiyanı mühafizə vasitələrinin informasiya təhlükəsizliyi tələbləri üzrə sertifikatlaşdırılması qaydalarını, həmçinin informasiyanı mühafizə vasitələrinə və sertifikatlaşdırmaya dövlət nəzarəti və müfəttiş yoxlamalarının aparılması qaydalarını müəyyən edir.

1.2. Bu qaydalarda istifadə olunan əsas anlayışlar Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli, 23 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında” Əsasnamə ilə nəzərdə tutulmuş mənaları ifadə edir.

1.3. Sertifikatlaşdırma aşağıdakı mərhələlərdən ibarətdir:

1.3.1. informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında sifarişin göndərilməsi və baxılması;

1.3.2. sertifikatlaşdırma sınaqlarının keçirilməsi;

1.3.3. sınaqların nəticələrinin ekspertizası, uyğunluq sertifikatının və müvafiqlik nişanının tətbiq edilməsi üçün şəhadətnamənin hazırlanması, qeydə alınması verilməsi və müvafiqlik nişanının hazırlanması, çap olunması;

1.3.4. məcburi sertifikatlaşdırma qaydalarına riayət olunmasına və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri üzərində dövlət nəzarətinin və müfəttiş yoxlamalarının həyata keçirilməsi;

1.3.5. sertifikatlaşdırmanın nəticələri barədə məlumatlandırma;

1.3.6. şikayətlərə baxılması.

1.4. Sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri üçün müvafiqlik nişanının hazırlanması və çap edilməsi Sertifikatlaşdırma üzrə Orqanla istehsalçı arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir.

1.5. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması fəaliyyəti ilə bağlı daxil olan vəsaitlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə müvafiq olaraq büdcədənkənar vəsaitlərdir və həmin daxilolmaların uçotu büdcədənkənar vəsaitlərin uçotu qaydasında aparılır.

2.1. Sertifikatlaşdırma haqqında sifarişin göndərilməsi və baxılması:

2.1.1. sertifikatlaşdırma üçün sertifikatlaşdırmanın aparılması sxemini, müvafiq standartları, digər normativ sənədləri qeyd etməklə Setifikatlaşdırma üzrə Orqana sifariş göndərilir (Qaydalara 1 nömrəli Əlavə);

2.1.2. Setifikatlaşdırma üzrə Orqan sertifikatlaşdırmanın aparılması barədə qərarı sifarişi aldıqdan sonra 1 (bir) ay müddətində istehsalçıya, müəyyən olunmuş sertifikatlaşdırma orqanına və sınaq laboratoriyasına göndərir (Qaydalara 2 nömrəli Əlavə);

2.1.3. qərarı aldıqdan sonra istehsalçı sertifikatlaşdırma orqanına informasiyanı mühafizə vasitəsini, bu vasitəyə dair texniki və istismar sənədlərini təqdim etməlidir.

2.2. Sertifikatlaşdırılması nəzərdə tutulan informasiyanı mühafizə vasitələrinin sınaqları aşağıdakı qaydada aparılır:

2.2.1. sertifikatlaşdırılması nəzərdə tutulan informasiyanı mühafizə vasitələrinin sınaqları istehlakçılar üçün nəzərdə tutulmuş nümunələr ilə konstruktiv, tərkib və istehsal texnologiyası cəhətdən eynilik təşkil edən nümunələr üzərində, Sertifikatlaşdırma üzrə Orqan tərəfindən təsdiq olunmuş proqram və metodika əsasında aparılır. Sınaq laboratoriyası mövcud olmadığı təqdirdə Sertifikatlaşdırma üzrə Orqan sınaqların obyektivliyini təmin edən yeri və şəraiti müəyyən edir;

2.2.2. sınaqların keçirilmə müddəti sifarişçi ilə sınaq laboratoriyası arasında bağlanan müqavilə ilə müəyyənləşdirilir;

2.2.3. istehsalçının xahişi ilə onun nümayəndələrinə informasiyanı mühafizə vasitələrinin nümunələri üzərində sınaqların aparılması və sınaq laboratoriyasında həmin nümunələrin saxlanması şəraiti ilə tanış olmaq imkanı verilməlidir;

2.2.4. sınaqların nəticələri protokollar və yekun rəy ilə rəsmiləşdirilərək sınaq laboratoriyası tərəfindən sertifikatlaşdırma orqanına (əsli) və sifarişçiyə (surəti) göndərilir;

2.2.5. istehsalçı informasiyanı mühafizə vasitələrinin konstruksiyasına, istehsal texnologiyasına, xarakteristikalarına təsir edə biləcək dəyişikliklər edilərkən sertifikatlaşdırma orqanını bu barədə məlumatlandırır. Sertifikatlaşdırma orqanı həmin informasiyanı mühafizə vasitələrinin üzərində yenidən sınaqların keçirilməsinin zəruriliyi barədə qərar qəbul edir və Sertifikatlaşdırma üzrə Orqanı məlumatlandırır.

2.3. Sınaqların nəticələrinin ekspertizası, sertifikatın və müvafiqlik nişanının tətbiq edilməsi üçün şəhadətnamənin hazırlanması, qeydə alınması, verilməsi və müvafiqlik nişanının hazırlanması, çap olunması aşağıdakı qaydada həyata keçirilir:

2.3.1. sertifikatlaşdırma orqanları sınaqların nəticələrinin ekspertizasını aparır, ekspert rəyi hazırlayır. Sınaqların nəticələri informasiya mühafizəsinə dair normativ sənədlərin tələblərinə uyğun gəldikdə sertifikatlaşdırma orqanları sertifikatın layihəsini hazırlayır və onu ekspert rəyi ilə birlikdə Sertifikatlaşdırma üzrə Orqana göndərir;

2.3.2. Sertifikatlaşdırma üzrə Orqan informasiyanı mühafizə vasitələrinə verilmiş uyğunluq sertifikatını (Qaydalara 3 nömrəli Əlavə) və müvafiqlik nişanının tətbiq edilməsi üçün şəhadətnaməni (Qaydalara 4 nömrəli Əlavə) qeydiyyata alır. Sifarişçiyə sertifikat, şəhadətnamə və ekspert rəyinin surəti göndərilir. Sertifikatın qüvvədə olma müddəti 5 (beş) ildən çox ola bilməz;

2.3.3. sınaqların nəticələri informasiyanın mühafizəsi üzrə standart və normativ sənədlərin tələblərinə cavab vermədiyi təqdirdə Sertifikatlaşdırma üzrə Orqan tərəfindən sertifikatın verilməməsi haqqında qərar qəbul edilir və bu barədə sifarişçiyə əsaslandırılmış cavab göndərilir. Sifarişçi sertifikatın verilməməsi haqqında qərarla razılaşmadığı halda Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyaya müraciət etmək hüququna malikdir;

2.3.4. informasiyanı mühafizə vasitələrinin uyğunluq sertifikatının və müvafiqlik nişanının tətbiq edilməsi üçün şəhadətnamənin sifarişçi tərəfindən əldə edilməsi ona həmin məhsulu müvafiqlik nişanı ilə markalamaq hüququ verir. Müvafiqlik nişanının forması Sertifikatlaşdırma üzrə Orqan tərəfindən müəyyən olunur. Müvafiqlik nişanının hazırlanması və çap edilməsi Sertifikatlaşdırma üzrə Orqan tərəfindən həyata keçirilir. Sertifikat və şəhadətnəmənin sahibi sertifikatda göstərilən normativ və metodik sənədlərin tələblərinə cavab verməyən informasiyanı mühafizə vasitələrinin markalanmasına görə məsuliyyət daşıyır;

2.3.5. informasiyanı mühafizə vasitələrinin sertifikatı və müvafiqlik nişanı tətbiq edilməsi üçün şəhadətnamə Sertifikatlaşdırma üzrə Orqanın rəhbəri tərəfindən imzalanır.

3.1. Sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri üzərində dövlət nəzarəti və müfəttiş yoxlamaları sahibkarlıq subyektlərinə münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.

3.2. Məcburi sertifikatlaşdırma qaydalarına riayət olunmasına və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri üzərində dövlət nəzarəti və müfəttiş yoxlamaları həyata keçirilərkən:

3.2.1. istehsalçılar, sertifikatlaşdırma orqanları, sınaq laboratoriyaları tərəfindən məcburi sertifikatlaşdırma qaydalarına riayət olunmasına və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri üzərində dövlət nəzarətini və müfəttiş yoxlamalarını Sertifikatlaşdırma üzrə Orqan həyata keçirir;

3.2.2. nəzarətin nəticələri əsasında Sertifikatlaşdırma üzrə Orqan müvafiqlik nişanının tətbiq edilməsi üçün verdikləri sertifikatların və icazələrin qüvvəsini dayandırmaq və ya ləğv etmək hüququna malikdir;

3.2.3. sertifikatın qüvvəsinin dayandırılması və ləğv edilməsi barədə qərar yalnız informasiyanı mühafizə vasitələrinin müəyyən olunmuş tələblərə cavab vermədiyi təqdirdə, müvafiq vasitələrin tələblərə uyğunluğunun bərpası üçün həyata keçirilən tədbirlərin nəticəsi olmadığı halda qəbul olunur. Bu qərarın qəbul edilməsi üçün əsas şərtlər aşağıdakılardır:

3.2.3.1. informasiyanı mühafizə vasitələri üzrə normativ və metodik sənədlərin, sınaq və nəzarət metodlarının dəyişməsi;

3.2.3.2. informasiyanı mühafizə vasitələrinin konstruksiyasının, istehsal texnologiyasının, dəstliliyinin və nəzarət sisteminin dəyişməsi;

3.2.3.3. informasiyanı mühafizə vasitələrinin istehsalı, nəzarət və sınaq texnologiyaları üzrə tələblərə riayət edilməməsi;

3.2.3.4. informasiyanı mühafizə vasitələrinə və sertifikatlaşdırmaya nəzarəti həyata keçirən səlahiyyətli şəxslərin vəzifələrinin icrasına mane olmaq.

3.2.4. Sertifikatın və ya icazənin qüvvəsinin dayandırılması barədə məlumat dərhal sertifikatlaşdırma iştirakçılarının nəzərinə çatdırılır.

3.3. Sertifikatlaşdırma üzrə Orqan sertifikatlaşdırmanın iştirakçılarını Sertifikatlaşdırma Sisteminin fəaliyyəti haqqında aşağıdakı məlumatlarla təmin edir:

3.3.1. sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələrinin siyahısı;

3.3.2. sertifikatı ləğv edilmiş informasiyanı mühafizə vasitələrinin siyahısı;

3.3.3. sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının siyahısı;

3.3.4. sertifikatlaşdırma üzrə normativ sənədlərin və standartların siyahısı.

4.1. Mübahisəli məsələlər yarandıqda, marağı olan tərəf şikayətlə informasiyanın mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqana (təşkilata), Sertifikatlaşdırma Sisteminin mərkəzi orqanına (təşkilatına), Sertifikatlaşdırma üzrə Orqana, Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyaya müraciət edir.

4.2. Marağı olan tərəfləri cəlb etməklə bir ay müddətində şikayətə baxılır və müvafiq qərar qəbul edilir. Qəbul edilmiş qərar barədə şikayətçiyə məlumat verilir.

“İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri üzərində dövlət nəzarəti və müfəttiş yoxlamalarının həyata keçirilməsi qaydaları”na

__________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

aşağıda göstərilən məhsulun:

____________________________________________________________________________

____________________________________________________________________________

aşağıda göstərilən normativ və metodik sənədlərin tələbləri üzrə:

____________________________________________________________________________

____________________________________________________________________________

sertifikatlaşdırılması üçün müraciət edir.

Sifarişçi sınaqların aşağıdakı sxem üzrə

____________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

________________________________________________________aparılmasını təklif edir.

sertifikatlaşdırmanın ona aid bütün şərtlərini icra etməyə;

uyğunluq nişanı ilə markalanmış informasiyanı mühafizə vasitələrinin xarakteristikalarının stabilliyini təmin etməyə;

sertifikatlaşdırma ilə əlaqədar bütün xərcləri ödəməyə öhdəlik götürür.

Möhür yeri __________________________________

(imza, adı, atasının adı, soyadı)

“İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri üzərində dövlət nəzarəti və müfəttiş yoxlamalarının həyata keçirilməsi qaydaları”na

"_____"________________ 20_____ il tarixli

Sertifikatlaşdırmanın aparılması üçün təqdim olunmuş sifariş üzrə

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

______________________________________________________________________ baxıldı.

Sertifikatlaşdırma______________________________________________________________

__________________________________________________________tərəfindən aparılacaq.

Sertifikatlaşdırılacaq məhsulun sınaqları__________________________________________

_______________________________________________________________aparılmalıdır.

Sertifikatlaşdırma _____________________________________________________________

_____________________________________________________________________________

____________________________________________________tələblərinə uyğun aparılacaq.

Möhür yeri __________________________________

(imza, adı, atasının adı, soyadı)

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin “15” may 2017-ci il tarixli Q/9 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu qaydalar Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 23 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 3-cü bəndinə əsasən hazırlanmışdır və informasiyanı mühafizə vasitələrinə verilmiş xarici uyğunluq sertifikatlarının tanınması qaydalarını müəyyən edir.

1.2. Bu qaydalarda istifadə olunan əsas anlayışlar Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli, 23 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında” Əsasnamə ilə nəzərdə tutulmuş mənaları ifadə edir.

1.3. Xarici uyğunluq sertifikatının tanınması xarici uyğunluq sertifikatına əsasən Sertifikatlaşdırma üzrə Orqan tərəfindən informasiyanı mühafizə vasitəsinin müvafiq informasiya təhlükəsizliyi tələblərinə uyğunluğunu təsdiq etmə prosedurudur.

2.1. Xarici uyğunluq sertifikatının tanınması üçün istehsalçı Sertifikatlaşdırma üzrə Orqana müraciət edir.

2.2. Xarici uyğunluq sertifikatının tanınması üçün istehsalçı aşağıdakı sənədləri təqdim etməlidir:

2.2.1. informasiyanı mühafizə vasitəsinə verilmiş xarici uyğunluq sertifikatını;

2.2.2. sertifikatlaşdırma sınaqlarının nəticələrini (protokollar, ekspert rəyləri);

2.2.3. informasiyanı mühafizə vasitələrinə dair texniki və istismar sənədlərini;

2.2.4. informasiyanı mühafizə vasitələrini.

2.3. Sənədlər Azərbaycan dilində olmalı, digər dillərdə təqdim edilmiş sənədlərə notariat qaydasında təsdiq edilmiş tərcümə əlavə edilməlidir.

2.4. Göstərilən sənədlərdən hər hansı birinin təqdim edilməməsi xarici sertifikatın tanınmasından imtina üçün əsasdır.

2.5. Xarici sertifikatın tanınması üzrə qərar qəbul edilməsi üçün Sertifikatlaşdırma üzrə Orqan tərəfindən aşağıdakı prosedurlar həyata keçirilir:

2.5.1. təqdim edilmiş sənədlərin yoxlanılması;

2.5.2. xarici sertifikatın rəsmiləşdirdiyi informasiyanı mühafizə vasitəsinin identifikasiyası;

2.5.3. sınaqların keçirilməsi (sınaqların həcmi Sertifikatlaşdırma üzrə Orqan tərəfindən müəyyən olunur).

2.6. Sertifikatlaşdırma üzrə Orqan müvafiq sifarişin və təqdim edilmiş sənədlərin yoxlanılması əsasında 1 (bir) ay müddətdə xarici uyğunluq sertifikatının tanınması barədə, yaxud sertifikatlaşdırma sınaqlarının keçirilməsinin zəruriliyi haqqında qərar qəbul edir və istehsalçıya məlumat verir.

2.7. Xarici uyğunluq sertifikatı tanınmış olduqda Sertifikatlaşdırma üzrə Orqan bunu rəsmiləşdirir və istehsalçıya xarici uyğunluq sertifikatının tanınması barədə müvafiqlik sertifikatı verir.

2.8. Müvafiqlik sertifikatında xarici uyğunluq sertifikatının nömrəsi, verilmə tarixi, həmin xarici uyğunluq sertifikatını vermiş ölkə və orqan qeyd olunur (Qaydalara 1 nömrəli Əlavə).

2.9. Müvafiqlik sertifikatının qüvvədə olma müddəti xarici uyğunluq sertifikatının qüvvədə olma müddətindən çox olmayaraq, lakin hər bir halda 5 (beş) ildən artıq olmamaq şərti ilə müəyyən edilir.

2.10. Xarici uyğunluq sertifikatının tanınması məqsədilə verilən müvafiqlik sertifikatı Sertifikatlaşdırma üzrə Orqanın rəhbəri tərəfindən imzalanır.

2.11. Tanınma proseduru mənfi nəticələndiyi halda Sertifikatlaşdırma üzrə Orqan imtinanın səbəbləri göstərilməklə istehsalçıya məlumat verir.

2.12. Uyğunluq sertifikatını vermiş ölkədə istehsal edilməyən vasitələrin uyğunluq sertifikatı tanınmır. Bu halda həmin informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri üzərində dövlət nəzarətinin və müfəttiş yoxlamalarının həyata keçirilməsi qaydaları”nda nəzərdə tutulmuş qaydada həyata keçirilir.

2.13. Xarici uyğunluq sertifikatlarının tanınması üzrə informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılmasının iştirakçıları arasında yaranmış mübahisələr “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri üzərində dövlət nəzarətinin və müfəttiş yoxlamalarının həyata keçirilməsi qaydaları”nın 4-cü hissəsində müəyyən olunmuş qaydada həll olunur.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin “15” may 2017-ci il tarixli Q/9 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu qaydalar Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 23 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 3-cü bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının akkreditə edilməsi qaydalarını müəyyən edir.

1.2. Bu qaydalarda istifadə olunan əsas anlayışlar Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli, 23 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında” Əsasnamə ilə nəzərdə tutulmuş mənaları ifadə edir.

1.3. Müəssisə, təşkilat və idarələrin (bundan sonra – təşkilatlar) sertifikatlaşdırma orqanları və sınaq laboratoriyaları kimi akkreditəsi onların texniki səriştəsinin, təchizatının, habelə yoxlanılan informasiyanı mühafizə vasitələrinin sınaqlarının standartların və digər normativ sənədlərin tələblərinə uyğun təşkili və aparılması imkanlarının müəyyənləşdirilməsi ilə həmin işləri görmək hüququnun rəsmi tanınması deməkdir.

1.4. Akkreditə yalnız həmin təşkilatlar dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılma üçün icazəyə malik olduqda aparılır.

1.5. Bu qaydalar ilə müəyyənləşdirilmiş akkreditə tələbləri bütün təşkilatlar üçün ümumidir. Konkret fəaliyyət xüsusiyyətini nəzərə alaraq, təşkilatlar üçün əlavə tələblər müəyyən edilir.

1.6. Təşkilatın akkreditə edilməsi Sertifikatlaşdırma üzrə Orqan tərəfindən həyata keçirilir.

2.1. Akkreditə aşağıdakı mərhələləri nəzərdə tutur:

2.1.1. təqdim edilmiş sənədlərin araşdırılması;

2.1.2. Sertifikatlaşdırma üzrə Orqanın müəyyənləşdirdiyi komissiya tərəfindən təşkilatın yoxlanılması;

2.1.3. yoxlamanın nəticələri əsasında akkreditə haqqında qərar qəbul edilməsi;

2.1.4. Akkreditə Şəhadətnaməsinin tərtibi, qeydiyyatı və verilməsi.

2.2. Akkreditə üçün Sertifikatlaşdırma üzrə Orqana ərizə ilə müraciət edilir (Qaydalara 1 nömrəli, Qaydalara 2 nömrəli Əlavələr). Ərizə ilə birlikdə sertifikatlaşdırma orqanı və ya sınaq laboratoriyası haqqında Əsasnamələrin layihəsi, həmçinin sınaq laboratoriyası kimi akkreditə olunduğu təqdirdə onun pasportu (Qaydalara 3 nömrəli Əlavə) və sınaq laboratoriyasının vəziyyəti haqqında anket (Qaydalara 4 nömrəli Əlavə) ərizəyə əlavə edilir.

2.3. Təqdim olunan məlumatlara baxıldıqdan sonra təşkilatların yoxlanılması üzrə komissiya yaradılır. Komissiyanın tərkibi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, digər təşkilatların informasiya mühafizəsi sahəsində ixtisaslı mütəxəssislərindən təşkil edilir və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi tərəfindən təsdiq olunur.

2.4. Komissiya təşkilatın vəziyyətinin təqdim olunmuş sənədlərə uyğunluğunu və onun göstərilən funksiyaları yerinə yetirmək imkanını yoxlayır. Yoxlamanın nəticələri üzrə akt (Qaydalara 5 nömrəli Əlavə) tərtib olunur. Bu akt komissiyanın üzvləri tərəfindən imzalanır və tanış olmaq üçün akkreditə olunan təşkilatın rəhbərinə təqdim olunur.

2.5. Komissiyanın aktına, habelə təşkilatın vəziyyəti və onun akkreditəyə hazır olması barədə alınmış bütün məlumatlara baxıldıqdan sonra akkreditə haqqında qərar qəbul edilir. Akkreditə edilmiş təşkilat Sertifikatlaşdırma üzrə Orqan tərəfindən dövlət reyestrinə daxil edilir. Təşkilata akkreditə sahəsi göstərilməklə Akkreditə Şəhadətnaməsi verilir (Qaydalara 6, 7, 8 nömrəli Əlavələr). Akkreditə Şəhadətnaməsinin qüvvədə olma müddəti 5 (beş) ildən çox ola bilməz. Təşkilat akkreditə edilmədikdə isə səbəblər göstərilməklə ərizəçiyə məlumat verilir.

2.5.1. Akkreditə Şəhadətnaməsi Sertifikatlaşdırma üzrə Orqanın rəhbəri tərəfindən imzalanır.

2.6. Təşkilatlar Akkreditə Şəhadətnaməsinin qüvvədə olma müddətinin uzadılması üçün akkreditənin bitməsinə 6 (altı) ay qalmış, bu Qaydaların 2.2-ci bəndinə uyğun olaraq Sertifikatlaşdırma üzrə Orqana ərizə ilə müraciət edir. Təkrar akkreditənin aparılması qaydaları nəzarətin nəticələrindən asılı olaraq müəyyənləşdirilir və hər bir konkret hal üçün müəyyən olunan tam və ya qısa proqramla aparılır.

2.7. Akkreditə sahəsini genişləndirmək istəyən sertifikatlaşdırma orqanı və ya sınaq laboratoriyası əlavə sahədə akkreditə üçün ərizə ilə müraciət edir. Əlavə sahədə akkreditə əsas sahədə akkreditə qaydalarına uyğun aparılır. Ərizədə əlavə akkreditə sahəsi barədə məlumatlar qeyd olunmalıdır.

2.8. Akkreditə edilmiş sertifikatlaşdırma orqanları və sınaq laboratoriyalarının fəaliyyətinə nəzarət aşağıdakı üsullarla həyata keçirilir:

2.8.1. vaxtaşırı yoxlamalar;

2.8.2. keçirilən sınaqların keyfiyyəti, vaxtaşırı yoxlamaların nəticələri haqqında məlumatların təşkilat tərəfindən müntəzəm təqdim edilməsi yolu ilə.

2.9. Akkreditə aşağıdakı hallarda vaxtından əvvəl ləğv edilir:

2.9.1. təşkilat tərəfindən akkreditə tələbləri pozulduqda;

2.9.2. təşkilat tərəfindən akkreditənin vaxtından əvvəl dayandırılması haqqında qərar qəbul edildikdə.

“İnformasiyanı mühafizə vasitələrinin

sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının akkreditə edilməsi qaydaları"na

____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

___________________________________________________sertifikatlaşdırma orqanı kimi

onun akkreditə edilməsini (müddətinin uzadılmasını) xahiş edir.

_____________________________________________________________________________

_____________________________________________________________________________

Ərizəçi akkreditə üçün lazım olan "Sertifikatlaşdırma orqanı haqqında Əsasnamə" layihəsini və digər sənədləri ərizəyə əlavə edir:

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________

(adı, atasının adı, soyadı)

_____________________________

"İnformasiyanı mühafizə vasitələrinin

sertifikatlaşdırma orqanlarının və sınaq

laboratoriyalarının akkreditə edilməsi qaydaları"na

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

__________________________________________sınaq laboratoriyası kimi onun akkreditə

edilməsini xahiş edir.

_____________________________________________________________________________

_____________________________________________________________________________

Ərizəçi "Sınaq laboratoriyası haqqında Əsasnamə"nin layihəsi və sınaq laboratoriyasının Pasportunu ərizəyə əlavə edir:

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________

(adı, atasının adı, soyadı)

_____________________________

"İnformasiyanı mühafizə vasitələrinin

sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının akkreditə edilməsi qaydaları"na

___________________________

___________________________

___________________________

"___"________________20____il

_____________________________________________________________________________

1. Sınaq laboratoriyası__________________________________________________________

_____________________________________________________________________________

2. Tərkibində sınaq laboratoriyası fəaliyyət göstərən təşkilat (müəssisə) ______________

_____________________________________________________________________________

Sınaq laboratoriyasının pasportuna aşağıdakı məlumatlar daxil edilməlidir:

1. Sınaqların keçirilməsi qaydalarını tənzimləyən normativ sənədlər göstərilməklə keçirilən sınaqların növləri.

2. Aşağıdakılar göstərilməklə sınaq avadanlığı ilə təchizat:

2.1. sınaq avadanlığının adı, növü (markası), zavod və inventar nömrəsi;

2.2. istehsalçı müəssisə;

2.3. əsas texniki parametrləri;

2.4. istismara daxil edilmə ili;

2.5. amortizasiya dərəcəsi;

2.6. səyyar (daşınan) ölçü vasitələri;

2.7. xüsusi sınaq avadanlığı;

2.8. ölçü vasitələrin attestasiyası (kalibrovkası).

3. Aşağıdakılar göstərilməklə istehsalat otağının vəziyyəti:

3.1. otağın təyinatı (o cümlədən keçirilən sınaqların növləri);

3.2 xüsusi və ya uyğunlaşdırılmış otaq;

3.4. temperaturu və rütubətliliyi;

3.5. iş yerlərinin işıqlandırılması;

3.6. küyün səviyyəsi;

3.7. xüsusi avadanlığın (ventilyasiya, maneələrdən mühafizə və s.) mövcudluğu;

3.8. ekranlaşdırılmış otaqların, əks-sədasız kameraların mövcudluğu, onların xarakteristikaları;

3.9. sınaq üçün məhsulun nümunələrinin qəbulu və saxlanması şərtləri.

_____________________________

(adı, atasının adı, soyadı)

_____________________________

"İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının akkreditə edilməsi qaydaları"na

Sınaq laboratoriyasının vəziyyəti haqqında

1. Akkreditə üçün müraciət edən sınaq laboratoriyası: ____________________________

____________________________________________________________________________

2. Sınaq laboratoriyasının tabe olduğu müəssisə:_________________________________

____________________________________________________________________________

3. Strukturu və rəhbər heyəti:

3.1. sınaq laboratoriyası və onun tabe olduğu müəssisənin rəhbərlərinin soyadı və vəzifəsi;

3.2. əməkdaşların ümumi sayı;

3.3. təklif olunan akkreditə sahəsində ixtisaslaşmış əməkdaşların ümumi sayı.

4. Avadanlıq və xidmətlər:

4.1. əsas sınaq avadanlığının siyahısı;

4.2. texniki imkanların hüdudları göstərilməklə aparılan sınaq növlərinin siyahısı;

4.3. sınaqların keyfiyyətinə nəzarət imkanları;

4.4. sınaqların bütün növləri müstəqil yerinə yetirilir.

5.1. işin aparılmasını tənzimləyən rəhbər sənədlərin, təlimatların və qaydaların əməkdaşların istifadəsində mövcudluğu;

5.2. sınaq üzrə bütün növ əməliyyatlara dair sənədləşmənin mövcudluğu;

5.3. sənədlərdən köhnəlmiş məlumatların vaxtında çıxarılmasının təmin edilməsi;

6.1. ixtisas hazırlığı və ixtisas qabiliyyəti səviyyəsinin müəyyənləşdirilməsi və vəzifə təlimatlarının mövcudluğu;

6.2. ixtisas qabiliyyətinin təkmilləşdirilməsi və ona kömək məqsədilə kadr hazırlığının aparılması.

7. Daşınma və saxlanma:

7.1. iş və nəzarət üzrə təlimatların hazırlanması və bunların daşınma, saxlanma, material və nümunələrin istehsalçıya qaytarılması zamanı tətbiq olunması;

7.2. ətraf mühitin xüsusi şərtləri də daxil olmaqla, saxlanma üsullarının müəyyənləşdirilməsi;

8. Məxfi kargüzarlığın mövcudluğu:

8.1. sertifikatlaşdırma üzrə qrifli materiallardan, normalardan, metodik və digər rəhbər sənədlərdən istifadə üçün şəraitin olması;

8.2. sertifikatlaşdırılmalı məxfi məhsulun və materialların saxlanılması üçün şəraitin olması.

_____________________________

(adı, atasının adı, soyadı)

_____________________________

"İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının akkreditə edilməsi qaydaları"na

"_____"____________20_____ il tarixindən "_____"____________20_____ il tarixinədək

___________________________________________________________________əsasında

aşağıdakı tərkibdə komissiya:

Komissiyanın sədri ____________________________________________________________

Komissiya sədrinin müavini____________________________________________________

Komissiyanın üzvləri:__________________________________________________________

Komissiyanın katibi ___________________________________________________________

_____________________________________________________________________________

akkreditə məqsədilə yoxlama apardı.

Yoxlama zamanı müəyyən olundu:

1. Statusu, təşkilati strukturu, inzibati tabeliyi, maliyyə vəziyyəti, əməkdaşların əmək haqqı sistemi.

2. Sınaq avadanlığının və ölçmə vasitələrinin vəziyyəti və təchizatı.

3. Normativ-texniki və metodik sənədlərlə təminatı.

4. Göstərilən sınaq sahəsi üzrə personalın ixtisası və iş təcrübəsi, ixtisasartırma üzrə aparılan işin vəziyyəti.

5. Personalın, sınaq avadanlığının və ölçmə vasitələrinin yerləşdirilrməsi şərtləri.

6. Sınaqların keyfiyyətinə nəzarət imkanları.

7.____________________________________________

Komissiya tövsiyə edir:________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

Nəticə: ____________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

Komissiyanın sədri ___________________________

(imza, adı, atasının adı, soyadı)

Komissiya sədrinin müavini ___________________________

(imza, adı, atasının adı, soyadı)

Komissiyanın üzvləri ___________________________

(imza, adı, atasının adı, soyadı)

Komissiyanın katibi ___________________________

(imza, adı, atasının adı, soyadı)

_________________________

_________________________

_________________________

"____"_____________20____il

"İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının akkreditə edilməsi qaydaları"na

"____"______________20____il tarixli ______nömrəli

Sertifikatlaşdırma üzrə Orqanda akkreditə edilmiş________________________________

_____________________________________________________________akkreditə sahəsi.

Möhür yeri __________________________________

(imza, adı, atasının adı, soyadı)

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin “15” may 2017-ci il tarixli Q/9 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu qaydalar Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 23 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 3-cü bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə iştirakçıların və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələrinin dövlət reyestrinin aparılması qaydasını müəyyən edir.

1.2. Bu qaydada istifadə olunan əsas anlayışlar Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli, 23 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında” Əsasnamə ilə nəzərdə tutulmuş mənaları ifadə edir.

1.3. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə iştirakçıların və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələrinin dövlət reyestri (bundan sonra – Dövlət reyestri) - respublikada istehsal edilmiş, xaricdən gətirilmiş, respublika ərazisində istifadəsinə icazə verilən informasiyanı mühafizə vasitələrinin və informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə iştirakçıların qeydiyyatını aparmaq üçün nəzərdə tutulmuşdur.

1.4. Dövlət reyestrinin aparılmasının məqsədi sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələrinin və Sertifikatlaşdırma Sistemində akkreditə olunmuş sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının mərkəzləşdirilmiş məlumat fondlarının yaradılmasıdır.

2.1. Sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələrinin dövlət reyestri Sertifikatlaşdırma üzrə orqan tərəfindən “Sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələrinin dövlət reyestri” jurnalında (Qaydaya 1 nömrəli Əlavə) aparılır.

2.1.1. Sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələrinin dövlət reyestrində uyğunluq sertifikatının nömrəsi, reyestrə daxil etmə tarixi, sertifikatın qüvvədə olma müddəti, vasitənin adı, vasitənin təyinatı, istehsalçı (indeks, ünvan, telefon) qeyd olunur.

2.2. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə iştirakçıların dövlət reyestri Sertifikatlaşdırma üzrə Orqan tərəfindən “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə iştirakçıların dövlət reyestri” jurnalında (Qaydaya 2 nömrəli Əlavə) aparılır.

2.3. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə iştirakçıların dövlət reyestrində təşkilatın adı, akkreditə şəhadətnaməsinin nömrəsi, akkreditə sahəsi, akkreditə şəhadətnaməsinin verilmə tarixi, akkreditə şəhadətnaməsinin qüvvədə olma müddəti qeyd olunur.

2.4. Sertifikatlaşdırma işi üzrə sənədli materiallar aşağıdakı işlərə tikilir:

2.4.1. informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması işinin təşkili və aparılması üzrə rəhbər sənədlər;

2.4.2. informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması və sınaqları üzrə sənədlər.

İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə iştirakçıların və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələrinin dövlət reyestrinin aparılması qaydası”na

İdarədə: ___________________

arxivdə: ___________________

qərar №: ___________________

bənd: ___________________

Başlanıb: ”___”_____________ 20 ____il.

Başa çatıb: ”___”_____________ 20 ____il.

“İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə iştirakçıların və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələrinin dövlət reyestrinin aparılması qaydası”na 2 nömrəli əlavə

İdarədə: ___________________

arxivdə: ___________________

qərar №: ___________________

bənd: ___________________

Başlanıb: ”___”___________ 20 ______il.

Başa çatıb: ”___”___________ 20 ______il.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin “15” may 2017-ci il tarixli Q/9 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu siyahı və tələblər Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 23 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən hazırlanmış və məcburi sertifikatlaşdırılmalı olan informasiyanı mühafizə vasitələrinin siyahısı və onların təmin etdiyi tələbləri müəyyən edir.

1.2. Bu siyahı və tələblərdə istifadə olunan əsas anlayışlar Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli, 23 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında” Əsasnamə ilə nəzərdə tutulmuş mənaları ifadə edir.

1.3. Məcburi sertifikatlaşdırılmalı olan informasiyanı mühafizə vasitələrinin siyahısı dövlət sirrinin mühafizəsində tətbiq edilən informasiya mühafizəsi vasitələrini müəyyən edir.

2.1. Sertifikatlaşdırma Sistemində sertifikatlaşdırmadan keçməli olan informasiyanı mühafizə vasitələrinin siyahısı:

2.1.1. texniki mühafizə vasitələri, informasiyanın mühafizəsi üçün tətbiq olunan üsulların effektivliyinə nəzarət vasitələri daxil olmaqla:

2.1.1.1. infraqırmızı, ultrabənövşəyi və görünən dalğalar diapazonunda optik siqnalları (təsvirləri) əldə edilmədən qoruyan informasiyanı mühafizə vasitələri;

2.1.1.2. hava, su və bərk mühitlərdə yayılan akustik siqnalları əldə edilmədən qoruyan informasiyanı mühafizə vasitələri;

2.1.1.3. elektromaqnit siqnallarını, o cümlədən texniki vasitələrin fəaliyyəti zamanı yaranan kənar elektromaqnit şüalanma və induksiyanı (KEMŞİ), əldə edilmədən qoruyan informasiyanı mühafizə vasitələri;

2.1.1.4. cərəyankeçirici kommunikasiyalarda yaranan elektrik siqnallarını əldə edilmədən qoruyan informasiyanı mühafizə vasitələri;

2.1.1.5. informasiyanı gizli əldə etmə qurğularının aşkar edilməsi üçün xüsusi texniki vasitələr.

2.1.2. Mühafizə olunmuş texniki vasitələr və sistemlər:

2.1.2.1. rabitə kanalları ilə ötürülən informasiyanı skrembləmə, maskalama və ya şifrləmə vasitələri;

2.1.2.2. optik kanallar vasitəsilə informasiyanı ötürmə avadanlığı.

2.1.3. İcazəsiz daxil olmadan informasiyanı qoruyan texniki vasitələr:

2.1.3.1. qıfıllar (mexaniki, elektromexaniki, elektron);

2.1.3.3. birdəfəlik qıfıllar;

2.1.3.4. qoruyucu yapışqan lentlər;

2.1.3.5. qoruyucu və holoqrafik etiketlər;

2.1.3.6. xüsusi qoruyucu qutular;

2.1.3.7. müxtəlif tipli elektrik vericiləri;

2.1.3.8. mühafizə və nəzarət televiziya sistemləri;

2.1.3.9. lazer sistemləri;

2.1.3.10. optik və infraqırmızı diapazonlu sistemlər;

2.1.3.11. identifikasiya qurğuları;

2.1.3.12. plastik identifikasiya kartları;

2.1.3.13. fiziki məlumat daşıyıcılarının (kassetlər, optik və maqnit disklər və s.) daşınması və saxlanılması üçün xüsusi vasitələr;

2.1.3.14. təzyiq sistemləri.

2.1.4. Optik-kimya texnologiyaları əsasında sənədlərin saxtalaşdırılmasına qarşı xüsusi mühafizə vasitələri:

2.1.4.1. sənədlərin kserosurətinin çıxarılmasından mühafizə vasitələri;

2.1.4.2. kimyəvi identifikasiya məhlullarının köməyi ilə sənədlərin saxtalaşdırılmasından (dəyişdirilməsindən) mühafizə vasitələri;

2.1.4.3. informasiyanı steqanoqrafiyanın köməyi ilə mühafizə edən vasitələr.

2.1.5. Məlumatın fiziki daşıyıcılarının (kağız, video və audio kassetlər, disklər və s.) saxlanılması, daşınması üçün xüsusi qablar və təcili məhv edilməsi üçün xüsusi texniki vasitələr.

2.1.6. İcazəsiz müdaxilədən və proqram gizlinclərindən proqram mühafizə vasitələri:

2.1.6.1. informasiyaya müraciəti tənzimləyən proqramlar;

2.1.6.2. müxtəlif əlamətlər üzrə terminal və istifadəçilər üçün identifikasiya və autentifikasiya proqramları (parol, əlavə kod sözləri, biometrik parametrlər və s.);

2.1.6.3. antivirus proqramları;

2.1.6.4. əməliyyat sistemlərini mühafizə edən proqramlar;

2.1.6.5. ümumsistem və tətbiqi proqram təminatlarının bütövlüyünə nəzarət proqramları;

2.1.6.6. resursların istifadə qaydalarının pozulması barədə xəbərdarlıq edən proqramlar;

2.1.6.7. yaddaş qurğularında qalıq informasiyanı məhv edən proqramlar;

2.1.6.8. məlumatların fayl strukturuna nəzarət və onların bərpası proqramları.

2.1.7. İnformasiyanın emalı üçün mühafizə olunmuş proqram vasitələri:

2.1.7.1. avtomatlaşdırılmış iş yerləri üçün tətbiqi proqram paketləri;

2.1.7.2. hesablama şəbəkələrinin verilənlər bazaları;

2.1.7.3. avtomatlaşdırılmış idarəetmə sistemlərinin proqram vasitələri;

2.1.8. Proqram-texniki mühafizə vasitələri:

2.1.8.1. icazəsiz surətçıxarmadan proqram-texniki mühafizə vasitələri:

2.1.8.1.1. məlumat daşıyıcılarının mühafizə vasitələri;

2.1.8.1.2. proqram təminatının surətinin çıxarılmasının qarşısını alan vasitələr.

2.1.8.2. kriptoqrafik və steqanoqrafik proqram-texniki vasitələr.

2.1.8.3. istifadəçinin informasiya müraciət qaydalarını pozması zamanı proqramın işini dayandıran proqram-texniki vasitələr:

2.1.8.3.1. proqramın məcburi dayandırılması;

2.1.8.3.2. kompüterin bloklanması.

2.1.8.4. Məlumatın silinməsi üçün proqram-texniki vasitələr:

2.1.8.4.1. məxfi məlumatların emalı prosesində yaranmış qalıq informasiyanın əməliyyat yaddaşından və maqnit daşıyıcılardan silinməsi;

2.1.8.4.2. köhnəlmiş məlumatın maqnit daşıyıcılardan etibarlı silinməsi.

2.1.8.5. Proqram və proqram-texniki gizlinclərin aşkarlanması və lokallaşdırılması üçün proqram-texniki vasitələr.

2.1.9. Şəxsiyyətin identifikasiyasını qoruyan xüsusi vasitələr:

2.1.9.1. səs siqnallarını fonoqrafik ekspertizadan qoruyan vasitələr;

2.1.9.2. daktiloskopik ekspertizadan qoruyan vasitələr;

2.1.9.3. retinoskopik ekspertizadan qoruyan vasitələr.

2.1.10. Rabitə xətlərində əməliyyat-axtarış sistemlərinə icazəsiz müdaxilədən mühafizə edən proqram-aparat vasitələri:

2.1.10.1. naqilli rabitə şəbəkələrində;

2.1.10.2. mobil rabitə şəbəkələrində;

2.1.10.3. internet şəbəkəsində.

2.2. Sertifikatlaşdırma Sistemində sertifikatlaşdırmadan keçməli olan informasiyanı mühafizə vasitələrinin təmin etdiyi tələblər:

2.2.1. informasiyanın maqnit və ya optik daşıyıcıları, informativ fiziki sahələr, informasiya massivləri və verilənlər bazası şəklində təqdim edilmiş dövlət sirri təşkil edən informasiya resurslarının mühafizəsi;

2.2.2. dövlət sirri təşkil edən informasiyanın emalı üçün istifadə edilən informasiya sistemlərinin və vasitələrinin (hesablama texnikası vasitələri, informasiya-hesablama kompleksləri, şəbəkələri və sistemləri) mühafizəsi;

2.2.3. dövlət sirri təşkil edən informasiyanın avtomatlaşdırılmış idarəetmə və rabitə sistemlərinin, informasiyanın qəbulu, ötürülməsi, emalı və saxlanılması sistemlərinin (səsyazma, səsucaldan, danışıq qurğuları, sənədlərin istehsalı və tiraj edilməsi vasitələri və s.) mühafizəsi;

2.2.4. dövlət sirri təşkil edən informasiyanın emalı üçün nəzərdə tutulmuş yerlərin (otaqların) və informasiyanın emalına aid olunmayan texniki vasitələrin mühafizəsi;

2.2.5. dövlət sirri təşkil edən informasiyanın emalı üçün istifadə edilən televiziya vasitələrinin (televiziya sistemləri və videoavadanlıqlar) mühafizəsi;

2.2.6. dövlət sirri təşkil edən informasiyanın emalı üçün istifadə edilən hesablama texnikasının komponentlərinin (elektron-hesablayıcı maşın və avtomatlaşdırılmış sistemlərin sonlayıcı qurğuları) mühafizəsi;

2.2.7. dövlət sirri təşkil edən informasiyanın emalı üçün nəzərdə tutulmuş proqram təminatlarının (əməliyyat sistemləri, avtomatlaşdırılmış idarəetmə və informasiya şəbəkələrinin proqramları) mühafizəsi;

2.2.8. dövlət sirri təşkil edən informasiyanın emalında müxtəlif proseslərin avtomatlaşdırması üçün tətbiq olunan proqram-texniki komplekslərin mühafizəsi;

2.2.9. dövlət sirri təşkil edən informasiya emal olunan obyektlərdə mühafizə və yanğın xəbərdaretmə sistemlərinin mühafizəsi;

2.2.10. silah və hərbi texnika nümunələrinin istehsal sınaqlarına nəzarətin avtomatlaşdırılması üçün tətbiq olunan proqram-texniki komplekslərinin (hesablama texnikası, rabitə, informasiyanı mühafizə vasitələri, radioelektronikanın və cihazqayırmanın məmulatları) mühafizəsi.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin “15” may 2017-ci il tarixli Q/9 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu siyahı və tələblər Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 23 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 3-cü bəndinə əsasən hazırlanmış və Sertifikatlaşdırma Sistemində tətbiq olunan müvafiqlik nişanının istifadə qaydalarını, təsvirini və ölçülərini müəyyən edir.

1.2. Bu qaydada istifadə olunan əsas anlayışlar Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli, 23 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında” Əsasnamə ilə nəzərdə tutulmuş mənaları ifadə edir.

1.3. Müvafiqlik nişanı ilə nişanlanma informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılmasını bildirir.

2.1. Sertifikatlaşdırma üzrə Orqan müvafiqlik nişanının təsvirini (Qaydaya 1 nömrəli Əlavə), ölçülərini (Qaydaya 2 nömrəli Əlavə) və nişanlanma qaydasını təyin edir.

2.1-1. Müvafiqlik nişanı Sertifikatlaşdırma üzrə Orqan tərəfindən hazırlanır, çap olunur və istifadə hüququ almış təşkilatların sifarişinə uyğun təqdim edilir.

2.2. İstifadə hüququnu almış təşkilatlar müvafiqlik nişanının ölçülərini və sayını müəyyən edir. Nişanın baza ölçüsü (H) 4 (dörd) mm-dən az olmamalıdır.

2.3. Müvafiqlik nişanının ölçüləri nişanın elementlərinin aydın görünməsini təmin etməlidir.

2.4. Müvafiqlik nişanının təsviri məhsulun səthindən fərqlənməlidir.

2.4-1. Müvafiqlik nişanının təsvirində sol aşağı küncdə qeyd olunan rəqəm sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitəsinin “Sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələrinin dövlət reyestri” jurnalındakı qeydiyyat nömrəsini, sağ aşağı küncdə qeyd olunan rəqəm isə müvafiqlik nişanının nömrəsini göstərir.

2.5. Müvafiqlik nişanı müxtəlif texnoloji üsullarla (holoqram və s.) hazırlanır və məhsulun xidmət müddətində dəqiq və aydın təsvirini təmin etməlidir.

80 mm baza ölçüsünə malik müvafiqlik nişanının çəkilişi və qurulma qaydası ümumi sxemdə göstərilənlərə uyğundur.

Nişanın baza ölçüsü (H) 4, 5, 6, 10, 15, 20, 25, 40, 50, 60, 80, 100 mm kimi parametrik ardıcıllıqla seçilməlidir.

1. 6 yanvar 2018-ci il tarixli Q/1 nömrəli Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201801060001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 yanvar 2018-ci il)

2. 4 iyul 2018-ci il tarixli Q/19 nömrəli Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201807040019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 iyul 2018-ci il)

3. 4 noyabr 2020-ci il tarixli Q/46 nömrəli Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202011040046, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 noyabr 2020-ci il)

4. 23 yanvar 2024-cü il tarixli Q/1 nömrəli Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202401230001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 fevral 2024-cü il)

5. 25 noyabr 2025-ci il tarixli Q/23 nömrəli Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202511250023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 dekabr 2025-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver