Qanunvericilik › Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq fəaliyyət sahələri üzrə göstərilən elektron xidmətlərin inzibati reqlamentlərinin təsdiq edilməsi haqqında (Əmlak Məsələləri Dövlət Komitəsi, 03.11.2015) › Tam mətn

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq fəaliyyət sahələri üzrə göstərilən elektron xidmətlərin inzibati reqlamentlərinin təsdiq edilməsi haqqında (Əmlak Məsələləri Dövlət Komitəsi, 03.11.2015)

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq fəaliyyət sahələri üzrə göstərilən elektron xidmətlərin inzibati reqlamentlərinin təsdiq edilməsi haqqında (Əmlak Məsələləri Dövlət Komitəsi, 03.11.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN KOLLEGİYASI QƏRARI

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq fəaliyyət sahələri üzrə göstərilən elektron xidmətlərin inzibati reqlamentlərinin təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyası “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrası məqsədi ilə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 5.12-ci bəndini rəhbər tutaraq qərara alır:

1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq fəaliyyət sahələri üzrə göstərilən aşağıdakı elektron xidmətlərə dair inzibati reqlamentlər təsdiq edilsin:

1.1. “Səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu üzrə inzibati reqlament” (əlavə olunur);

1.2. “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı üzrə inzibati reqlament” (əlavə olunur).

2. Hüquq şöbəsi bu Qərarla təsdiq edilmiş normativ hüquqi aktların 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi bu qərarın surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etsin.

4. Qərarın icrasına nəzarət Komitə sədrinin müavini R.Cəlilova həvalə edilsin.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının 2015-ci il 03 noyabr tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı: Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı.

1.2. Elektron xidmətin məzmunu: Bu elektron xidmət kiçik dövlət müəssisələrinin (obyektlərinin) ilkin (start) qiymətinin 15 %-nin əmək kollektivinin üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışını (bundan sonra - güzəştli satış) əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsi;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 4.2.5-ci yarımbəndi;

1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.0.5-ci yarımbəndi;

1.3.4. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə”nin 3.0.5-ci, 3.0.6-cı və 3.0.7-ci yarımbəndləri;

1.3.5. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;

1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 24.29-cu bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi (bundan sonra – Mərkəz).

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən.

1.7. Elektron xidmətin icra müddəti: Özəlləşdirmə haqqında rəsmi elan günündən etibarən 25 (iyirmi beş) gün müddətində.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Güzəştli satışın nəticələrinə əsasən mülkiyyət hüququnu təsdiq edən “Bildiriş”in istifadəçilərə təqdim edilməsi.

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 17.2-ci maddəsi ilə müəyyən edilən tələblərə uyğun Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (əsas iş yeri həmin müəssisə hesab edilən işçilər, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər, özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər, 1995-ci il 1 yanvar tarixindən sonra işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər.)

2.4. Elektron xidmətin təqdim olunma yeri: www.e-emdk.gov.az, e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2. www.auksion.gov.az

3. “Mülkiyyət” qəzeti

4. Çağrı mərkəzi: (012) 566 07 44

5. e-mail: info@auksion.gov.az

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün şəxsiyyət vəsiqəsinin rekvizitlərinin (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsinin seriya və nömrəsinin) daxil edilməsi tələb olunur. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 4.2.5-ci yarımbəndinin dördüncü abzasına uyğun olaraq, kiçik müəssisə kimi özəlləşdirilən müəssisə və obyektin ilkin (start) qiymətinin güzəştli satışa yönəldilən hissəsinin 70% güzəşt edilmiş məbləği nağd şəkildə ödənildiyi halda həmin vəsaitin ödənilməsini təsdiq edən sənədin skan edilmiş surəti elektron formada əlavə edilir.

Qeyd: İşçilərin sayı üç və daha çox olduqda güzəştli satışın icra nəticələrinin rəsmiləşdirilməsi zamanı aşağıdakı sənədlər bilavasitə təqdim edilir:

1. güzəştli satışda iştirak edən əmək kollektivi üzvlərinin müəssisənin möhürü ilə təsdiqlənmiş siyahısı;

2. güzəştli satışda iştirak etmiş əmək kollektivi üzvlərinin ümumi yığıncağının müəssisənin möhürü ilə təsdiqlənmiş iclas protokolu.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu

3.1.1. sorğunun formalaşdırılması:

1. İstifadəçi bu Reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olub şəxsiyyət vəsiqəsinin rekvizitlərini (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlara Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsinin seriyası və nömrəsini) daxil etməklə müəyyənləşdirilmiş avtorizasiya prosesini keçdikdən sonra avtomatik olaraq doldurulmuş ərizə formasını yoxlayır.

2. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 4.2.5-ci yarımbəndinin dördüncü abzasına uyğun olaraq, özəlləşdirmə paylarının (çeklərinin) tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra kiçik müəssisə kimi özəlləşdirilən müəssisə və obyektin ilkin (start) qiymətinin güzəştli satışa yönəldilən hissəsinin 70% güzəşt edilmiş məbləği güzəştli satışda iştirak etmək hüququ olan şəxslərin sayına bölünməklə hər bir işçinin bərabər həcmdə tam ödəyəcəyi məbləğ aşağıda göstərilən hesaba ödənilməlidir:

Dövlət Xəzinədarlıq Agentliyi

Müxbir hesab AZ85NABZ01360100000003003944

Vəsaiti alan: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi

Hesab nömrə AZ77 CTRE 00000000000002647902

Büdcə təsnifat kodu: 142110

Büdcə səviyyəsinin kodu: 7

Ödəmə üsulları: elektron ödəniş, nağd, köçürmə.

3.1.2. Sorğunun qəbulu: Sorğu bu Reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvana daxil olunduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçiyə dərhal məlumat verilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən sorğu bu Reqlamentin 3.1.1.-ci yarımbəndinə uyğun formalaşdırılmadıqda və 1.7-ci bənddə göstərilən müddətdə verilmədikdə sorğunun yerinə yetirilməsindən imtina olunur və imtinanın səbəbləri barədə istifadəçiyə dərhal məlumat verilir.

3.2.2. Sorğunun qəbulu: Sorğu bu Reqlamentin 3.1.1.-ci yarımbəndinə uyğun olduqda qəbul olunur. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçiyə dərhal məlumat verilir.

Qeyd: Güzəştli satışda iştirak edərək müvafiq məbləği ödəmiş şəxs güzəştli satış bitənədək iştirak payından imtina edərsə bu hal yazılı müraciətinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi üzrə yaradılmış Kiçik müəssisə kimi özəlləşdirilən müəssisə və obyektlərin ilkin (start) qiymətinin 15 faizinin güzəştli qaydada satışının rəsmiləşdirilməsi komissiyası (bundan sonra - Komissiya) tərəfindən protokollaşdırılır və ödədiyi məbləğ geri qaytarılır.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

1. təqdim edilən sənədlər qəbul edilir və icra edilməsi üçün Mərkəzin aidiyyəti struktur bölməsinə göndərilir;

2. qəbul edilən sənədlər yoxlanılır, sənədlərdə imtina üçün əsas olduqda xidmətin göstərilməsindən imtina edilir;

3. Komissiyanın təsdiq olunmuş protokoluna əsasən Mərkəzin aidiyyəti struktur bölməsi tərəfindən əmək kollektivi üzvlərinə və ya vəkil edilmiş şəxsə güzəştli satışın nəticələrinə əsasən mülkiyyət hüququnu təsdiq edən “Bildiriş” təqdim edilir;

4. elektron xidmətin icrasına görə Mərkəzin aidiyyəti struktur bölməsi məsuliyyət daşıyır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

1. İstifadəçi tərəfindən təqdim edilən sorğu qəbul edildikdən sonra qeydə alınır və Mərkəzin aidiyyəti struktur bölməsinə göndərilir.

2. Mərkəzin aidiyyəti struktur bölməsində təqdim olunmuş sənədlərə baxılır. İstifadəçi tərəfindən təqdim edilən sənədlərdə imtina üçün əsas olmayan və aradan qaldırılması mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə istifadəçiyə 1 (bir) iş günü müddətində məlumat verilir. Çatışmazlıqlar 1 (bir) iş günündən gec olmayaraq müddətdə aradan qaldırıldıqdan və bu barədə Mərkəzə məlumat verildikdən sonra istifadəçiyə güzəştli satışda iştirakçı olması barədə məlumat verilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:

3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilmə qaydası; Elan verilən tarixdən 25 (iyirmi beş) gün müddətində sorğu (işçilərin sayı üç və daha çox olduqda, həmçinin bu Reqlamentin 2.6-cı bəndinin qeydində göstərilən sənədlər təqdim edilməklə) Mərkəz tərəfindən qəbul edilərək Komissiyanın müzakirəsinə çıxarılır. Güzəştli satışın nəticələri təsdiq edildikdən sonra güzəştli satışın nəticələrinə əsasən mülkiyyət hüququnu təsdiq edən “Bildiriş” istifadəçilərə şəxsən təqdim edilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Xidmətin yerinə yetirilməsinə nəzarəti Mərkəz həyata keçirir.

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

Qeyd: Elektron xidmətin göstərilməsi zamanı yaranacaq hər hansı anlaşmazlığın aradan qaldırılması və məlumat dəstəyinin verilməsi üçün Mərkəzdə çağrı mərkəzi fəaliyyət göstərir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının 2015-ci il 03 noyabr tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı üzrə inzibati reqlament”ə əlavə

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə

_______________________

_______________________

müəssisəsinin əmək kollektivinin üzvü və ya vəkil edilmiş şəxsi_____________________________

güzəştli satışda iştirak etmək məqsədilə __ nəfər üçün

________________________________________________________________________________manat

pul vəsaiti təqdim edirəm.

Xahiş edirəm, güzəştli satışın nəticələrini rəsmiləşdirəsiniz.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının 2015-ci il 03 noyabr tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı: Səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu elektron xidmət səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin satışı üzrə keçirilən ixtisaslaşdırılmış pul hərraclarında fiziki və hüquqi şəxslər tərəfindən I və II növ sifarişlərin verilməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsi;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2010-cu il tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı Qaydaları”;

1.3.3. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 4.3-cü bəndi;

1.3.4. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.0.5-ci yarımbəndi;

1.3.5. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə”nin 3.0.3-cü yarımbəndi;

1.3.6. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;

1.3.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 24.28-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi (bundan sonra – Mərkəz).

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən.

1.7. Elektron xidmətin icra müddəti: Hərracın keçirilməsi haqqında məlumatda göstərilən sifarişlərin qəbulunun başlanma günündən 5 (beş) gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: sifariş və ona əlavə edilmiş sənədlərin qəbulu barədə qəbzin təqdim edilməsi və alıcının (sifarişçinin) hərracda aldığı səhmlərə mülkiyyət hüququ əldə etməsi (səhmdar olması) barədə “Bildiriş”in verilməsi.

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı Qaydaları”nın 3.1-ci bəndi ilə müəyyən edilmiş tələblərə uyğun hüquqi (səhmlərin və ya nizamnamə fondundakı payın 20%-dən çoxu dövlət mülkiyyətində olan hüquqi şəxslər istisna olmaqla) və fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: www.e-emdk.gov.az, e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2. www.auksion.gov.az

3. “Mülkiyyət” qəzeti

4. Çağrı mərkəzi: (012) 566 07 44

5. e-mail: info@auksion.gov.az

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Fiziki şəxslər üçün:

1. Fiziki şəxsin şəxsiyyət vəsiqəsinin rekvizitləri (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsinin seriya və nömrəsi).

2.6.2. Hüquqi şəxslər üçün:

1. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

2. Hüquqi şəxsin nizamnaməsinin təsdiq edilmiş surəti;

3. Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə;

4. Hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənəd.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu Reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olub müəyyənləşdirilmiş avtorizasiya prosesini keçdikdən sonra sifarişin növünü (1 nömrəli əlavə və ya 2 nömrəli əlavə), səhmdar cəmiyyətini seçir və avtomatik olaraq doldurulmuş sifariş formasını yoxlayır.

Qeyd: Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq səhmdar cəmiyyətinin səhminin nominal dəyəri həcmində və ya onun 2 və daha çox tam mislinə bərabər olan pul vəsaiti aşağıda göstərilən hesaba ödənilməlidir:

Dövlət Xəzinədarlıq Agentliyi

Müxbir hesab AZ85NABZ01360100000003003944

Vəsaiti alan: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi

Hesab nömrə AZ77 CTRE 00000000000002647902

Büdcə təsnifat kodu: 142110

Büdcə səviyyəsinin kodu: 7

Büdcə təsnifat kodu: 142110

Ödəmə üsulları: elektron ödəniş

3.1.2. Sorğunun qəbulu: Sorğu istifadəçi tərəfindən bu Reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu və müvafiq məbləğin elanda göstərilən hesaba ödənildiyi tarixdə qeydə alınır və bu barədə istifadəçiyə dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən aşağıdakı hallarda imtina edilir:

1. sifariş vermiş şəxs qanunvericiliyə müvafiq olaraq alıcı kimi tanınmadıqda;

2. sifarişçinin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə;

3. hərracın keçirilməsi haqqında məlumatda göstərilən siyahı üzrə sənədlər tam şəkildə təqdim olunmadıqda, yaxud onlar düzgün tərtib edilmədikdə.

4. sorğu bu Reqlamentin 1.7-ci bəndində göstərilən müddət başa çatdıqdan sonra verildikdə.

Elektron xidmətin göstərilməsindən imtina edildikdə əsaslandırılmış imtina barədə istifadəçiyə elektron formada bildiriş göndərilir.

3.2.2. Sorğunun qəbulu: Sorğu bu Reqlamentin 3.1.1.-ci yarımbəndinə uyğun formalaşdırıldıqda qəbul olunur və bu barədə istifadəçiyə dərhal bildiriş göndərilir.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

1. təqdim edilən sənədlər qəbul edilir və icra edilməsi üçün Mərkəzin aidiyyəti struktur bölməsinə göndərilir;

2. qəbul edilən sənədlər yoxlanılır, sənədlərdə imtina üçün əsas olduqda xidmətin göstərilməsindən imtina edilir;

3. imtina üçün əsaslar olmadıqda sifarişin qəbulu barədə bildiriş elektron formada təqdim edilir;

4. elektron xidmətin icrasına görə Mərkəzin aidiyyəti struktur bölməsi məsuliyyət daşıyır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

1. Sifariş və ona əlavə edilən sənədlər qəbul edilərək dərhal elektron bazada qeydə alınır.

2. Məsul şöbədə sifariş və ona əlavə edilən sənədlərin bu reqlamentin 2.3-cü və 2.6-cı bəndlərinin və 3.1.1-ci yarımbəndinin tələblərinə uyğunluğu yoxlanılır. İstifadəçi tərəfindən təqdim edilən sənədlərdə imtina üçün əsas olmayan və aradan qaldırılması mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə istifadəçiyə 1 (bir) gündən gec olmayaraq elektron qaydada məlumat verilir. Çatışmazlıqlar 1 (bir) gündən gec olmayaraq müddətdə aradan qaldırıldıqdan və bu barədə Mərkəzə məlumat verildikdən sonra elektron xidmət göstərilir.

3. Təqdim edilən sənədlər yoxlanıldıqdan sonra istifadəçiyə sifarişin qəbulu barədə bildiriş elektron formada təqdim edilir.

İnzibati əməliyyatların yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində nəzərdə tutulmuş müddətdən artıq olmamalıdır.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:

3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilmə qaydası; Sorğu qəbul edildikdən sonra bu reqlamentin 1.7-ci bəndində nəzərdə tutulmuş müddət ərzində, hüquqi şəxslər üçün isə bu Reqlamentin 2.6.2-ci yarımbəndində göstərilən sənədlərin əsli bilavasitə təqdim edildikdən sonra alıcının (sifarişçinin) hərracda aldığı səhmlərə mülkiyyət hüququ əldə etməsi (səhmdar olması) barədə “Bildiriş” verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Xidmətin yerinə yetirilməsinə nəzarəti Mərkəz həyata keçirir.

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

Qeyd: Elektron xidmətin göstərilməsi zamanı yaranacaq hər hansı anlaşmazlığın aradan qaldırılması və məlumat dəstəyinin verilməsi üçün Mərkəzdə çağrı mərkəzi fəaliyyət göstərir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının 2015-ci il 03 noyabr tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu üzrə inzibati reqlament”ə 1 nömrəli əlavə

Sifarişçi ________________________________________________________________________________

________________________________________________________________________________________

________________________________________________________________________________________

Hərracda________________________________________________________________________________

Səhmdar Cəmiyyətinin səhmlərini əldə etmək üçün ___________________________________________

manat məbləğində pul vəsaiti təqdim edirəm. Hərracın nəticəsinə əsasən müəyyən ediləcək bir səhmin satış qiyməti ilə razıyam.

“____”_________________20___il

Sifariş və ona əlavə olunmuş sənədlərin qeydiyyatı haqqında sifarişçiyə müvafiq qəbz verilmişdir.

Sifarişçi ________________________________________________________________________________

________________________________________________________________________________________

________________________________________________________________________________________

təsdiq edən sənədin göstəriciləri, etibarnamənin nömrəsi, tarixi)

Qəbul edən təşkilat___________________________

Sifarişçidən ________________________________

(Hərracların Təşkili üzrə Auksion Mərkəzi və ya zona bölməsi)

manat məbləğində pul vəsaiti qəbul edildi.

Sifariş: __________________________________________________________________________________

səhmdar cəmiyyətinin səhmlərini əldə etmək üçün verilib.

“____” _____________20___il

Qeyd: Hərrac məzənnəsi üzrə hesablaşmalar nəticəsində ödənişə qəbul edilən məbləğin səhmlə ödənilməyən hissəsi geri qaytarılmır.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının 2015-ci il 03 noyabr tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu üzrə inzibati reqlament”ə 2 nömrəli əlavə

Sifarişçi ____________________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

Hərracda_______________________________________________________________________________________

Səhmdar Cəmiyyətinin səhmlərini əldə etmək üçün ___________________________________________________

manat məbləğində pul vəsaiti təqdim edirəm. Hərracın nəticəsinə əsasən müəyyən ediləcək bir səhmin satış qiymətinin ___________________________________ manatdan çox olmaması ilə razıyam.

Sifarişçi: __________________

Sifariş və ona əlavə olunmuş sənədlərin qeydiyyatı haqqında sifarişçiyə müvafiq qəbz verilmişdir.

Nəzarətçi: ________________

Qeydiyyatçı: _________________

Sifarişçi _______________________________________________________________________________________

Qəbul edən təşkilat____________________________

manat məbləğində pul vəsaiti qəbul edildi.

Sifariş: _______________________________________________________________________________________

səhmdar cəmiyyətinin səhmlərini əldə etmək üçün verilib.

Bir səhmin tələb olunan satış qiyməti ____________________________manatdan çox olmayan qiymət.

“____” _____________20___il

Qeydiyyatçı: _____________________

Xəzinədar: _____________________

Qeyd: 2-ci növ sifariş verərkən sizə səhm əldə etməyə tam zəmanət verilmir.

8 yanvar 2018-ci il tarixli 05 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201801080005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2018-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver