Qanunvericilik › “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 04.05.2021) › Tam mətn

“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 04.05.2021)

“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 04.05.2021) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və onların təchizat Norması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 mart tarixli 64 nömrəli Qərarının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyası

1. “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının daşınması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq Məsələləri Şöbəsi (Teymur Şəkərəliyev) bu Qərarın 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Kollegiyanın katibi bu Qərarın surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etsin.

4. Qərarın icrasına nəzarət nazir müavini Firdovsi Əliyevə həvalə olunsun.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kollegiyasının 2021-ci il 04 may tarixli 1/01 nömrəli Qərarı ilə təsdiq edilmişdir

1.1. “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının daşınması Qaydaları” “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və onların təchizat Norması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 mart tarixli 64 nömrəli Qərarının 2.1-ci bəndinə əsasən hazırlanmışdır.

1.2. Xüsusi geyim formasından istifadə hüququ Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin (bundan sonra – Xidmət) ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinə yalnız öz xidməti vəzifələrini yerinə yetirərkən verilir.

1.3. Bu Qaydaların tələbləri nəzərə alınmaqla, xüsusi geyim forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 mart tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və onların təchizat Norması”na (bundan sonra – Təchizat Norması) uyğun şəkildə daşınır.

1.4. Müəyyən edilmiş təsvirlərə, o cümlədən, rəngə və ölçülərə uyğun olmayan, şəxsi zövqlə tikilmiş geyim formasının daşınması, həmçinin geyim formasının tamlığının pozulması və mülki geyimlə qarışıq şəkildə daşınması qadağandır.

1.5. Müəyyən edilməmiş geyim əşyalarının, ləvazimatların, ayaqqabıların, nişanların xüsusi geyim forması ilə birlikdə gəzdirilməsi qadağandır.

1.6. Xidmətin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçiləri xüsusi geyim formasını daşıyarkən onlara verilmiş xidməti vəsiqəni üzərlərində gəzdirməlidirlər.

1.7. Xüsusi geyim formasının ayrı-ayrı əşyalarının və fərqlənmə nişanlarının nimdaş, rəngi solmuş və görünüşü dəyişmiş şəkildə daşınması qadağandır.

1.8. Bu Qaydalara riayət edilməməsi intizam qaydalarının pozulması kimi qiymətləndirilir və intizam məsuliyyəti yaradır.

2.1. Yay geyim dəsti aprel-noyabr tarixlərində, qış geyim dəsti noyabr-aprel aylarında daşınır. Yay və qış geyim dəstinə keçid vaxtı Xidmət tərəfindən müəyyən edilir.

2.2. Xüsusi geyim forması daşınarkən bütün düymələr və bel kəməri bağlı vəziyyətdə olmalı, cib qapaqları cibin üzərinə salınmalıdır. Qısaqol köynəyin yuxarıdan birinci düyməsi açıq vəziyyətdə saxlanılmalıdır. Kişilər üçün geyimlərin düymələri sağ tərəfə, qadınlar üçün isə sol tərəfə bağlanır.

2.3. Xidmətin qış və yay geyim dəstində baş geyimləri - furajka, şlyapa, kepi yana meylsiz, düz şəkildə müvafiq olaraq bütün geyim dəstləri ilə geyilir. Baş geyimləri başa elə qoyulmalıdır ki, onların aşağı kənarı qaşlardan iki barmaq yuxarıda, günlüyün mərkəzi isə qaşların orta səviyyəsində dayansın. Baş geyimləri çıxarılarkən sol əldə saxlanılır. Bu zaman qol dirsəkdən bükülür, qolun dirsəkdən yuxarı hissəsi bədənə bitişik şəkildə, dirsəkdən aşağı hissəsi isə qarşıya tərəf düz uzanmış şəkildə saxlanılır. Baş geyimi günlüyün istiqaməti ön tərəfə olmaqla, biləyin üzərində yerləşdirilir, əl barmaqları ilə bükülü vəziyyətdə günlükdən tutulur.

2.4. Xidmətin işçiləri üçün qış geyimi aşağıdakı kimi daşınır:

2.4.1. Palto və plaş qış üst geyim formasına aiddir. Tünd göy (sürməyi) rəngli qalın yun parçadan tikilən kişi işçilər üçün ikibortlu, qadın işçilər üçün birbortlu palto və tünd göy (sürməyi) rəngli parçadan tikilən birbortlu plaşın uzunluğu diz səviyyəsindədir;

2.4.2. Kitel gündəlik geyim formasına aiddir. Gündəlik geyim forması olan kitel birbortludur. Kitel ağ rəngli uzunqol köynəyin üstündən qalstukla geyilir.Kişi işçilər şalvar, qadın işçilər isə uzunluğu diz səviyyəsində olan yubka geyinir;

2.4.3. Pulover gündəlik geyim formasının qış dəstinə aiddir. Pulover qış mövsümündə kitelin altından geyinmək üçün nəzərdə tutulmuşdur. Pulover üst geyimi kimi yalnız inzibati bina daxilində geyilir. Bu halda, pulover uzunqol köynəyin üstündən qalstukla geyilmləlidir. Yay mövsümündə hava soyuq olarsa, inzibati bina daxilində pulover üst geyimi kimi uzunqol köynəyin üstündən qalstukla geyilməlidir;

2.4.4. Ağ rəngli uzunqol köynək gündəlik geyim formasına aiddir. Kitelin altından qalstukla geyinilir;

2.4.5. Xidmət rəisi və müavinləri üçün gündəlik geyim forması ilə göy rəngli qalstuk daşınır. Digər işçilər üçün isə qalstuk tünd göy rəngdədir. Qalstuk sıxacla daşınır;

2.4.6. Palto ilə tünd göy rəngli trikotaj parçadan, plaş ilə tünd göy rəngli ipək parçadan şərf daşınır;

2.4.7. Gündəlik geyim forması ilə qara rəngli beşbarmaqlı əlcək daşınır;

2.4.8. Kişi işçilər üçün corab qara rəngdədir. Qadın işçilər üçün isə corab dəri rəngli neylon, yaxud yarımyundur;

2.4.9. Qış geyim forması ilə qara rəngli göndən hazırlanan bel kəməri daşınır;

2.4.10. Qış geyim forması ilə çəkmə (qadınlar üçün uzunboğaz çəkmə) qara rəngli dəridən tikilmiş, üstü yumşaq və naxışsız, yastı dabanlı olmaqla, idman üslubunda, uzun bağlamalarla və həddən artıq qaşlı-zərli olmamalıdır.

2.5. Xidmətin işçiləri üçün yay geyimi aşağıdakı kimi daşınır:

2.5.1. Yay geyim dəsti üçün qısaqol köynək qalstuksuz, yuxarıdan birinci düyməsi açıq şəkildə geyilir;

2.5.2. Gündəlik geyim forması ilə yastı daban, üstü hamar olmaqla qara rəngdə olan tufli daşınır.

3.1. Fərqlənmə nişanları - geyim formasında təsvir olunmaqla dövlət mənsubiyyətini, Xidmətə mənsubiyyəti bildirir.

3.2. Aşağıdakı fərqlənmə nişanları müəyyən edilir:

3.2.1. fərqləndirici nişanlar - Xidmətin işçiləri üçün tutduqları vəzifəni müəyyən etmək üçündür, palto, plaş, kitel, uzunqol və qısaqol köynəkdə daşınır.Daşınma üsuluna görə fərqləndirici nişanlar - taxılıb-çıxarılan və tikiləndir. Taxılıb-çıxarılan fərqləndirici nişanlar uzunqol və qısaqol köynəkdə daşınır. Tikilən fərqləndirici nişanlar palto, plaş və kiteldə daşınır;

3.2.2. qol nişanı - pulover istisna olmaqla, bütün üst geyim əşyalarında daşınır;

3.2.3. döş nişanı - qış və yay geyimlərinə müvafiq olaraq kitel və qısaqol köynəyin sol (qadınlarda sağ) döş cibinin qatlanan qapağından 10 mm aşağıdan asılmaqla daşınır;

3.2.4. yaxa nişanı – palto, plaş və kitelin yaxalıqlarının künclərində yerləşdirilməklə daşınır;

3.2.5. kokarda – furajkalarda, şlyapa və kepilərdə ön tərəfdə ortadan taxılmaqla daşınır;

3.2.6. forma düymələri – kişilər üçün geyimlərin düymələri sağ tərəfə, qadınlar üçün isə sol tərəfə bağlanılır;

3.2.7. qalstuk sıxacı – 3-cü və 4-cü düymələrin arasında köynəyə bərkidilir və qalstukla daşınır.

3.3. Xidmətin xüsusi geyim formasını daşıyan işçilər Təchizat Normasının 4.8-ci bəndinə uyğun olaraq hazırlanmış yaxa nişanı vururlar.

4.1. Xüsusi geyim formasının daşınmasının qadağan olunduğu hallar aşağıdakılardır:

4.1.1. Təchizat Normasına, o cümlədən, rəngə və ölçülərə uyğun olmayan, şəxsi zövqlə tikilmiş geyim formasının daşınması;

4.1.2. xüsusi geyim formasının tamlığının pozulması və mülki geyimlə qarışıq şəkildə daşınması;

4.1.3. müəyyən edilməmiş geyim əşyalarının, fərqlənmə nişanlarının və ləvazimatların xidməti geyim forması ilə birlikdə gəzdirilməsi;

4.1.4. xüsusi geyim formasının onu daşımaq hüququ olmayan şəxslərə geyinmək üçün verilməsi;

4.1.5. işdən kənar vaxtda xidməti geyim formasının istifadə edilməsi.

4.2. Xüsusi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların bu geyim formasını daşıması qadağandır.

5.1. Xidmətin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçiləri tərəfindən xüsusi geyim formasının daşınmasına vəzifəli şəxsin xidmət etdiyi stuktur vahidin (bölmənin) rəhbəri tərəfindən nəzarət edilir. Xidmətin vəzifəli şəxsləri tərəfindən xüsusi geyim formasının daşınma qaydalarına əməl edilməsini yoxlamaq məqsədilə mütəmadi baxış həyata keçirilir.

5.2. Xidmətin xüsusi geyim formasını daşıyan işçilər hər zaman etik davranış qaydalarına riayət etməli, onların geyimi və davranışı dövlət qulluqçusunun nüfuzuna xələl gətirməməli, ünsiyyətdə olduğu şəxslərlə nəzakət qaydalarına əməl etməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver