"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinin, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə, Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 19-cu bəndinə əsasən Kollegiya
1. “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində informasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
3. “İnformasiya xidmətinin təşkili ilə əlaqədar daxili icraat qaydaları”nın təsdiq olunması barədə nazirlik üzrə 24.07.2006-cı il tarixli 11-T nömrəli əmr ləğv edilsin.
4. Nazirliyə şifahi və yazılı formada daxil olmuş bütün informasiya sorğularına təxirəsalınmadan obyektiv baxılaraq zəruri tədbirlər görülsün, vətəndaşların informasiya təminatına və onlara keyfiyyətli informasiya xidmətlərinin göstərilməsinə ciddi nəzarət edilsin (nazir müavinləri, struktur qurumların rəhbərləri).
5. Nazirlikdə informasiyanın təmin olunmasına və informasiya xidmətlərinin göstərilməsinə cavabdeh olan informasiya məsələləri üzrə məsul şəxs barədə qısa müddətdə təkliflər verilsin (F.M.Qurbanov, R.M.Məhərrəmov).
6. Nazirliyin bütün struktur qurumlarında informasiya azadlığı ilə bağlı iş bu qərarla təsdiq edilmiş Qaydalara uyğun təşkil olunsun (bütün struktur qurumların rəhbərləri).
Azərbaycan Respublikasının
I dərəcəli dövlət ədliyyə müşaviri
1.1. Bu Qaydalar "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ədliyyə orqanlarında, habelə Ədliyyə Nazirliyi tərəfindən aparılan elektron informasiya ehtiyatlarında mövcud olan informasiyalardan hamı tərəfindən sərbəst və maneəsiz şəkildə, bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında əldə olunmasının təmin edilməsi üçün Ədliyyə Nazirliyinin (bundan sonra - Nazirlik) daxili icraat qaydalarını tənzimləyir.
1.2. Bu Qaydalar dövlət sirri təşkil edən məlumatlara, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təklif, ərizə və şikayətlərə və Nazirliyin Çağrı Mərkəzinə daxil olan müraciətlərə, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq arxiv sənədləri ilə işləməyə buraxılmanın təmin edilməsinə, beynəlxalq müqavilələrlə müəyyən edilmiş məhdudiyyətlərə şamil edilmir.
1.3. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın.
2.1. Nazirlik öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – Qanun) və bu Qaydalara uyğun təmin edir.
2.2. Nazirlik informasiya əldə etmək hüququnun təmin edilməsi məqsədi ilə informasiya azadlığı üzrə məsul şəxs təyin edir və informasiya xidmətinin göstərilməsinə onun vasitəsilə nəzarət edir. Nazirliyin hər bir struktur qurumunun rəhbəri informasiya sorğusunun cavablandırılmasına görə məsuldur.
2.3.1. informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin edir;
2.3.2. ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verir;
2.3.3. açıqlamalı olduğu ictimai informasiyanı Qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlayır;
2.3.4. müvafiq informasiyanın əldə edilməsi üçün sorğuçuya kömək göstərir;
2.3.5. informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verir;
2.3.6. əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qoruyur;
2.3.7. həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verilməsinin qarşısını alır, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlayır.
2.3.8. Qanunun 12-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənədlərin reyestrinin yaradılması, saxlanması və vaxtaşırı yeniləşdirilməsi Qaydaları”na uyğun olaraq sənədlərin reyestrini (elektron formada) aparır.
3.1. İnformasiya azadlığı üzrə məsul şəxs Nazirliyin fəaliyyəti barədə ictimaiyyət üçün açıq olan məlumatlara malik olan, habelə Nazirliyə daxil olan informasiya sorğularının icrasını təmin edən vəzifəli şəxsdir.
3.2. İnformasiya azadlığı üzrə məsul şəxs aşağıdakı vəzifələri yerinə yetirir:
3.2.1. sorğuların icrasını bu Qaydalara uyğun təmin edir;
3.2.2. sorğu edilən informasiyaya malik olduqda informasiyanı aidiyyəti struktur qurumun rəhbəri ilə razılaşdırmaqla bu Qaydaların 12-ci hissəsində müəyyən edilmiş müddətdən gec olmayaraq sorğuçuya göndərir;
3.2.3. sorğu edilən informasiyaya malik olmadıqda sorğunu ləngitmədən aidiyyəti struktur quruma göndərir və sorğunun bu Qaydaların 12-ci hissəsində müəyyən edilmiş müddətdən gec olmayaraq cavablandırılmasına nəzarət edir;
3.2.4. informasiya xidmətlərinin göstərilməsinə nəzarət edir;
3.2.5. informasiya sorğusunun əldə edilməsi ilə bağlı daxil olan şikayətlərin aidiyyəti struktur qurum tərəfindən 5 (beş) iş günü müddətində araşdırılmasını təşkil edir və sorğuçuya yazılı cavabın göndərilməsini təmin edir;
3.2.6. yazılı informasiya sorğularının qeydiyyatının, şifahi sorğuların isə uçotunun aparılmasını təmin edir;
3.2.7. Nazirliyin rəsmi internet səhifəsi və digər internet informasiya ehtiyatlarının zəruri informasiya ilə təmin edilməsini təşkil edir;
3.2.8. Nazirliyin fəaliyyəti barədə informasiyanın açıqlanması ilə bağlı tədbirlər həyata keçirir;
3.2.9. ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlərin (mətbuat konfransları, ictimai təqdimatlar və brifinqlərin) keçirilməsini təşkil edir;
3.2.10. sənədlərin reyestrinin yaradılmasını, saxlanılmasını və yeniləşdirilməsini təmin edir;
3.2.11. informasiya sorğularının icrası vəziyyəti barədə hər 6 aydan bir təhlillər aparır və Nazirliyin rəhbərliyinə məlumat verir. Təhlillərdə informasiya sorğularının sayı, qismən və ya tam şəkildə icrası təmin olunan, imtina edilən sorğuların sayı, daha çox sorğuların daxil olduğu sahələr və məsələlər, sorğunun cavablandırılmasında struktur qurumlar və vəzifəli şəxslər tərəfindən ləngimələrə yol verilib-verilməməsi və digər hallar göstərilir.
3.3. İnformasiya sorğusunun cavablandırılmasına məsul olan Nazirliyin struktur qurumunun rəhbərinin vəzifələri:
3.3.1. sorğuların icrasını bu Qaydalara uyğun təmin edir;
3.3.2. sorğu edilən informasiya məsul şəxsdən daxil olduqda bu Qaydaların 12-ci hissəsində müəyyən edilmiş müddətdən gec olmayaraq cavablandırır və sorğuçuya göndərilməsi üçün məsul şəxsə təqdim edir;
3.3.3. sorğu edilən informasiya birbaşa daxil olduqda sorğunu bu Qaydaların 12-ci hissəsində müəyyən edilmiş müddətdən gec olmayaraq cavablandıraraq sorğuçuya göndərir və bu barədə informasiya azadlığı üzrə məsul şəxsə yazılı məlumat verir;
3.3.4. informasiya azadlığı üzrə məsul şəxsə yazılı məlumat verilərkən sorğunun vaxtında və ya düzgün cavablandırılmaması səbəbləri aydın göstərilməlidir;
3.3.5. şifahi formada verilən informasiya sorğularını şifahi cavablandırır;
3.3.6. informasiya sorğularının qeydiyyatının və uçotunun aparılmasını təmin edir və informasiya azadlığı üzrə məsul şəxsə hər rüb ümumiləşdirilmiş məlumat verir.
4.1. Sorğuçu informasiya sorğusunu Nazirliyə aşağıdakı üsulla təqdim edir:
4.1.1. Nazirliyin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi;
4.1.2. sorğunu şəxsən təqdim etmək və ya Nazirliyə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı.
4.2. Sorğuçu yazılı sorğunun icrasını aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin olunmasını tələb edə bilər:
4.2.1. sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olma;
4.2.2. sənədin üzünün köçürülməsi;
4.2.3. Nazirliyin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi;
4.2.4 sənədin surətinin elektron daşıyıcılara köçürülməsi;
4.2.5. sorğuçunun öz texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması;
4.3. Nazirlik informasiya sorğusunun bu sorğuda göstərilən formada icrasından aşağıdakı hallarda imtina edə bilər:
4.3.1. texniki imkanlar olmadıqda;
4.3.2. informasiya daşıyıcısının növü ilə əlaqədar icrası mümkün deyilsə;
4.3.3. şifahi sorğu əsasında verilməli olan informasiya böyük vaxt tələb etdiyindən informasiya sahibinin əsas vəzifələrinin yerinə yetirilməsinə maneələr yaradırsa.
4.4. İnformasiyanın təqdim edilmə forması sorğudan aydın olmursa və bunu sorğunun icrası üçün nəzərdə tutulmuş müddət ərzində dəqiqləşdirmək mümkün deyilsə, o zaman sorğunun icrası Nazirliyin seçdiyi formada təmin olunur.
4.5. Sorğuçu informasiya ilə tanış olduqda, əllə üzünü köçürdükdə və ya öz texniki imkanlarından istifadə edərək surətini çıxardıqda, habelə texniki kömək göstərilməyən digər hallarda informasiyanın əldə olunmasına görə haqq ödəmir.
4.6. İctimai informasiyaların əldə edilməsinə görə ödəniş tələb olunmur.
4.7. İnformasiya xidməti üçün bu şərtlə haqq alına bilər ki, ödəniş məbləği informasiyanın hazırlanması və təqdim edilməsi üçün çəkilən xərcdən artıq olmasın.
4.8. İnformasiya əldə edilməsinə görə ödəniş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli 158 nömrəli Qərarı ilə təsdiq edilmiş "Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin Siyahısı”na, “İnformasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş Qaydaları”na, “İnformasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə halları”na, “Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri”nə və “Müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə Şərtləri və Qaydaları”na uyğun müəyyən edilir.
5.1. Nazirlik tərəfindən informasiyanın açıqlanması aşağıdakı üsullarla həyata keçirilir:
5.1.1. Nazirliyin fəaliyyəti barədə məlumatların mütəmadi, yeniləşmiş əsaslarla rəsmi internet səhifəsində və digər internet informasiya ehtiyatlarında yerləşdirilməsi;
5.1.2. Nazirliyin fəaliyyəti barədə ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlərin (mətbuat konfransları, ictimai təqdimatlar) keçirilməsi;
5.1.3. Nazirliyin fəaliyyət istiqamətləri üzrə ictimai əhəmiyyət kəsb edən normativ hüquqi aktların layihələrinin ictimai müzakirəsinin təşkil edilməsi, o cümlədən onların elektron hökumət portalında yerləşdirilməsinin təşkil edilməsi;
5.1.4. Nazirliyin rəhbərliyi tərəfindən vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq vətəndaşların birbaşa, o cümlədən səyyar və virtual qəbulunun təşkili;
5.1.5. maarifləndirici materialların nəşri və əhali arasında paylanması;
5.1.6. Nazirliyin fəaliyyət istiqamətləri üzrə mediada çıxışların edilməsi;
5.1.7. informasiya sorğularının cavablandırılması;
5.2. Nazirlik tərəfindən ictimai informasiyaları açıqlamaq məqsədi ilə rəsmi internet səhifəsində aşağıdakı məlumatlar yerləşdirilir:
5.2.1. çağrı mərkəzinin telefon nömrəsi;
5.2.2. Nazirliyin vəzifəli şəxslərinin rəsmi poçt ünvanları və telefon nömrələri;
5.2.3. Nazirliyin fəaliyyət istiqamətləri üzrə məlumat verməyə məsul olan vəzifəli şəxslərin telefon nömrələri;
5.2.4. məlumatların təqdim edilməsi üçün yazılı sorğuların verilməsinə dair tələblər;
5.2.5. ən çox verilən suallar üzrə hüquqi aktlardan çıxarışlar;
5.2.6. məlumatların verilməsindən imtina üçün əsaslar.
6.1. Yazılı informasiya sorğusu yazılı cavablandırılır. Yazılı informasiya sorğusunda aşağıdakılar göstərilməlidir:
6.1.1. sorğu edən hüquqi və ya fiziki şəxsin adı;
6.1.2. Nazirliyin sorğunu təmin edə bilməsi üçün sorğuçuya aid əlaqə məlumatları (poçt və ya elektron poçt ünvanı, telefon və ya telefaks nömrəsi);
6.1.3. sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri;
6.1.4. informasiyanın bu Qaydaların 4.2-ci bəndinə uyğun təqdim edilmə forması.
6.2. Sorğuçu Qaydaların 10.2.1-ci yarımbəndində və 12.3-cü bəndində göstərilən hallardan başqa, informasiya əldə olunmasının zəruriliyini əsaslandırmağa borclu deyildir.
6.3. Yazılı sorğu fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır.
6.4. Elektron üsullarla göndərilən sorğular yazılı sorğulara qoyulan tələblərə cavab verməlidir.
6.5. Şifahi sorğu şəxsin özünü təqdim etməsi ilə Nazirliyin məsul vəzifəli şəxslərinə bilavasitə verilir və şifahi şəkildə cavablandırılır.
6.6. Sorğunu qəbul etməkdən imtina qadağandır.
7.1. Nazirlik informasiya sorğusunu daxil olduğu gün qeydə alır və bu Qaydaların 2.3.8-ci yarımbəndində göstərilən reyestrə bu Qaydaların 6.1-ci bəndində sadalanan məlumatları daxil edir.
7.2. Reyestrdə bu Qaydaların 6.1-ci bəndində göstərilənlərlə yanaşı, aşağıdakı məlumatlar da qeyd edilməlidir:
7.2.1 informasiya sorğusunun daxil olma və ya göndərilmə üsulu (elektron poçt, poçt, telefaks vasitəsilə, yaxud şəxsən təqdim edilməklə);
7.2.2. informasiya sorğusunun növü;
7.2.3. sənədin əldə edilməsinə qoyulan məhdudiyyətlər (əgər mövcuddursa);
7.2.4. sorğuya baxılma və ya cavab tələb edən sənədin icrası üçün qanunvericilikdə müəyyənləşdirilmiş müddət, struktur bölmənin adı, habelə cavabı tərtib edən vəzifəli şəxsin adı və soyadı.
7.3. İnformasiya sorğusu aşağıdakı hallarda qeydə alınmır və ona yazılı cavab verilmir:
7.3.1. sorğu anonimdirsə;
7.3.2. sorğu şifahi formada verilmişsə.
7.4. Hüquqi şəxslərin firma nişanları olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallarda sorğu anonim sayılmır.
7.5. Bu Qaydaların 9.2.2-ci yarımbəndində göstərilən hallarda şifahi informasiya sorğularının uçotu aparılmır.
8.1. Sorğu informasiya azadlığı üzrə məsul şəxs tərəfindən diqqətlə araşdırılmalıdır. Bu zaman aşağıdakılar dəqiqləşdirilir:
8.1.1. sorğunun Qanunun tələblərinə uyğun tərtib olunub-olunmadığı;
8.1.2. tələb olunan informasiyanın informasiya ehtiyatlarında olub-olmadığı;
8.1.3. tələb olunan informasiya informasiya ehtiyatlarında yoxdursa, sorğunun hara göndəriləcəyi;
8.1.4. tələb olunan informasiya informasiya ehtiyatlarında varsa, onun açıq və ya alınması məhdudlaşdırılan informasiyalara aid olub-olmadığı;
8.1.5. tələb olunan informasiya açıq olmaqla yanaşı alınması məhdudlaşdırılan informasiyanın tərkibinə daxildirsə, həmin informasiyanın ayrılıb verilmə imkanları;
8.1.6. tələb olunan informasiya informasiya ehtiyatlarında varsa, onun sorğuda göstərilən formada verilməsinin mümkün olub-olmadığı.
8.2. İnformasiya azadlığı üzrə məsul şəxs araşdırmanın nəticəsindən asılı olaraq informasiya sorğusunun icrasını aşağıdakı qaydada həll edir:
8.2.1. tələb olunan informasiyanı verir;
8.2.2. informasiya verilməsindən imtina edir;
8.2.3. sorğunu aidiyyəti informasiya sahibinə göndərir.
9.1. Nazirlik sorğuda tələb olunan informasiyanın təqdim edilməsini aşağıdakı üsullarla icra edir:
9.1.1. elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə;
9.1.2. sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə;
9.1.4. şifahi formada;
9.1.5. informasiya ilə tanış olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə;
9.1.6. informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla.
9.2. İnformasiya sorğusu yalnız aşağıdakı hallarda şifahi cavablandırılır:
9.2.1. vəzifəli şəxslərə bilavasitə müraciət edildikdə;
9.2.2. informasiya sorğusu üzrə məlumatlar soruşulduqda;
9.2.3. Nazirlikdə sorğuçunu maraqlandıran məlumatın olub-olmadığı öyrənildikdə.
9.3. Vəzifəli şəxs informasiya sorğusuna şifahi şəkildə cavab verdikdə sənədi oxumağa borclu deyildir.
9.4. Sorğu edilən informasiya bir neçə dildə mövcud olduqda, sənəd sorğuda üstünlük verilən dildə təqdim edilir.
9.5. İnformasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçunun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunursa, struktur qurumun rəhbəri həmin informasiyanı, o cümlədən açıqlanmış informasiyanı rəsmi təsdiqlə birlikdə verməlidir.
10.1. Nazirlik informasiya sorğusunun icrasından aşağıdakı hallarda imtina edir:
10.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə;
10.1.2. Nazirlik sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə;
10.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda.
10.2. Qanunun 21.2-ci maddəsinə uyğun olaraq, Nazirlik aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər:
10.2.1. sorğuçuya artıq belə bir informasiya verildikdə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmadıqda;
10.2.2. sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası Nazirliyin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaratdıqda və ya əsassız böyük məsrəflərə səbəb olduqda;
10.2.3. sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün olmadıqda;
10.2.4. sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb etdikdə.
10.3. İnformasiya sorğusunun təmin edilməsindən imtina barədə sorğuçuya cavab 5 iş günü ərzində qanunvericiliyin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir.
11.1. Sorğu edilən informasiya Nazirlikdə yoxdursa, o, aidiyyəti informasiya sahibini müəyyənləşdirməli və informasiya sorğusunu ləngitmədən, lakin 5 iş günündən gec olmayaraq ona göndərməli, bu barədə sorğuçuya məlumat verməlidir.
12.1. İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir.
12.2. Bu müddətdə həmin informasiya öz əhəmiyyətini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.
12.3. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir.
12.4. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, məsul şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir.
12.5. İnformasiya sorğusunın bu Qaydalarla müəyyənləşdirilmiş icra müddəti sorğunun Nazirlikdə qeydə alındığı günün sonrakı iş günündən hesablanır.
12.6. Bu Qaydaların 12.4-cü bəndində göstərilən hallarda sorğunun icra müddəti çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən Nazirliyə təqdim edildiyi günün sonrakı iş günündən, bu Qaydaların 11.1-ci maddəsində nəzərdə tutulan hallarda isə sorğunun baxılma müddəti ilk daxil olduğu tarixdən deyil, göndərildiyi müvafiq informasiya sahibinə daxil olduğu günün sonrakı iş günündən hesablanır.
12.7. Nazirliyə həddən çox sorğu daxil olduqda və bu səbəbdən informasiyanı hazırlamaq üçün əlavə vaxt tələb olunduqda və ya sorğunun mahiyyətini dəqiqləşdirmək, yaxud informasiyanın aydınlaşdırılması üçün çoxsaylı sənədləri araşdırmaq lazım gəldikdə, bu Qaydalarda nəzərdə tutulmuş icra müddəti əlavə olaraq 7 iş günü də uzadıla bilər. Nazirlik sorğuçuya müddətin uzadılması barədə səbəblərini göstərməklə 5 iş günü ərzində məlumat verir.
13.1. Aşağıdakı hallarda informasiya sorğusu icra olunmuş sayılır:
13.1.1. informasiya sorğuçuya bu Qaydalarla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə;
13.1.2. informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə;
13.1.3. açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə;
13.1.4. informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə.
14.1. İnformasiya sorğusunun icrası və icrasından imtina bu Qaydaların 2.3.8.-ci yarımbəndində göstərilən reyestrdə qeydə alınır.
14.2. İnformasiya sorğusu icra olunduqda və ya icrasından imtina edildikdə reyestrə aşağıdakı məlumatlar daxil edilir:
14.2.1. sorğunun icrasına məsul olan vəzifəli şəxsin adı və soyadı;
14.2.2. surəti, tərcüməsi və ya çıxarışları verilmiş sənədlərin rekvizitləri;
14.2.3. sorğunun icra edildiyi və ya icrasından imtina edildiyi tarix;
14.2.4. sorğunun icrasından imtina üçün Qanunla müəyyənləşdirilmiş əsaslar.
Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə Nazirliyin rəhbərliyinə, məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. Bu halda sorğuçunun hüququ ona təqdim edilən cavabda (məlumatda) izah edilir.
İnformasiya sorğusuna baxılması və onun icra edilməsi ilə bağlı bu Qaydalarda nəzərdə tutulmayan digər məsələlər Qanuna müvafiq qaydada həyata keçirilir.
1. 12 fevral 2016-cı il tarixli 5-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602120005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 fevral 2016-cı il)
2. 31 yanvar 2017-ci il tarixli 1-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201701310001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 fevral 2017-ci il)
3. 13 oktyabr 2023-cü il tarixli 10-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202310130010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 oktyabr 2023-cü il)