"Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 avqust tarixli 624 nömrəli Fərmanının 6-cı bəndinin ikinci abzasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Tikinti Normativ Sənədlər Sisteminin müasir tələblərə uyğunlaşdırılaraq təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikasının Dövlət Tikinti Normativ Sənədlər Sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsınə tapşırılsın ki, hər ilin sonunda Tədbirlər Planının icrasına dair ümumiləşdirilmiş məlumatları Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2 ay müddətində bu qərarın icrası ilə bağlı müvafiq təşkilatlarla razılaşdırılmış təklifləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 8 yanvar 2009-cu il
Azərbaycan Respublikasının Tikinti Məcəlləsi layihəsinin hazırlanması
Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
2009-cu ilin I yarımilliyi
Azərbaycan Respublikasının Dövlət Tikinti Normativ Sənədlər Sisteminin yeniləşdirilməsi və təkmilləşdirilməsi üzrə müvafiq proqram layihəsinin hazırlanması
Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi
2009-cu ilin I yarımilliyi
Azərbaycan Respublikasının Dövlət tikinti normativ sənədlərinin həmin proqramın çərçivəsində təhlil edilərək yeniləşdirilməsi və təkmilləşdirilməsi
Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, "Azərenerji" Səhmdar Cəmiyyəti
Azərbaycan Respublikasının seysmoloji təhlükəsizliyi üzrə proqram layihəsinin hazırlanması
Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
2009-cu ilin II yarımilliyi
Zəlzələlər riski ilə bağlı seysmik təhlükənin və zərərin azaldılması, həmçinin effektiv konstruktiv həllərin hazırlanması ilə bina və qurğuların möhkəmliyi və uzunömürlülüyünün təmin edilməsi üzrə tikinti sahəsində tətbiqi elmi tədqiqatların aparılması
Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Tikinti, şəhərsalma və memarlıq fəaliyyəti sahəsində Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması
Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi