Qanunvericilik › Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.05.2021) › Tam mətn

Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.05.2021)

Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.05.2021) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin dəyərinin cari smeta qiymətləri ilə müəyyən edilməsi üçün resurs metodunun tətbiq edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Tikintidə üstəlik xərclərin normativləri” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Tikintidə smeta gəlirinin normativləri” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin (texniki nəzarətin) saxlanılması xərclərinin smeta normativləri” təsdiq edilsin (3 nömrəli əlavə).

4. “Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsaitinin səviyyəsinin müəyyənləşdirilməsi üçün normativlər” təsdiq edilsin (4 nömrəli əlavə).

5. “Müəllif nəzarəti üzrə vəsaitin miqdarının təyin edilməsi üçün normativlər” təsdiq edilsin (5 nömrəli əlavə).

6. “Küləyin təsiri ilə əlaqədar olan xərclərin təyin edilməsi üçün normativlər” təsdiq edilsin (6 nömrəli əlavə).

7. “Müvəqqəti bina və qurğuların tikintisi üzrə sərflərin smeta normaları toplusu” təsdiq edilsin (7 nömrəli əlavə).

8. “Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları toplusu” təsdiq edilsin (8 nömrəli əlavə).

9. Bu Qərarla təsdiq edilmiş normativ sənədlərin dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiqi ilə əlaqədar təsdiq olunan aidiyyəti metodiki sənədlərlə birlikdə istifadə edilməsi nəzərə alınsın.

10. Bu Qərar 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 may 2021-ci il

1.1. Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üzrə müvafiq smeta sənədlərinin (investor smetaları da daxil olmaqla) tərtibində, layihələrin texniki-iqtisadi əsaslandırılmasının tərkibində, tenderlərin keçirilməsi üçün tikinti məhsulunun ehtimal olunan qiymətinin təyin edilməsi zamanı və həmçinin, yerinə yetirilmiş işlərə görə sifarişçi ilə podratçı təşkilat arasında hesablaşmalar aparılarkən üstəlik xərclərin aşağıdakı normativləri tətbiq edilir:

1.1.1. tikinti-quraşdırma işlərinin smeta dəyəri təyin edilərkən tikinti fəhlələrinin və mexanizatorların cari qiymətlər səviyyəsində əməkhaqqı fonduna (vəsaitinə) tətbiq edilməsi üçün üstəlik xərclərin normativi;

1.1.2. təmir-tikinti işlərinin smeta dəyəri təyin edilərkən tikinti fəhlələrinin və mexanizatorların cari qiymətlər səviyyəsində əməkhaqqı fonduna (vəsaitinə) tətbiq edilməsi üçün üstəlik xərclərin normativi;

1.1.3. buraxılış-sazlama işlərinin smeta dəyəri təyin edilərkən buraxılış-sazlama işlərini yerinə yetirən heyətin cari qiymətlər səviyyəsində əməkhaqqı fonduna (vəsaitinə) tətbiq edilməsi üçün üstəlik xərclərin normativi;

1.1.4. mədəni irs obyektləri (daşınmaz tarix və mədəniyyət abidələri) üzrə təmir-bərpa işlərinin smeta dəyəri təyin edilərkən bərpaçı-fəhlələrin və mexanizatorların cari qiymətlər səviyyəsində əməkhaqqı fonduna (vəsaitinə) tətbiq edilməsi üçün üstəlik xərclərin normativi.

2.1. Tikinti-quraşdırma, təmir-tikinti və buraxılış-sazlama işlərinin smeta dəyəri təyin edilərkən tətbiq olunan üstəlik xərclərin normativləri aşağıdakı cədvəldə verilmişdir:

Tikinti-quraşdırma işləri üzrə (təmir-tikinti işləri istisna olmaqla)

Təmir-tikinti işləri üzrə

Buraxılış-sazlama işləri üzrə

Mədəni irs obyektlərində (daşınmaz tarix və mədəniyyət abidələrində) təmir-bərpa işləri üzrə

1.1. Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üzrə müvafiq smeta sənədlərinin (investor smetaları da daxil olmaqla) tərtibində, layihələrin texniki-iqtisadi əsaslandırılmasının tərkibində, tenderlərin keçirilməsi üçün tikinti məhsulunun ehtimal olunan qiymətinin təyin edilməsi zamanı və həmçinin, yerinə yetirilmiş işlərə görə sifarişçi ilə podratçı təşkilat arasında hesablaşmalar aparılarkən smeta gəliri aşağıdakı normativləri tətbiq etməklə təyin olunur:

1.1.1. tikinti-quraşdırma işlərinin smeta dəyəri təyin edilərkən tikinti fəhlələrinin və mexanizatorların cari qiymətlər səviyyəsində əməkhaqqı fonduna (vəsaitinə) tətbiq edilməsi üçün smeta gəlirinin normativi;

1.1.2. təmir-tikinti işlərinin smeta dəyəri təyin edilərkən tikinti fəhlələrinin və mexanizatorların cari qiymətlər səviyyəsində əməkhaqqı fonduna (vəsaitinə) tətbiq edilməsi üçün smeta gəlirinin normativi;

1.1.3. buraxılış-sazlama işlərinin smeta dəyəri təyin edilərkən buraxılış-sazlama işlərini yerinə yetirən heyətin cari qiymətlər səviyyəsində əməkhaqqı fonduna (vəsaitinə) tətbiq edilməsi üçün smeta gəlirinin normativi;

1.1.4. mədəni irs obyektləri (daşınmaz tarix və mədəniyyət abidələri) üzrə təmir-bərpa işlərinin smeta dəyəri təyin edilərkən bərpaçı-fəhlələrin və mexanizatorların cari qiymətlər səviyyəsində əməkhaqqı fonduna (vəsaitinə) tətbiq edilməsi üçün smeta gəlirinin normativi.

2.1. Tikinti-quraşdırma, təmir-tikinti və buraxılış-sazlama işlərinin smeta dəyəri təyin edilərkən tətbiq olunan smeta gəlirinin normativləri aşağıdakı cədvəldə verilmişdir:

Tikinti-quraşdırma işləri üzrə (təmir-tikinti işləri istisna olmaqla)

Təmir-tikinti işləri üzrə

Buraxılış-sazlama işləri üzrə

Mədəni irs obyektlərində (daşınmaz tarix və mədəniyyət abidələrində) təmir-bərpa işləri üzrə

1.1. Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin (texniki nəzarətin) saxlanılması xərcləri “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın “Sifarişçinin (texniki nəzarətin) saxlanılma xərcləri”nin 10-cu bölməsində göstərilir.

1.2. Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin (texniki nəzarətin) saxlanılması xərcləri bu əlavənin 2.1-ci bəndində qeyd olunmuş normativlər əsasında “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın 8-ci sütunu üzrə 1-9-cu bölmələrinin cəmindən hazır mebel və inventarların dəyəri çıxılmaqla qalan dəyərdən müəyyənləşdirilir.

1.3. Həm tikinti, həm də təmir və bərpa işlərinin yerinə yetirilməsi üçün sifarişçinin (vahid sifarişçinin, tikilən müəssisələrin müdiriyyətinin) və texniki nəzarətin aparatının saxlanılması üçün vəsait “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın 10-cu bölməsində 7-ci və 8-ci sütunlarına daxil edilməklə göstərilir.

1.4. Xarici ölkələrdə obyektlərin tikintisi aparıldığı hallarda və Azərbaycan Respublikasının ərazisində xüsusi və mürəkkəb layihələr əsasında tikintisi aparılan obyektlər üzrə texniki nəzarətin beynəlxalq məsləhətçi şirkətlər tərəfindən həyata keçirilməsi zərurəti yarandıqda, bu işlər üzrə tələb olunan vəsaitin miqdarı sifarişçi tərəfindən fərdi smeta hesablamaları əsasında müəyyənləşdirilməli və texniki nəzarətçinin seçilməsi müsabiqə əsasında həyata keçirilməlidir.

2.1. Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına həyata keçirilən layihələr üzrə tikintidə sifarişçi və texniki nəzarətin saxlanma xərclərinin normativləri bu əlavənin ümumi müddəalarının 1.2-ci bəndinin tələblərinə uyğun olaraq aşağıdakı ölçülərdə nəzərə alınır:

2.1.1. tikinti obyekti üzrə sifarişçi və texniki nəzarəti həyata keçirən hüquqi şəxs olmadıqda - 0,6 faizə qədər;

2.1.2. hər hansı vahid sahəyə aid olan tikinti obyektləri üzrə sifarişçi və texniki nəzarəti həyata keçirən hüquqi şəxs olduqda - 1,0 faizə qədər;

2.1.3. tikinti üzrə bir neçə sahəyə, bir və ya bir neçə investorlara xidmət göstərən dövlət qurumları üzrə sifarişçi və texniki nəzarəti həyata keçirən təşkilat (hüquqi şəxs) olduqda - 1,6 faizə qədər;

2.1.4. tikinti obyekti üzrə sifarişçi funksiyalarını və texniki nəzarəti həyata keçirən hüquqi şəxsləri olan dövlət qurumları tərəfindən idarə olunan layihələr üzrə zəruri hallarda beynəlxalq məsləhətçi şirkətlər tərəfindən texniki nəzarət həyata keçirildikdə - 0,2 faizə qədər.

1.1. İşçi sənədlərinin işlənmə və ya obyektlər (iş növləri) üzrə tikinti aparılma prosesində layihə həllərinin dəqiqləşdirilməsi nəticəsində aşkar edilmiş işlərin və xərclərin dəyərini ödəmək üçün zəruri olan vəsait “Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsait” adlandırılır və “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”na müvafiq qaydada daxil edilir.

1.2. Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsait bu əlavənin 2.1-ci bəndində qeyd olunmuş normativlər əsasında aşağıdakı kimi təyin edilir:

1.2.1. əsaslı tikinti obyektlərinin tikintisi və yenidən qurulması zamanı - “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın 1-12-ci bölmələrinin yekun məbləğindən;

1.2.2. əsaslı tikinti obyektlərinin əsaslı təmiri zamanı - qeyd olunan yekun (toplu) smeta hesablamalarının 1-9-cu bölmələrinin yekun məbləğindən.

1.3. Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsaitin təyini üzrə alınmış nəticələr ayrıca sətirlə qeyd edilməklə, “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın 4-8-ci sütunlarına daxil edilir.

1.4. Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsait aşağıdakılarla bağlı olan əlavə xərclərin kompensasiya olunması üçün nəzərdə tutulur:

1.4.1. layihə (işçi layihə) təsdiq edildikdən sonra işçi cizgilərinə əsasən iş həcmlərinin dəqiqləşdirilməsi;

1.4.2. layihə sənədləri təsdiq edildikdən sonra smetalarda aşkar edilmiş səhvlərin (riyazi səhvlər də daxil olmaqla) aradan qaldırılması;

1.4.3. işçi sənədlərdə layihə həllərinin dəyişdirilməsi və s.

1.5. Tikinti (təmir) prosesində aşkar olunmuş əlavə işlər üzrə smetalar tərtib edilərkən nəzərdə tutulmamış işlər və xərclər üçün ehtiyat vəsait nəzərə alınmır.

1.6. Bu əlavənin 1.2-ci bəndində qeyd olunmuş hallar üzrə faktiki xərclər əmələ gəldikdə, həmin xərclərin ödənilməsi üçün ehtiyat vəsait yalnız layihəçi, sifarişçi və podratçı təşkilatların rəyi və zərurət olduqda dövlət ekspertizasının müsbət rəyi əsasında istifadə edilə bilər.

1.7. Bu əlavənin 1.2-ci bəndində qeyd olunmuş hallar üzrə tikinti prosesində faktiki xərclər olmadığı təqdirdə, “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nda və satınalma sənədlərində nəzərdə tutulmuş ehtiyat vəsaitinin istifadə olunmamış (qənaət olunmuş) məbləği dövlət büdcəsinə geri qaytarılır.

2.1. Tikintisi, yenidən qurulması və əsaslı təmiri Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitləri hesabına aparılan tikinti obyektləri üçün nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsait aşağıda qeyd olunan faiz dərəcələrindən artıq olmamaqla müəyyənləşdirilir:

2.1.1. qeyri-istehsalat təyinatlı obyektlər üzrə 2 faiz;

2.1.2. istehsalat təyinatlı obyektlər üzrə 3 faiz;

2.1.3. əsaslı tikintinin unikal obyektləri və həmçinin birinci sinfə aid edilən hidrotexniki qurğuları, kosmik infrastrukturu, metropoliten obyektləri üzrə 10 faiz.

1.1. Tikintidə müəllif nəzarəti zamanı obyektin tikintisinin təsdiq edilmiş layihəyə uyğun aparılması yoxlanılır.

1.2. Layihə təşkilatları tərəfindən tikinti obyektlərində müəllif nəzarətinin aparılması ilə əlaqədar olan xərclər həmin obyektlərin layihələrinin işlənilib hazırlanması zamanı təyin olunur.

1.3. Tikintidə müəllif nəzarəti sifarişçi ilə layihə təşkilatı arasında bağlanılmış müqaviləyə uyğun olaraq layihə təşkilatı tərəfindən həyata keçirilir.

1.4. Tikintidə müəllif nəzarətinin aparılmasına aid xərclərin müəyyənləşdirilməsi üzrə hesablamalar 3p smeta formasına uyğun tərtib olunan xərclər smetasına əsasən aparılır. Smetada müəllif nəzarətini aparan icraçıların əmək sərfləri və əsas əməkhaqqı (tikinti obyektinə getmə və geriyə qayıtma vaxtı da daxil olmaqla), digər düzünə (birbaşa) xərclər (tikinti obyektinə getməkləri və geriyə qayıtmaqları ilə əlaqədar olan nəqliyyat xərcləri nəzərə alınmadan ezamiyyət xərcləri də daxil edilməklə), üstəlik xərclər və gəlir (yığım) nəzərdə tutulur. Belə halda nəzərə alınmalıdır ki, hesablamalar əsasında müvafiq qayda ilə müəyyən edilmiş yekun məbləğin səviyyəsi layihə təşkilatları tərəfindən müəllif nəzarətinin aparılması üçün tikintinin dəyərinin yekun (toplu) smeta hesablamalarında nəzərdə tutulmuş vəsaitin miqdarından çox olmamalıdır.

2.1. Layihə təşkilatları tərəfindən aparılan müəllif nəzarəti üzrə vəsaitin miqdarı “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın 8-ci sütunu üzrə 1-9-cu bölmələrinin cəmindən 0,2 faizdən çox olmamaq şərtilə hesablamalar əsasında cari qiymətlər səviyyəsində təyin edilir. Alınmış nəticələr “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın 12-ci bölməsində 7-ci və 8-ci sütunlarına daxil edilməklə göstərilir.

2.2. Eyni təyinata malik olan lakin qiymət artırıcı amillərin (daha bahalı mebel-inventar, avadanlıq və materiallardan istifadə edildikdə) təsiri hesabına dəyəri yüksək olan layihələr üzrə tikintinin dəyərinin yekun (toplu) smeta hesablamalarının 8-ci sütunu üzrə 1-9-cu bölmələrinin cəmindən müəllif nəzarəti üzrə vəsaitin miqdarı 0,15 faizədək olmaq şərtilə fərdi kalkulyasiya əsasında hesablanır.

2.3. Layihə təşkilatları tərəfindən aparılan müəllif nəzarəti üzrə vəsaitin miqdarı ayrıca əsaslandırılmış hallarda və həmçinin, xarici ölkələrdə obyektlərin tikintisi aparıldığı hallarda 0,4 faizədək artırıla bilər. Belə halda layihə təşkilatları tərəfindən aparılan müəllif nəzarəti üzrə vəsaitin miqdarı “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın 8-ci sütunu üzrə 1-9-cu bölmələrinin cəmindən hesablanır və alınmış nəticələr həmin smeta sənədinin 12-ci bölməsində 7-ci və 8-ci sütunlarına daxil edilməklə göstərilir.

2.4. Azərbaycan Respublikasının ərazisində tikilən obyektlər üzrə layihə-smeta sənədləri xarici təşkilatlar tərəfindən tərtib edildiyi halda, həmin layihənin müəllif nəzarəti xərcləri fərdi smeta hesablamaları əsasında layihə-smeta sənədlərinin dəyərində nəzərə alınmaqla müəyyənləşdirilməli və “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”na daxil edilməlidir.

2.5. Layihə təşkilatlarının işçilərinin müəllif nəzarətini aparmaq məqsədilə tikinti obyektinə getməkləri və geriyə qayıtmaqları ilə əlaqədar olan nəqliyyat xərcləri bu əlavənin 2.1-ci, 2.2-ci və 2.3-cü bəndlərində qeyd edilən faiz dərəcələrində nəzərə alınmır.

2.6. Müəllif nəzarətini aparmaq üçün layihə təşkilatlarının işçilərinin tikinti obyektinə getməkləri və geriyə qayıtmaqları ilə əlaqədar olan nəqliyyat xərcləri sifarişçi ilə razılaşdırılmaqla, tikintidə müəllif nəzarətinin aparılmasına aid müqavilə qiymətlərinin tərkibində əlavə nəzərə alınır.

1.1. Gücü 4 baldan yuxarı olan küləyin təsirinə görə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazilərində yerləşən tikintilər üzrə podratçı təşkilatların əlavə xərcləri ödənilir.

1.2. Gücü 4 baldan yuxarı olan küləyin təsirinə görə podratçı təşkilatların əlavə xərcləri “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın 4-cü və 5-ci sütunları üzrə 1-8-ci bölmələrinin cəminə bu əlavənin 2.1-ci bəndində qeyd olunmuş faizləri (normativləri) tətbiq etməklə təyin olunur.

1.3. Gücü 4 baldan yuxarı olan küləyin təsirinə görə podratçı təşkilatların əlavə xərclərinin təyini üzrə alınmış nəticələr “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın “Sair işlər və xərclər” adlı 9-cu bölməsinə daxil edilməklə, həmin smeta sənədinin 4-cü, 5-ci və 8-ci sütunlarında göstərilir.

2.1. Gücü 4 baldan yuxarı olan küləyin təsirinə görə podratçı təşkilatların əlavə xərclərinin səviyyəsi “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın 4-cü və 5-ci sütunları üzrə 1-8-ci bölmələrinin nəticəsi üzrə tikinti-quraşdırma işlərinin smeta dəyərindən aşağıdakı ölçülərdə nəzərə alınır:

2.1.1. Bakı şəhərinin ərazisində yerləşən tikintilər üçün - 1,1 faiz;

2.1.2. Abşeron rayonunun ərazisində yerləşən tikintilər üçün -1,1 faiz;

2.1.3. Sumqayıt şəhərinin ərazisində yerləşən tikintilər üçün -1,1 faiz.

1.1. “Müvəqqəti bina və qurğuların tikintisi üzrə sərflərin smeta normaları toplusu” adlı bu toplu müəssisələrin, binaların və qurğuların tikintisinin yekun (toplu) smeta hesablamalarında layihənin adı ilə müəyyən edilən tikintinin növündən asılı olaraq, müvəqqəti titul bina və qurğuların tikintisi üzrə vəsaitin miqdarının təyin edilməsi üçün nəzərdə tutulmuşdur. Müvəqqəti bina və qurğulara tikinti işləri aparılan zaman tikinti işlərinə xidmət göstərmək məqsədilə və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üçün xüsusi inşa edilmiş və ya uyğunlaşdırılmış istehsalat, anbar, köməkçi, yaşayış və ictimai bina və qurğular aiddir.

1.2. Mənsubiyyət və mülkiyyət formasından asılı olmayaraq, dövlət büdcəsinin bütün səviyyələrindən maliyyələşdirilən və məqsədyönlü büdcədən kənar fondların vəsaitlərini cəlb etməklə əsaslı tikintini həyata keçirən bütün müəssisə və təşkilatlarda bu toplunun smeta normalarının tətbiq edilməsi məcburidir. Maliyyələşməsi müəssisələrin, təşkilatların və fiziki şəxslərin öz vəsaitləri hesabına həyata keçirilən tikintilər üçün smeta normaları tövsiyə xarakteri daşıyır.

1.3. Müvəqqəti bina və qurğular titul və titulsuz növlərə bölünür:

1.3.1. titul müvəqqəti bina və qurğular bütövlükdə tikintinin tələbatını təmin etmək üçün nəzərdə tutulur;

1.3.2. titulsuz müvəqqəti bina və qurğular isə ayrıca obyektin tələbatını təmin etmək üçün nəzərdə tutulur.

1.4. Toplunun normalarında nəzərdə tutulmuş titul müvəqqəti bina və qurğulara aid olan işlərin və sərflərin siyahısı bu toplunun 2 nömrəli əlavəsində verilmişdir.

1.5. Titul müvəqqəti bina və qurğuların tikintisi üzrə xərclərin smeta normaları (1 nömrəli əlavə) “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın 1-7-ci bölmələrinin (4-cü və 5-ci sütunlar) nəticəsinə əsasən tikinti-quraşdırma işlərinin smeta dəyərindən faizlə təyin olunur.

1.6. Smeta normaları tikinti üçün ayrılmış və tikintinin ehtiyaclarının ödənilməsi üçün mövcud olan və yenidən inşa edilən daimi tipli bina və qurğuların uyğunlaşdırılmasını və istifadəsini nəzərə almaqla tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi və tikinti meydançası* və ya tras** hüdudlarında işçilərə xidmət göstərmək üçün müvəqqəti bina və qurğuların tikilməsi və sonradan sökülməsi xərclərini nəzərə alır.

* Tikinti meydançası – tikinti obyektinin daimi yerləşdirilməsi, işlərin yerinə yetirilmə şərtlərinə əsasən ərazinin müvəqqəti ayrılmasını nəzərə almaqla, tikinti-quraşdırma təşkilatlarının işçilərinin yerləşdirilməsi üçün layihəyə əsasən müvafiq qaydada ayrılmış sahədir.

** Tras – tikintinin xətti obyektinin (yollar, boru xətləri, elektrikötürücü xətləri və s.) daimi yerləşdirilməsi üçün layihəyə əsasən plan və uzununa profil üzrə təyin olunan ayrılmış zolaqdır.

1.7. Smeta normalarında müvəqqəti bina və qurğuların ayrı-ayrı növləri olan elektrik stansiyalarının, transformatorların, yarımstansiyaların, qazanxanaların, nasos və kompressor stansiyalarının və s. istismara verildikdə, yerinə yetirilən buraxılış-sazlama işlərinin sərfləri nəzərə alınmışdır.

1.8. Titulsuz müvəqqəti bina və qurğuların (ayrıca obyektin tələbatını təmin etmək üçün) inşası, yığılması, sökülməsi, amortizasiyası, cari təmiri və yerləşdirilməsi üzrə xərclər bu toplunun normalarında nəzərə alınmamışdır və həmin xərclər tikinti-quraşdırma işlərinin üstəlik xərc normalarında nəzərə alınır.

1.9. Titulsuz müvəqqəti bina və qurğulara aid olan və üstəlik xərclərin normalarında nəzərdə tutulmuş işlərin və sərflərin siyahısı bu toplunun 3 nömrəli əlavəsində verilmişdir.

1.10. Tikintinin təşkili layihəsi ilə (bundan sonra – TTL) nəzərə alınmış müvafiq əsaslandırmalar olduqda “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın “Müvəqqəti bina və qurğular” adlı 8-ci bölməsinə əlavə olaraq aşağıda qeyd edilən vəsaitlər daxil olunur:

1.10.1. xüsusi kateqoriyalı inşaatçıların təmin edilməsi və onlara xidmətin göstərilməsi üçün müvəqqəti bina və qurğuların tikilməsi;

1.10.2. bina və qurğuların tikilməsi və avadanlıqlarla təchiz edilməsi ilə bağlı və obyektlərin tikintisinə yönəldilmiş hərbi-tikinti hissələrinə xidmət göstərmək və yerləşdirmək üçün tikinti-quraşdırma təşkilatlarının xərclərinin ödənilməsi;

1.10.3. tikinti meydançasından kənarda əsas yola birləşən müvəqqəti yolların, o cümlədən torpağın daşınması üçün müvəqqəti yolların tikintisi;

1.10.4. tikinti sahəsini enerji, su, istilik və s. ilə qoşulma mənbələrindən tikinti meydançasında (tikinti sahəsində) yerləşən paylayıcı qurğulara qədər təmin etmək üçün müvəqqəti kommunikasiyaların tikilməsi;

1.10.5. tikinti rayonunun ilkin mənimsənilməsi məqsədilə ümumi şəbəkənin magistral xətti qurğuların tikilməsində tras boyu (tras ətrafı yol) müvəqqəti yolun qurulması;

1.10.6. süni qurğuların (körpülərin, yol ötürücülərinin, tunellərin və s.) tikintisi trasda görülən işlərdən əvvəl yerinə yetirildiyi hallarda xətti qurğuların tikintisi zamanı tikinti materiallarının çatdırılmasını təmin etmək məqsədilə əsas yola birləşən zəruri müvəqqəti yolların tikilməsi (avtomobil, dəmir yolu və s.);

1.10.7. titul müvəqqəti bina və qurğular üçün avadanlığın və istehsalat – məişət inventarının alınması.

1.11. Titul müvəqqəti bina və qurğuların tikintisi üzrə smeta normalarında aşağıda göstərilən xərclər nəzərə alınmır:

1.11.1. torpaq haqqı, müvəqqəti bina və qurğuların tikilməsi üçün sahələrin ayrılması və hazırlanması, 1.8-ci bənddə qurudulma, tökülmə və ya yuyulma, rekultivasiya, sudan istifadə şərtlərinin bərpası və meşədən təmizlənməsi xərcləri (müvəqqəti bina və qurğuların yerləşdirilməsini nəzərə almaqla bütövlükdə tikinti üçün yekun (toplu) smeta hesablamalarının 1-ci bölməsində - “Tikinti sahəsinin hazırlanması”nda nəzərə alınır);

1.11.2. tikinti müddətində istifadə olunmuş daimi avtomobil yollarının tikintidən sonra bərpası və saxlanılması (tikintinin dəyərinin yekun (toplu) smeta hesablamalarının 9-cu bölmə “Sair işlər və xərclər”də nəzərə alınır);

1.11.3. karxanada və torpağın atılan yerlərində müvəqqəti torpaqdaşınan yolların qurulması (torpaq işlərinə aid vahid qiymətlərin tərkibində nəzərə alınır);

1.11.4. yığılıb-sökülən müvəqqəti binaların inventar detallarının hissələrinin, inventar evlərin, vaqonların və konteyner tipli digər otaqların, həmçinin onları təchiz etmək üçün avadanlıqların, təsərrüfat və istehsalat inventarı daxil olmaqla alınması (sifarişçinin və ya podrat təşkilatlarının şəxsi vəsaitləri hesabına əldə olunur);

1.11.5. “vaxt metodu” ilə işləyənlər üçün qəsəbələrin istismarı və saxlanılması (9-cu bölmə “Sair işlər və xərclər”də nəzərə alınmışdır). “Vaxt metodu” ilə işləyənlər üçün qəsəbənin tikilməsinə xərclər məqsədli təyinatı üzrə ayrılan kapital qoyuluşu hesabına aparılır;

1.11.6. tikinti materiallarının və konstruksiyaların bir nəqliyyat vasitəsindən digərinə boşaldılması üçün məntəqələrdə podratçının müvəqqəti yükboşaltma bazalarının tikilməsi, həmçinin podratçının yükboşaltma bazalarının tikinti meydançasından kənarda tikilməsi (TTL əsasən “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın 9-cu bölmə “Sair işlər və xərclər”də nəzərə alınır);

1.11.7. titul müvəqqəti bina və qurğuların tikintisi üçün layihə smeta sənədlərinin işlənməsi (“Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın 12-ci bölməsində “Layihə-axtarış işləri, müəllif nəzarəti” nəzərdə tutulur);

1.11.8. eynitipli binaların və qurğuların uyğunlaşdırılması (Tikintidə üstəlik xərclərin “Tikinti meydançalarında işlərin təşkili xərcləri” maddəsində nəzərdə tutulur).

1.12. Konkret obyekt üçün tikinti-quraşdırma işlərinin ayrı-ayrı növlərinin yerinə yetirilməsi zamanı aşağıdakı müvəqqəti qurğuların tikilməsinə sərf olunan xərclər smeta normalarına daxil edilməmişdir və TTL əsasında yalnız konkret obyekt üçün bilavasitə obyekt smetalarında nəzərə alınır:

1.12.1. yükqaldırma kranları üçün rels yolları (kranaltı yolların əsasını qurmaqla);

1.12.2. svayların quraşdırılması zamanı avadanlıqların davamlılığının təmin edilməsi üçün əsasların, həmçinin “qruntda divar” üsulu ilə işlərin yerinə yetirilməsi məqsədilə avadanlıqların, irihəcmli bloklarla polad konstruksiyaların quraşdırılması üçün konveyer xətlərinin;

1.12.3. mövcud yerləşgələri yeni tikilən, təmir olunan və yanında tikilən binalardan ayıran müvəqqəti çəpərləmə konstruksiyaları və həmçinin binanın ayrı-ayrı hissələrinin istismara verilməsi üçün lazım olan çəpərləmə konstruksiyaları;

1.12.4. müvəqqəti sxem üzrə obyektlərin istismara verilməsi zəruriliyi yarandığı halda qurğu və şəbəkənin inşası;

1.12.5. tikilən binanın daxilində karkasın quraşdırılması üçün müvəqqəti yollar;

1.12.6. sahilbərkitmə işlərinin icrası üçün yanalma körpülər;

1.12.7. tağpara (tağ hörülərkən daşların altına qoyulan qövs formalı taxta);

1.12.8. aralıq dayaqları;

1.12.9. qazma-partlayış işlərinin yerinə yetirilməsi zamanı bina və qurğuların zədələnməkdən qorunması üçün konstruksiyalar;

1.12.10. müvəqqəti şaxtaüstü binaların tikintisi;

1.12.11. müvəqqəti daşıma yolların çəkilməsi;

1.12.12. yeni bina və qurğuların tikintisi və ya mövcud bina və qurğuların yenidən tikilməsi ilə əlaqədar müvəqqəti dəmir yollarının və ya dolama avtomobil yollarının qurulması.

1.13. TTL əsasında bu siyahıya əlavələr oluna bilər.

2.1. Bu toplunun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş smeta normaları yeni tikinti şərtləri üçün hazırlanmışdır. İstehsal binalarının əsaslı təmiri, mövcud müəssisələrin, binaların və tikililərin yenidən qurulması və genişləndirilməsi, mövcud müəssisənin ərazisində və ya ona bitişik sahədə növbəti tikintinin aparılması üçün smeta sənədlərinin tərtibi zamanı smeta normalarına 0,8 əmsalı tətbiq olunur.

2.2. Çətin iqlim şəraitli rayonlarda (yüksək dağlıq ərazilərdə, səhralarda və susuz ərazilərdə) tikinti zamanı müvəqqəti bina və qurğuların sərflərini TTL məlumatları əsasında hesablamalar üzrə və ya bu toplunun normaları üzrə podrat müqaviləsinə müvafiq olaraq təyin etmək lazımdır.

3.1. Titul müvəqqəti bina və qurğuların tikintisi üçün vəsaitin miqdarını aşağıda qeyd olunanlara əsasən təyin etmək olar:

3.1.1. bu toplunun normaları üzrə;

3.1.2. TTL məlumatlarına əsasən hesablamalar üzrə.

3.2. Bu toplunun 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində qeyd olunan üsulların eyni vaxtda istifadə edilməsinə yol verilmir.

3.3. Sifarişçilər və podratçılar arasında hesablaşmalar faktiki olaraq tikilmiş müvəqqəti bina və qurğular üzrə aparılır.

3.4. Sifarişçilər və podratçılar arasında müvəqqəti bina və qurğular üzrə hesablaşma qaydası tikintinin başlanıldığı andan tamamlama anınadək tətbiq edilməlidir.

3.5. Tikilən titul müvəqqəti bina və qurğular istismara verilir, sifarişçinin əsas vəsaitinə daxil edilir (müvəqqəti avtomobil yolları, magistral yola çıxan yollar və memarlıq elementləri olan hasarlardan başqa) və podrat müqaviləsində nəzərdə tutulmuş qaydada podratçının istifadəsinə verilir.

3.6. Müvəqqəti bina və qurğuların sökülməsi üzrə xərclər onların ləğv edilməsi zamanı ödənilir. Sifarişçinin balansında olan müvəqqəti bina və qurğuların sökülməsindən əldə edilən materialların, detalların, avadanlığın və istehsalat-təsərrüfat inventarının realizasiyasından alınan qaytarılan məbləğlər həmin materialların realizasiyasını cari qiymətlər səviyyəsində nəzərə alan hesablamalarla təyin edilir.

3.7. Müvəqqəti bina və qurğuların sökülməsindən əldə edilən materiallar və konstruksiyalar sifarişçinin mühasibatlığı tərəfindən mədaxil edilir və podratçının razılığı olduğu halda ona satılır.

3.8. Tikinti zamanı müvəqqəti avtomobil yolları üçün istifadə olunan yığma dəmir-beton tavaların sökülməsi üzrə qaytarılan məbləğ sifarişçi ilə podratçının imzaladığı akta əsasən təyin edilir.

Qara metallurgiya sənayesi müəssisələri (mədənçıxarma sənayesindən başqa)

Əlvan metallurgiya sənayesi müəssisələri (mədənçıxarma sənayesindən başqa)

Neft, qaz və qaz kondensasiyası yataqlarının (mədənlərinin) təchizedilmə obyektləri

Maşınqayırma və elektrotexniki sənayesi müəssisələri

Mədənçıxarma sənayesi müəssisələri:

yeni kömür (şist) şaxtalarının və mədənlərin tikintisi

zənginləşdirici fabriklərin tikintisi, mövcud olan mədənçıxarma müəssisələrində yeni qatların (layların) hazırlanması və açılması

kömür (şist) emalatxanalarının tikintisi

Kimya sənayesi müəssisələri:

digər kimya sənayesi obyektləri

Torf sənayesi müəssisələri

Gəmiqayırma və gəmi təmiri sənayesi müəssisələri

Ağac tədarükü və ağac emalı sənayesi müəssisələri

Tikinti sənayesi və tikinti materiallarının sənayesi müəssisələri

Sellüloz-kağız sənayesi müəssisələri

Yüngül sənaye müəssisələri

Qida sənayesi müəssisələri

Tibb sənayesi müəssisələri

Mikrobioloji sənaye müəssisələri

Elektrik istilik stansiyaları:

kondensasiyalı, gücü 2500 MVt-a qədər olan 210-300 MVt bloklarla

kondensasiyalı, gücü 5000 MVt-a qədər olan 500-300 MVt bloklarla

Gücü 4000 MVt və daha çox olan atom elektrik stansiyaları

Sənaye-Qızdırıcı İstilik Elektrik Mərkəzi (İEM)

Sərbəst işləyən qazanxanalar

Gərginliyi 35 kV və daha çox olan elektrik ötürücü hava xətləri

Gərginliyi 35 kV və daha çox olan transformator yarımstansiyaları və energetika tikintisinin digər obyektləri

Elektrikötürücü hava xətləri, işıqlandırıcı, gərginliyi 0,4-35 kV olan transformator yarımstansiyalar daxil olmaqla

Uzunluğu 50 m-dən artıq olan yeni dəmir yolları (yolötürücüsü), tunelsiz və körpüsüz

Uzunluğu 50 m-dən artıq olan ikinci əsas yollar (yolötürücüsü), tunelsiz və körpüsüz

Dəmir yolu hissələrinin elektrifikasiyası

Dəmir yolu qovşaqlarının, stansiyaların inkişafı, dəmir yolunun rekonstruksiyası (ayrı-ayrı sahələrin və dəmir yolu istiqamətlərinin gücləndirilməsi) və istismarda olan şəbəkədə tikintinin digər növləri

Uzunluğu 50 m-dən artıq, 1-4 kateqoriyalı (bərk örtüklü) ümumdövlət əhəmiyyətli və yerli avtomobil yolları, tunelsiz və körpüsüz:

yol tikintisi üçün müvəqqəti səyyar asfalt-beton və sement-beton zavodlarının istifadəsi zamanı

yol örtükləri üçün fəaliyyət göstərən stasionar müəssisələrdən asfalt-beton və sement-beton alınması zamanı

Dəmir yolları və avtomobil yolları üçün uzunluğu 50 m-dən çox olan körpülər və yolötürücüləri

Şəhər körpüləri və yolötürücüləri:

körpü tikən təşkilatların daimi dislokasiya yerlərində

aerodrom meydançaları

texniki-xidmət zonasının bina və qurğuları

Dəniz limanı və liman qurğuları

Çay nəqliyyatının obyektləri

Yaşayış evləri və abadlıq işləri:

yaşayış evləri, o cümlədən tikilinin daxilində yerləşgələr (mağazalar, camaşırxanalar və s.) olanlar (xarici xətlər və abadlıq işləri daxil olmaqla)

mikrorayonlar, məhəllələr, yaşayış və ictimai binalar kompleksi (xarici xətlər və abadlıq işləri daxil olmaqla)

şəhərlərin və qəsəbələrin abadlaşdırılması (küçələrin, keçidlərin, səkilərin qurulması və yaşıllaşdırma işləri daxil olmaqla)

Məktəblər, uşaq bağçaları, körpələr evi, mağazalar, inzibati binalar və mülki tikintinin digər binaları

Tədris, tibbi bina və qurğuları, konstruktor və layihə institutları

Kommunal təyinatlı binalar (hamamlar, camaşırxanalar, krematorilər və s.)

Şəhərdaxili xarici su kəmərləri, kanalizasiya şəbəkəsi, istilik və qaz təchizatı (xətti hissə)

Şəhərlərin su təchizatı və kanalizasiyaları (boru kəmərinin tərkibində mühəndis qurğuların kompleksi, nasos stansiyalar, təmizləyici qurğular və s.)

Şəhər elektrik nəqliyyatı (tramvay deposu, trolleybus deposu, tramvay və trolleybus xətləri, dartı yarımstansiyaları, sonuncu stansiyalar, enerji təsərrüfatı və yollara xidmət emalatxanaları)

Sürətli tramvay xətləri

Sanatoriyalar, istirahət evləri, turist bazaları, pansionatlar, profilaktoriyalar, məktəblilərin istirahət düşərgələri

Taxılın qəbulu, saxlanılması və emalı üçün bina və qurğular, çörək zavodları

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tikinti obyektləri:

ümumqoşun və xüsusi təyinatlı

yaşayış, kazarma, kommunal və mədəni-məişət təyinatlı

Rabitə qurğuları şəbəkəsi:

rabitənin radiorele xətləri

stansiya qurğuları, hava və kabel magistralları, zona və kənd rabitəsinin kabel və hava xətləri

şəhər telefon şəbəkəsi, stansiyalararası rabitə xətləri və qovşaqları

digər obyektlər (poçtamtlar, rayon rabitə qovşaqları və s.)

radioyayım və televiziya obyektləri

Kənd təsərrüfatı tikintisi, kənd yerlərində mülki və yaşayış tikintisi daxil olmaqla (elektrifikasiya və avtomobil yollarının tikintisindən başqa)

Su təsərrüfatı tikintisi və hidrotexniki qurğular, balıq təsərrüfatının balıq-su-meliorasiya və süni göl qurğuları, balıq ehtiyatlarının istehsalı üçün balıq-yetişdirmə zavodu və kürütökmə-yetişdirmə təsərrüfatı

Şəhərdənkənar magistral boru xətləri:

su təchizatı, kanalizasiya

qaz və neft kəmərləri:

meydançalı qurğular (kompressor və nasos stansiyaları, qazpaylayıcı stansiyalar)

xətti hissə (elektrokimya və texniki əlaqə xətlərini daxil etməklə)

Sərbəst layihə üzrə tikilən təmizləyici qurğular, su kəməri və kanalizasiya stansiyaları

Təchizat müəssisələri

Sənayenin digər sahə müəssisələri

1. Tikinti fəhlələrinə xidmət göstərilməsi üçün yeni tikilən daimi bina və qurğuların müvəqqəti uyğunlaşdırılması, tikililərin istifadə müddəti bitdikdən sonra təmiri və bərpası.

2. Mövcud yerləşgələrin uyğunlaşdırılması (təchiz edilməsi) və icarəsi, onlarda təchiz edilmiş şəraitin istifadədən sonra ləğv edilməsi.

3. Tikintinin istehsalat vacibliyi üçün mövcud və yeni tikilən daimi bina və qurğuların müvəqqəti uyğunlaşdırılması (təchiz edilməsi), tikililərin istifadə müddəti bitdikdən sonra təmiri və bərpası.

4. İstehsal, anbar, köməkçi, yaşayış və ictimai konteyner, yığılıb-sökülən mobil (inventar) bina və qurğuların konstruksiyalarının və detallarının tikinti meydançalarına daşınması, bünövrə və əsasın qurulması, lazımi tamamlama işlərini aparmaqla quraşdırılması, avadanlıqların quraşdırılması, mühəndis şəbəkələrinin daxil edilməsi, sökülmə, demontaj, meydançanın bərpası, konstruksiya və detalların anbara daşınması.

5. Amortizasiya ayırmaları, yığılıb-sökülən konteyner tipli mobil (inventar) binaların cari təmir xərcləri (üstəlik xərc normalarının tərkibində nəzərdə tutulmuş sanitar-məişət xidməti binalarının sərflərindən başqa).

6. Konkret tikinti üçün daxil olan materialların, konstruksiyaların və avadanlıqların saxlanılması üçün tikinti meydançasında açıq və bağlı (isidilən və isidilməyən) müvəqqəti material-texniki anbarlar.

7. Materiallar, məmulatlar, konstruksiyalar və avadanlıqlar, həmçinin yükləmə-boşaltma işləri üçün müvəqqəti təchizedilmə (meydançalar, platformalar və s.).

8. Çoxfunksiyalı təyinatlı müvəqqəti istehsal emalatxanaları (mexaniki-təmir, armatur, xarrat-dülgər və s.).

9. Buraxılış-sazlama işləri də daxil olmaqla müvəqqəti istifadədə olan elektrik stansiyaları, transformator yarımstansiyaları, qazanxanalar, nasosxanalar, kompressorlar, su kəmərləri, kanalizasiya, kalorifer, ventilyator.

10. Tamamlama işləri üçün müvəqqəti stansiyalar.

11. Səth mənbələrinin təmizlənməsi və zərərsizləşdirilməsi üçün müvəqqəti qurğular.

12. Xətti tikintidə beton və məhlul hazırlamaq üçün təchiz olunmuş və ya yerini dəyişə bilən beton məhlul qurğuları və hissələri, müvəqqəti daşdoğrayan-çeşidləyici qurğular.

13. Üzvi və qeyri-üzvi yapışdırıcılarla emal olunmuş qruntları hazırlamaq üçün müvəqqəti qurğular, beton və asfalt-beton hazırlanması üçün müvəqqəti sement-beton və asfalt-beton zavodları, bitum anbarları və s.

14. Dəmir-beton və beton məmulatlarının və tamamlayıcı elementlərin hazırlanması üçün buxarvermə kameralı poliqonlar.

15. Avadanlıqların əvvəlcədən və iriləşdirilmiş formada yığılması üçün meydançalar və stendlər.

16. Dəmir yollarının hissələrinin yığılması üçün hissəyığma bazaları.

17. Müvəqqəti karxanalarda binalar və təchizedilmə, yollardan başqa.

18. Tikinti sahələrinin, tikinti qatarlarının (ixtisaslaşdırılmış səyyar tikinti təşkilatlarının), tikinti-quraşdırma idarələrinin və bu cür təşkilatların müvəqqəti kontorları.

19. Tikinti meydançalarında tikinti materiallarının və məmulatlarının sınaqdan keçirilməsi (yoxlanılması) üçün müvəqqəti laboratoriyalar.

20. Müvəqqəti qarajlar.

21. Tikinti ərazisində yanğın əleyhinə tədbirlər üçün müvəqqəti qurğular.

22. Maşınlar və mexanizmlər üçün bünövrə və əsasların qurulması (yükqaldırıcı kranlar üçün kranaltı yolların və svayların vurulması üçün svayvurma avadanlıqlarının əsasının qurulmasından başqa).

23. Şəhərlərdə xüsusi və memarlıq elementləri olan hasarlar və çəpərlər.

24. Tikinti meydançasından və ya trasdan keçən müvəqqəti dəmir yollarının, torpaq daşınan avtomobil* yollarının və keçidlərinin, o cümlədən trasyanı yollarla və tikilən xətti qurğular arasında süni qurğuları, estakadaları və keçidləri olan birləşdirici sahələrin qurulması və onlara qulluq edilməsi, yolların və keçidlərin sökülməsi.

25. Materialların və detalların daşınması üçün müvəqqəti asma yolların və kabel-kranların qurulması, həmçinin onların sökülməsi.

26. Elektrik enerjisi, su, istilik, rabitə şəbəkəsi və tikinti sahəsindən keçən digər kommunikasiyalarla təmin etmək üçün müvəqqəti kommunikasiyaların qurulması və sökülməsi.

* Müvəqqəti avtomobil yollarının yol geyimi konstruksiyalarında yığma dəmir-beton plitələrin tətbiqi və onların dövretmə məsələləri TTL-də əsaslandırılmalıdır.

1. İş icraçıları və ustalar üçün obyektyanı iş otaqları və saxlanc yerləri.

2. Tikinti obyektində anbar tikililəri və talvarlar.

3. Duş, paltar qurudulan otaq, kanalizasiyası olmayan tualet otaqları və fəhlələrin isinməsi üçün otaqlar.

4. Binanın tikinti yerinin nişanlanması üçün döşənəklər, əl nərdivanları, pilləkənlər, keçid körpüləri, hərəkət üçün taxtalar və ölçü lövhələri.

5. Təhlükəsizlik texnikası üzrə ləvazimatlar, avadanlıqlar və qurğular.

6. Tikinti işlərinin smeta normalarında və avadanlıqların quraşdırılması normalarında nəzərdə tutulmayan və işlərin icrası üçün lazım olan ayaqaltılar və taxtabəndlər, xarici asma nənnilər, çəpərlər, hasarlar* (xüsusi olaraq hazırlanmış və memarlıq elementləri olanlar istisna olmaqla), mühafizə sipərləri, qazma-partlayış işləri zamanı sığınacaqlar.

7. Magistral və paylayıcı şəbəkələrdən iş zonası hüdudlarında (binanın perimetrindən və ya xətti qurğuların oxlarından 25 metrə qədər olan ərazi) müvəqqəti elektrik enerjisi, su, buxar, qaz, hava xətlərinin ayrılması.

8. Yuxarıda qeyd olunan titulsuz müvəqqəti bina və qurğuların tikintisi əvəzinə tikinti meydançasında mövcud olan və tikilən binaların uyğunlaşdırılması üzrə xərclər.

* İstifadə müddətinə və texniki xarakteristikalarına görə az qiymətli və tez aşınan (tez sıradan çıxan, istifadəyə yararsız olan) əşyalara aid edilən çəpər və hasarlar.

1.1. Bu toplunun normaları tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin təyin edilməsi üçün nəzərdə tutulmuşdur.

1.2. Mənsubiyyət və mülkiyyət formasından asılı olmayaraq, dövlət büdcəsindən maliyyələşən və məqsədli büdcədən kənar fondların vəsaitləri cəlb edilməklə əsaslı tikintini həyata keçirən bütün müəssisə və təşkilatlar üçün bu toplunun smeta normalarının tətbiq edilməsi məcburidir. Maliyyələşməsi müəssisələrin, təşkilatların və fiziki şəxslərin öz vəsaitləri hesabına həyata keçirilən tikintilər üçün bu topludakı normalar tövsiyə xarakteri daşıyır.

1.3. Toplu iki hissədən ibarətdir:

1.3.1. HİSSƏ 1. Tikintinin növləri üzrə smeta normaları.

Birinci hissənin normaları qış mövsümündə yerinə yetirilən işlərlə bağlı əlavə xərclərin smeta limitinin təyin edilməsi üçün və smeta sənədlərinin tərtibi zamanı, həmçinin yerinə yetirilən işlər üzrə sifarişçi və icraçılar arasında hesablaşmalar üçün tətbiq olunur.

1.3.2. HİSSƏ 2. Konstruksiya və iş növləri üzrə əlavə xərclərin smeta normaları.

İkinci hissənin normaları təsisat mənsubiyyətindən asılı olmayaraq yerinə yetirilmiş tikinti-quraşdırma işləri üzrə baş podratçı və subpodratçı təşkilatlar arasında hesablaşmaların aparılması zamanı tətbiq olunur.

1.4. Əlavə xərclərin normaları ətraf mühitin müsbət temperaturunda yerinə yetirilən işlərin smeta dəyərindən faizlə təyin olunmuşdur.

1.5. Smeta normalarında şərtləşmiş hallar istisna olmaqla, qış vaxtında yerinə yetirilən işlərin mürəkkəbləşməsi ilə bağlı əlavə xərclər nəzərə alınmışdır. Bu xərclərə açıq havada və isidilməyən otaqlarda işlər yerinə yetirilən zaman işçilərə əlavə ödənişlərin verilməsi, həmçinin ayrı-ayrı tikinti işlərinin yerinə yetirilmə texnologiyasının dəyişilməsi, tikinti materiallarının artıq sərfiyyatı ilə bağlı tikinti maşınlarının istismarına (yanacaq-sürtkü materiallarının daha çox sərfiyyatı, maşinistlərin əmək məhsuldarlığının azalması və s.), donmuş qruntların yumşaldılmasına və s. sərf olunan əlavə xərclər aiddir.

1.6. Qış vaxtında tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı istifadə edilməsi üçün bu toplunun 1 və 2 nömrəli cədvəllərində verilmiş əlavə xərclərin smeta normaları 4 nömrəli cədvəldə qeyd olunan bölgələr üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının ərazisində qış dövrünün müddətləri və tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normalarına tətbiq olunan əmsallar bu toplunun 4 nömrəli cədvəlində verilmişdir.

1.7. Ölkə üzrə qış dövrünün ortaaylıq mənfi temperaturlarından orta göstəricisi 3ºC-yə qədər təşkil edir.

1.8. İşlər yerinə yetirilən zaman xarici havanın faktiki temperaturundan asılı olmayaraq nəzərdə tutulmuş qış dövrünün hesabi müddəti hər konkret tikinti üçün hazırkı toplunun 4 nömrəli cədvəlində verilmiş ərazi bölgüsünə əsasən təyin olunur.

1.9. Azərbaycan Respublikasının 4 nömrəli cədvəldə qeyd olunan bölgələrinə aid olmayan ərazilərdə qış vaxtında işlərin yerinə yetirilməsinin spesifik şəraitlərinə əsasən yaranan əlavə xərclər xarici havanın orta sutkalıq temperaturu 0ºC-dən az olduqda, 4 nömrəli cədvəldə qeyd olunan bölgələr üçün təyin olunmuş normalar üzrə əlavə xərclər ödənilə bilər. Belə halda yerinə yetirilən bütün işlərin həcmi üçün hesablanmış əlavə xərclərin məbləği bütün iş həcmlərinin yerinə yetirildiyi dövrdə xarici havanın sutka üzrə orta temperatur 0ºC-dən az olan iş günlərinin sayının təqvim üzrə iş günlərinin ümumi sayına nisbətən proporsional azaldılır. Mənfi temperaturlu iş günlərinin sayı meteoroloji xidmətin məlumatlarına əsasən meteoroloji xidmət olmadıqda isə sifarişçinin və podratçının məlumatına əsasən qəbul olunur.

1.10. Birinci bölmənin normalarında aşağıdakılar nəzərə alınmamışdır:

1.10.1. texniki şərtlərin tələblərinə uyğun tamamlanan və digər xüsusi işlərin yerinə yetirilməsi zamanı konstruksiyaların və ya emal olunan səthlərin nəmliyinin aradan qaldırılması üçün təyin olunmuş isitmə dövrünə daxil olmayan zamanlarda müvəqqəti isitmə xərcləri. Qeyd olunmuş xərcləri layihə təşkilatı tərəfindən yerinə yetirilmiş hesablamalar əsasında müəyyən edilmiş zəruri olan müvəqqəti isitmə dövrünü nəzərə almaqla, bu toplunun ikinci hissəsinin ikinci bölməsində nəzərdə tutulmuş qaydada təyin etmək lazımdır;

1.10.2. magistral xətlərdən tikintinin sərəncamında olan tikinti meydançalarına çəkilən relssiz yolların qardan təmizlənməsi, həmçinin qış dövründə tikilən tikinti obyektlərinin sahəsinin (iş sahəsinin təşkilini nəzərə almaqla) qardan ilkin təmizlənməsi xərcləri.

1.11. Fəaliyyət göstərən müəssisələrin yenidən qurulması və texniki cəhətdən yeniləşməsi zamanı əlavə xərclər layihəyə əsasən hesablanmış tikinti-quraşdırma işlərinin smeta dəyərindən birinci hissənin normaları üzrə təyin edilir.

1.12. Sürəti 10 m/san-dən çox olan küləklərin təsirinə məruz qalmış yerlərdə bu toplunun normaları ilə hesablanmış əlavə xərclərin məbləğinə sifarişçi tərəfindən əmsal şəklində əlavə ödənişlər aparıla bilər, qış dövründə küləkli günlərin sayı aşağıdakı kimi olduqda:

10 faizdən yuxarı, 30 faizə qədər - 1,05;

30 faizdən yuxarı - 1,08.

1.13. Qış dövründə sürəti 10 m/san-dən çox olan küləklərin təsiri ilə bağlı əlavə xərclərin ödənilməsi üçün iqlim üzrə məlumat kitabçasının məlumatları və ya yerli orqanların hidrometeoroloji xidmətinin arayışı əsas sayıla bilər.

1.1. Bu toplunun 1 nömrəli cədvəlində verilmiş normalar “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın 1-8-ci bölmələrinin yekunu üzrə tikinti və quraşdırma işlərinin smeta dəyərindən faizlə müəyyənləşdirilmişdir. Qış vaxtında tikintinin ayrı-ayrı növləri üzrə tikinti-quraşdırma işləri yerinə yetirildikdə əlavə xərclər “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın 1-8-ci bölmələrinin yekunu üzrə bu toplunun 1 nömrəli cədvəlində verilmiş normalarla təyin edilir. Tunel və metropolitenlərin tikintisi üzrə bu toplunun 1 nömrəli cədvəlində verilmiş normalar “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın 2-7-ci bölmələri üzrə əsas işlərin dəyərindən (xidməti proseslər nəzərə alınmamaqla) faizlə müəyyənləşdirilmişdir. Tunel və metropolitenlərin tikintisində əsas işlər üzrə (xidməti proseslər nəzərə alınmamaqla) qış vaxtı ilə əlaqədar olan əlavə xərclər “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın 2-7-ci bölmələrinin yekunu üzrə bu toplunun 1 nömrəli cədvəlində verilmiş normalarla təyin edilir. Digər işlərin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclər də bu toplunun 1 nömrəli cədvəlində verilmiş normaları tətbiq etməklə “Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın 2-7-ci bölmələrinin yekunu üzrə əlavə olaraq təyin edilməlidir:

1.1.1. 1 nömrəli cədvəlin 3.1-ci bəndi (yolların tikintisi: trasın mənimsənilməsi və tikinti sahəsinin hazırlanması) - tikinti sahəsinin hazırlanması işləri üçün (“Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın 1-ci bölməsi);

1.1.2. 1 nömrəli cədvəlin 7-ci bəndi (istehsalat və xidməti istismar üçün nəzərdə tutulmuş binaların tikilməsi: dəmir yolu nəqliyyatının müvəqqəti bina və qurğuları üçün (“Tikintinin dəyərinin yekun (toplu) smeta hesablamaları”nın 8-ci bölməsi).

1.2. Normalarda qış dövründə işlərin yerinə yetirilməsindən yaranan əlavə xərclər, həmçinin tikintisi tamamlanmamış formada başa çatdırılmış binaların müvəqqəti isidilməsi nəzərə alınmışdır. Tikintisi tamamlanmamış formada başa çatdırılmış binalar dedikdə divarları hörülmüş, üst örtüyü olan və boşluqları tutulmuş binalar nəzərdə tutulur.

1.3. Bu bölmənin normaları ortaillik normalardır və tikintinin aparıldığı ilin faktiki vaxtından asılı olmayaraq yerinə yetirilmiş tikinti-quraşdırma işləri üzrə hesablamalarda tətbiq olunur.

1.4. Normalarda il ərzində qış vaxtının müddətinin xüsusi çəkisinin orta kəmiyyəti 0,23 qəbul olunmuşdur.

1.5. Ölkənin ayrı-ayrı hissələrində qış vaxtının müddəti orta temperaturdan fərqlənə bilər. Bununla əlaqədar olaraq bu bölmənin orta qış normaları üzrə hesablanmış əlavə xərclərin məbləğinə bu toplunun 4 nömrəli cədvəlində verilmiş əmsalları tətbiq etmək lazımdır.

1.6. Bütövlükdə tikinti növlərindən asılı olmayaraq yaşayış və ictimai binalar üçün qış mövsümündə tikinti-quraşdırma işlərində əlavə xərcləri 1 nömrəli cədvəlin 11-ci bəndinin normaları üzrə qəbul etmək lazımdır.

1.7. Bu toplunun 1 nömrəli cədvəlinin 1.28-ci bəndində (Anbarlar və saxlama yerləri), 1.29-cu bəndində (Yığma dəmir-betondan elevatorlar), 1.30-cu bəndində (Monolit dəmir-betondan elevatorlar), 2-ci bəndində (Energetika tikintisinin müəssisələri), 3-cü bəndində (Yol tikintisi), 8-ci bəndində (Rabitə binaları və qurğuların tikintisi), 13-cü bəndində (Xarici boru xətlərinin tikintisi), 14.4-cü bəndində (Ağacların əkilməsi və bir yerdən çıxarılıb başqa yerə əkilməsi) verilmiş əlavə xərclərin normaları ayrıca layihə-smeta sənədlərində bu işlərin nəzərdə tutulduğu hallarda tətbiq edilir. Digər hallarda qeyd olunmuş işlər üçün 1 nömrəli cədvəl üzrə sənaye, mülki-yaşayış, kənd təsərrüfatı, su təsərrüfatı və digər tikinti növlərinə uyğun olan normaları tətbiq etmək lazımdır.

1.8. 4 nömrəli cədvəldə respublikanın qeyd olunan bölgələrinə aid olmayan yerlərdə əlavə xərcləri təyin etmək üçün bu hissənin normalarını tətbiq etdikdə, ümumi müddəaların 1.9-cu bəndində nəzərdə tutulan qaydada hesablanmış əlavə xərclərin məbləğini ilin günlərinin 4 nömrəli cədvəldə qeyd olunan bölgələrdə qış vaxtının müddətinə nisbətini müəyyən edən 4,3 əmsalına vurulur.

1.9. Hazırkı toplunun 1 nömrəli cədvəlində nəzərdə tutulmamış tikinti işlərinin növləri üçün analoji tikinti növləri üzrə nəzərdə tutulmuş əlavə xərclərin normalarını tətbiq etmək mümkündür. Həmçinin, qış vaxtının müddətinin il ərzində xüsusi çəkisini nəzərə alan əmsalı tətbiq etməklə (1.4-cü bənd) bu toplunun II hissəsinin müvafiq normalarını istifadə etmək mümkündür.

1.10. Sənaye qovşaqlarının tikintisinin dəyərinin yekun (toplu) smeta hesablamalarında qış vaxtında tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi ilə əlaqədar olan xərclər sənaye qovşağında tikilən hər müəssisə üzrə tikinti-quraşdırma işlərinin dəyərindən asılı olaraq, bu toplunun 1 nömrəli cədvəlində sənayenin sahələri üzrə nəzərdə tutulmuş müvafiq normalarla müəyyən edilir. Sənaye sahələri xalq təsərrüfatının sahələrinin klassifikatoru əsasında müəyyənləşdirilir. Sənaye qovşaqlarının müəssisələrin qrupu üçün ümumi olan köməkçi istehsalat və təsərrüfat obyektlərinin, əsas yola birləşən avtomobil və dəmir yollarının, enerji təchizatı şəbəkələrinin, su təchizatının, kanalizasiyaların və s. tikintisi zamanı əlavə xərclər hər bir belə obyekt üçün 1 nömrəli cədvəlin müvafiq normaları üzrə təyin olunur.

1.11. Əlvan və qara metallurgiya mədənlərinin şaxtaların üstündə obyektlərin tikintisi üçün smeta normalarını kömür sənayesi müəssisələri üçün təyin olunmuş norma üzrə müəyyən etmək lazımdır.

1.12. Qış vaxtında tikinti-quraşdırma işləri aparılarkən yaşayış və ictimai binaların, kommunal təsərrüfat obyektlərinin monolit dəmir-betondan inşası ilə əlaqədar olan əlavə xərclərin normaları bu toplunun I hissəsinin texniki hissəsindəki 1.9-cu bəndinin göstərişlərinə əsasən təyin olunur.

1.13. Hazırkı toplunun 1 nömrəli cədvəlinin 11.1-11.2-ci bəndlərində verilmiş (iripanelli, həcmli-bloklu, kərpicdən binalar) əlavə xərclərin smeta normaları yaşayış binalarının qış vaxtında tikilməsi zamanı layihələrində xarici mühəndis şəbəkələri, məhəllədaxili planlaşdırma və keçidlər, abadlaşdırma, yaşıllaşdırma və digər işlər nəzərə alınmamış yaşayış binaları üçün təyin olunmuşdur. Layihələrində xarici mühəndis şəbəkələri, məhəllədaxili planlaşdırılması və keçidlər, abadlaşdırma və yaşıllaşdırma və digər işlər nəzərə alınmış yaşayış binalarının qış mövsümündə tikilməsi üçün əlavə xərclərin smeta normaları binaların tipini nəzərə alan aşağıdakı əmsalları tətbiq etməklə, bu toplunun 1 nömrəli cədvəlinin (11.1-11.2-ci bəndləri) müvafiq normaları ilə təyin olunur:

1.13.1. iripanelli - 2;

1.13.2. həcmli-bloklu və taxtadan, kərpicdən və bloklardan - 1,7.

1.14. Qış vaxtında tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar əlavə xərclər üzrə digər normaların işlənilib hazırlanmasının zəruriliyi yarandığı hallarda, qüvvədə olan müvafiq metodik göstərişlər əsasında həmin normalar işlənilib hazırlana bilər.

Neft və qaz sənayesi müəssisələri

Neft emalı və neft-kimya sənayesi müəssisələri

Kömür sənayesi müəssisələri (dağ-keçid işlərindən başqa)

Torf sənayesi müəssisələri

Qara metallurgiya sənayesi (dağ-keçid işlərindən və şaxta üstü obyektlərindən başqa)

Əlvan metallurgiya sənayesi (dağ-keçid işlərindən və şaxta üstü obyektlərindən başqa)

Kimya sənayesi müəssisələri

Energetika, nəqliyyat və ağır sənaye müəssisələri

Kənd təsərrüfatı və traktor maşınqayırma müəssisələri

Yüngül və digər maşınqayırma müəssisələri

Elektrotexnika sənaye müəssisələri

Dəzgahqayırma və alətqayırma sənayesi müəssisələri

Cihazqayırma və avtomatlaşdırma vasitələri müəssisələri

Elektronika, radio və rabitə vasitələri sənayesi müəssisələri

Avtomobil və podşipnik sənayesi müəssisələri

Gəmiqayırma sənayesi müəssisələri

Aviasiya və müdafiə sənayesi, ümumi maşınqayırma müəssisələri

Poliqrafiya sənayesi müəssisələri

Meşə, ağac emalı və sellüloz-kağız sənayesi müəssisələri

Tikinti materialları sənayesi müəssisələri:

yığma dəmir-beton və beton konstruksiyalar və məmulatlar zavodları və poliqonları

doğrayıcı-çeşidləyici zavodlar, gil və qum materialları karxanaları

divar, dam örtüyü və hidroizolyasiya materialları zavodları

sement zavodları, asbestsement və sanitar-texniki sənaye müəssisələri

* (1.20.4-cü bəndə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 8 sentyabr 267 nömrəli Qərarı ilə edilmiş dəyişiklik 2027-ci il iyulun 1-dən qüvvəyə minir.)

şüşə sənayesi müəssisələri

tikinti keramikası müəssisələri

polimer tikinti materialları müəssisələri

Yüngül sənaye müəssisələri

Qida sənayesi müəssisələri

Ət sənayesi müəssisələri, kənd təsərrüfatı məhsullarının ilkin emalı müəssisələri

Süd sənayesi müəssisələri, şəkər və konserv zavodları

Balıq təsərrüfatı müəssisələri

Tibb sənayesi müəssisələri

Mikrobiologiya sənayesi müəssisələri

Anbarlar və saxlama yerləri

Yığma dəmir-betondan elevatorlar

Monolit dəmir-betondan elevatorlar

İstilik elektrik stansiyaları

Hidro elektrik stansiyalar

Elektrik yarımstansiyaları

Elektrikötürücü hava xətləri 35 kV və daha artıq

Elektrikötürücü hava xətləri 0,4-35 kV

Trasın mənimsənilməsi və tikinti ərazisinin hazırlanması

Qruntlardan torpaq yatağı:

drenaj işlərində işlədilən qrunt

Hidromexanikləşdirmə üsulu ilə yolların torpaq örtüyünün qurulması

Tənzimləyici qurğuların və yolların torpaq örtüyünün bərkidilməsi

Yolların üst qatlarının tikintisi

Dəmir yollarının elektrifikasiyası və digər energetik tikililər və qurğular

Rabitə, sinqalizasiya, mərkəzləşdirmə və bloklaşdırma qurğuları

Su təchizatı və kanalizasiya qurğuları (xarici boru kəmərləri və xarici şəbəkələr olmadan)

yığma dəmir-beton tavalardan

çınqıl və ya qırmadaşlı

Körpülər və yolötürücüləri

Dəmir-beton aşırım qurğusu

Tunel və metropoliten tikintisi

Qapalı üsulla havanı isitməklə

Həmçinin, havanı isitmədən

Neft-qaz məhsulları kəmərlərinin tikintisi

İstismar üçün istehsalat və xidməti binaların tikintisi

Dəmir yolu nəqliyyatının istismarı üçün

Avtomobil nəqliyyatının, tikinti maşınlarının xidməti və təmiri üzrə bazalarının istismarı üçün

Dəniz nəqliyyatının istismarı üçün

Çay nəqliyyatının istismarı üçün

Hava nəqliyyatının istismarı üçün

Hava nəqliyyatının uçuş meydançasının istismarı üçün

Rabitə bina və qurğularının tikintisi

Kənd təsərrüfatı tikintiləri (təmir emalatxanaları, təchizat bazaları, istixana kombinatları və s.)

Meliorasiya və su təsərrüfatı tikintisi

Yaşayış və ictimai binaların tikintisi

İripanelli və həcmli-bloklardan yaşayış binaları

Kərpic bloklardan yaşayış binaları

İctimai təyinatlı binalar (məktəblər, təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi, xəstəxanalar, sanatoriyalar, istirahət evləri və s.) və kommunal təsərrüfat obyektləri

Dağ-keçid işləri (ümumi şaxta xərcləri nəzərə alınmadan)

Şaxta gövdələri (şaxtaya verilən havanın isidilməsi sərflərini nəzərə almaqla)

O cümlədən, havanın isidilməsi sərfləri

Üfüqi və maili qazmalar (şaxtaya verilən havanın isidilməsi sərflərini nəzərə almaqla)

O cümlədən, havanın isidilməsi sərfləri

Xarici boru kəmərlərinin tikintisi

Yumşaq qruntda su təchizatı və qaz kəmərləri (torpaq işləri ilə)

Yumşaq qruntda kanalizasiya xətləri (torpaq işləri ilə)

Daşlı qruntlarda su təchizatı, qaz kəmərləri və kanalizasiya sistemi

Su kəməri nasos stansiyaları

Həmçinin, kanalizasiya

Su kəmərinin təmizləmə qurğuları

Həmçinin, kanalizasiyanın

Tikintinin digər növləri

Yeraltı qurğular üçün kollektorlar

Yeraltı piyada keçidləri

Sahilbərkitmə işləri və sahilkənarı qurğular

Əkin yerini hazırlamaqla ağacların və kolların əkilməsi və bir yerdən çıxarılıb başqa yerə əkilməsi (ağacların və kolların dəyəri daxil edilməklə)

1.1.1. Birinci bölmədə verilmiş smeta normaları, ətraf mühitin temperaturu müsbət olduğu halda, yerinə yetirilən müvafiq tikinti-quraşdırma işlərinin smeta dəyərindən faizlə təyin olunmuşdur. Bu toplunun 2 nömrəli cədvəlinin 27.1.2-ci yarımbəndindəki, 29.5-ci və 29.8-ci bəndlərindəki normaları rels yollarının, körpülərin aşırım qurğularının eninə sıralanmış tirlərinin və polad aşırım qurğularının dəyərini nəzərə almadan qəbul etmək lazımdır. Avadanlıqların quraşdırılması üzrə qiymətlər toplularında nəzərdə tutulmamış material vəsaitlər üçün xərcləri çıxmaqla hazırkı toplunun 2 nömrəli cədvəlinin 45-ci bəndində avadanlıqların quraşdırılması üzrə normalar quraşdırma işlərinin dəyərindən faizlə verilmişdir.

1.1.2. Normalar qış vaxtında yerinə yetirilən tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi ilə bağlı əlavə amilləri və xərcləri nəzərə alır. Onlara aşağıdakılar aiddir:

1.1.2.1. əmək məhsuldarlığının azalmasına təsir göstərən:

1. işçilərin hərəkətinin isti paltarda qeyri-sərbəst olması və əlcəklərlə iş gördükdə işin narahatlığı;

2. qış vaxtında iş yerində görüntünün pisləşməsi;

3. iş yerində buzun və qarın olması;

4. ayaqqabıların, materialların, konstruksiyaların və alətlərin buz bağlaması;

5. iş vaxtı iş yerinin, materialların və s. vaxtaşırı qardan təmizlənməsi;

6. bayırda havanın temperaturu - 20-dən - 35ºC qədər olduğu zaman işçilərin isinməsi üçün işdə fasilələrlə bağlı və havanın temperaturu - 30ºC aşağı olduğu halda, iş gününün qısaldılması nəticəsində iş vaxtının itkisi;

7. qış vaxtında tikinti maşınlarının və mexanizmlərinin məhsuldarlığının azalması;

8. sürəti 10 m/san. qədər (10 m/san daxil olmaqla) olan küləyin olması;

9. aşağı temperaturda, texnoloji proseslərdə yaranan çətinliklər (işçilərin isinməsi üçün müvəqqəti qurğuların hazırlanması, müvəqqəti suötürücü şəbəkələrin və bakların isidilməsi, beton və məhlulun nəql edilməsi zamanı isitmə vasitələrindən istifadə olunması);

1.1.2.2. bayırda havanın temperaturu mənfi olduqda, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsində müvafiq üsullardan (metodlardan) istifadə olunması nəticəsində yaranan xərclər:

1. donmuş qruntların yumşaldılması;

2. qruntların donmadan qorunması;

3. qruntun donunun açılması;

4. tezbərkiyən betonun və məhlulun istifadə olunması;

5. kimyəvi əlavələrin betona və məhlula daxil edilməsi;

6. betona elektrik isitmənin tətbiq edilməsi;

7. boru və kabellərin sonluqlarının isidilməsi;

8. adi isidici vasitələrin qurulması və sökülməsi;

9. iş yerlərinin qar yığınından mühafizəsi və s.

1.1.2.3. qış vaxtında işlərin yerinə yetirilməsi zamanı materialların itkisi nəticəsində yaranan əlavə xərclər.

1.1.3. Yerinə yetirilmiş işlərin bir qismi yay vaxtına aid olduqda, qış vaxtı yerinə yetirilən işlər üzrə əlavə xərclər bu toplunun 2 nömrəli cədvəlində verilmiş normalar üzrə işin tam həcmi üçün hesablanır, işlərin tam həcmi üçün hesablanmış əlavə xərclərin məbləğini qış vaxtının iş günlərinin sayının bütün iş müddəti üzrə ümumi iş günlərinin sayının nisbətinə vurmaq lazımdır, qış vaxtına aid olan iş günlərinin sayını tikintinin* faktiki başlanğıcını və sonunu nəzərə alaraq hazırkı toplunun 4 nömrəli cədvəlinə əsasən müəyyən etmək lazımdır.

1.1.4. Qazma partlayış, dağ-mədən və torpaq işlərinə normaları tətbiq edərkən, qış vaxtında qruntun qazılma sərfiyyatı, qazma prosesinə bu amillərdən yalnız biri təsir göstərən (mənfi temperaturda qarı ərimiş qruntun və ya müsbət temperaturlarda donmuş qruntun qazılması) xüsusi hallar istisna olmaqla, xarici havanın mənfi temperaturundan və qruntun donmasından yaranan xərclərin məbləği kimi hesablanır.

1.1.5. Torpaq, dağ-mədən və qazma partlayış işlərinin əlavə xərclərinin məbləğinin təyin edilməsinin əsasını donmuş qruntun qatının qalınlığını, qruntun növünü, bu və ya digər qaydada yerinə yetirilən torpaq işlərinin həcmini və qazılmasını (işlənməsini) özündə əks etdirən və hər ayın sonunda tərtib edilən ikitərəfli aktlar təşkil edir.

1.1.6. Qruntun əl ilə qazılması və yumşaldılması üzrə əlavə xərclər donmuş və qarı ərimiş qruntların ümumi həcminə əsasən tikintinin təşkili layihəsində və smetada nəzərdə tutulduğu halda təyin olunur. Su üstü hissələri olmayan torpaqsoran qurğularla qazılma zamanı, həmçinin qruntun çəkib vurma stansiyalarla əlavə nəql edilməsi üzrə əlavə xərclərin normaları donma dərinliyi 0,5 metrədək olan qrunt üçün tətbiq olunur. Bu halda donmuş qruntun dərinliyi və yerinə yetirilmiş işlərin həcmi hər ayın sonunda ikitərəfli aktlarda qeyd olunur.

_______________________

* Xüsusi texnoloji sığınacaqların qurulması üzrə xərcləri əlavə müəyyən etmək lazımdır.

Hidrotexniki və yol tikintisindən başqa, tikintinin bütün növlərində qruntun ekskavatorla qazılıb kənara atılması və ya özüboşaldan avtomobillərə yüklənilməsi

Həmçinin, hidrotexnik tikintidə

Yol tikintisində çuxurların və karxanaların qazılması, qruntun və töküntünün kavalyerlərə tökülməsi

Tikintinin bütün növlərində qaya süxurlarının, habelə qumlu, çaqıl daşlı, qırmadaşlı qruntların, havanın temperaturu mənfi olana qədər quru halda olan və mənfi temperaturda donu açılmış qruntların qazılması, qruntun və töküntünün kavalyerlərə tökülməsi

Çuxurlarda və karxanalarda qruntun ekskavatorlarla qazılması və dəmir yolu nəqliyyatı ilə daşınması, qruntun tökülməsi

Qaya süxurlarının, habelə qumlu, çaqıl daşlı və qırmadaşlı qruntların, havanın temperaturu mənfi olana qədər quru halda olan və mənfi temperaturda donu açılmış qruntların ekskavatorlarla qazılması və dəmir yolu nəqliyyatı ilə daşınması, qruntun tökülməsi

Qruntun qoşqulu və özüyeriyən skreperlərlə qazılması

Qruntun buldozerlərlə qazılması, qoşqulu vərdənələrlə sıxlaşdırılması, traktorlarla və şumlayıcılarla qruntun yumşaldılması

Magistral boru kəmərləri üçün xəndəklərin qazılması və doldurulması, suyun boşaldılması daxil olmaqla

Xəndəklərdə və çalalarda qruntun əl ilə qazılması və əks doldurulması, sıxlaşdırlması daxil olmaqla

Ağacların kəsilməsi, budaqlardan təmizlənməsi, daşınması və çeşidləşdirici meydançaların qurulması

Qruntun pnevmatik və ya elektrik döyəcləyicilərlə sıxlaşdırılması

Qruntun ağır döyəcləyicilərlə sıxlaşdırılması

Bataqlıqlara qruntun tökülməsi və yayılması (köklü bitki qatının çıxarılması, qruntun bataqlıqların kənarına daşınması, tökülən qruntun yayılması, yoxlama üçün qazılma)

Hidromexanikləşdirilmiş torpaq işləri:

bütün qrup qruntlarının qazılması və tökülməsi, köməkçi işlər və üzən torpaqsoran maşınlarla boru kəmərlərinin çəkilməsi daxil olmaqla

bütün qrup qruntlarının qazılması və tökülməsi, köməkçi işlər və hidromonitorlu-nasoslu qurğular ilə boru kəmərlərinin çəkilməsi daxil olmaqla

üzən torpaqsoran stansiyalarla torpağı çəkib vuran stansiyaların birgə işlənməsi zamanı bütün qrup qruntlarının əlavə nəql edilməsi

hidromonitorlu-nasoslu torpaqsoran stansiyalarla torpağı çəkib vuran stansiyaların birgə işlənməsi zamanı bütün qrup qruntlarının əlavə nəql edilməsi

Meliorasiya və su təsərrüfatı tikintisində torpaq işləri və qurğular:

birçalovlu ekskavatorla bənd çəkilməsi, kanalların, dambaların qurulması

kavalyerlərin (torpaq töküntüsünün) buldozerlərlə hamarlanması

suvarılan sahələrin və düyü sahələrinin planlaşdırılması

bağlı drenajlar üçün çoxçalovlu ekskavatorlarla xəndəklərin qazılması

bağlı drenajların əl ilə və ya drenajdüzücü-ekskavatorlarla qurulması

ağacların kəsilməsi, meydançaların təmizlənməsi və odunların doğranılması ilə becərmə-texniki işlər

meydançaların kollardan və ağac qırıntılarından təmizlənməsi, kötüklərin və köklərin dırmıqla çıxarılması ilə becərmə-texniki işlər

Suyun azaldılması və qurutma:

iynə filtrlərlə qrunt sularının səviyyəsinin aşağı salınması (nasosların işləməsi üzrə sərfləri nəzərə almadan)

Qruntun ekskavatorla qazılması və xəndəyin kənarına və ya işlənmiş sahəyə tökülməsi

Həmçinin, qaya süxurlarının

Qruntun ekskavatorla qazılması, özüboşaldan vaqonlara yüklənilməsi və dəmir yolu nəqliyyatı ilə daşınması

Qaya süxurlarının ekskavatorla qazılması, özüboşaldan vaqonlara yüklənilməsi və dəmir yolu nəqliyyatı ilə daşınması

Qruntun ekskavatorla qazılması, özüboşaldan avtomobillərə yüklənilməsi və topa formada kənara tökülməsi

Qaya süxurlarının ekskavatorla qazılması, özüboşaldan avtomobillərə yüklənilməsi və topa formada kənara tökülməsi

Qazma-partlayış işləri

Dağ süxurlarının quyularda quraşdırılan partladıcı maddələrlə yumşaldılması və qabaritsizlərin doğranılması

Dağ süxurlarının kameralarda quraşdırılan partladıcı maddələrlə yumşaldılması və qabaritsizlərin doğranılması

Dağ süxurlarının dəliklərdə quraşdırılan partladıcı maddələrlə yumşaldılması və qabaritsizlərin doğranılması

Kötüklərin çıxarılması

zərbə-buraz üsulu ilə

zərbə-burma üsulu ilə

Svay işləri, qruntların bərkidilməsi və endirilən quyular

Yerdən və taxta bəndlərdən yerinə yetirilən svay işləri

Qazılıb doldurulan svayların qurulması

“Qruntda divar” üsulu ilə süzülməyə qarşı sədlərin və dərində yerləşən tikililərin qurulması

Çay şəraitində svay işləri və svayların üzən vasitələrdən vurulması:

polad şpuntun çıxarılması

ağac svayların üzən vasitələrdən vurulması

polad şpuntların və diametri 2 m-ə qədər olan qabıq- svayların üzən vasitələrdən vurulması

dəmir-beton svayların üzən vasitələrdən vurulması

Dəniz şəraitində svay işləri və svayların üzən vasitələrdən vurulması:

tək dəmir-beton svayların, dəmir-beton qabıqların, polad borulardan svayların, şpuntlu polad svayların üzən vasitələrdən vurulması

vibroyükləyicilərlə, polad şpuntlardan olan qutu formalı svayların üzən vasitələrdən vurulması

ağac svayların üzən vasitələrdən vurulması

armatur karkasdan betonun kəsilməsi

polad borulardan svayların hazırlanması

polad şpuntdan svay paketlərin yığılması

polad şpuntlardan qutu formalı svayların hazırlanması

üzən vasitələrdən svayların vurulması üçün istiqamətləndirici çərçivələr

stenddə şpuntlu polad svayların birləşdirilməsi

svayların suda daşınması (su üzrə yerdəyişməsi)

Qruntların bərkidilməsi:

silikatlaşdırma və qatranlama üsulu ilə

endirilən quyuların konstruksiyalarının qurulması

qruntu qazmaqla quyuların endirilməsi:

hidromexanikləşdirilmə üsulu ilə

Monolit beton və dəmir-beton konstruksiyalar

Mülki yaşayış, sənaye bina və qurğularının konstruksiyaları:

bünövrələrdən başqa bütün konstruksiyalar

Su kəməri və kanalizasiya qurğuları

Sürüşən və digər növ qəlibləri tətbiq etməklə tikilən qurğular

Yığma beton və dəmir-beton konstruksiyalar

Sənaye bina və qurğularının

Mülki yaşayış binalarının

Taxıl (dən) saxlanılması üçün silos korpuslarının

İstilik stansiyalarının əsas korpuslarının

Su kəməri və kanalizasiya qurğuları

Kərpic və bloklardan konstruksiyalar

İsidilməyən yerlərdə inşası aparılan daş konstruksiyaları:

bünövrəaltı əsaslar (qum, qırmadaş və s.)

but daşından konstruksiyalar (massivlər, lentvarı və sütunlu bünövrələr, divarlar, dayaq divarlar və s.)

kərpicdən və keramik daşdan konstruksiyalar (adi, yüngül, silikat)

divarların, bünövrələrin və massivlərin rulon materiallarla üfüqi hidroizolyasiyası, səthin hamarlanması

divarların, bünövrələrin və massivlərin rulon materiallarla yan tərəfdən hidroizolyasiyası

polad borulardan olan daxili və xarici ayaqaltılar

İsidilən yerlərdə inşası aparılan daş konstruksiyaları:

tava arakəsmələr (gipsdən, yüngül betondan, şüşə bloklardan və şlak-betondan)

açıq havada və ya isidilməyən yerlərdə (otaqlarda) qurulan zibil boruları

Metal konstruksiyalar

İctimai və sənaye binalarının, sənaye sobalarının və koks-kimya sənayesi zavodlarının polad konstruksiyaları

Aşırımlı qurğuların polad konstruksiyaları (domna kompleksinin, rezervuarların, qazhol-derlərin, kran yollarının, boru kəmərlərinin, metal elevatorların və s.)

Bütün növ ağac konstruksiyaları

İsidilən yerlərdə yerinə yetirilən döşəməaltı qatlar, hidroizolyasiya, istilik izolyasiyası və bütün növ örtüklərlə döşəmələrin qurulması

İsidilməyən yerlərdə yerinə yetirilən taxta döşəmələr

Əridilən rulon materiallardan üçqat damörtüyü

Rulon materiallardan mastika əsaslı üçqat damörtüyü

Rulon materiallardan mastika əsaslı dördqat dam örtüyü

Dalğalı asbest-sement vərəqlərdən damörtüyü və fasadların işlənilməsi

* (12.4-cü bəndə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 8 sentyabr 267 nömrəli Qərarı ilə edilmiş dəyişiklik 2027-ci il iyulun 1-dən qüvvəyə minir.)

Sinklənmiş polad vərəqdən kiçik örtük

Damörtüyünün mastika ilə yapışdırılan tavalarla isidilməsi

Asfalt-beton düzləndirici qat

Tikinti konstruksiyalarının və avadanlıq-larının korroziyadan mühafizəsi

İsidilən yerlərdə tikinti konstruksiyalarının korroziyadan mühafizəsi (tavalarla futerləmədən başqa)

İsidilən yerlərdə tavalarla futerləmə

Kənd tikililərinin konstruksiyaları

divarların və sütunların qranitlə, mərmərlə, əhəng daşı ilə, süni mərmərlə, keramik plitələrlə üzlənməsi

konstruksiyaların profilli şüşələrlə şüşələnməsi

tamamlama işləri, suvaq işlərindən başqa

Daxili boru kəmərləri

Su kəməri və kanalizasiya - daxili qurğular

İsidilməyən yerlərdə:

su kəməri və isti su təchizatı

İstilik təchizatı - daxili qurğular

İsidilməyən yerlərdə:

mərkəzləşdirilmiş istilik təchizatı

qazanxanaların istilik mexaniki avadanlıqları

Qaz təchizatı - daxili qurğular

Qaz təchizatı, isidilməyən yerlərdə yerinə yetirilən

Hava ventilyasiyası və kondisiyalaşdırılması

Ventilyasiya, isidilməyən yerlərdə icra olunan

Su kəməri - xarici xətlər

Asbest-sement borulardan boru kəmərləri

* (21.1-ci bəndə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 8 sentyabr 267 nömrəli Qərarı ilə edilmiş dəyişiklik 2027-ci il iyulun 1-dən qüvvəyə minir.)

Çuqun borulardan boru kəmərləri

Polad borulardan boru kəmərləri, diametri:

Dəmir-beton borulardan boru kəmərləri

Polad boru kəmərlərinin adi və gücləndirilmiş izolyasiyası

Polad boru kəmərlərinin çox gücləndirilmiş izolyasiyası

Polad boru kəmərlərinin fasonlu hissələrinin və birləşmə yerlərinin adi, gücləndirilmiş və çox gücləndirilmiş izolyasiyası

Polietilen borulardan boru kəmərləri

Kanalizasiya - xarici şəbəkələr

Borulardan boru kəmərləri:

asbest-sement borulardan boru kəmərləri

* (22.1.1-ci bəndə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 8 sentyabr 267 nömrəli Qərarı ilə edilmiş dəyişiklik 2027-ci il iyulun 1-dən qüvvəyə minir.)

keramik borulardan boru kəmərləri

beton və dəmir-beton borulardan boru kəmərləri

Boru kəmərləri üçün əsaslar:

qum, çınqıl və qırmadaşdan

beton və dəmir-betondan

filtrasiya meydançası və lilli meydança üçün əsaslar (çınqıldan, qırmadaşdan)

düzbucaqlı yığma-beton kanalizasiya kollektorları

kanalizasiya quyuları

İstilik təchizatı və qaz kəmərləri - xarici xətlər

Keçidli və keçidsiz kanallarda kanalsız hava yolu ilə çəkiliş üçün polad borulardan xarici istilik şəbəkələri

Polad borulardan kül-şlak kəməri

Kül-şlak kəməri üçün yığma dəmir-beton elementlərdən dayaq konstruksiyaları

Neft-qaz məhsullarının magistral boru kəmərləri

Magistral boru kəmərlərinin çəkilməsi, adi və korroziya əleyhinə izolyasiyası

Magistral boru kəmərlərinin çəkilməsi və korroziya əleyhinə gücləndirilmiş izolyasiyası

Diametri 500 mm-dək olan magistral boru kəmərlərinin qaynağı, əyilməsi, dirsəklərinin quraşdırılması, üfürülməsi və sınağı (boruların dəyəri nəzərə alınmaqla)

Həmçinin, diametri 500 mm-dən artıq

Sənaye borularının çəkilməsi, adi və gücləndirilmiş izolyasiyası

Sənaye boru kəmərlərinin qaynağı, əyilməsi, dirsəklərinin quraşdırılması, üfürülməsi və sınağı (boruların dəyəri nəzərə alınmaqla)

İstilik izolyasiya işləri

Qaynar səthlərin izolyasiyası:

ədədi izolyasiya məmulatları və tam yığılmış konstruksiyalarla

istilik izolyasiya üçün sarğı materialları ilə və lifli istilik izolyasiya materialları ilə doldurmaqla (mineral pambıq təlislərlə, plyonkalarla və s.)

karkaslar və izolyasiyanın tamamlama işləri (izolyasiyanın örtüklərlə örtülməsi, suvanması və s.)

soyuq səthlərin izolyasiyası

digər (qırmadaş, çınqıl, dördtin daş və s.)

Eni 1520 mm olan dəmir yolları:

bazada yolun hissələrinin və oxlu yoldəyişənlərin bloklarının yığılması

rels düzənlərlə yolun çəkilməsi və sökülməsi

mexanikləşdirilmiş alətlər tətbiq etməklə yolların çəkilməsi və sökülməsi

normal uzunluqlu relslərin əvəzinə relslərdən qaynaq edilmiş gövdələrin döşənməsi

ağac və dəmir-beton şpallar üzərində yolların və oxlu yoldəyişənlərin ballastlanması, daimi istismara təhvil verilməzdən əvvəl yolun və oxlu yoldəyişənlərin düzəldilməsi (çökmədən sonra təmir)

ballastsız keçid hissəli biryollu körpülərdə yolların çəkilməsi

oxlu yoldəyişənlərin bloklarla mexanikləşdirilmiş qoyulması, oxlu yoldəyişənlərin sökülməsi

oxlu yoldəyişənlərin, yoldəyişənsiz kəsişmələrin və çarpaz keçidlərin elementləri üzrə qollu kranlarla qoyulması

qaçırmaya qarşı sıxacların quraşdırılması, yolların və oxlu yoldəyişənlərin yerinin dəyişdirilməsi

keçidlərin və dayaqların qurulması, sökülməsi, yol işarələrinin qurulması

Dəmir yollarının elektrifikasiyası:

çalaların qazılması və ayrılan dəmir-beton dayaqların və bünövrələrin qurulması, dayaqların metal konstruksiyalardan izolyasiya edilməsi

çalaların qazılması və ayrılmayan dəmir-beton dayaqların və bünövrələrin qurulması, yerüstü kabel kanallarının qurulması, dartıcı yarımstansiyaların açıq paylayıcı qurğularının konstruksiyalarının quraşdırılması

çalaların qazılması və bünövrələr qurmaqla polad dayaqların qurulması

kontakt şəbəkələri üçün çalaların qazılması və bünövrələrin qurulması

sərt köndələn tirlərin, konsolların, konsollu dayaqların və dirəklərin hazır bünövrə üzərində qurulması

avtoblokirovkanın yüksəkvoltlu siqnal xətlərinin ağac dayaqları

avtoblokirovkanın yüksəkvoltlu siqnal xətlərinin dəmir-beton dayaqları

yüksəkvoltlu siqnal məftillərinin asılması

konsollar və işıqfor körpücükləri

Eni 750 mm olan dəmir yolları:

bazada hissələrin yığılması və yolçəkən maşınla hissələrdən ibarət yolların çəkilməsi

yolların, oxlu yoldəyişənlərin və yoldəyişənsiz kəsişmələrin mexanikləşdirilmiş alətlər tətbiq etməklə qurulması və sökülməsi, körpülərdə yolun salınması

oxlu yoldəyişənlərin və yoldəyişənsiz kəsişmələrin qoyulması

qumlu ballastla yolların ballastlanması, daimi istismara təhvil verilmədən əvvəl yolun və oxlu yoldəyişənlərin düzəldilməsi (çökmədən sonra təmir)

zavoddaxili yollarda sadə keçidlərin qurulması

Tunellər və metropolitenlər

yeraltı qazmaların qazılması, yeraltı qazmalara verilən havanın qızdırılması sərfləri də nəzərə alınmaqla

yeraltı qazmaların qazılması, yeraltı qazmalara verilən havanın qızdırılması sərfləri nəzərə alınmamaqla

monolit beton və dəmir-beton konstruksiyalar, yeraltı qazmalara verilən havanın qızdırılması sərfləri nəzərə alınmaqla

monolit beton və dəmir-beton konstruksiyalar, yeraltı qazmalara verilən havanın qızdırılması sərfləri nəzərə alınmamaqla

çuqundan yığma bərkidici konstruksiyalar, yeraltı qazmalara verilən havanın qızdırılması sərfləri nəzərə alınmaqla

çuqundan yığma bərkidici konstruksiyalar, yeraltı qazmalara verilən havanın qızdırılması sərfləri nəzərə alınmamaqla

yığma dəmir-beton bərkidici konstruksiyalar, yeraltı qazmalara verilən havanın qızdırılması sərfləri nəzərə alınmaqla

yığma dəmir-beton bərkidici konstruksiyalar, yeraltı qazmalara verilən havanın qızdırılması sərfləri nəzərə alınmamaqla

digər işlər, yeraltı qazmalara verilən havanın qızdırılması sərfləri nəzərə alınmaqla

digər işlər, yeraltı qazmalara verilən havanın qızdırılması sərfləri nəzərə alınmamaqla

çalaların bərkidilməsi

tunellərin xəndək üsulu ilə qurulması zamanı qruntların qazılması

monolit beton və dəmir-beton konstruksiyalar (tunellərin yığma konstruksiyalardan qurulması zamanı monolit hissələr)

yığma bərkidici konstruksiyalar

xarici hidroizolyasiya və istilik izolyasiyası

tunellərin əks doldurulması

Bünövrəaltı hazırlıq qatları

Monolit beton və dəmir-beton bünövrələr

Körpülərin yığma dəmir-beton dayaqları, çatıal-tıların qurulması, yolötürücülərinin dayaqlarının, piyada körpülərinin və dayaq divarlarının üzlənməsi

Körpülərin monolit beton və dəmir-beton dayaqları

Körpülərin aşırım qurğularının eninə sıralanmış tirlərinin iriləşdirilmiş yığılması

Dəmir-beton aşırım qurğularının körpülərin dayaqları üzərinə qoyulması, hərəkət hissəsi, keçid tavaları

Polad aşırım qurğusunun yığılması və pərçimlənməsi, o cümlədən üzən zaman

Aşırım qurğusunun hərəkət etdirilməsi

Körpülərin və boruların aşırım qurğusunun hidroizolyasiyası

Taxta körpülər, ayaqaltılar və pirslər

Polad ayaqaltılar və pirslər, aşırımlı tikililərin su üzərində qurğuları, köməkçi konstruksiyalar, müxtəlif işlər

Yığma dəmir-beton quyular

Yoldəyişənsiz kəsişmələrin və oxlu yoldəyişənlərin qurulması

Yolların və oxlu yoldəyişənlərin ballastlanması

Elektrikötürücü xətlər

Gərginliyi 0,4-35 kV olan elektrikötürücü xətlər

Gərginliyi 35 kV və daha çox olan elektrikötürücü xətlər

Rabitə, radioyayım və televiziya qurğuları

Rabitə kabelləri üçün boru kəmərləri

Rabitə xətlərinin dayaqları və naqillərin asılması

Asbest-sement borulardan və ağacdan radio dirəkləri

* (33.4-cü bəndə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 8 sentyabr 267 nömrəli Qərarı ilə edilmiş dəyişiklik 2027-ci il iyulun 1-dən qüvvəyə minir.)

Metal radio qüllələri və radio dirəkləri

Binaların damında quraşdırılan anten dayaqları

Alüminium konteynerlərdən tam yığılmış binalar

Qapılar, pəncərələr, akustik divar və tavanların konstruksiyaları, döşəməaltı kanallar üçün döşənək, otaqların ekranlaşdırılması

Hidrotexniki qurğuların torpaq konstruksiyaları

Bəndlərin, dambaların qurulması, əlaqəli və əlaqəsiz qruntların tökülməsi

Hidrotexniki qurğuların daş konstruksiyaları

ekranlı və özəkli daş-örtük qatlı bəndlər

fasiləsiz filtrlərin və drenaj qurğularının qurulması

sahildən üzən kranlarla daşın qravitasiya qurğularının yatağına dəniz töküntüləri

Töküntülərin qravitasiya qurğularının yatağına tökülməsi:

üzən kranlardan qırmadaşın, qumun qravitasiya qurğularının yatağına tökülməsi

üzən kranlarla barja və şalandalardan daşların qravitasiya qurğularının yatağına tökülməsi

üzən kranlarla barja və şalandalardan qırmadaş və qumun qravitasiya qurğularının yatağına tökülməsi

pioner üsulu ilə daşların, qaya süxurlarının sahil kranları vasitəsilə dənizə tökülməsi

pioner üsulu ilə qırmadaşın, çınqılın (çınqıl-qum qarışığı) sahil kranları vasitəsilə dənizə tökülməsi

daşların sahildən üzən vasitələrlə dənizə tökülməsi

qırmadaşın, qumun və çınqılın (çınqıl-qum qarışığı) sahildən üzən kranlarla dənizə tökülməsi

materialların və qruntun su üzrə yerdəyişməsi

Hidrotexniki qurğuların metal konstruksiyaları

Hidrotexniki qurğuların metal konstruksiyalarının montajı

Yanalma dəniz qurğularının polad konstruksiyalarının sahil kranları ilə quraşdırılması

Üzən vasitələrlə dəniz qurğularının polad konstruksiyalarının quraşdırılması

Çay qurğularının anker dartqıları və tənzimləyici kəməri

Hidrotexniki qurğuların ağac konstruksiyaları

Dayaq və şpunt tağları, bənd və şlüzlərin döşəmələri, bənd qapayıcı lövhələri

Kanallarda dəfedici qurğular və ağac konstruksiyalar

Yanalma tikililərinin dəfedici qurğuları

Yamacların bərkidilməsi:

yığma dəmir-beton tavalarla və massivlərlə

monolit beton və dəmir-betonla

yamacların kontur boyu monolitlənmiş tavalarla bərkidilməsi

çırpılardan hörülmüş döşənəklərlə

yığma dəmir-beton elementlərin quraşdırılması (dayaq tirlərinin və sahilbərkitmə üçün tavaların)

massivlərlə örtülmə, tetrapodların (fiqurlu blok formalı məmulatlar) düzülməsi, birpilləli sudəfedici divarın massivlərinin qurulması

Slip və stapellərin gəmidaşıma yolları

Əvvəlcədən qoyulmuş şpallar və tirlər üzrə relslərin düzülməsi

Endirici yolların qurulması

Sualtı-tikinti (dalğıc işləri)

Hidromonitorla sualtı qruntların qazılması

Kanat-skreper qurğusu ilə sualtı xəndəklərin qazılması

Sahil quyularına kabellərin çəkilməsi

Hidrotexniki qurğuların sualtı ağac elementlərinin quraşdırılması

Yamacların sualtı hissələrinin hazırlıq qatına kəsilmiş tavalarla bərkidilməsi

Sənaye sobaları və boruları

Sənaye sobalarının və bacanın sobadan tüstü borusuna qədər olan hissəsinin hörülməsi, açıq havada və isidilməyən yerlərdə hörgü işləri

Həmçinin, isidilən yerlərdə hörgü işləri

Sənaye kərpic borularının gövdələrinin hörgüsü, izolyasiyası işləri və futerlənməsi

Turşuya davamlı və şamot kərpici ilə futerlənmiş və izolyasiya olunmuş dəmir-beton sənaye boruları

Gil kərpiclə futerlənmiş və ya futerlənməmiş

Bina və qurğuların yenidən qurulması ilə bağlı işlər

Dam örtüyünün sökülməsi

Ağac konstruksiyaların sökülməsi

Dəmir-beton konstruksiyaların sökülməsi

Yüngül bloklardan və kərpicdən konstruksiyaların sökülməsi

Döşəmələrin sökülməsi

Boşluqların, şırımların və dəliklərin açılması

Yaşıllaşdırma, qoruyucu meşəsalma, çoxillik əkililər

Ağacların və kolların əkilməsi və bir yerdən çıxarılıb başqa yerə əkilməsi (əkin yerinin hazırlanması və bir yerdən çıxarılıb başqa yerə əkilməsi)

Digər ümumi tikinti işləri

Açıq havada və ya isidilməyən yerlərdə

Avadanlıqların quraşdırılması

Açıq havada və ya isidilməyən yerlərdə icra edilən işlər:

bütün toplular üzrə avadanlıqların quraşdırılması, toplu 8-də güc kabellərinin çəkilməsi və toplu 10-da kabellərin çəkilməsi üzrə işlərdən başqa

toplu 10-da rabitə kabellərinin və toplu 8-də güc kabellərinin çəkilməsi üzrə işlər

İsidilən yerlərdə yerinə yetirilən işlər:

bütün toplular üzrə avadanlıqların quraşdırılması

Yaşayış, ictimai və sənaye binalarının elektrik işıqlandırılması

2.1.1. Bu bölmədə verilmiş normalar (3 nömrəli cədvəl), işlərin yerinə yetirilməsi üzrə şərtlərə və qaydalara əsasən müsbət temperaturlarda yerinə yetirilən tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üçün tikintisi tamamlanmamış formada başa çatdırılmış binaların (və ya onların hissələrinin) isitmə dövründə müvəqqəti isitməsinə sərf olunan xərclərin təyin edilməsi üçün nəzərdə tutulmuşdur.

2.1.2. Tikintisi tamamlanmamış formada başa çatdırılmış binaların daxilində olan boşluqlardan və tamamlama işləri başa çatdırılmamış konstruksiyalardan soyuq havanın daxil olması nəticəsində artmış istilik itkisi normalarda nəzərə alınmışdır.

2.1.3. Enerji sistemlərindən, blok-stansiyalardan və istilik stansiyalarından (qazanxanalardan) istilik enerjisi ilə təmin edilən daimi istilik sistemlərinin istifadəsi normalarda nəzərə alınmışdır.

2.1.4. Müvəqqəti isitmə xərcləri tikintinin təşkili layihəsi üzrə (və ya layihə təşkilatının müvafiq hesablamaları üzrə) zəruri olan isitmə müddətinə və binaların tikinti həcmi haqqında layihə məmulatlarına əsasən təyin olunur.

2.1.5. Enerji sistemlərindən, blok-stansiyalardan, istilik stansiyalarından (qazanxanalardan) alınan istilik enerjisinin dəyəri müvafiq qaydada təyin olunmuş tarif və qaydalara əsasən təyin olunur. Digər nazirlik və təsisatların müəssisələri və ya tikinti təşkilatlarının şəxsi müəssisələri tərəfindən istehsal olunan istilik daşıyıcısının istifadəsi zamanı istiliyin qiyməti müvafiq qaydada təsdiq edilmiş planlı kalkulyasiyalarla təyin olunur.

2.1.6. Binaların qurudulmasını tezləşdirmək üçün müvəqqəti yerli qurğular (USV tipli və s.) tətbiq olunduğu halda, onların tətbiqi ilə əlaədar olan xərcləri həmin tikintinin konkret şərtlərinin və qurutma üçün zəruri müddəti (15 sutkaya qədər) nəzərə alınaraq, normalara əlavə olaraq müvafiq hesablamaya əsasən təyin etmək lazımdır.

2.1.7. Normalarda verilmiş istilik və elektrik enerjisinin sərfiyyat göstəriciləri, həmçinin daimi isitmə sistemlərinin istismarı üzrə xərclər aşağıda verilmiş düzəlişlərlə qəbul olunur:

2.1.7.1. tikinti həcmi 10 min m az olan azmərtəbəli yaşayış, ictimai, inzibati-məişət binaları üçün istilik enerjisinin sərfiyyat normaları 1,5 əmsalı ilə tətbiq olunur;

2.1.7.2. tikinti həcmi 80 min m artıq ictimai iri binalar üçün (idman, tamaşa və s.) istilik enerjisinin sərfiyyat normaları 0,3 əmsalı ilə tətbiq olunur;

2.1.7.3. tikinti həcmi 30 min m az olan köməkçi və istehsalat təyinatlı, kiçikhəcmli, qızdırılan binalar üçün istilik və elektrik enerjisinin sərfiyyat normaları, həmçinin isitmə sistemlərinin istismar xərcləri 2 əmsalı ilə tətbiq olunur;

2.1.7.4. həcmi 800 min m artıq və hündürlüyü fermanın aşağı hissəsinə qədər 18 m-dən artıq olan istehsalat təyinatlı, çoxaşırımlı binalar üçün istilik və elektrik enerjisinin sərfiyyat normaları, o cümlədən istilik sistemlərinin istismar xərcləri 0,5 əmsalı ilə tətbiq olunur.

2.1.8. İsitmə sistemlərinin istismarının düzünə xərclərinə üstəlik xərcləri və smeta gəliri (plan yığımı) üzrə müvafiq qaydada hesablanmış məbləğləri əlavə etmək lazımdır.

Yaşayış, ictimai, inzibati-məişət binaları:

Sənaye müəssisələrinin istehsalat binaları:

Naxçıvan Muxtar Respublikası

Xankəndi şəhəri, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları

Daşkəsən və Kəlbəcər rayonları

Gədəbəy və Quba rayonları

Laçın, Qəbələ və Şamaxı rayonları

Qazax, Oğuz və Şəmkir rayonları

1. 15 oktyabr 2021-ci il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2021-ci il, № 225, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1180)

2. 28 noyabr 2022-ci il tarixli 422 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 29 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1358)

3. 12 yanvar 2024-cü il tarixli 17 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 18 yanvar 2024-ci il, № 10, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 84)

4. 8 sentyabr 2026-cı il tarixli 267 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 12 sentyabr 2026-cı il, № 166) (Bu Qərar 2027-ci il iyulun 1-dən qüvvəyə minir.)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver