Qanunvericilik › Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.12.2015) › Tam mətn

Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.12.2015)

Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.12.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nın 1.4.1.3-cü yarımbəndinin icrasını və dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin dəyərinin cari smeta qiymətləri ilə müəyyən edilməsi üçün resurs metodunun tətbiq edilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

2. Nəzərə alınsın ki, resurs metodu tikintidə istifadə edilən materialların, məmulatların, konstruksiyaların, mebel-inventar və avadanlıqların, həmçinin tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarının (bundan sonra - resurslar) mövcud cari qiymətlərinə, habelə tikintidə əməyin ödənilməsi üçün qüvvədə olan tarif dərəcələrinə əsaslanaraq tətbiq edilir.

3. “Tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 200 nömrəli qərarı 2017-ci il iyulun 1-dən ləğv edilsin və obyektlərin dəyərinin 1991-ci ilin bazis-smeta qiyməti əsasında qiymətləndirilməsi metodikasının tətbiqi dayandırılsın. Bununla əlaqədar olaraq “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarı 2017-ci il iyulun 1-dən ləğv edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 17 dekabr 2015-ci il

1. 9 yanvar 2021-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 yanvar 2021-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 87)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver